Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-945/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1638/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərə findən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2.İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 24 noyabr 2009-cu il tarixli 103/1 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 154.000 manat kredit verilmişdir; 3.İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh verilmiş 154.000 manat kreditin əvəzində ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus 3 otaqlı 40 saylı mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair 24 noyabr 2009-cu il tarixli, 103/1 saylı ipoteka müqaviləsi rəsmiləşdirilmişdir; 4.Azərbaycan Respublikasın ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 aprel 2023-cü il tarixli, məlumatın verilməsi haqqında məktuba əsasən Cavabdeh və ya Aytən Əhmədovanın adlarına ünvan 2, 3 otaqlı 40 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, sorğuya əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş məktubda qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, N.Rəfiyev küçəsi, ev 25, 40 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir; 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(011)7713/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativ i "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvan 2 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 (iyirmi beş min səkkiz yüz on iki) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. 6.Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2022-ci il tarixli 2(103)-4360/2022 saylı qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı ləğv pr osesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 151.269 manat əsas, 248,900 manat faiz və 691 manat dövlət rusumu olmaqla, cəmi 400.169,50 manat pulun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 3 otaqlı 40 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını x ahiş etmişdir. 8.İddia onunla əsaslandırılmışdır ki, “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli 103 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 154.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda Cavabdeh məxsus 3 otaqlı 40 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bankla Cavabdeh arasında 24 noyabr 2009-cu il tarixli 103/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********613 saylı 26 dekabr 2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka ödənilməsini təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliklər i yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 24 noyabr 2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 400.169,50 manat təşkil edir. Bundan 151.269 manat əsas, 248,900 manat 50 qəpik faiz borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin saxlanılması üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi bank tərəfindən “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. 9.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nəcəfzadə bildirmişdir ki, vəkilin E. Rəcəbovun banka borcu olmaması barədə İddiaçı ASC-nin İH-nin sədrinin 24 iyul 2013cü il tarixli 11/K-369 nömrəli arayışına və bank tərəfindən Cavabdeh verilmiş 154.000 manat kreditin kassa məxaric orderinin olmamasına istinad etməsi düzgün deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qeyd edilən arayışın saxta olmasına və bankın kassa mühasibat sənədlərinin 2015-ci ildə yandırılması faktına görə xüsusi qərardad çıxararaq Respublika Baş Prokurorluğuna göndərilmiş və həmin fakta görə hazırda istintaq davam etdirilir. Azərbaycan Respublikası Mərkəzi Bankı “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na görə İdarə Heyətinin verdiyi arayış rəsmi bank sənədi olmadığına görə ona istinad edilməsi düzgün deyildir. Cavabdehin banka borcu olmaması barədə ödəniş və kassa sənədləri yoxdur, yandırılmışdır.
10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbi tama milə əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Cavabdeh 2009-cu ilin axırlarında ünvan 3 ünvanında inşa edilən yeni yaşayış binasından hər kvadrat metri üçün 1100 (min yüz) manat ödəməklə 3 otaqlı sahəsi 140 kv. metr olan dəyəri 154.000 manat təşkil edən 40 nömrəli mənzili almaq barədə "xxxx" Kooperativi ilə razılaşmış və xx.xx.2009-cu il tarixli "Kooperativ binada mənzil tikintisi üçün Müqavilə" bağlanmışdır. Həmin tikilidən aldığı 40 nömrəli mənzil "Zaminbank” ASC tərəfindən ipoteka krediti ilə təmin edilmiş və bankla kooperativin rəhbərliyi cavabdehə bildirmişlər ki, yeni tikilən binada cavabdehə ayrılan 3 otaqlı sahəsi 140 kv.metr olan 40 nömrəli mənzilin ümumi dəyəri 154.000 manat təşkil edir və tikilinin pulu ''Zaminbank” ASC tərəfindən ödənilir və müqaviləy ə əsasən mənzil üçün hər ay ən azı 2000 manat pulu "xxxx" Kooperativinin xx.xx.2009-cu il tarixli "Kooperativ binada mənzil tikintisi üçün Müqavilə" yə əsasən '”Zaminbank” ASC-də **********0000 nömrəli hesaba köçürmüşdür. Həmin müqaviləyə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ümumilikdə 25.812 manat pulu "xxxx" Kooperativinin "xxxx" ASC-də olan bank hesabına ödəmişdir. Sonradan imkanı olmadığından mənzil haqqını ödəmək imkanı olmadı və bunu bank rəhbərliyinə bildirmişdir. "Zaminbank” ASC və "xxxx" Kooperativinin rəhbərliyi cavabdehə bildiriblər ki, ödədiyi 25.812 manat pul müqavilənin şərtinə əsasən mənzil başqa şəxsə satılandan sonra ona qaytarılacaqdır. Ona görə də Cavabdeh "xxxx" ASC-nin X5 Z.B.Quliyevanın imza və möhürü ilə təsdiq edilmiş 24 iyul 2013-cü il tarixl i 11/K-369 nömrəli arayış verildi və həmin arayışda göstərildi ki, Cavabdeh "xxxx" ASC-də bankda **********24420000 saylı hesabı vardır və onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Sonradan "xxxx" Kooperativinə və "xxxx" ASC-yə ödədiyi 25.812 manat pulun qaytarılması barədə müraciət etmiş və ona məlum olmuşdur ki, mənzil başqa şəxsə satilmışdır. "xxxx" Kooperativi və "xxxx" ASC-yə ödənilmiş 25.812 manat pulu geri qaytarmadıqlarından "xxxx" Kooperativinə və "xxxx" ASC-yə qarşı 25.812 manat pul tələbi barədə Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanıldı. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edildi ki, "xxxx" ASC (Kreditor) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli 103 nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana ünvan 4 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində kredit verilmişdir. Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. "xxxx" firması (icraçı) ilə Cavabdeh (Payçı) arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli "Kooperativ binada mənzil tikintisi üçün müqavilə"yə əsasən icraçı ünvan 3 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzili almaq barədə "xxxx" Kooperativi ilə razılaşmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 may 2019-cu il tarixli 2(102)-2549/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 18 dekabr 2018-ci il tarixli qətnaməsi məhkəmə aidiyyətinin pozulması əsası ilə ləğv edilərək yeni apelyasiya baxışına qaytarıldı və eyni zamanda qəbul edilmiş qərarla yanaşı "xxxx" ASC və "xxxx" firmasının (indiki Meridian-M" MMC) vəzifəli şəxsləri barəsində xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildi. Bakı Apelyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(103)-9354/2019 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərildi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(011)-7713/2019-cu il tarixli qətnaməsi ilə hazırkı cavabdehin iddia tələbi təmin edildi. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2021-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(011)-7713 /2019-cu il tarixli qətnaməsi ləğv edilərək Cavabdeh iddia tələbi rədd edildi. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 05 aprel 2022-ci il tarixli 2(102)-1430/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2021-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarıldı. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 21 iyun 2022-ci il tarixli,2(103)4360/ 2022 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019- cu il tarixli 2(011)-7713/ 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanıldı. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 28 noyabr 2022-ci il tarixli 2(102)5519/2022 saylı sonuncu qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 21 iyun 2022-ci il tarixli,2(103)-4360/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanıldı. Nizami Rayon Məhkəməsində işə baxılarkən Ləğv prosesində olan "Zaminbank” ASC-nin səlahiyyətli nümayəndəsi X2 məhkəməyə izahatında göstərdi ki, Cavabdeh 25 dekabr 2009cu il tarixdən 06 fevral 2012-ci il tarixədək olan müddətdə ipoteka krediti üçün bank vasitəsilə 25.812 manat məbləğində pul ödəmişdir. "xxxx" ASC-nin təqdim etdiyi 24 iyul 2013-cü il tarixli ll/K-369 nömrəli arayışa əs asən Cavabdeh xx.xx.2013-cü il tarixə banka heç bir borcu yoxdur. Digər məsələlərlə bağlı kooperativlə iddiaçı arasında hansısa mübahisənin olmasının bankla bağlılığı yoxdur. İddianın banka münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. Nizami Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin MK-da Ləğv prosesində olan "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X1 göstərmişdir ki, iddiaçı Cavabdeh nağd kredit verilməsini təsdiq edən kassa-məxaric orderi yoxdur, arxiv sənədləri yandırılmısdır. Onlara münasibətdə həmin iddiaya baxıla bilməz, çünki bank ləğvetmə prosesindədir. İddiaçı banka pul ödəmişdirsə, həmin məbləğ bankda saxlanmamış, kreditin təyinatı üzrə yəni mənzilin tikintisinə yönəl dilmişdir. Bundan başqa, iddiaçı-Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə qarşı "Kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə" iddia tələbini tamamilə əsassız və qanunsuz hesab edir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 10.4cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır, ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipot ekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respüblikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddia tələbində daha sonra qeyd edilir ki, guya kredit borcunun ödənilməməsinə görə dəfələrlə ona şifahi və yazılı surətdə xəbərdarlıq edilmiş, lakin onun tərəfindən kredit borcu ödənilməmişdir. Qeyd edir ki, ona kredit borcu ilə bağlı 2013-cü ildən bəri heç bir xəbərdarlıq edilməmiş, yalnız xx.xx.2023-cü il tarixdə onun ünvanına yazılı xəbərdarlıq gəlmiş və o dərhal iddiaçı tərəfə bununla ba ğlı ətraflı etiraz və izah yazıb təqdim etmişdir. Digər tərəfdən "xxxx" ASC və "xxxx" Kooperativinə qarşı ipoteka krediti üçün bank vasitəsilə ödədiyi 25.812 manat pulun tələb edilməsi barədə iddia qaldırarkən onun iddia tələbi ilə bağlı hal-hazırda məhkəməyə verdikləri iddia tələbi ilə əlaqədar qarşılıqlı iddia tələbi irəli sürməmişlər. İddiaçı tərəfin məhkəmədə iştirak edən səlahiyyətli nümayəndələri öz izahatlarında birbaşa göstərdilər ki, iddiaçı Cavabdeh nağd kredit verilməsini təsdiq edən kassa-məxaric orderi yoxdur. Arxiv sənədləri yandırılmışdır. Onlara münasibətdə həmin iddiaya baxıla bilməz, çünki bank ləğvetmə prosesindədir. İddiaçı banka pul ödəmişdirsə həmin məbləğ bankda saxlanmamış, kreditin təyinatı üzrə yəni mənzilin tikintisinə yönəldilmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC və "xxxx" firmasının (indiki Meridian-M" MMC) vəzifəli şəxsləri barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 may 2019-cu il tarixli 2(102)2549/2019 saylı xüsusi qərardadı araşdırılma aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, hal-hazırda araşdırma Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində "xxxx" ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinə əlavə edilərək birlikdə araşdırılır. Azərbaycan Respublikasının MPM-in 9-cu maddəsində qeyd edilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edə n şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nətiçələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 77-ci maddəsində qeyd edilir ki, bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 82-ci maddəsində qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyə n edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə qarşı "Kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə" iddia tələbi qanunsuz və əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Qobustan Rayon Məhkəməsinin e-2(026)-82/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddianın təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında Cavabdeh 154000 manat kredit ayrılmasına dair 24 noyabr 2 019-cu il tarixli 103 saylı kredit müqaviləsi bağlansa da, iddiaçı tərəfindən həmin kreditin cavabdehə nağd şəkildə ödənilməsini təsdiq edən məxaric orderi, eləcə də cavabdehin göstərdiyi digər hesaba nağdsız köçürülməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri tərəfindən Cavabdeh İddiaçı ASC-yə və "xxxx" MMC-yə qarşı 26812 manat iddia tələbinin İddiaçıa qarşı rədd edilməsi və "xxxx" MMC-yə yönəldilməsi hazırkı iddiaçı və cavabdeh arasında kredit münasibətlərinin olmamasını təsdiq edir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 317.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 10.4, 11.1, 11.2, 12.1, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsin in 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank hesabının çıxarış məlumatlarından da görünür ki, xx.xx.2009-cu il tarixdə Bank tərəfindən cavabdehin hesabına 154.000 (bir yüz əlli dörd min) manat məbləğ köçürülmüşdür. Cavabdehin bankdakı cari hesab nömrəsi **********0000 (İBAN AZ74ZAMİ**********1AZMC00001) müəyyən edilmişdir. Həmin vəsait hesabına cavabdehlə "xxxx" firması arasında ünvan 5 ünvanda yerləşən 40 nömrəli mənzilin alınması üçün 25 noyabr 2009-cu il tar ixdə “kooperativ binada mənzil tikintisi üçün” müqavilə bağlanmışdır (qarşı tərəf həmin müqaviləni təqdim edib). Cavabdeh bankdan aldığı kredit məbləği hesabına ünvan 4 ünvanda yerləşən 40 nömrəli mənzili alınmışdır. Kredit vəsaiti aldığı tarixdən 1 ay sonra– xx.xx.2009-cu il tarixdən başlayaraq cavabdeh banka ümumilikdə 25.812 (iyirmi beş min səkkiz yüz on iki) manat məbləğində vəsaiti banka ödəmişdir. Məhkəməyə təqdim edilən arayışdan görünür ki, iddiaçı Cavabdeh xx.xx.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsinə əsasən, banka əsas və gecikdirilmiş məbləğlə birlikdə ümumi 400.169,50 manat borcu vardır. Bu da onu göstərir ki, cavabdehə verilən kredit məbləği İddiaçı ASCdə açılmış **********0000 (İBAN AZ74ZAMİ**********1AZMC00001) sayhlı hesaba ödənilmişdir və həmin vəsaitlər kred it üzrə olan əsas və faiz borclara silinmişdir. Məhkəməyə təqdim edilən ödəniş qəbzləri, müqavilələr və hesabdan çıxarış üzrə cavabdeh tərəfindən ödənişlərin hansı hesablar üzrə və nə qədər ödənilməsinin tam araşdırılması üçün məhkəmə tərəfindən ekspertiza keçirilə bilərdi.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İş materiallarında olan İddiaçı ASC 24 iyul 2013-cü il tarixli, 11/K369 nömrəli arayış ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC-də **********4420000 saylı hesabı var, onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Ali Məhkəmənin xx.xx.20 19-cu il tarixli, 2(102)-2549/2019 saylı xüsusi qərardadı ilə cavabdeh İddiaçı ASC-nin X5nin və"xxxx" firmasının direktorunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3-cü və sair maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinin olub-olmasasının yoxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmişdir. Göründüyü kimi, borc ola-ola İddiaçı ASC 24 iyul 2013-cü il tarixli, 11/K-369 nömrəli saxta arayışın verilməsi məsələsi Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda xx.xx.2020-ci il tarixli, 2(103)2547/2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(102)-2549/9 saylı xüsusi qə rardadı İddiaçı ASC-nin vəzifəli şəxslərinin vəzifədən sui-istifadə etmələri, bankın vəzifəli şəxslərinin və kreditorların dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmələri faktı və digər faktlara görə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırılması qeyd edilmişdir. 24 iyul 2013-cü il tarixli, 11/K-369 nömrəli saxta arayış əsas alınaraq iddia tələbinin rədd edilməsi əsassızdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1638/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər–Z.İ.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin e-2(026)-82/202 3 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli 2(102)-1430/2022 saylı qərarında qeyd olunan göstərişlərə əsaslanmaqla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2022-ci il tarixli 2(103)-4360/2022 saylı qərarında apellyasiya kollegiyası aşağıdakıları qeyd etmişdir: “...Belə ki, bankın iddiaçıya 154.000 manat kredit ayırması işin mübahisəsiz halıdır. Bank həmin pul vəsaitini iddiaçıya nağd ödəməsi barədə halı sübuta yetirə bilməmişdir. Vəsait mənzilin tikintisi üçün ayrıldığından həmin məbləğin digər cavabdeh "xxxx" MMC-yə mənzil tikintisi ü çün ödənilməsi təsdiq olunur. İddiaçı ASC 24 iyul 2013-cü il tarixli, 11/K-369 nömrəli arayışı ilə təsdiq etmişdir ki, Cavabdeh İddiaçı ASC-də **********4420000 saylı hesabı var, onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Həmin arayışın verilməsi o tarixə təsadüf edir ki, həmin vaxt iddiaçı artıq bir il idi ki, kreditə görə ödənişlər etmirdi. İddiaçı axırıncı ödənişi 06 fevral 2012-ci il tarixdə etmişdi (iş vərəqə 11). Deməli, həmin tarixə iddiaçının banka borcu qalmamışdı. Tərəflərin üçtərəfli razılaşmasına görə bank tərəfindən verilən kredit vəsaiti hesabına mənzil inşa edilməli, iddiaçı mənzilin dəyərini banka ödəməli və "xxxx" MMC mənzili iddiaçıya təhvil verməli idi. Belə bir razılaşmanın mövcudluğu yuxarıda qeyd olunan sübutlarla (kredit müqaviləsi, kooperativ binada mənzil tikintisi üçün müqavilə, ödənişlərin banka edilməsi, kooperativin mənzili artıq başqa şəxsə satması barədə etirafı və.s.) təsdiq olunur. Beləliklə, iddiaçının banka etmiş olduğu ödənişlər əslində mənzilə görə edilmiş ödənişlər olması təsdiq olunur.”
19. İstinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də müəyyən olunur ki, iddiaçının hazırda cavabdehdən tələb etdiyi məbləği cavabdehə nağd ödəməsi barədə hal sübuta yetirilməmişdir.
20. Hazırkı icraat çərçivəsində də həmin sənədlərin-cavabdehə pul məbləğinin verilməsi barədə kassa məxaric orderinin, mənzilə dair notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinin təqdim edilməsi iddianın əsaslılığına qiymət verilməsi üçün vacib olsa da, bu sənədlər təqdim olunmamışdır. Birinci instansiya məhkəməsində iddiaçının nümayən dəsi bildirmişdir ki, vəkilin Cavabdeh banka borcu olmaması barədə İddiaçı ASC-nin İH-nin sədrinin 24 iyul 2013-cü il tarixli 11/K-369 nömrəli arayışına və bank tərəfindən Cavabdeh verilmiş 154.000 manat kreditin kassa məxaric orderinin olmamasına istinad etməsi düzgün deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qeyd edilən arayışın saxta olmasına və bankın kassa mühasibat sənədlərinin 2015-ci ildə yandırılması faktına görə xüsusi qərardad çıxararaq Respublika Baş Prokurorluğuna göndərilmiş və həmin fakta görə hazırda istintaq davam etdirilir. Azərbaycan Respublikası Mərkəzi Bankı “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na görə İdarə Heyətinin verdiyi arayış rəsmi bank sənədi olmadığına görə ona istinad edilməsi düzgün deyildir. Cavabdehin banka borcu olmaması barədə ödəniş və kassa sənədləri yoxdur, yandırılmışdır.
21. Halbuki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Məhkəmə kollegiyası yuxarıda sadalanan işin faktiki halları və maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 382-ci, 384-385-ci, 392-ci, 402-ci, 403-cü, 405-ci maddələrinə istinad la əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilən sənəddə göstərilən ödəniş bank tərəfindən təqdim edilən hesabdan çıxarışda öz əksini tapmadığından bank sənədi hesab olunmur və 24 iyul 2013-cü il tarixli, 11/K-369 nömrəli sənəd bank sənədi hesab olunmadığından öhdəliyin icra olunmasını təsdiq edən sənəd qüvvəsinə malik deyildi.
26. Belə ki, Apellyasiya Məhkəməsi tərəfindən cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəzərə a lınmamış və iddiaçının hüquqi maraqlarına zidd qətnamə qəbul etmişdir.
27. Bundan əlavə, Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd pulu qəbul etdikdən sonra "nağd pulun mədaxili üçün elan"ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir. Lakin hesabdan çıxarışda borcun tam şəkildə icrası barədə məlumat mövcud deyildir.
28. Belə ki, cavabdehlə kredit müqaviləsi bağlandıqdan sonra həmin kred it müqaviləsi üzrə bir neçə dəfə ödənişlər olunmuş və sonradan özünün də etiraf etdiyinə əsasən maddi imkanı olmadığına görə krediti ödəməmişdir. Cavabdeh bütün məhkəmə iclaslarında mənzilin alınması üçün Bankla onun arasında kredit müqaviləsi bağlandığını etiraf edir və sonradan mənzili MTK-nə qaytardığını və kredit borcunu ödəmədiyini bildirir. Həmçinin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bir neçə dəfə ödənişlər edildiyi həm cavabdehin öz etiraf etməsi, həm də iş materiallarında olan ödəniş qəbzlərin surəti ilə bu hal öz təsdiqini tapır. Belə ki, faktiki olaraq iddiaçı ilə cavabdeh arasında şərtləri barədə qarşılıqlı razılıq əsasında imzaları ilə təsdiq olunmuş kredit müqaviləsi olmuşdur. Həmin kredit müqaviləsi üzrə qeyd olunan kredit məbləği ayrılmış və cavabdeh tərəfindən ödəni şlər olunmuşdur. Buna baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının iddia tələbi rədd edilmişdir.
29. Nəticədə iddiaçının kredit müqaviləsi üzrə tələbetmə hüququ qanunvericiliyin normalarına yanlış formada istinad olunmaqla pozulmuşdur.
30. Həmçinin məhkəməyə təqdim edilən arayışa əsasən, iddiaçı Cavabdeh xx.xx.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsinə görə banka əsas və gecikdirilmiş məbləğlə birlikdə ümumi 400.169,50 manatdan borcu vardır. Bu da onu göstərir ki, cavabdehə verilən kredit məbləği İddiaçı ASC-də açılmış hesaba ödənilmişdir və həmin vəsaitlər kredit üzrə olan əsas və faiz borclarına silinmişdir. Kasator tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzləri, müqavilələr və hesabdan çıxarış üzrə cavabdeh tərəfindən ödənişlərin hansı hesablar üzrə və nə qədər ödənilməsinin tam araşdırılması üçün məhkəmə tərəfindən ekspertiza təyin oluna bilərdi.
31. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 405 442, 529.1-ci maddəsinə,MPM-nin 88, 97.1, 265.4, 385.1-ci maddələrinə və Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydaları ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
34. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
35. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
36. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kr editorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
39. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
40. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 49.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş kredit öhdəliyi qalmamışdır. Belə ki, İddiaçı ASC 24 iyul 2013-cü il tarixli, 11/K-369 nömrəli arayışına əsasən, Cavabdeh xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. 50.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 51.Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 52.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 53.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 54.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmi n edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1638/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.