Məhkəmə qərarları › İş №2(102)-94/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-94/2022

24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-94/2022 24.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X6, X7, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsinin müəyyən olunması, miras əmlakda payların müəyyən edilməsi, vəsiyyətnamənin etibarszılığı” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-233/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti üzrə MÜƏYYƏN ETDİ: Cavabdeh3 (vəkil X8) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)233/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, valideynləri X5 və X1 ünvan 1 ünvanında yerləşən miras əmlakının onların tərəfindən qəbul edilməsinin müəyyən olunması, X2 adından tərtib olunmuş və Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 29 iyun 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması və hər birinin miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1180/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-233/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi qismən, yəni İddiaçı1 aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.0632 ha torpaq sahəsindən və 120.8 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət miras əmlakda İddiaçı1 miras payının 1/10 hissə, qalan 9/10 hissəsin isə cavabdeh X4 miras payı kimi müəyyən edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(051)-1180/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. Cavabdeh N.X10 Məhkəməsi Mülki Kollegiyasının 2(107)-233/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən şikayətini onunla əsalandırıb ki, miras əmlkda onun da payı müəyyən edilməlidir. Halbuki Ca vabdeh3 birinci instansiya məhkəməsinə belə bir tələb veməmiş, üstəlik, birinci instansiya məhkəməsi iddianı rədd etmiş, cavabdeh bundan apellyasiya şikayəti də verməmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 hazırki iş üzrə hər hansı tələbi olmadığı üçün, eləcə də, apellyasiya şikayəti vermədiyi üçün, başqa sözlə, qeyd edilən cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından onun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Buna baxmayaraq, Cavabdeh3 kassasiya şikayəti icraata qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərardadı Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilməli, Cavabdeh3 kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6389/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadı Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilmə si hissəsində ləğv edilsin, Cavabdeh3 kassasiya şikayəti baxışdan çıxarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar