Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-931/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X6, cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-xxx/19) İddiaçı Cavab deh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh MMC-nin xx xxx 2018-ci il tarixli İRİŞ-1981 nömrəli, xx xxx 2019-cu il tarixli İRİŞ-250 nömrəli əmrlərinin və xx xxx 2019-cu il tarixli əmək müqaviləsinin qanunsuz hesab edilməklə ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də sürücü vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə xx xxx 2018-ci tarixdən xx xxx 2019-cu il tarixə kimi almadığı əmək haqqı hesablanmaqla İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş hüquqi xidmət haqqı olan 500 manat, eləcə də 30 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 20 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)xxx/19) cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx xxx 2018 -ci il tarixli İRİŞ-1981 nömrəli, xx xxx 2019-cu il tarixli İRİŞ-250 nömrəli əmrlərinin və 02.02.2019-cu il tarixli əmək müqaviləsinin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh MMC-də sürücü vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə 16.11.2018-ci tarixdən 02.02.2019-cu il tarixə kimi almadığı əmək haqqı hesablanmaqla maddi ziyanın, 5000 (beş min) manat məbləğində mənəvi zərərin, 30 manat dövlət rüsumunun və 500 manat məbləğində hüquqi yardıma görə xərclərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri nin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili Ə.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı və vəkili A.Kərimov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayrkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı İRİŞ-1533 N-li, 18.11.2016-cı il tarixli əmrə əsasən Cavabdeh MMC-nin Marşrut Xətlərinin idarə etmə şöbəsinə sürücü vəzifəsinə təyin edilmişdir. MXİŞ-nin sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) 29.11.2018-ci il tarixdən ləğv edilmiş, 18.11.2018-ci il tarixdən 29.11.2018-ci il tarixi nədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 0,57 təqvim günü pul əvəzinin ödənilməsi və son haqqı hesabı aparılmışdır. İddiaçı 02.02.2019-cu il tarixdən öz ərizəsinə əsasən Cavabdeh MMCnin Marşrut xətlərinin idarəetmə şöbəsində 3 (üç) ay müddətinə sürücü vəzifəsinə təyin edilmiş, sınaq müddəti 1 ay təyin edilmişdir. Hesablanmış aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 800 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 19.11.2018-ci il tarixli sürücü İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı işəgötürənin yazılı təqdimatına baxılması haqqında qərarından görünür ki, işəgötürən qismində çıxış edən İnsan Resurslarının idarəetmə şöbəsinin 24.10.2018-c i il tarixli təqdimatı ilə X5 Etibar Əli oğlunun əmək müqaviləsinin ləğv edilməsi müraciətinə baxılmış və Həmkarlar ittifaqı Komitəsi tərəfindən həmin müraciətlə bağlı araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti dövründə aşağıda sadalanan nöqsanlara yol vermişdir: Belə ki: Nobel prospektində qapıları açmamış, nəticədə sərnişin dayanacaqda qalmış, sərnişin şikayət etdikdə isə sürücü ona qarşı kobud davranmaqla daxili təlimatı pozmuş, 11.01.2017-ciil tarixində intizam tənbehi “töhmət” almışdır. - 28 may m/s-ı Əhmədli m/s-ı istiqaməti boyu səs siqnalından çox istifadə etmiş və nəticədə 27.02.2017-ci il tarixində intizam təbnehi “şiddətli töhmət” almışdır. Xidmət zamanı “Seat” markalı avtomobillə yol nəqliyyat hadisəsi törədib və 04.05.2017-ci i l tarixində 258,42 (iki yüz əlli səkkiz manat 42 qəpik) manat məbləğində cərimə edilmişdir. – “Nissan” markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törədib və 22.12.2017-ci il tarixində 277,30 (iki yüz yetmiş yeddi manat 30 qəpik) məbləğində cərimə edilmişdir. - Əmlak Komitəsinin yanında dayanacaqda avtobusu saxlamamış və sərnişin ona iradını bildirdikdə sərnişinə kobud cavab vermiş, nəticədə 26.02.2018-ci il tarixində intizam tənbehi “töhmət” almışdır. - Avtobusa baxış zamanı zədələnməsi məlum olmuş və 05.04.2018-ci il tarixində 419,67 (dörd yüz on doqquz manat 67 qəpik) məbləğində cərimə edilmişdir. - Xidmət zamanı son dayanacaqda avtobusa baxış-keçirmədiyi üçün 23.05.2018-ci il tarixində intizam tənbehi "şiddətli töhmət" almışdır. Həmçinin 25.09.2018-ci il tarixində 125 nömrəli xətt ü zrə **-XX-*** dövlət nömrə nişanlı avtobusla xidmət zamanı sürücü İddiaçı sərnişinə qarşı kobudluq etmişdir, belə ki, dövriyyəni başa çatdırmalı olduğu halda avtobusda qalan sərnişinə “avtobus depoya gedir” demiş sərnişin “Aqrovest’’-in yanındakı dayanacaqda saxlamağını xahiş etmişdir. Bu zaman sürücü təkrar sərnişinlə mübahisə etmiş və dayanacaqda avtobusu saxlamamışdır. Sərnişin sürücünün bu hərəkətinə əsəbləşmiş qapını döymüş və sürücüdən avtobusu saxlamasını tələb etmişdir. Sürücü İddiaçı sərnişin düşdükdən sonra kabinənin pəncərəsini açmış, sərinişini nalayiq sözlərlə təhqir etmişdir. Sürücü uzun müddət xəstə olduğundan hadisə ilə əlaqədar izahatını almaq mümkün olmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, həmin məcəllənin 72-ci maddəsinin “ə” bəndində göstərilən (əmək funksi yasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) halları pozduqlarına görə adları çəkilən işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Yuxarıda göstərilənlər nəzərə alınaraq marşrut xətlərinin İddiaçı vəzifə təlimatı ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tər əfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 79.1-ci m addəsinə əsasən, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1-ci qrup əlil ailə üzvü olan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qeyd edilən maddənin mənasından göründüyü kimi, qanunvericilik işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1-ci qrup əlil ailə üzvü olan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsini işəgötürənin qeyd edilən halı bilib-bilməməsindən asılı etməmiş - birbaşa qadağan etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə X1 arasında 19 noyabr 2010cu il tarixdə nikah bağlanmış və həmin nikah 46 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. X3 ümumi xəstəliyi olmaqla 1-ci qrup əlildir. X3 1-ci qrup əlil olmaqla, əmək qabiliyyəti yoxdur, başqasının köməyinə ehtiyacı var. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların t ələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericiliyin qeyd olunan maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh MMC-nin 26 noyabr 2018-ci il tarixli İRİŞ-1981 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli, həmin əmr qanunsuz hesab edildiyindən işdən azad olunduqdan sonra yenidən öz ərizəsi əsasında işə götürülməsi barədə verilmiş xx xxx 2019-cu il tarixli İRİŞ-250 nömrəli əmri və 02.02.2019-cu il tarixli əmək müqaviləsi də ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də sürücü vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə 16.11.2018-ci tarixdən 02.02.2019-cu il tarixə kimi almadığı əmək haqqı hesablanmaqla ona ödənilməlidir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin əmrlərinin və 02.02.2019-cu il tarixli əmək müqaviləsinin qanunsuz hesab edilməklə ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də sürücü vəzifəsinə bərpa edilməsi, iddiaçıya məcburi iş buraxmaya görə 16.11.2018-ci tarixdən 02.02.2019-cu il tarixə kimi almadığı əmək haqqının ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qey d etmişdir ki, işin müəyyən edilmiş hallarına MPM-in 115.0.6, 119.1 və 121.1-ci maddələrini tətbiq etməklə birinci instansiya məhkəməsi iddia tələbini “500 (beş yüz) manat məbləğində hüquqi yardıma görə xərclərin əvəzinin ödənilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. 30.01.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün 7 saylı vəkil bürosunun vəkili X9 ilə bağladığı müqaviləyə görə 500 manat xidmət haqqı ödəmişdir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları iddianın təmin edilən hissəsində sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübut etmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas t utulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)xxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-931/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-931/2020
13.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver