Məhkəmə qərarları › İş №2(102)-940/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-940/2022

01.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-940/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 Ağalar oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(1*2)-94*/22 (Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2*21-ci il tarixli, 2(1*6)-3474/2*21 saylı qərardadından Cavabdeh2 kassasiya şikayəti üzrə işə *1 fevral 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı “əşyalarının özgəsinin sahibliyindən və sərəncamından alınıb fərdi yaşayış evinə yerləşdirilməsi və sair” barədə iddia qaldırıb. Cavabdeh1 isə məhkəmədə İddiaçı qarşı “ kirayə götürdükləri qeyri-yaşayış obyektindən əşyaların məcburi qaydada çıxarılması” barədə qarşılıqlı iddia verib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin 23 avqust 2*21-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Seyfullayev) ilk və qarşılıqlı iddialar təmin edilib. 3* sentyabr 2*21-ci il tarixdə Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2*21- ci il tarixli qərardadı ilə (hakimlər S.İ.Mayılov sədrlik edən və məruzəçi, M.Ə.Bağırov və N.F.Mirzəyev) Cavabdeh2 iş üzrə Beyləqan rayon məhkəməsinin 23 avqust 2*21-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətinin forması Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsində müəyyən edilmiş qaydalara uyğun deyil. Apellyasiya şikayətinin forması həmin Məcəllənin 2 nömrəli əlavəsinə cavab vermir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və tam məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməyib. Birinci instansiya məhkəməsi Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlamadan apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Ona görə də Cavabdeh2 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 361.1, 363.1.2, 366-cı maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 1*.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 361.1-361.1.7-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayəti verən şəxsin tələbi və məhkə mə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və sair. Həmin Məcəllənin 363.1, 363.1-1, 363.1.2-ci maddələrində göstərilir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa və sair. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessua l əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 4*7.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə cəmi 6 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilib. Halbuki, ilk iddiadan görünür ki, İddiaçı ilk iddiaya 3*,4* manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etmişdir. Belə olan halda, “D övlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6cı maddəsinə əsasən, cavabdeh Tofiq Qasımov qətnamədən verdiyi apellyasiya şikayətinə həmin Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 5* faizi miqdarında dövlət rüsumunun ödənilməsi barədə sənədə əlavə etməli idi. Göründüyü kimi cavabdeh Tofiq Qasımov apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və tam məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməyib, bu hal isə apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinə *1 oktyabr 2*21-ci il tarixədək daxil olmuş olsa da belə apellyasiyanın mümkün lüyü üçün qanuni əsaslar olmamışdır. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki prosessual qanunvericiliyə görə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olub-olmaması iki mərhələdə yoxlanılır: birincisi, apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən (MPM-nin 364-cü maddəsi). İkincisi, apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bu məhkəmə tərəfindən (MPM-nin 36 6-cı maddəsi). Göründüyü kimi, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, apellyasiya icraatı mərhələsində də qəbul olunmamış hesab edilə bilər. Burada apellyasiyanın qəbul olunmamış hesab edilməsi onun qeyri-mümkünlüyünü ehtiva edir. Apellyasiyanın mümkünlüyü üçün əsasların olmaması dedikdə- işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülür. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, apellyasiya şikayətini qəbul olunmamış hesab etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, yuxarıda sadalanan prosessual normaların tələblərini hazırki m übahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayətində göstərdiyi digər dəlillər üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2*21-ci il tarixli, 2(1*6)-3474/2*21 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar