Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-928/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2116/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kreditin əsas məbləğindən 30000 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 134392,77 ABŞ dolları, 12750,14 ABŞ dolları dəbbə pulu, kredit müqaviləsi üzrə 30.12.2018-ci il tarixdən 04.04.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 3915,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 451058,86 ABŞ dolları, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidməti haqqının Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən pul məbləğindən borcun ümumi qaydada tutulması, cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, yaşayış evinə tutma yönəldikdə və satıldıqda cavabdehin 1 ay ərzində fərdi qaydada çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(017)-994/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiərək, 30 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 300.000 ABŞ dolları, faiz borcuna görə 13.4392,77 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 2.000 ABŞ dolları, əldən çıxmış faydaya görə 3.915,95 ABŞ dolları olmaqla, cəmi 440.308,72 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 2 evə yönəldilməsi, evin ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməsi, evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olun an vəsait hesabına kredit borcunun ödənilməsi, artıq qalan vəsaitin ipoteka qoyan Cavabdeh2 verilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borcun ümumi qaydada Cavabdeh1 MMC tutulması, evə tutma yönəldildikdə və o, satıldıqda ən geci bir ay ərzində Cavabdeh2 tərk etmədikdə istifadə hüququ itirilməklə onun evdən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-181/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə y aranmış faiz borcuna görə 134.392,77 ABŞ dolları və əldən çıxmış faydaya görə 3.915,95 ABŞ dollarının Cavabdeh1 MMC tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilib, iddia Cavabdeh1 MMC əldən çıxmış faydaya görə 3.915,95 ABŞ dolları pulun tutulub iddiaçıya ödənilməsi hissəsində rədd edilib, həmçinin 30 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC ödəniş günü milli manata məzənnədə əsas borca görə 300.000 ABŞ dolları, faiz borcuna görə 134.235,99 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 2.000 ABŞ dolları, ümumilikdə 436.235,99 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, habelə Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evin ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin evin ilkin satış qiymətinin 360. 000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(102)1521/2021 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-181/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən – əldən çıxmış faydaya görə Cavabdeh1 MMC-dən 3.915,95 ABŞ dolları məbləğində pulun tutulub İddiaçı İKB ASC-nə verilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2116/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilmədən, Ağcabəd i Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(017)-994/2019 nömrəli qətnaməsi əldən çıxmış faydaya görə Cavabdeh1 MMC-dən 3.915,95 ABŞ dolları məbləğində pulun tutulub İddiaçı İKB ASC-nə verilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2116/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Nəzərə alınmalıdır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı ya lnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh Əliyev X1 Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(017)-994/2019 nömrəli qətnaməsindən ümumiyyətlə apellyasiya şikayəti verməmişdir. Cavabdeh2 əldən çıxmış faydaya görə Cavabdeh1 MMC-dən 3.91 5,95 ABŞ dolları məbləğində pulun tutulması ilə razılaşmışdır. İddianın təmin olunan bu hissəsi üzrə Cavabdeh2 apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə tələbinin təmin olunmadığı halın olmamasını ehtiva edir və onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 130, 405, 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2116/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apel
Məhkəmə qərarları › İş №2(102)-928/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-928/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver