Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-93/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bəkir oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-93/2023 (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, mülkiyyət hüququ, torpaq sahəsinin qanunsuz zəbt edilməsi) Bakı şəhəri, 18 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Bəkir oğluna qarşı torpaq sahəsin ə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-49/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli qərarı ilə Quba rayonu Aşağı-Xuc kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,74 ha torpaq sahəsi X8 və ailə üzvlərinə; 3,14 ha torpaq sahəsi Cavabdeh3 və ailə üzvlərinə; 2,50 ha torpaq sahəsi X31 və ailə üzvlərinə; 4.23 ha torpaq sahəsi Cavabdeh1 Bəkir oğlu və ailə üzvlərinə verilmiş, bununla ba ğlı Torpağa mülkiyyət hüququna dair Dövlət aktları təqdim edilmişdir.
2. X19 29 mart 2001-ci ildə vəfat etmiş, onun İddiaçı1, İddiaçı2, X1 və X3 ibarət vərəsələri qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəkir oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bəkir oğlunun, Cavabdeh2, Cavabdeh3 onlara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-234 KOD 30327058 nömrəli Dövlət Aktına əsasən 1,74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılma sını xahiş etmişlər.
4. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, torpaq sahələrinin yeri konkret olaraq müəyyən edilmədiyindən, təxminən 7 dəfə torpaq sahələrini dəyişmişlər. Bununla bağlı problemi aradan qaldırmaq üçün DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edildiyindən ölçmə işlərinin aparılması mümkün olmamışdır.
5. Məhkəmə iclasında Cavabdeh1 Bəkir oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək göstərmişdir ki, təmsil etdiyi Cavabdeh1 Bəkir oğluna və ailə üzvlərinə JN-0236 nömrəli, KOD 30327058 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu Aşağı-Xuc kəndi ərazisində 4,23 ha torpaq sahəsi verilmişdir. Ümumiyyətlə, Quba rayonu Aşağı-Xuc kəndi ərazisində vətəndaşlara pay lanmış torpaq sahələrinin olduğu yerlər naturada 50-100 metr sürüşdürülmüş və hamının torpaq sahəsi digər şəxslərin torpaq sahələrinin ərazisinə girmişdir. Əgər bu iddia məhkəmə tərəfindən təmin edilərsə, onda digər vətəndaşlar da biri-birilərinə qarşı məhkəmədə iddia qaldırmalıdırlar. Göstərilənləri nəzərə alaraq onlara qarşı verilmiş iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etməyərək Cavabdeh1 Bəkir oğlunun nümayəndəsi və vəkili Vəkil2 izahatına uyğun izahat vermişlər.
7. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Quba rayonu Aşağı-Xuc kənd sakinləri Cavabdeh1 Bəkir oğlu, Cavabdeh3, Cavabdeh2 və başqalarına ünvanlanmış 24 may 2 019-cu il tarixli, məktubunda ünvan 1tı məhsullarının istehsalı üçün ayrılmış torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq sənədləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin Katibliyindən daxil olmuş müraciətə ƏMDK-nin DƏDRX-də baxılmış və 22 may 2019-cu il tarixdə icraçı şirkətin mütəxəssisləri tərəfindən müraciət edənlərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin faktiki naturada istifadə vəziyyətinə uyğun koordinatlarının qeydə alındığı göstərilmişdir.
8. Quba Rayon Məhkəməsinin 2(001)-1480/2019 nömrəli, 03 iyul 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyes tri Xidmətinin Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin 25 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılar X20 və İddiaçı2 mülkiyyətində olan JN-234, KOD 30327058 nömrəli dövlət aktına əsasən verilmiş mübahisə predmeti olan 1.06 ha torpaq sahəsi bütünlüklə digər mülkiyyətçilərin istifadəsindədir. İddiaçılar X20 və İddiaçı2 mülkiyyətində olan JN-234, KOD 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsi, iş üzrə cavabdehlər Cavabdeh1 Bəkir oğlunun mülkiyyətində olan JN-236, KOD 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsi, Cavabdeh2 mülkiyyətində olan JN-241, KOD 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsi və Cavabdeh3 mülkiyyətində olan JN-242, KOD 30327058 nömrəli dövlət aktına əsasən torpa q sahəsi üst-üstə düşmür. İddiaçılar X20 və İddiaçı2 mülkiyyətində olan JN-234, KOD 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsinin iş üzrə cavabdehlər Cavabdeh1 Bəkir oğlu tərəfindən 0,10 ha, Cavabdeh2 tərəfindən 0.58 ha, Cavabdeh3 tərəfindən 0.36 ha olaraq istifadə olunur.
