Məhkəmə qərarları › İş №2(102)-944/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-944/2025

15.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-944/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr; torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(104)-1957/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X6 17 sentyabr 1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. 2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamə əsasında Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarına əsasən X4 mülkiyyətinə ünvan 1 ünvanda yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

3. X6 22 dekabr 2019-cu il tarixdə vəfat etmişdir.

4. Cavabdeh mülkiyyətində ünvan 2 ünvanda 0,06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır və həmin əmlaka dair mülkiyyət hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və bu b arədə RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28 noyabr 2018-ci il olan çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mərhum əri X4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin boşaldılması və Cavabdeh tərəfindən qanunsuz tikilmiş fərdi yaşayış evinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı mərhum əri X5 məxsus “Torpağın mül kiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamə əsasında verilmiş ünvan 2 ünvanda yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən ona məktubla bildirilmişdir ki, şəhadətnamə qüvvədədir, lakin həmin torpaq sahəsində başqa şəxs ev inşa etmişdir. O, cavabdehə bu mübahisəni məhkəmədən kənar qaydada həll etməyi təklif etsə də, cavabdeh bununla razılaşmamışdır.

7. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı mərhum əri X4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsini zəbt etməmiş və orada qanunsuz tikili inşa etməmişdir. Onun mülkiyyətində ünvan 3 ünvanda yerləşən 0,05 hektar həyətyanı torpa q sahəsi vardır. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28 noyabr 2018-ci il olan çıxarış da tərtib edilmişdir.

8. Göygöl Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(066)-1197/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən fərdi yaşayış evinin və tikililərin sökülməsi» tələbinə dаir mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır.

9. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9671 saylı rəyindən məlum olur ki, “To rpağın mülkiyyətə verilməsinə dair” JN958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28 noyabr 2018-ci il olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 600 kvadrat metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsinin Cavabdeh nümayəndəsi olan, mülki işdə adı keçən X2 naturada təqdim etdiyi 580 kvadrat metr t orpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsinin 270 kvadrat metr hissəsi üzərində tikili inşa edilməsi müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(066)-1197/2023 nömrəli qərardadının (məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi barədə) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsində tikililərin kim tərəfində tikilməsi barədə olan 6-cı sualına cavab vermək mümkün olmamışdır.

10. Göygöl Rayon Məhkəməsinin xx.xx.202 4-cü il tarixli, 2(066)-44/2024 saylı qətnaməsi ilə (hakim M.Məmmədov) iddianın qismən təmin olunması, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,05 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən (zəbtindən) azad edilməsi və İddiaçı qaytarılması, iddia tələbinin Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,05 hektar həyətyanı torpaq sahəsində qanunsuz tikilinin sökülməsi hissəsində təmin edilməməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pulun alınıb, İddiaçı verilməsi, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pulun tərəflərin hər birindən 25 (iyirmi beş) manat alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mərhum ərinin mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməməsinə baxmayaraq, iddiaçının mərhum ərinin mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən tutulması müəyyən edilmişdir. Ancaq iddiaçının mərhum ərinin mülkiy yətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin bir hissəsində tikilmiş tikilinin kimin tərəfindən tikilməsini müəyyən etmək mümkün olmamışdır. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9671 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab etmişdir ki, iddia qismən təmin olunmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddəsinə, "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 vasitəsi ilə apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 44/2024 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdehin mülkiyyətində ünvan 3 ünvanında yerləşən 0.06 ha fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi var və həmin torpaq sahəsinə Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ona verilmiş 28 noyabr 2018-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarış da almışdır. Bundan başqa onun əlavə torpaq sahəsi yoxdur. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini də zəbt etməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Bir tərəfdən qanunverici hər kəsin mülkiyyət hüquqlarının olduğunu xüsusi mülkiyyət hüququnun qanunla qorunduğunu göstərsə də, digər bir tərəfdən isə birinci instansiya məhkəməsi qanunvericiliyin bu tələblərini də pozmuşdur. Mülki işdən də görünür ki, İddiaçı öz iddiasının əsası kimi məhkəməyə heç bir sübut və dəlil təqdim etməmişdir. Lakin buna baxmayaraq, məhkəmə iddia tələbini qismən təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. İşdə olan sübutlardan da açıq-aydın görünür ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməmiş və zəbt etdiyi torpaq sahəsində də yaşayış evi tikməmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, iş üzrə çıxarılmış qətnamə isə işin halları ilə eynilik təşkil etməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/9671 saylı rəyindən də açıq-aydın görünür ki, mərhum X4 mülkiyyətinə verilmiş JN-958A (KOD:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsi onun mülkiyyətində olan ünvan 4 ünvanda yerlən 0,06 ha torpaq sahəsi i lə üst-üstə düşmür. Belə olan halda, necə ola bilər ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etmiş olsun. Məhkəməyə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsi barədə vəsatət versə də, vəsatəti təmin edilməmişdir. Hələ də aydın deyil ki, o, hansı torpaq sahəsini zəbt etmişdir və zəbt etdiyi torpaq sahəsini iddiaçıya qaytarmalıdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) 30 oktyabr 2024-cü il tarixli, 2(104)-1957/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(066)-44/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhk əmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və baxış zamanı Cavabdeh mövcud tikilini göstərərək ona məxsus olduğunu və həmin tikilini özünə məxsus torpaq sahəsində inşa etdirdiyini bildirmiş, eyni zamanda baxış zamanı cavabdehə məxsus evdən sağ tərəfdə böyük ölçüdə boş torpaq sahəsinin olduğu müəyyən edilmişdir.

17. Cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsinin zəbt edildiyi məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla müəyyən edildiyindən, kollegiya hesab etmişdir ki, məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

18. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi halda iddia tələbini əsassız olaraq təmin etməklə onun mülk iyyət hüququnu pozmuşdur.

19. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı məhkəməyə mərhum ərinin mülkiyyətində 0,05 ha torpaq sahəsinin olmasını təsdiq edən torpağa mülkiyyət hüququna dair şəhadətnaməni, iddiaçının təqdim etdiyi şəhadətnamədə göstərilmiş koordinatlarda olan torpaq sahəsində digər şəxs tərəfindən fərdi yaşayış evi inşa edildiyinə görə, mərhum ərinin adına çıxarışın verilməsindən imtina edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunu təqdim etmiş, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tikinti ekspertizasının r əyi ilə də iddiaçının mərhum ərinə məxsus torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olduğu təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən rədd etməkdə haqlı olmasa da, həmin xüsusat iddiaçı tərəfindən mübahisələndirilmədiyinə görə, kollegiya həmin qətnamə ilə razılaşmışdır.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 1159.1, 1159.1.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini və bu mümkün olmadıqda isə işi yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni iddiaçının mövqeyindən yanaşmış, cavabdehin təqdim etdiyi sübutları qətnamədə şərh etsə də, onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında araşdırılmış çoxsaylı sübutlarla iddia tələbinin əsassız olduğu təsdiq edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etməmişdir. Apellya siya instansiya və birinci məhkəməsi sübutlara qiymət verərkən qanun normasının bu tələblərini də pozmuş, cavabdehin təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, iddianın əsassızlığı məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilməsinə baxmayaraq iddia qismən təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin izahatlarını, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borclu olduğu halda, mülki prosessual qanunvericilin tələblərini pozmuş, iddianın əsassızlığını təsdiq edən kifayət qədər sübutların olmasına əhəmiyyət verməmişdir.

24. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsas sız və qanunsuzdur. Belə ki, hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün iddiaçının subyektiv hüquqi mövcud deyildir. Mübahisəli hesab edilən torpaq sahəsi mərhum X4 mülkiyyətində olmuşdur. Onun ölümündən sonra miras əmlak kimi həmin torpaq sahəsinə dair istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsəlik işi açılmamışdır. Qeyd olunan torpaq sahəsinə iddiaçının hər hansı hüququnun olmasını təsdiq edən heç bir hüquq müəyyənedici sənəd yoxdur. Digər tərəfdən mülki işin materiallarından göründüyü kimi, Cavabdeh iş üzrə mübahisəli hesab edilən torpaq sahəsini Göygöl Rayon Dövlət Notariat Kontorunda 15 noyabr 2018-ci il tarixdə 4Ə-489 reyestr nömrəli təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında DƏDRX-nin 3 saylı Gəncə Əra zi İdarəsi tərəfindən Cavabdeh adına Seriya RX-1417127 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən çıxarış və 27 noyabr 2018-ci il tarixli 326493 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. Plan və ölçü sənədindən göründüyü kimi DTXK-nın Xanlar Rayon Şöbəsi tərəfindən verilmiş 20 aprel 2006-cı il tarixli JN-957A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

28. Maddə 1159.1 və 1159.1.1.İddiaçı mərhum X4 qanun üzrə birinci növbə vərəsəsi sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

29. Maddə 111.Hissə İ. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfin dən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, bu məqsədlə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1957/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar