Məhkəmə qərarları › İş №2(102)-945/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-945/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-945/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)5780/2022 saylı qətnaməsindən iddiaçı X verdiyi kassasiya şikayəti üzrə işə 04 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin ha lları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalan Cavabdeh illik 8 faiz dərəcəsi ilə, 300 ay müddətinə qaytarılmaq şərtilə 50.000 manat kredit verilib. 24 iyul 2009-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132 saylı mənzilini 59.000 manata əldə edib (9.000 manat alıcı tərəfindən, 50.000 manat Bank tərəfindən ödənilib) və borcalan Cavabdeh əldə etdiyi mənzili yuxarıdakı kredit müqaviləsinin təminatı qismində Bank qarşısında ipoteka ilə yüklü edib və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Bank və borcalan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 1 saylı Əlavə ilə tərəflər arasında bağlanmış 24 iyul 2009-cu il tarixli, 345 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 8 faizdən 14 faizə qaldırılıb, kredit müqaviləsinin müddəti dəyişdirilməyib və həmin tarixə yaranmış 57.103,59 manat qalıq borcu üzrə öhdəliyə dair yeni ödəniş cədvəli tərtib edilib. Bank və borcalan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli, 87/13 saylı digər kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalan Cavabdeh 60 ay müddətinə illik 20 faizlə 10.000 manat kredit verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) və üçüncü şəxs X2 (bundan sonra üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixli, 345 saylı kredit müqavi ləsi üzrə 46.724,26 manat əsas, 18.972,48 manat faiz borcu olmaqla, cəmi 65.696,74 manat, xx.xx.2013-cü il tarixli, 87/13 saylı kredit müqaviləsi üzrə 3726.03 manat əsas, 1.149,34 manat faiz borcu, 10.64 manat cərimə olmaqla, cəmi 4.886,01 manat borcun Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırıb ki, cavabdeh, kredit müqaviləsinin şərtlərini pozaraq, yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməyib və ona öhdəliyin icrası ilə bağlı xəbərdarlıq lar edilsə də, heç bir nəticə əldə olunmayıb. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilik iddianın rədd olunması, Bankla onun arasında bağlanmış 15 may 2013-cü il tarixli, 87/13 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılıb ki, Bankın əməkdaşları 24 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə sənədləri saxtalaşdırmaqla 2013-cü ildə yeni müqavilə tərtib edib, adına kredit götürməklə mənimsəyiblər, onun 24 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə ödədiyi ödənişlərin təyinatını dəyişdirib saxtalaşdırılmış müqavilənin icrasına yönəldiblər və nəticədə onu zərərə salıblar. Həmin dövrdə o, 8 faizlə krediti çətinliklə ödədiyi halda, ona əlavə 20 faizlə 10.000 manat kredit verilməsi həqiqəti əks etdirmir. İşə baxılarkən X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşularaq cavabdehlə birgə nikah dövründə alınmaqla birgə mülkiyyətlərində olan ipoteka predmetinin Bank qarşısında ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Üçüncü şəxs tələbini onunla əsaslandırıb ki, ipoteka predmetini 60.000 manata satın alıblar və öz vəsaiti hesabına müqavilədə göstərilən 10.000 manatın 9.000 manat hissəsini Bank vasitəsilə satıcıya, qalan 1.000 manat hissəsini isə beh şəklində verib, kredit və ipoteka müqavilələri bağlanarkən, Bank həmin müqavilələrin tərtibində iştirakını təmin etməyib. Məhkəməyə dəvət olunarkən, ona məlum olmuşdur ki, ondan sonrakı müddətdə Bank həyat yold aşı ilə bağladığı kredit müqaviləsinə dəyişiklik edib, onu ailə vəziyyətini və kreditin ödənilməsini çətinləşdirən yeni müqavilə imzalamağa məcbur edib. Həmin dövrdə 50.000 manatdan artıq ipoteka üçün kredit verilmədiyi halda, ilkin müqavilə üzrə ödənilməmiş faiz və penyaları yenidən hesablamaqla 57.000 manat şəklində yeni müqavilə imzalatdırıblar, həmçinin kreditin faizini 8-dən 14-ə qaldırıblar, ən acınacaqlısı isə həyat yoldaşına bir manat pul vermədən 20 faizlə qaytarmaq şərtilə əlavə 10.000 manata dair kredit müqaviləsi bağlayıblar. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 2584 saylı ekspert rəyinə əsasən, mülki işin 35-42-ci vərəqələrində olan Bankla cavabdeh arasında bağlanmış 15 may 2013-cü il tarixli, 87/13 saylı “təminatsız kredit müqaviləsi”nin 2 -6-cı vərəqələrində “borc alan” qrafalarındakı imzalar və 7-ci vərəqəsində “fiziki şəxs” qrafasındakı imza – cavabdeh tərəfindən icra olunub. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 1063 saylı rəyinə əsasən xx.xx.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavə qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin Banka olan əsas borcu 46.724,26 manat, faiz borcu 18.972,48 manat təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(007)-32/2021 saylı qətnaməsi ilə (hakim C.Şəfiyeva) ilk iddia təmin edilərək, cavabdehdən Bankın xeyrinə xx.xx.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsi üzrə 46.724,26 manat əsas, 18.972,48 manat faiz borcu olmaqla, cəmi 65.696,74 manat pulun tutulması, tutmanın dəyəri 1 15.000 manat təşkil edən ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının rədd edilməsi qət edilib. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borcu yaranıb. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının qanuni əsasları mövcud deyil və qeyd olunan tələblərlə əlaqədar məhkəməyə kifayət qədər sübutlar təqdim olunmayıb və istinad edilən hallar sübuta yetirilməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 739.1, 739.2-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın, habelə üçüncü şəxsin iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Üçüncü şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103)7753/2021 saylı qətnaməsi ilə (hakimlər V.İbayev sədrlik edən, məruzəçi, E.Kazımov və Ş.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh və üçüncü şəxs apellyasiya şikayətlərində Bankla kredit müqaviləsi bağlanarkən onlara qarşı ədalətsiz davranılmasına, kreditin ödənilməsi barədə onlara xəbərdarlıq edilmədən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunmasına istinad ediblər və razılığa gəlmək üçün vaxt verilməsini, iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişlər. Apellyasiya instansiya məhkəməsi, biri nci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verməklə məhkəmə prosesini ləngitməyə cəhd etmişlər. Kassasiya instansiya məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, əsas kredit müqaviləsi üzrə müqavilə müddəti 300 ay müəyyən edildiyi halda, Bank xx.xx.2013-cü il tarixədək hesablanmış faiz və dəbbə pulunu yenidən kredit şəklində iddiaçıya hesablamaqla qanunvericiliyin tələblərini pozub. İpo teka predmeti onun və üçüncü şəxsin birgə nikahı dövründə əldə edildiyi, kredit müqaviləsi üzrə əsas borcun məbləği 50.000 manatdan 57.103,59 manata və kreditin faiz dərəcəsi 8-dən 14-ə dəyişdiyi halda, əlavə ipoteka müqaviləsi bağlanmayıb və ipoteka əlavə dövlət reyestrində qeydə alınmayıb. 15 may 2013-cü il tarixli müqavilədən onun məlumatı olmayıb və kredit müqaviləsindəki imzaları saxtalaşdırılıb. Bankla mənzildən çıxarılmaması, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün qarşılıqlı razılığa gəlməyə çox cəhd edib, bunu dəfələrlə Bankın əməkdaşlarına bildirib. Kredit borcunun əvvəlki qaydada 8 faizlə ödənilməsinə və borcun tam bağlanmasına indi də razıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(102)-2666/2022 saylı qətnaməsi ilə (hak imlər A.Hüseynov sədrlik edən, məruzəçi, Z.Əliyev və Ə.Nurməmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ləğv edilib, mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılıb və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit borcu tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunub. İpoteka predmetinə tutuma yönəldilməsi hissəsində isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələblərinin pozulması ilə çıxarılıb. Be lə ki, ipoteka müqaviləsinin qüvvəyə minməsi və ipoteka hüququnun yaranması barədə Qanunun 10 və 11-ci maddələrində müəyyən edilmiş qayda əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatına da eyni cür şamil edilməlidir. Əks halda qanunvericiliyin əlavə ipotekanın qeydiyyatı ilə bağlı nəzərdə tutduğu məqsədlərinə nail olmaq da mümkün olmayacaqdır. Bu baxımdan ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdirilmişdirsə ipotekanın dəyişdirilmiş şərtlərlə yaranan öhdəliyin də təminatı olması üçün bununla bağlı ipoteka müqaviləsinə dəyişikliklər edilməli və həmin dəyişikliklər dövlət qeydiyyatına alınmalıdır. Əks halda “İpoteka haqqında” Qanunun 10, 11 və 14-cü maddələrinə əsasən mövcud ipote ka yalnız ilkin şərtlərlə yaranmış öhdəliklərin təminatı kimi qalmaqla, dəyişdirilmiş şərtlərlə yaranan öhdəliklərin həmin ipotekaya yönəldilməsi üçün hüquqi (qanuni) əsas olmayacaqdır. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 448.1, 739.1ci maddələrinin, habelə “İpoteka haqqında” Qanunun 10.4, 11.1, 14-cü maddələrinin və digər maddi, prosessual hüquq normaların tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)5780/2022 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayətləri baxılan hissədə qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(007)-3 2/2021 saylı qətnaməsi tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132 saylı mənzilinə yönəldilməsi və üçüncü şəxsin iddiasının rədd edilməsi hissələrində (qismən) ləğv edilib, iddiaçının cavabdehə qarşı iddiası “tutmanın ipoteka qoyulmuş Bakı şəhəri, Nizami Rayonu, Bəhruz Nuriyev küçəsi 52 saylı evin 132 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitə yönəldilməsi” hissəsində rədd edilib, habelə üçüncü şəxsin Banka və üçüncü şəxsə qarşı “mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi, mənzilin yüklülükdən azad edilməsi” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Nizami Rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132 saylı mənzilinin iddiaçının qarşısında (24 iyul 2009-cu il tarixli “y aşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən) ipoteka qeydiyyatının ləğv edilməsi, mənzilin ipoteka ilə dövlət yüklülüyündən azad edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiy yətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qətnamə üzrə maddi hüquq normaların tətbiqində ümumilikdə qüsurlar müəyyən edilməsə də, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi əsasları ilə həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir, əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatına da eyni cür şamil edilməli və ipotekanın dəyişdirilmiş şərtlərlə yaranan öhdəliyin də təminatı olması üçün bununla bağlı ipoteka müqaviləsinə dəyişikliklər edilməli və həmin dəyişikliklər dövlət qeydiyyatına alınmalı olduğu hal da bunlar təmin edilməmişdir. Bu əsaslar təminatın və qətnamənin ilk və üçüncü şəxsin tələblərinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində qanuniliyi anlamını şübhə altına alan amillərdir. “İpoteka haqqında” Qanunun 11 -ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədədə məlumat qeyd edilir. Həmin Qanunun 14-cü maddəsində qeyd edilmişdir ki, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə. İpotekanın əlavə dövlət qeyd iyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə dövlət qeydiyyatına alınır. İpoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə dövlət qeydiyyatı ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə aparılır. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında i sə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri əsas tutub qeyd etmişdir ki, apellyasiya şikayətləri qismən təmin edələrək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsi və üçüncü şəxsin iddiasının rədd edilməsi hissələrində ləğv edilməli, ilk iddia həmin hissədə və üçüncü şəxsin iddiası təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269-270, 319.1-ci maddələrinin və “İpoteka haqqında” Qanunun 10-12, 14-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə i ştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassator kassasiya şikayətini onunla əsaslandırıb ki, xx.xx.2013-ci il tarixli ipoteka müqaviləsinə edilmiş dəyişiklik özlüyündə ipoteka müqaviləsinin şərtlərini dəyişdirməyib. Əlavə saziş, hüquqi fakt kimi əlavə mülki hüquq və vəzifələr əmələ gətirməyib. Çünki, əlavə saziş müqavilənin digər şərtlərini dəyişdirməyib. Sadəcə olaraq faiz dərəcəsində dəyişiklik edilib. Tərəflər arasında həm kredit, həm də ipoteka müqavilələrində müqavilənin mühüm şərtləri razılaşdırılıb. Mülki Məcəllənin 307.4-cü maddəsində əgər ipoteka ilə təmi n edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Belə ki, cavabdehlə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik üzrə hissə-hissə icra olunmalı ödənişlərin müddəti, dövriliyi, məbləği kredit müqaviləsi ilə müəyyən edilir. “İpoteka haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən, ipoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Bundan başqa, cavabdeh ilə Bank arasında imzalanmış ipoteka müqaviləsinin şərtlərinə görə, ipoteka qoyan kredit müqaviləsinə əsa sən üzərinə götürdüyü əsas məbləği, faizləri, ödənişin gecikməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və ipotekaqoyan öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanları ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədə olur. İpoteka müqaviləsinin şərtlərindən göründüyü kimi, borcun faiz dərəcəsinin dəyişdirilməsinə artıq ipotekaqoyan müqaviləni imzaladıqda öz razılığını bildirmişdir. İpoteka müqaviləsinin bütün şərtlərinin ipoteka qoyana məlum olması, buna etiraz etməməsi, əksinə, iradə ifadəsini bildirərək, müqaviləni imzalaması ipoteka qoyanın razılığını əks etdirir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə müqavilədəki söz və ifadələrin hərfi mənası ilə bağlı deyil, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, həm də ağlabatan müh akimə əsasında müəyyən etməlidir. Qanunun tələbinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, müqavilə şərtləri təfsir edilərkən, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər aparılmış danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, habelə tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, həmin normalar həm də imperativ xarakter daşıyır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Maddə 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. Maddə 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: Maddə 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; Maddə 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; Maddə 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə. Maddə 14.3. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmetidəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə dövlət qeydiyyatına alını r. Maddə 14.4. İpoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə dövlət qeydiyyatı ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymə tləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasi ya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Əvvəla, kassasiya instansiyası məhkəməsi, ilk iddianın tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 52 saylı evin 132 saylı mənzilinə yönəldilməsi hissəsində təmin etmiş apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayətinə əsasən qətnamənin bu hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış 24 iyul 2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 8 faiz dərəcəsi ilə, 300 ay müddətinə qaytarılmaq şərtilə 50.000 manat kredit verilib. 24 iyul 2009-cu il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən cavabdeh, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132 saylı mənzilini 59.000 manata əldə edib (9.000 manat alıcı tərəfindən, 50.000 manat isə Bank tərəfindən ödənilib) və cavabdeh əldə etdiyi mənzili sözügedən kredit müqaviləsinin təminatı qismində Bank qarşısında ipoteka ilə yüklü edib, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Eyni zamanda, tərəflərin imzaladıqları xx.xx.2013-cü il tarixli 1 saylı Əlavə ilə tərəflər arasında bağlanmış 24 iyul 2009-cu il tarixli, 345 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 8 faizdən 14 faizə qaldırılıb, kredit müqaviləsinin müddəti dəyişdirilməyib və həmin tarixə yaranmış 57.103,59 manat qalıq borcu üzrə öhdəliyə dair yeni ödəniş cədvəli tərtib olunub. Həmçinin Bankla cavabdeh tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli, 87/13 saylı digər kredit müqaviləsinə əsasən Bank t ərəfindən cavabdehə 60 ay müddətinə illik 20 faizlə 10.000 manat kredit verilib. “İpoteka haqqında” Qanuna əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və məhz bu andan ipoteka saxlayanın ipoteka hüququ əmələ gəlir (Qanunun 10.4, 11.1 və 11.2-ci maddələri). Eyni zamanda “İpoteka haqqında” Qanunun 14-cü maddəsi nəzərdə tutur ki, daşınmaz əmlakın ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatı aparılmalıdır. Bununla bağlı ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilməlidir. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini ara şdırıb hesab edir ki, ipoteka müqaviləsinin qüvvəyə minməsi və ipoteka hüququnun yaranması barədə Qanunun 10 və 11-ci maddələrində müəyyən edilmiş qayda əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatına da eyni cür şamil edilməlidir. Əks halda qanunvericiliyin əlavə ipotekanın qeydiyyatı ilə bağlı nəzərdə tutduğu məqsədlərinə nail olmaq da mümkün olmayacaqdır. Bu baxımdan ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdirilmişdirsə ipotekanın dəyişdirilmiş şərtlərlə yaranan öhdəliyin də təminatı olması üçün bununla bağlı ipoteka müqaviləsinə dəyişikliklər edilməli və həmin dəyişikliklər dövlət qeydiyyatına alınmalıdır. Əks halda “İpoteka haqqında” Qanunun 10, 11 və 14-cü maddələrinə əsasən mövcud ipoteka yalnız ilkin şərtlərlə yaranmış öhdəliklərin təminatı kimi qalmaqla, dəyişdirilmiş şərtlərlə yaranan öhdəliklərin həmin ipotekaya yönəldilməsi üçün hüquqi (qanuni) əsas olmayacaqdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən işdə olan sübutlara həmin maddi hüquq normalarına müvafiq olaraq qiymət verməklə, ilk iddianı tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassator, kassasiya şikayətində 24 iyul 2009-cu il tarixli, 1345 saylı təminatlı kredit müqaviləsinə xx.xx.2013-ci il tarixli 1 saylı Əlavə ilə edilmiş dəyişikliyin özl üyündə ipoteka müqaviləsinin şərtlərini dəyişdirmədiyini, həmin Əlavənin, hüquqi fakt kimi mülki hüquq və vəzifələrin həcminin artmasına, habelə əsas öhdəliyin mahiyyətinin, ölçüsünün və icra müddətinin dəyişməsinə səbəb olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, sözügedən Əlavənin 1.1-ci bəndində göstərilir ki, qeyd olunan təminatlı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 8 faizdən 14 faizə qaldırılıb. Həmin Əlavənin 1.2-ci bəndində isə göstərilir ki, 11 aprel 2013-cü il tarixə qalıq borcu 57.103,59 manat müəyyən edilib və qalıq borcunun müqaviləyə olan Əlavə ilə təyin edilmiş cədvəl üzrə ödənilməsi razılaşdırılıb. Göründüyü kimi, ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə əsas öhdəliyin mahiyyəti, ölçüsü dəyişdiyi halda, sözügedən ipote kanın da dəyişdirilmiş şərtlərlə yaranan öhdəliyin təminatı olması üçün bununla bağlı ipoteka müqaviləsində hər hansı dəyişiklik edilməyib və həmin dəyişikliklər dövlət qeydiyyatına alınmayıb. Ona görə də kassasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşır. Lakin, digər hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin yuxarıda müəyyən edilmiş hallarına görə üçüncü şəxs iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə razılaşaraq, ondan ümumiyyətlə kassasiya şikayəti verməyib, cavabdehin kassasiya şikayətinə əsasən isə qətnamə yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilib və mülki iş həmin hissəd ə yeni apellyasiya baxışına qaytarılıb, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılıb. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığının yoxlanılması üçüncü şəxsin iddia tələblərinin rədd olunması hissəsində kassasiya instansiyası məhkəməsində işə baxılmanın predmeti olmadığı və üçüncü şəxs kassasiya şikayəti vermədiyi üçün həmin hissədə qətnamə artıq qanuni qüvvəyə mindiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin hissəni yenidən apellyasiya baxışının predmetinə çevirməklə, əslində öz səlahiyyətlindən kənara çıxıb və işə baxılmanın həddini aşıb. Halbuki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissədə yoxlamalı idi. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərindən kənara çıxıldığı üçün, qətnamə qismən- üçüncü şəxsin Banka və cavabdehə qarşı “mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi, mənzilin yüklülükdən azad edilməsi” barədə iddiasının təmin edilməsi; habelə həmin mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin ipoteka ilə dövlət yüklülüyündən azad edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması hissələrində ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti qismən təmin edilsi n. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-5780/2022 saylı qətnaməsi qismən- üçüncü şəxs X və Cavabdeh qarşı “mənzilin ipoteka qeydiyyatının ləğv edilməsi, mənzilin yüklülükdən azad edilməsi” barədə iddiasının təmin edilməsi və Bakı şəhər, Nizami rayonu, B.Nuriyev küçəsi, 52 saylı evin 132 saylı mənzilinin ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin ipoteka ilə dövlət yüklülüyündən azad edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması hissələrində ləğv edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar