Məhkəmə qərarları › İş №2(102)-948/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-948/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-948/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(107)30/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı BOKT ASC ilə borcalan Cavabdeh1 arasında borcalana illik 21 faiz hesablanmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 100.000 manat məbləğində kredit verilməsi barədə 06.05.2014-ci il tarixdə 1924 PB/BF nömrəli müqavilə bağlanmışdır.

2. Kreditor İddiaçı BOKT ASC ilə borcalan Cavabdeh1 arasında 20.11.2015-ci il tarixdə borcalana illik 29 faiz hesablanmaqla, 17 ay müddətinə qaytarmaq şərti ilə 4.786 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır.

3. Kreditor İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış 06.05.2014-cü il tarixli, “MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsinə 02 №-li əlavə” əsasında 06.05.2014cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icr asının təmin edilməsi məqsədi ilə, Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 52 nömrəli yaşayış evi və 0,12 ha torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. 4. 06.05.2014-cü il tarixli “MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsinə 04 №-li əlavə” əsasında Cavabdeh1 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 kv.m. ümumi, 117,9 kv.m. yaşayış, 131 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 06 may 2014-cü il tarixli, 1924 PB/BF №-li kredit müqaviləsi üzrə 40 905.08 manat əsas, 27 856.08 manat hesablanmış faiz, 49 072.05 manat dəbbə pulu olmaqla, cəmi 117 833.86 manat; 20 noyabr 2015-ci il tarixli 2968 PB/BF №-li kredit müqaviləsi üzrə 1 214.30 ABŞ dolları əsas, 866.75 ABŞ dolları hesablanmış faiz, 1 665.48 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 3.746.53 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1 000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; İpoteka predmetinin 100.000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mər təbəli, 5 otaqlı 117.9 kv.m. yaşayış, 131 kv.m. yardımçı, 248.9 kv.m. ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi və ipoteka predmeti açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 117.9 kv.m yaşayış, 131 kv.m. yardımçı, 248.9 kv.m. ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulardan orada yaşayan - Cavabdeh3 və Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əvvəlki "xxxx" ASCnin (indiki İddiaçı BOKT ASC-nin) Bakı filialından 06 may 20 14-cü il tarixli 1924 PB/BF №li kredit (borc) müqaviləsinə əsasən illik 21 faizlə 36 ay müddətinə 100 000 manat; 20 noyabr 2015-ci il tarixli, 2968 PB/BF №-li kredit (borc) müqaviləsinə əsasən illik 29 faizlə 17 ay müddətinə 4.786 ABŞ dolları borc almışdır. Bu borcların təminatı olaraq, Qəbələ şəhəri, Nəsimi küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən Cavabdeh3 tam mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı 7.9 kv.m. yaşayış, 131 kv.m. yardımçı, 248.9 kv.m. ümumi sahəsi olan 52 nömrəli fərdi yaşayış evi tərkibindəki həyətyanı tikili və qurğular 18 yanvar 2011-ci il tarixli MZ/PB-020/01/11 №-li ipoteka (girov) müqaviləsinə edilən 06 may 2014-cü il tarixli 02 №-li və 20 noyabr 2015-ci il tarixli 04 №-li əlavələrlə yüklü edilmişdir. 2018-ci il iyulun 24-dək Cavabdeh1 İddiaçı B OKT ASC-yə 06 may 2014cü il tarixli 1924 PB/BF №-li kredit müqaviləsi üzrə 40 905.08 manat əsas, 27 856.08 manat hesablanmış faiz, 49 072.05 manat dəbbə pulu, cəmi 117 833.86 manat; 20 noyabr 2015ci il tarixli 2968 PB/BF №-li kredit müqaviləsi üzrə 1 214.30 ABŞ dolları əsas, 866.75 ABŞ dolları hesablanmış faiz, 1 665.48 ABŞ dolları dəbbə pulu, cəmi 3 746.53 ABŞ dolları borcu vardır.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, onunla İddiaçı BOKT arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Bir müddət ödənişləri etsə də, sonradan maddi imkanı aşağı olduğundan ödənişlərini dayandırmaq məcburiyyətində qalmışdır. Qiymətləndirmənin nəticəsi ilə razı deyil. Məhkəmədən iddianın rədd edilməsi barədə qətna mə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.

9. Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsi ilə (hakim E.İsayev) iddia qismən təmin edilmiş, 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 40905 manat 08 qəpik əsas borc, 27856 manat 08 qəpik faiz, 5000 manat dəbbə pulu olmaqla, cəmi 73761 manat 16 qəpik borc; 20.11.2015ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 1214 ABŞ dolları 30 sent əsas borc, 866 ABŞ dolları 75 sent faiz, 300 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 2381 ABŞ dolları 05 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh3 mülkiy yətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 5 otaqlı, 248,9 kv.m. ümumi, 117,9 kv.m. yaşayış, 131 kv.m. yardımçı sahədən ibarət 52 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən 5 otaqlı, 248,9 kv.m. ümumi, 117,9 kv.m. yaşayış, 131 kv.m. yardımçı sahədən ibarə t 52 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı BOKT ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir

11. Məhkəmə hesab etmişdir ki, 06.05.2014-cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat, 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalə tli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 06.05.2014-cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat, 20.11.2015-ci il tarixli, 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 319, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu i l tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə onun arasında 06.05.2014-ci il tarixli, 1924 PB/BF №-li kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı ona evinin təmiri üçün illik 21% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməli idi. Lakin həmin kredit müqaviləsi üzrə ona nəzərdə tutulmuş məbləğ verilməmişdir. Burada ümumiyyətlə pulun verilməsindən söhbət gedə bilməz. Bank sadəcə öz borcunu şişirtməklə gətirib bu həddə çıxartmışdır. Məhkəmə qətnaməsi çıxarılarkən onun banka ödənişləri və bu müqavilələr üzrə ona nə qədər pul verilməsi nəzərə alınmadan həddindən artıq borc hesablanmışdır. Belə ki, adi riyazi hesablama aparılsa, yəni 40905*21%=8590 bu onun illik faizidir. Nəzərə alınsa ki, o, gecikməyə 2018-ci ilin əvvəlində düşmüşdür, belə olan halda bank 2 ilin faizin hesablayanda ondan 8590+8590=17180 manat pul tələb edə bilər. Əslində heç bu qədər də deyil. Çünki bankın tələbi məhz 24.07.2018-ci il tarixədəkdir. Belə olan halda onun faiz borcu 12.000 manat etməlidir. Məhkəmə onun narazılığını nəzərə alıb mühasibatlıq ekspertizası təyin etməli idi. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019cu il tarixli qətnaməsini borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin borcun tutulmasının evə yönəldilmə si hissəsində ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(107)-30/2021 saylı qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-85/2019 nömrəli qətnaməsi kredit müqavilələri ilə tutulmalı olan borc hissəsində dəyişdirilmiş, Cavabdeh1 06.05.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsinə əsasən 40905,08 manat əsas borcu, 6018,33 manat faiz borcu və 1000 manat dəbbə pulu olmaqla ümumilikdə 47.923,41 manat; 20.11.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsinə əsasən 1214,30 ABŞ dolları əsas borcu, 70,89 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 1585,19 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmış, iş üzrə 145 manat məbləğində məhkəmə xərci (ekspertiza tədqiqatının dəyəri) Cavabdeh1 aid edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir.

18. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəz inin 04 iyun 2020-ci il tarixli, 5394 nömrəli rəyi rəyindən görünür ki; 1924 PB/BF saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 06 may 2014-cü il tarixli, 1924 PB/BF saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə 06.05.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 44.496,79 manat məbləğində, 24.07.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 46.989, 19 manat məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilir, o cümlədən; 06.05.2017-ci il tarixə əsas borc üzrə 40970,86 manat, faiz borcu üzrə 3525,94 manat, 24.07.2018-ci il tarixə əsas b orc üzrə 40970,86 manat, faiz borcu üzrə 6018,33 manat müəyyən edilir. 2968 PB/BF saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 noyabr 2015-ci il tarixli, 2968 PB/BF saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Cavabdeh1 20.04.2017-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixə) olan ümumi borcu 1.821,98 ABŞ dolları məbləğində, 24.07.2018-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 1.516,90 ABŞ dolları məbləğində (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5%-lə hesablanmaqla) müəyyən edilir, o cümlədən; 20.04.2017-ci il tarixə əsas borc üzrə 1712,49 ABŞ dolları, faiz borcu üzrə 109,50 ABŞ dolları, 24.07.2018-ci il tarixə əs as borc üzrə 1446,01 ABŞ dolları, faiz borcu üzrə 70,89 ABŞ dolları müəyyən edilir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun azaldılaraq 06.05.2014-cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə 5000 manat məbləğində müəyyən edilməsi, tərəflərin əmlak mənafelərinə uyğun olmamaqla reallığı əks etdirmir.

20. Məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qətnaməsi 06.05.2014-cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə hesablanmış dəbbə (penya) pulu məbləği hissəsində dəyişdirilərək 1000 manat məbləğində də bbə (penya) pulu müəyyən edilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi ilə bağlı dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticələrini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin faizlərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas o la bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin pulun tutulmasına aid hissədə ləğv olunması, həmin hissədə yenidən baxıması üçün göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona müqavilədə göstərilən 100.000 manat pulun verilməsi barədə qəbz işə əlavə olunmamışdır. Əgər belə bir sənəd olsa belə, həmin sənəddə onun imzası saxtalaşdırılıb. Məhkəmə həmin qəbzi aydınlaşdırmalı və xətşünaslıq ekspertizası təyin etməli idi. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra e dilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 26. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın i poteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotek a qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının l əğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının borcun tutulmasına aid hissədə ləğvi xa hiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Çünki cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasında ona kredit müqaviləsində göstərilən borcun verilməməsi durur. Yəni cavabdeh əsas öhdəliyin yaranmadığını bildirir və bu hal sübut olunduğu halda əlavə öhdəlik, yəni ipoteka öhdəliyi də aradan qalxmış olacaqdır. Bu səbəbdən kassasiya şikayəti təmin olunduğu halda qətnamənin borcun ipotekaya yönəldilməsi barədə hissəsi də ləğv olunmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

33. İddiaçının kassasiya şikayətindin əsas dəlil i ondan ibarətdir ki, ona kredit müqaviləsində nəzərdə tutulan borc verilməmişdir. Bu dəlil onun apellyasiya şikayətində də əksini tapmışdı. Lakin məhkəmə tərəfindən bu dəlil araşdırılmamış, həmin dəlilə qiymət verilməmişdir.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı i ş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

35. Apellyasiya instansiyası məhkəməsi işdə olan 06.05.2014-ci il tarixli kredit müqaviləsindən Cavabdeh1 100.000 manat məbləğində, 20.11.2015-ci il tarixli kredit müqaviləsindən cavabdehə 4.786 ABŞ dolları məbləğində müddətinə kredit verildiyinin göründüyünü bildirmişdir.

36. Lakin nəzərə alınmalıdır ki, borc müqaviləsinin mövcudluğu borcun faktiki olaraq verildiyini təsdiq etmir. Çünki borc müqaviləsi konsensual müqavilədir. Bu müqavilə üçün xarakterik hal kreditorun borc vermə öhdəliyinin olmasıdır. Borcalanın borcu qaytarmaq öhdəliyi yalnız pulun ona verilməsindən sonra yaranır.

37. Mülki işin 34-35-ci səhifələrində «Kredit verilməsi (ödənilməsi) barədə sərəncam opderi», 3 6-38-ci səhifələrində «müddətli öhdəlik» barədə sənədlər vardır. Məhkəmənin bu sənədlərə borcun verilməsini təsdiq edən sübut kimi istinad etməsi birbaşa göstərilməmişdir. Lakin məhkəmə bu sənədlərə istinadən borcun verildiyi barədə qənaətə gəlmişdirsə, bu mövqeyini əsaslandırmalı idi. Çünki “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarına əsasən, nağd pulu məxaric etmək üçün Kredit təşkilatlarında məxaric kassaları yaradılır. Nağd pulun məxarici “pul çekləri”nə (əlavə 6) və kassa məxaric orderinə (əlavə 17) əsasən həyata keçirilir (7.1 və 7.2-ci bəndlər). Kredit təşkilatlarında nağd pulun və qiymətlilərin uçotu “Pul saxlanan yerdə olan nağd pulun və digər qiymətlilərin uçotu kitabı”nda (əlavə 15) ap arılmalıdır. Bu kitab səhifələnməli, qaytanlanmalı, kredit təşkilatının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və möhürlənməlidir. Kitabda nağd pulun və digər qiymətlilərin qalıqları və kassa dövriyyəsi barədə məlumat əməliyyat gününün sonunda qeyd olunmalı və açarları olan şəxslər tərəfindən imza ilə təsdiq olunmalıdır (14.1-ci bənd).

38. Azərbaycan Respublikası MPM-nın 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən mə hkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

40. Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

41. Cavabdeh borcun ona verilməsini mübahisələndirdiyinə görə məhkəmə 06.05.2014-ci il tarixdə 1924 PB/BF nömrəli müqavilə üzrə Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarına uyğun nağd pulun məxarici “pul çekləri” və kassa məxaric orderinın olmamasının səbəbini müəyyən etməli, mülki işin 34-38-ci səhifələrində olan həmin sənədlərin mahiyyətini tərəflərin iştirakı ilə (onların bu sənədlərə dair fikirlərini sual-cavab etməklə öyrənib təhlil etməklə) araşdırmalı, həmin sənədlərin sübut kimi qəbul edilməsini əsaslandırmalı idi.

42. Həmçinin iş materiallarına əlavə edilmiş ipoteka müqavilələrindən görünür ki, iddiaçı ilə cavabdehin arasında əvvəllər borc münasibətləri olmuş, öhdəliyin icrasını təmin etmək üçün 18.01.2011-ci il tarixli MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsi bağlanmışdır. Əgər mülki işin 34-38-ci səhifələrində olan sənədlər əvvəlki kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi məqsədi ilə restrukturizasiya qaydasında tərəflərin razılaşmasını ifadə edirsə, bu halda cavabdehin öhdəliyinə məhz bu əsasla qiymət verilməli, borc qalığı ilə bağlı cavabde hin dəlilləri araşdırılmalıdır.

43. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

44. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı m übahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. İşə yenidən baxılarkən cavabdehin kassasiya şikayətinin yalnız borcun faiz hissəsinə münasibətdə təmin olunması, ipotekaya aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olması nəzərə alınmalıdır.

45. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş əsas, faiz və cərimə məbləğinin iddiaçı tərəfindən mübahisələndirilməməsi diqqətdə saxlanmalıdır.

46. Məhkəmə ko llegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(107)30/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar