Məhkəmə qərarları › İş №2(102)-94/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-94/2024

15.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-94/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaqla bağlı mübahisələr, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsində əkilmiş yonca bitkisinin həmin sahədən cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-203/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları qərarı müəyyən etdi. İşin halları

1. Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı ilə İddiaçı arasında Şəmkir rayonu, Ceyrançöl qışlağında 36 saylı sahədə 382 ha örüş sahəsinin xırda buynuzlu heyvanların saxlanılması üçün 92 il müddətinə sonuncunun icarəsinə verilməsi barədə xx.xx.2000-ci il tarixli, 101 saylı icarə müqaviləsi bağlanmışdır.

2. İddiaçının həmin müqaviləyə istinadla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı (Şəmkir RİH üçüncü şəxs qismində cəlb edilməklə) qaldırdığı idd ia Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1-131 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilərək, mübahisəli torpaq sahəsinə və yatağa hüquqların onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur.

3. İnzibati orqanın həmin qərardan verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(104)-175/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, mübahisəli torpaq sahəsinə dair hüququn və həmin sahədə yerləşən “A” literli olan 26.8 m² çoban olacağından, “B” literli olan 24.8 m² çoban olacağından, “C” literli olan 166.5 m² tövlədən, “D” literli olan 70.9 m² tövlədən və “E” literli olan 83.7 m² tövlədən ibarət yatağa (bunda n sonra - yataq) dair mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Qərarda qeyd olunmuşdur ki,...müqavilədə hansı müddətin (92 il və ya 15 il) göstərilməsinə baxmayaraq, cavabdeh inzibati orqanda iddiaçının torpaq sahəsinə hüququ qanunvericiliklə müəyyən edilmiş müddətdə (15 il) qeydiyyata alınır və bu, hüquqların qeydiyyata alınmasından imtina üçün əsas deyildir.

4. Qərar qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra məmurunun qərara izah verilməsi barədə verdiyi ərizə Gəncə İnzibati Məhkəməsinin 8-1(114)-3/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 8(104)-60/202 1 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, ərizə təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(104)-175/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının nəticə hissəsinin mübahisəli otlaq sahəsinə icarə hüququnun və həmin sahədə yerləşən yatağa mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulması kimi başa düşülməsi qərara alınmışdır.

5. İddiaçı Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37 saylı sahədə 0,0414 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 372.8 m2 olan əmlak kompleksini xx.xx.2017-ci il tarixli notarial alqı-satqı müqaviləsi əsasında 40.000 manata X1 və xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına qeydiyyat aparılmışdır.

6. Bundan sonra, cavabdehin oğlunun iddiaçıya qarşı qaldırdığı həmin əmlak kompleksindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılma barədə ilk, iddiaçının isə cavabdehin oğlu ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin və sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddiasına dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2674/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1026/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilə rək, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia yeni əsaslarla rədd olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır.

7. Daha sonra, Cavabdeh iddiaçıya qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, həmin iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2688/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, bu iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 225.064 manat tutulması qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə cavabdehin oğlu ilə iddiaçı arasında Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37 saylı sahədə 0.0414 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 372.8 m2 olan əmlak kompleksinə dair notarial alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə cavabdeh arasında sözügedən əmlak kompleksinin ətrafında yerləşən 382 ha torpaq sahəsi ilə bağlı şifahi razılaşma olmuş və iddiaçı həmin torpaq sahəsini 270.000 manata cavabdehə təklif etmiş, cavabdeh isə təklifi qəbul edərək, həm bank vasitəsilə, həm də şəxsən pul ödəmişdir. Sonradan cavabdeh torpaq sahəni öz adına rəsmiləşdirməsini tələb etmiş, lakin torpaq sahəsinin hüquq müəyyənedici sənədi olmadığından iddiaçı cavabdehlə notarial alqı-satqı müqaviləsi bağlaya bilməmiş, buna görə də tərəflər arasında mübahisə yaranmış, cavabdeh torpaq sahəsinə görə ödədiyi pulu geri tələb etmiş, iddiaçı isə əsassız bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinin 17 ha hissəsini özbaşına zəbt etmiş cavabdehin sahibliyinə son qoyulması üçün onun həmin torpaq sahəsindən çıxarılması, bu sahədə özbaşına və qanunsuz olaraq əkilmiş ağacların və yonca bitkilərinin cavabdehin vəsaiti hesabına çıxarılması, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il tarixli icarə müqaviləsinə əsasən 99 il müddətinə onun icarəsinə verilmiş mübahisəli torpaq sahəsində ferma binası mövcud olmuş və o, həmin sahəni təyinatı üzrə istifadə edərək orada özünə məxsus xırda buynuzlu heyvanları otarmışdır. Cavabdeh qeyd olunan torpaq sahəsinin bir hissəsini özbaşına və qanunsuz olaraq zəbt edərək, 12 ha hissəsinə meyvə ağacları, 5 ha hissəsinə isə yonca əkmişdir. Bu səbəbdən də, iddiaçı kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətini normal həyata keçirmək hüququndan məhrum olmuş, torpağa sahiblik və istifadə hüquqları pozulmuşdur. Torpaq sahəsinin boşaldılması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, nəticəsi olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. İddia ərizəsinə əlavə olunmuş ƏMDK-nin Qazax Ərazi Şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişlər tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi örüş otlaq sahəsidir, Ceyrançöl qış otlaq sahələrinin baş plan xəritəsində 36 və 37-ci sahələrdə yerləşir. Faktiki olaraq cavabdeh tərəfindən 12 ha torpaq sahəsinə meyvə ağacları və 5 ha sahəyə yonca əkilmişdir. Cavabdehdən həmin torpaq sahəsinə dair istifadə və icarə hüquqlarını təsdiq edən sənəd tələb olunsa da, o yalnız ərazidə yerləşən 372 m2 yataq tikintisinə çıxarış təqdim etmişdir. Qeyd olunan torpaq sahəsi 382 ha olmaqla iddiaçının icarəsindədir.

11. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2234 saylı, 02 dekabr 2020-ci il tarixli rəyinə əsasən, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsində yerləşən iddiaçının və cavabdehin təqdim etdikləri ərazidə 9.6788 ha torpaq sahəsində çoxillik ə kmələr, 46.6369 ha torpaq sahəsində əkin sahəsi, 347 m2 torpaq sahəsində tikili və 989 m2 torpaq sahəsində su hovuzu mövcud olduğu müəyyən edilmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlər toplusunda koordinatları özündə əks etdirən hüquq müəyyənedici sənədlər olmadığı üçün mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi barədə sualların cavablandırılması mümkün olmamışdır.

12. İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Ekspertiza Mərkəzi tərəfindən ƏMDX-nin mütəxəssis rəyi, mübahisəli ərazinin koordinatları və baza məlumatlarının təqdim olunması barədə 06 aprel 2021-ci il tarixli ekspert vəsatəti təmin edilmədiyindən 10/1244 saylı, 06 may 2021-ci il tarixli məktubla ekspertizanın aparılmasından imtina olunmuşdur.

13. İddiaçı yazılı vəsatə tlə müraciət edərək, cavabdehin oğlu ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli notarial alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixdə verdiyi iddia ərizəsi üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək bu iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməmişdir.

14. Şəmkir Rayon Məhkəməsinin (hakim Zaman İmanov) 2(076)-24/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, ekspertiza xərci iddiaçıya aid edilmişdir.

15. Birinci instansiya məhkəməsi iş üzrə alınmış ekspert və mütəxəssis rəylərini mötəbər sübut kimi qiymətləndirərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcə llə) 157.2-ci maddəsində göstərilən dispoziya şərtləri cavabdehə münasibətdə nə məcmu halında, nə də qismən mövcud deyildir. Belə ki, məhkəmə iclasında müəyyən olunan hallara əsasən cavabdehin iddiaçının iddia etdiyi ərazini zəbt etməsi öz təsdiqini tapmamış, iddiaçı məhkəməyə buna dair mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin icarədarı olsa da, həmin sahənin cavabdehin sahibliyində olması faktı müəyyən ediməmiş, bu səbəbdən də cavabdehə qarşı tələb hüququ yaranmamışdır.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-152.3, 157.1, 157.2-ci Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini mübahisəli torpaq sahəsinin onun icarəsinə verilməsinə baxmayaraq, iddiaçı tərəfindən qanunsuz zəbt olunması, məhkəmənin əsas götürdüyü ekspert və mütəxəssis rəylərinin mötəbər olmaması ilə əsaslandırmışdır.

18. İddiaçı yazılı vəsatətlə müraciət edərək, mübahisəli ərazidə ölçü və koordinatların müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını xahiş etmiş, məhkəmə kollegiyasının 03 dekabr 2021-ci il tarixli məhkəmə iclas protokoluna yazılmış qərardadı ilə vəsatət təmin olunmamışdır.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ə.Məmmədov (sədr lik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) 03 dekabr 2021-ci il tarixli, 2(104)3579/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvədə olan 8-1(104)-60/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə xx.xx.2002-ci il tarixli icarə müqaviləsinin 15 il müddətinə bağlandığı barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur və həmin icarə müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İdd iaçı isə məhz sözügedən icarə müqaviləsinə əsaslanmaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin çıxarılması tələb edilən 17 ha torpaq sahəsi də məhz mübahisəli torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahəsidir. İşdə olan sübutlarla müəyyən edilir ki, həmin torpaq sahəsi hazırda cavabdehin oğlunun qanuni istifadəsində olan torpaq sahəsidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.Ə.Əliyev) 2(102)-3506/2021 saylı, 17 iyun 2021-c i il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(104)-3579/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

23. Kassasiya kollegiyası hesab etmişdir ki, iddiaçı ilə cavabdehin oğlu arasındakı torpaqla bağlı mübahisə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həllini tapmış, hazırkı məhkəmə mübahisəsi isə iddiaçı ilə cavabdeh arasında sonradan əldə olunmuş mübahisəli torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşmadan irəli gəlmiş, cavabdehin oğlu bu iş üzrə nə cavabdeh, nə də ki, üçüncü şəxs qismində cəlb edilməmişdir. Ona görə apelyasiya məhkəməsinin iddiaçının 0,0414 ha torpaq sahəsindən çıxarılması b arədə məhkəmə qərarının mövcudluğuna istinad etməsi əsassızdır. Çünki mübahisə həmin 0,0414 ha torpaq sahəsi ilə bağlı deyil.

24. Kassasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh mübahisəli sahənin alqı-satqısı barədə iddiaçı ilə aralarında əldə olunmuş razılaşmadan notarial qaydada təsdiqlənməsinin mümkün olmaması səbəbilə imtina etmiş və torpağa görə ödədiyi məbləğ məhkəmə qaydasında ona qaytarılmışdır. Lakin, həmin məhkəmə prosesi çərçivəsində cavabdehin aldığı torpaq sahəsindən çıxarılması məsələsi açıq qalmış, dolayısı ilə də müqavilədən imtinanın nəticələri tam tətbiq olunmamışdır.

25. Kassasiya kollegiyası bildirmişdir ki, iddiaçı hazırkı iddiası ilə cavabdehin həmin torpaq sahəsinin 17 ha hissəsindən çıxarılmasını tələb etməklə tələbinin əsasında duran halları təsdiq edən sübut kim i ƏMDK-nin Qazax Ərazi Şöbəsinin müfəttişləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktını təqdim etmişdir. Həmin aktda cavabdehin 17 ha sahədə meyvə ağacları və yonca əkdiyi qeyd olunmuş, işə baxmış məhkəmələr isə dövlət orqanın əməkdaşları tərəfindən tərtib olunmuş həmin akta ümumiyyətlə hüquqi qiymət verməmiş, onun mötəbərliliyini yoxlamamışlar.

26. Kassasiya kollegiyası qeyd etmişdir ki, məhkəmələr iş üzrə təyin edilmiş ekspertizanın baş tutuması üçün də bütün lazımi prosessual tədbirləri görməmişlər. Belə ki, mübahisəli torpaq sahəsinin koordinatlarının təqdim olunması barədə ekspert tərəfindən göndərilmiş vəsatət məhkəmə tərəfindən açıq saxlanılmış, onun təmin olunması ilə bağlı heç bir prosessual hərəkət edilməmişdir (vəsatətin surətinin tərəflərə göndərilməsi, lazımi s ənədlərin istənilməsi və s kimi). Torpaq sahəsinə iddiaçının icarə hüquqlarının, həmin torpaq sahəsində yerləşən əmlaklara onun mülkiyyət hüquqlarının qeyd alınmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu təqdirdə, eləcə də torpaq sahəsinin cizgi planı və kordinatlarına dair dövlət orqanı tərəfindən verilmiş bütün məlumatların olması fonunda iddiaçının çıxarılmasının tələb etdiyi 17 ha torpaq sahəsinin kimə məxsus olmasının müəyyən edilməməsi əsassız olaraq məntiqsizdir. Mübahisə hansısa kiçik ölçülü torpaq sahəsindən deyil, 17 ha torpaq sahəsindən getdiyi halda həmin sahənin iddiaçının istifadəsində olan torpaq sahəsi olub-olmaması ilə bağlı mübahisə açmaq ümumiyyətlə ağlabatan deyil. Hansı ki, həmin sahəyə cavabdehin hərhansı hüququnun olmasına dair sənəd yoxdur.

27. Kassa siya kollegiyası belə qənaətə gəlmişdir ki, işə baxmış məhkəmələr mübahisənin hüquqi həlli ilə bağlı prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmamış, mövcud sübutlara düzgün hüquqi qiymət verməmişlər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və İ.T.Həsənov) 2(104)203/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-24/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul e dilməsi, iddianın təmin edilməsi, Cavabdeh İddiaçı icarəsində olan, Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən, ümumi sahəsi 382 (üç yüz səksən iki) hektar otlaq sahəsinin zəbt etmiş olduğu 27 (iyirmi yeddi) hektar hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin 3,1529 ha-dək sahəsində Cavabdeh tərəfindən əkilmiş yonca bitkisinin Cavabdeh hesabına biçilərək götürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 (on) manatı və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manatın Cavabdeh alınaraq, İddiaçı ödənilməsi, məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası mərkəzinin hesabına köçürülməsi, məhkəmə xərci qismində mütəxəssis rəyinin verilməsi üçü n aparılmış tədqiqatın dəyəri olan 95 (doxsan beş) manatın Cavabdeh alınaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına ödənilməsi qət edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da hazırkı apellyasiya icraatı zamanı iddiaçının icarə hüquqları xx.xx.2016-ci ildən xx.xx.2031-ci ilədək 20 sentyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmışdır. İş üzrə əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 fe vral 2023-cü il tarixli mütəxəsiss rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 10/163 saylı, 04 aprel 2023-cü il tarixli ekspert rəyi ilə isə İddiaçı icarəsində olan Şəmkir rayonu “Ceyrançöl” massivi 36-37 saylı qış otlaq sahəsində yerləşən 382,0 ha torpaq sahəsinin 27,65 ha-dək hissəsinin Cavabdeh tərəfindən istifadə olunması, istifadə olunan 27,65 ha-dək torpaq sahəsinin 13,3071 hadək torpaq sahəsində taxıl, 3,1529 ha-dək sahəsində yonca və 11,0473 ha-dək torpaq sahəsində isə ağac əkilməsi müəyyən edilməklə, torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin ona məxsus olmasını və ya torpaq sahəsinə faktiki sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsinə dair icra hakimiyyətinin müvafiq sərəncamlarının olduğunu bildirsə də bu bu sənədləri məhkəməyə təqdim etməmişdir. Hərçənd ki, hazırkı iş 2020-ci ilin fevral ayından etibarən məhkəmələrin icraatında olmuşdur. Digər tərəfdən cavabdehin iddia etdiyi sərəncamlar mövcud ola biləcəyi təqdirdə həmin sənədin hüquqi qüvvəsi iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlarından üstün qüvvəyə malik ola bilməyəcəkdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəməyə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin onun istifadəsinə və idarəçiliyinə verilməsinə dair xx.xx.2015-ci il tarixli etibarnamə təqdim edərək, dolayısı ilə mübahisəli torpaq sahəsi üzərində sahibliyinin qanuni olmasını iddia etmişdir. Bununla əlaqədar olaraq isə məhkəmə kolegiyası qeyd edir ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır ki, etibarnaməni ləğv etdirmədən hüquq sahibinin öz əşyasını etibarnaməli idarəçiliyə verdiyi şəxsdən geri tələb etmək hüququ istisna olunmur. Hüquq sahibi öz əşyasını etibarnaməli idarəçiliyə verdiyi şəxsdən tələb etdiyi halda vəkalət alan şəxs əşyanı geri qaytarmırsa artıq o, qanunsuz sahib hesab olunur. Hərçənd ki, iddiaçı həmin etibarnamənin tərəfindən ləğv edildiyini iddia etmişdir ki, cavabdeh də iddiaçının bu iddiasına qarşı hər hansı bir etirazını irəli sürə bilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə müvafiq olaraq iş üzrə icraatın cavabdehin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsində iddiaçının icarə hüquqlarının qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydi mübahisələndirməsinə dair inzibati işə baxılıb həll edilənədək dayandırılmalı olması ilə bağlı cavabdeh tərəfin mövqeyi ilə də razılaşmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmadığı təqdirdə işə iş üzrə icraat dayandırılır ki, hazırkı mübahisəyə baxılmasını qeyri-mümkün edən hər hansı bir hal mövcud olmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində icarə hüquqları mövcud olmaqla, cavabdehin isə mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilməməkdədir. Hazırkı mübahisə isə 3 ildən artıq davam etməkdədir ki, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində qalması iddiaçının mövcud hüquqlarının pozulmasına səbəb olmaqdadır. Cavabdehin isə əlavə iddia qaldırmaqla mübahisəni uzatması iddiaçının hüquqlarının pozulmasının davam etməsinə səbəb olmaqdadır. Hərçənd ki, cavabdeh iddiaçının mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərini ləğv etdirilməsinə nail olacağı və mübahisəli torpaq sahəsinə hər hansı bir hüququnun mövcud olacağı təqdirdə iddiaçının torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırmaq hüququ da istisna olunmayacaqdır. Lakin, hazırkı gündə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə qaytarılması qanuni və ədalətli hesab olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi sahəsi 382 hektar olan otlaq sahəsinin 17 ha hissəsini zəbt etmiş cavabdehin qanunsuz sahibliyinə son qoyulması və s. barədə iddia qaldırsa da, apellyasiya instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Bu zaman hansı müstəsna halın mövcud olması məlum deyil. Həm iddiaçı, həmdə cavabdeh fərdi sahibkarlıq fəaliyyəti göstərmələrinə, mübahisələndirlən ərazi isə qe yri-yaşayış sahəsi olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu halda, apellyasiya instansiyası məhkəməsi əsassız və qanunsuz olaraq məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında baxmışdır. Bu halı tərəflər məhkəmədə bildirməsə belə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq aidiyyət qaydalarının pozulubpozulmamasını araşdırmalı idi. Ən azından mübahisənin mahiyyətinə baxanda görünür ki, mübahisə ailə və ya şəxsi zəmində deyil, sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Torpaq sahəsi ilə bağlı iddiaçıya verilmiş dövlət reyestrindən çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan qeydin ləğv edilməsi barədə Gəncə İnzibati Məhkəməsində araşdırma aparılması ilə əlaqədar iş üzrə icraatın dayandırlması barədə vəsatə tə verilsə də, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin vəsatəti rədd etmişdir. Halbuki, hazırki iş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi hüquqmüəyyənedici sənəd, yəni dövlət reyestrindən çıxarış cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilir və həmin iş üzrə məhkəmə araşdırması davam edir. Gəncə İnzibati Məhkəməsinin hakimi Fikrət Hüseynovun icraatında olan 2-1(114)-2871/2023 saylı iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il saat 14:20-yə təyin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə bu barədə həmin məhkəməyə müraciət edilmişdir (iş nömrəsi 2-1(114)1900/2023), məhkəmə tərəfindən iddia mümkün sayılmamış, həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. 2-1(114)-2871/2023 saylı iş üzrə məhkəmə araşdırması getdiyi və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilmədiyi halda, hazırki iş üzrə icraatı dayandırmaq apellyasiya instansiyası məhkəməsinin vəzifəsi idi. Apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının təqdim etdiyi sübutları ardıcıllıqla sadalamış, lakin cavabdehin sənədlərinə əhəmiyyət verməmiş, bütün vəsatətlər formal olaraq rədd edilməklə yekunda qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə ən azından torpağın balans saxlayıcısı olan Şəmkir rayon İcra Hakimiyyətini üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməli və nümayəndənin iştirakı ilə müvafiq araşdırma aparmalı idi. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının dediklərini nəzərə almaqla kifayətlənib, cavabdeh tərəfindən təqdim edilmiş sübutları isə ümumiyyətlə araşdırmamışdır. Belə ki, qətnamənin 2-ci vərəqindəki sübutlar hissəsində qeyd edilmişdir ki, 02 sentyabr 2000-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Ceyrançöl qışlağında 36 saylı sahədən 383 hektar örüş sahəsi İddiaçı Abdürrəhman oğlunun icarəsinə verilmişdir. Halbuki, belə bir icarə müqaviləsi mövcud olmamış, sonradan tərtib edilməklə saxtalaşdırılmış və müqavilədəki bir çox rəqəmlər saxtalaşdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

38. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

39. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericili klə müəyyən edilmiş digər yollarla yaranır.

40. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur

41. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (1, və 2-ci bəndlər). Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyacı məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

55. Apellyasiya məhkəməsinin iddia tələblərindən kənara çıxması, iş üzrə icraatın dayandırılması barədə vəsatətlərin əsassız olaraq rədd olunması bapədə kassasiya şikayəti dəlillər i ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının icarəsində olan torpaq sahəsinin 17 hektarının deyil, 27,65 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması apellyasiya məhkəməsində işə baxılan zaman müəyyən edilmiş, bu səbəbdən də iddiaçı iddia tələblərinin həcminin artırılması barədə ərizə vermişdir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə haqlı olaraq iddianın həcminin artırılmasını mümkün saymışdır. Göstərilən normaya görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə həmçinin düzgün olaraq torpaq sahəsi ilə bağlı iddiaçının adına olan hüquqmüəyyənedici sənədlərin inzibati məhkəmədə mübahisələndirilməsi hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas deyildir.

56. Cavabdeh kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-203/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar