Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-923/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçıMMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-923/21 (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı “İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4516/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxxı” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə, 507/10 sayı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 18500 ABŞ dolları kredit verilmişdir. Borclu müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün hazırkı mübahisə başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehə qarşı “əsas və faiz borcunun qaytarılması və sair tələbləri barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanm ış “Kredit müqaviləsi” əsasında Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 18.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus olan “Wolkswagen Touareg” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq Bank ilə cavabdeh arasında xx.xx.2010-cu il tarixdə “İpoteka müqaviləsi” bağlanmış və bu müqavilə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2010-cu il tarixdə qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin “Qeydiyyat şəhadətnaməsində” müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh qeyd edilən müqavilələrin bağlanmasına baxmay araq Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin Banka 7.656,52 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bank borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Paşayeva) iddia tələbi rədd edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlərM.Məmmədov (sərlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin ötürülməsinə görə iddianı təmin etməyən birinci instansiya və apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmiş, nəzərə almamışlar ki, öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində n əzərdə tutulmuşdur. Həmin şərtlərə əsasən öhdəliklər tam icra olunanadək müqavilə şərtləri qüvvəsindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyi bsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi “xxxxı” ASC-nin Xaçmaz filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kredit müqaviləsindən” görünür ki, cavabdeh həmin müqaviləyə əsasən Bandan illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 18.500 ABŞ dolları məbləğində kredit almışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə və hesablamalarda qeyd edilir ki, cavabdeh qeyd edi lən müqavilələrin bağlanmasına baxmayaraq Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin Banka 7.656,52 ABŞ dolları məbləğində faiz borcu yaranmış, borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb edilsə də borc ödənilməmişdir. İddiaçının təqdim etdiyi “Hesabdan çıxarışdan” görünür ki, cavabdeh sonuncu dəfə, yəni xx.xx.2015-ci il tarixdə borcun ödənilməsi məqsədi ilə Banka 4.140 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bank ilə cavabdeh arasındakı “Kredit müqaviləsi” xx.xx.2010-cu il tarixdə 24 ay müddətinə bağlanmışdır. Yəni müqavilənin qüvvədə olma müddəti xx.xx.2012-ci il tarixdə bitmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2018-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda müəyyən edilir ki, iddia müddətinin axımı xx.xx.2012-ci il tarixdə başlamış və xx.xx.2015-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə edilmiş xx.xx.2015-ci il tarixli ödəniş, iddia müddətinin axımı bitdikdən sonra edilmişdir. Bu hal isə iddia müddətinin axımını kəsməmişdir. Müddətin axımının kəsilməsindən o halda söz gedə bilər ki, müddət başa çatmamış olsun. Hazırkı işdə borcun etiraf olunması barədə hərəkətlər iddia müddəti bitəndən sonra edilmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4516/2020 nömrəli iş üzrə xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.