9. Quba Rayon Məhkəməsinin 2(001)-147/2020 nömrəli, 14 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçılar X21, İddiaçı2 məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-234 KOD 30327058 nömrəli Dövlət Aktına əsasən 1,74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir.
10. Məhkəmə müəyyən e tmişdir ki, X20 və İddiaçı2 mülkiyyətində olan JN-234, KOD 30327058 nömrəli dövlət aktına əsasən torpaq sahəsinin bir hissəsi iş üzrə cavabdehlər Cavabdeh1 tərfindən 0,10 ha, Cavabdeh2 tərfindən 0.58 ha, Cavabdeh3 tərəfindən 0.36 ha olaraq istifadə olunur.
11. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X21 və İddiaçı2 məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-234 KOD 30327058 nömrəli Dövlət Aktına əsasən 1,74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılmalarını və həmin torpaq sahəsinə cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmasını qanuni hesab etmişdir.
12. Məhkəmə Konstitusiyanın 13, Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 106.1-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 Bəkir oğlu (vəkil X13) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən Quba rayonu Xuc kəndi sakinləri nə göndərilmiş məktubda ünvan 1tı məhsullarının istehsalı üçün ayrılmış torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq sənədləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin Katibliyindən daxil olmuş müraciətə ƏMDK-nin DƏDRX-də baxıldığı və icraçı şirkətin mütəxəssisləri tərəfindən müraciət edənlərin iştirakı ilə torpaq sahəsinə baxış keçirildiyi və torpaq sahəsinin faktiki naturada istifadə vəziyy ətinə uyğun koordinatlarının qeydə alındığı göstərilmişdir. Lakin, mütəxəssis rəyində fərqli mövqe əks olunmuşdur. Odur ki, məktub və rəy arasında ziddiyyətlər mövcuddur. Buna görə də, məhkəmə-torpaqşünaslıq ekspertizası keçirilməlidir. Hazırkı vəziyyətdə iş üzrə gəlinən nəticə mübahisəli torpaq sahəsinin yerləşdiyi Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yaşayan əhalinin arasında faktiki istifadə olunan torpaq sahələri ilə xəritə göstəriciləri arasında fərqlərin olması səbəbindən kütləvi şəkildə yeni məhkəmə mübahisələrinin yaranmasına və əhalinin 20 ildən artıq istifadə etməklə xeyli vəsait və əmək sərf etdikləri torpaq sahələrindən məhrum olmalarına şərait yaratmışdır. X46 bələdiyyəsi tərəfindən iddiaçılara dövlət aktında göstərilən ölçüdə torpaq sahəsi ilə təmin olunmaları üçün müvafiq ərazi göstərilmiş, lakin iddiaçılar 20 il ərzində hərəkətsiz qalmaqla həmin müddətdə cavabdehlərin əkib-becərdikləri meyvə bağlarına sahiblənməyi üstün tutmuşlar ki, bunun da səbəbi meyvə barı olan bağ sahələrinin hazırki bazar qiymətinin xeyli baha dəyərə malik olmasıdır.
15. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkil X13) Cavabdeh1 Bəkir oğlunun apellyasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1688/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1829 saylı, 19 may 2022-ci il tarixli rəyinə əsasən, X4, Tahirova Baxtlinin və X5 mülkiyyətlərində olan Quba rayonu, Aşağı Xuc kəndi ərazisində 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, X2, Tahirova Bəxtlinin və X6 mülkiyyətlərində olan Quba rayonu Aşağı Xuc kəndi ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Cavabdeh1, X7, X12, X24, X14 və X9 mülkiyyətlərində olan Quba rayonu Aşağı Xuc kəndi ərazisində yerləşən 4.23 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi, X22, X15, Cavabdeh2 və X23 mülkiyyətlərində olan Quba rayonu Aşağı Xuc kəndi ərazisində yerləşən 2.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi, Cavabdeh3, X10, X18, X11 və X16 mülkiyyətlərində olan Quba rayonu Aşağı Xuc kəndi ərazisində yerləşən 3.14 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçılara məxsus torpaq sahəsinin naturada həmin torpaq sahələrinə münasibətdə koordinatları müəyyən edilmişdir. "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən X2, Tahirova Bəxtlinin və X6 mülkiyyətlərində olan Quba rayonu Aşağı Xuc kəndi ərazisində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisə predmeti olan 1.06 ha hissəsinin 0.37 ha hissəsi Cavabdeh3 tərəfindən, 0.58 ha hissəsi Cavabdeh2 tərəfindən, 0.06 ha hi ssəsi isə Cavabdeh1 Bəkir oğlu tərəfindən istifadə olunur.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-49/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Torpağa mülkiyyət hüququna dair JN-234 saylı, kodu 30327058 olan dövlət aktına əsasən X4, Tahirova Baxtlinin və X5 mülkiyyətlərində olan Quba rayonu, Aşağı Xuc kəndi ərazisində 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.06 ha hissəsinin 0.37 ha hissəsindən Cavabdeh3, 0.58 ha hissəsindən Cavabdeh2, 0.06 ha hissəsindən Cavabdeh1 Bəkir oğlunun çıxarılması və həmin torpa q sahəsindən iddiaçıların istifadəsinə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bəkir oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertin rəyi deyil, mütəxəssis rəyi alınmış və qətnamə mütəxəssis rəyinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi qətnamədə cavabdehlər Cavabdeh1 Bəkir oğlunun, Cavabdeh2 və Cavabdeh3 iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus torpağa mülkiyyət hüququna dair JN-234, KOD 30327058 nömrəli dövlət aktına əsasən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarını qət etmiş, lakin cavabdehlərin hər birinin iddiaçıların mülkiyyətində o lan torpaq sahəsinin hansı hissəsindən çıxarılmalı olmasını konkret göstərməmişdir.
20. Məhkəmə kollegiyası qeyd edilən halları prosessual hüquq normalarının pozulması kimi qiymətləndirərək hesab etmişdir ki, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçıların həmin daşınmaz əmlaka mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından iddia qismən təmin edilməlidir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri dəlillər iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə tam təkzib olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillə ri
22. Cavabdeh1 Bəkir oğlu (vəkil X13) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya kollegiyası mübahisəli torpaq sahəsinin elektron xəritə koordinatlarının torpaq sahələrinin faktiki koordinatları ilə üst-üstə düşüb-düşməməsi barədə işin hallarını araşdırmadan, bununla bağlı elektron xəritələrə istinad olunmaqla təkrar məhkəmə torpaqşünaslıq ekspertizasının rəyini almadan Dövlət Aktına əsasən faktiki istifadəsində sənəd üzrə göstərilən sahədən hər hansı artıq torpaq sahəsi zəbt etməmiş və 23 ilə yaxın müddətdə faktiki sahiblik etməklə mülkiyyətçi olaraq, ora xeyli miqdarda pul vəsaiti və ə mək sərf etmiş Cavabdeh1 Bəkir oğlunun torpaq sahəsindən çıxarılması barədə yekun qərar qəbul etmişdir. Elektron xəritələr tərtib olunmuşdur, mövcuddur, vətəndaşların təsərrüfatlarına subsidiyalar verilərkən DAİM təşkilatları tərəfindən elektron xəritələrə istinad olunduğu halda, hazırkı mübahisənin həllində məhkəmə elektron xəritənin Quba rayonu, Aşağı Xuc kəndi ilə bağlı koordinatlarına baxış keçirilməsini və işin həqiqi hallarına həmin xəritədə əks olunmuş koordinatlara uyğun olaraq qiymət verilməsini təmin etməmişdir. Halbuki, DƏDRX-in 24 may 2019-cu il tarixli məktubunda vətəndaşların iştirakı ilə torpaq sahəsinə baxış keçirildiyi və elektron! xəritələrin torpaq sahələrinin faktiki naturada istifadə vəziyyətinə uyğun koordinatlarının qeydə alındığı göstərilmişdir. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı iddiaçıların etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Onlar sadəcə torpaq sahələrinin qanunsuz zəbtdən azad olunmasını istəyirlər. Buna görə də, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
26. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərd ə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
28. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan gi rməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 29. 84-cü maddənin 1-ci hissəsi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 30. 84-cü maddənin 3-cü hissəsi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 31. 111-ci maddənin 1-ci hissəsi. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 Bəkir oğlu kassasiya şikayəti verdiyindən qətnamə iddianın ona münasibətdə təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar müvafiq prossesual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
44. Belə ki, kassator Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 may 2019-cu il tarixli məktubuna istinad edərək cavabdehin torpaq sahəsinin faktiki naturada istifadə vəziyyətinə uyğun koordinatlarının reyestrdə qeydə alındığına istinad etsə də, bu barədə reyestrdə müvafiq düzəliş aparılması və ona yeni konfiqurasiya və koordinatlara uyğun hüquqmüəyyən edici sənədlərin verilməsi barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin Xidmətin Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin və onun əsasında verilmiş ekspert rəyinin qeyri-mötəbərliyi barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və kassatorun elektron xəritələrdə torpaq sahələrinin korrdinatlarının fərqli olması bar ədə mövqeyini qəbul etmir.
45. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişiklik edilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Bəkir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-49/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.