Məhkəmə qərarları › İş №2(102)-938/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-938/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-938/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-138/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə x x xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə aylıq 22 faiz olmaqla 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. 2. xx xxxx 2015-ci il tarixli ödəniş planına əsasən Cavabdeh 40000 (qırx min) ABŞ dolları kredit borcunu ayda 2076 ABŞ Dolları olmaqla 24 (iyirmi dörd) ay müddətinə ödəməlidir 3. 2x xxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 1946 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 23240 (iyirmi üç min iki yüz qırx) ABŞ dolları əsas, 259 (iki yüz əlli doqquz) ABŞ dolları faiz, cəmi 23499 (iyirmi üç min dörd yüz doxsan doqquz) A BŞ dolları kredit borcu yaranmışdır.

4. Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68 saylı evin 29 saylı mənzili “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.

5. İddiaçı Cavabdeh (ipoteka qoyana) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmiş, həmçinin bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. 6. “xxxx” MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68 saylı evin, 29 saylı mənzilinin dəyəri 94000 manat məbləğində müəyy ən edilmişdir

7. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertiza rəyinə əsasən, Cavabdeh “xxxx” ASC-nə olan borcu xx xxxxxx 2017-ci il tarixə (maliyyə arayışının tarixinə) 23499 ABŞ dolları; 23240 ABŞ dolları əsas, 259 ABŞ dolları faiz borcu; xx xxxx 2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 25817,20 ABŞ dolları: 23240 ABŞ dolları əsas, 2577,20 ABŞ dolları faiz borcudur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğvetmə prosesində olan “İddiaçıətlərin Sığortalanması Fondunun xeyrinə 23240 ABŞ dolları məbləğində əsas borcu, 259 ABŞ Dolları məbləğində faiz borcu cəmi 23499 ABŞ Dollar məbləğində borcun tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 mənzil 29 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şükürov X3 prosesində olan “xxxx” ASC ilə bağladığı xx xxxx 2015-ci il tarixli 1946 saylı kredit razılaşmasına əsasən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 22% olmaqla 40000 (qırx min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Şükürov X3 prosesində olan “xxxx” ASC ilə bağladığı xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68 saylı evin, 29 saylı mənzili ləğvetmə prosesində olan “xxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərinin ic rasının təminatı (girov, ipoteka, zaminlik və s.) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabina ödənilməsini tələb edir. xx xxxxxx 2017-ci il tarixinə olan əsas borc 23240 ABŞ dolları və faiz borcu 259 ABŞ dolları təşkil edir

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2018-ci il tarixli 2(008)-240/2018 nömrəli qətnaməsi ilə (hakim M.Qarayeva) iddia tələbinin qismən təmin edilməsi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci tarixli 1946 saylı kredit müqaviləsi üzrə 23240 (iyirmi üç min iki yüz qırx) ABŞ dolları əsas, 259 (iki yüz əlli doqquz) ABŞ dolları faiz borcunun, ümumilikdə 23499 (iyirmi üç min dörd yüz doxsan doqquz) ABŞ dolları kredit borcu (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatı na məzənnə ilə manatla) və məhkəməyə iddia ərizəsi verilərək ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X4 küçəsi, 68 saylı evin, 29 saylı mənzilin ilkin satış qiymətinin 94000 (doxsan dörd min) manat müəyyənləşdirilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X4 küçəsi, 68 saylı evin, 29 saylı mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh həmin mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ekspertiza xərci 145 manat Cavabdeh dövlət büdcəsinə tutulması qət olunmuşdur.

1. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə öhdəl iklərinə əməl edərək razılaşdırılmış müddət ərzində kredit məbləğini cavabdehə vermiş,lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, 23240 ABŞ dolları əsas, 295 ABŞ dolları faiz borcu vardır.

11. Həmçinin birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2-ci, 442-ci, 443.1, 448.1, “İpoteka haqqında” Qanun un 34.1-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-138/2020 nömrəli iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci tarixli, 2(008)-240/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci tarixli 1946 saylı kredit müqaviləsi üzrə 23240 (iyirmi üç min iki yüz qırx) ABŞ dolları əsas, 259 (iki yüz əlli doqquz) ABŞ dolları faiz borcu, cəmi 23499 (iyirmi üç min dörd yüz doxsan doqquz) ABŞ dolları kredit borcunun alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, Azərbaycan manatı ilə və məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68 saylı evin, 29 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldı qdan sonra Cavabdeh yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, o, mənzildən məcburi qaydada çıxarılmaqla, mənzilin boşaldılması, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ borcu tam ödədikdə, qalan məbləğin Cavabdeh qaytarılması qət edilmiş, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş min) manat Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyi hesabına keçirilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh alınıb, “X5” MMC-nin hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlik ləri lazımınca icra edilməmişdir. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməlidir.

16. Apellyasiya məhkəməsi qiymətləndirmə ilə bağlı rəylərə qiymət verərək, hesab etmişdir ki, “xxxx” MMC və “X5” MMC-nin rəyləri kifayət qədər əsaslandırılmış, ipoteka predmetinin mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuş, qiymətlər bir-birinə yaxın olmaqla, kəskin fərq müəyyən olunmur. Buna görə də, həmin rəylər mötəbər sübut kimi qəbul olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 95000 manat müəyyən edilməlidir. Apellyasiya məhkəməsi qiymətləndirmə ilə bağlı “xxxx” MMC-nin rəyinə qiymət verərək, hesab edir ki, həmin rəy ipoteka predmetinə baxış keçirilmədən, müqayisəli təhlil aparılmadan, yalnız ərazinin təsviri nəzərə alınmaqla verildiyindən, mötəbər sübut kimi qəbul edilə bilməz.

17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi “həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək, mənzil hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması” hissəsində qismən təmin edilməli, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh yaşayış sahəsini ən geci 1 ay ərzində tərk e tmədikdə və yaşayış sahəsindən çıxmadıqda, o, mənzildən məcburi qaydada çıxarılmaqla, mənzil boşaldılmalıdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin hərracda satış qiymətinin məbləği ilə də razı deyil, hesab edir ki, qiymətləndirici tərəfindən mənzilin real bazar qiyməti müəyyənləşdirilməmiş, mülkiyyətçi olaraq mənafeyinə əhəmiyyətli zərər vuran həddə məbləğ müəyyən edilmişdir. Hesab edir ki, ipoteka predmeti olan əmlak hazırki orta bazar qiymətinə uy ğun olaraq yenidən qiymətləndirilməlidir. 20. 21. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

23. İddiaçının vəkili R.Əzimov izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılşamadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

28. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

29. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

30. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

31. Öz hüquqlarını həyata keçirərkən v ə vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

32. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

33. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyy ət daşıyır. (maddə 445)

34. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

35. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər(maddə 295)

36. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma x ərcləri daxildir. (maddə 279)

37. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. (maddə 317.1)

38. Əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır(maddə 319.1) 39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxla nılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. “İpoteka haqqında” Qanun 40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi ü çün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 41. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 42. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bild irişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. 43. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

44. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiym əti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Mülki Prossesual Məcəllə

45. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

48. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417. 1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Ekspertin düzgün olmayan nəticəyə gəlməsinə dair iddiaçının kassasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işin hallarından ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmədiyindən apellyasiya instansiya məhkəməsi həmin rəyə istinad etməkdə haqlı olmuşdur

53. Mə hkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-138/2020 nömrəli iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar