Məhkəmə qərarları › İş №2(102)-948/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-948/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-948/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma, hüquqdan sui-istifadənin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)5966/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbayc an Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi 09 fevral 2004-cü il tarixli, JN-10723H KOD 00500016 saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş, ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan 0,025 ha mübahisəli torpaq sahəsi daxil olmaqla, qeyd edilən ünvanda yerləşən 0,06 ha torpaq sahəsi əvvəllər X3 məxsus olmuş, sonuncu 24 yanvar 2004-cü il tarixli Alqı-satqı müqaviləsi ilə torpaq sahəsinin 0,025 ha hissəsini iddiaçıya, 0,035 ha hissəsini isə hazırki iş üzrə tərəf olmayan X1. Müqavilə bağlanıldıqdan sonra Faiq Yaqubov tərəfindən göstərilən sahədə iddiaçı özünə fərdi yaşayış evi tikərək, orada yaşamağa başlamışdır. Sonradan məlum olmuşdur ki, iddiaçının fərdi yaşayış evi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən yerdə deyil, həmin ərazi ilə həmsərhəd hissədə tikilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz o laraq tikinti işləri aparılır. İddiaçı buna öz etirazını bildirsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh qeyri-qanuni tikinti işləri aparmaqla iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçının müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 iyul 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə faktiki yaşayış evi inşa etdiyi torpaq sahəsi fərqli sahələrdir və həmin sahə hal-hazırda digər şəxs tərəfindən istifadə olunur. Cavabdehin istifadəsində olan torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh isə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək torpaq sahəsindən çıxmaq istəmir, hətta torpaq sahəsində qa nunsuz tikinti işləri aparır.

4. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 05 iyul 2023-cü il tarixli rəyinə görə, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 24 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,031 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 0,031 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki inşa etdiyi və yaşadığı tikili 0,025 ha torpaq sahəsinin (JN10723 nömrəli şə hadətnamə) yerləşməsindən kənarda yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Cavabdeh tərəfindən zəbt olunma halı mövcuddur. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir, lakin həmin tikilinin bir hissəsi vahid elektron kadastr baza məlumatlarına əsasən JN10723 nömrəli şəhadətnamənin yerləşdiyi sahəyə düşür.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)210/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi, daşınması və torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmişdir.

6. Birinci insta nsiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Torpaq Məcəlləsinin 67, 68-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 164.1, 164.2, 165.1, 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-210/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının müqavilə üzrə almaq niyyəti olan torpaq sahəsinin harada yerləşməsini müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmiş, bu səbəbdən də iddianın sübuta yetdiyi qənaətin ə gəlmişdir. Belə ki, iddiaçı ona göstərilən torpaq sahəsini almış və orada ev tikmişdir. Onun göstərdiyi həmin torpaq sahəsinə baxış keçirilərək mülkiyyət sənədi verilmişdir. Halbuki, iddiaçıya mülkiyyət şəhadətnaməsi verilən zaman cavabdehin istifadəsində olan torpaq sahəsi hasara alınmış ayrıca torpaq sahəsi olmuşdur. Əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsəydi iddiaçıya başqasının faktiki istifadəsində olan torpaq sahəsinə görə şəhadətnamə verilməsindən imtina edilərdi. Bundan əlavə, iddiaçı özü bildirir ki, Faiq Yusubov ona məxsus 0,06 ha sahəsi olan torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini iddiaçıya, 0,035 ha sahəsi olan hissəsini isə Azər Əliyevə satmışdır. Torpaq sahələrinin yerləşmə sxemi nəzərə alındıqda, əgər iddi açının aldığı torpaq sahəsi cavabdehin torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşürsə, Azər Əliyevin aldığı torpaq sahəsinin də bir hissəsi cavabdehin torpaq sahəsinin digər hissəsi ilə üst-üstə düşməli idi. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil. Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılmış, lakin yerləşdiyi yerlər dəyişməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi başqa şəxsdən alınmış və həmin vaxt torpaq sahəsi ayrıca hasarın daxilində olmuşdur. Cavabdeh özbaşına tikilmiş fərdi yaşayış evlərinin istismarına icazə veriləcəyinin gözləntisindədir. Belə olacağı halda özünün inşa etdiyi tikiliyə mülkiyyət sənədi a la biləcəkdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5966/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-210/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən cavabdeh torpaq sahəsindən çıxarılmalı, onun tərəfindən inşa edilmiş tikililər sökülməli, daşınmalı və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Kassasiya şikayətinin və ona etira zın dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5966/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 152.5, 180.1-ci, Torpaq Məcəlləsinin 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

13. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, həmin orqanın elə özünün təqdim etdiyi 24 may 2023-cü il tarixli mütəxəssis r əyində qeyd olunan koordinatlara əsasən sahə ləğv edilmiş X4 Komitəsi tərəfindən verilmiş JN-10721 və JN-10723 saylı şəhadətnamələrin yeridir. Yəni göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi məlumatlarda ziddiyyət vardır. Mütəxəssis rəyində JN-10723H saylı şəhadətnamə ilə bağlı məlumatlar verilsə də, cavabda həmin koordinatlarda JN-10723 saylı şəhadətnamənin yeri olduğu qeyd edilmişdir. Bundan əlavə, həmin koordinatlarda sadəcə JN-10723 saylı şəhadətnamənin sahəsi yox, həmçinin JN-10721 saylı şəhadətnamənin də torpaq sahəsi yerləşir. Bu da onu göstərir ki, həmin sahə sadəcə iddiaçıya məxsus deyildir. İddiaçıya məxsus torpaq sahəsinin çıxarışı iş materiallarına əlavə olunmamışdır. İddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması onun məhkəməyə müraciət etmək hüququnun olmamasını göstərir. İddiaçıya torpaq şəhadətnaməsi verilən zaman ümumiyyətlə yerində baxış keçirilməmişdir. Belə ki, əgər baxış keçirilsə idi koordinatlar düzgün verilərdi. Həmçinin, baxış keçirilsə idi iddiaçının torpaq sahəsinin yanında cavabdehin torpaq sahəsinin və tikilinin olduğu müəyyən olunardı, plan və ölçünün verilməsi buna uyğun şəkildə aparılardı. İddiaçı cavabdehin yaşadığı torpaq sahəsinin elektron kadastr baza məlumatlarında koordinatlarının olmamasını bildikdən sonra, qəsdən cavabdehin istifadəsində olan torpaq sahəsini öz torpağı kimi qələmə vermişdir. 24 may 2023-cü il tarixli mütəxəssis rəyi isə ətraflı araşdırma aparılmadan verilmişdir. İddiaçı özü bildirmişdir ki, Faiq Yusubov öz ünə məxsus 0,06 ha torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini iddiaçıya, 0,035 ha sahəsi olan hissəsini isə Azər Əliyevə satmışdır. Torpaq sahələrinin yerləşmə sxemi nəzərə alındıqda, əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşürsə, Azər Əliyevin aldığı torpaq sahəsinin də bir hissəsi cavabdehin torpaq sahəsinin digər hissəsi ilə üst-üstə düşməli idi. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil. Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılmış, lakin yerləşdiyi yerlər dəyişməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edən zaman iş materiallarını və sübutl arı tam araşdırmamış, sübutlara tətbiq edilməli olan müvafiq normalara əsaslanaraq hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə tərəfindən sübut qismində sadəcə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi sübut qismində nəzərə alınaraq, formal qətnamə qəbul olunmuşdur. İddiaçıya plan və ölçünün verilməsi zamanı, həm də ekspertiza rəyi ilə mütəxəssis rəylərinin tərtib olunması zamanı yerində baxış keçirilsə idi, iddiaçı ilə cavabdehin əmlakları tamamilə ayrı olması müəyyən olunardı. Çəkişmə prinsipinə uyğun olaraq iş üzrə təkrar ekspertiza keçirməli və bu ziddiyyətlərin aradan qaldırılması üçün tədbir görülməlidir.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icra at qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması əd alətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq ş ərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaş malar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanu nsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin i ş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə m otivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 22. “Məhkəmə qətnaməs i haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş ü zrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

24. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. İddiaçının mülkiyyətində 0,025 torpaq s ahəsi var və o, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildərək, üzərində ev inşa etdiyini iddia edir.

25. Cavabdeh iddiaya etiraz edərək, ərazidəki torpaq sahələrinin yerləşməsində sürüşmənin baş verməsini, iddiaçının faktiki mülkiyyətində torpaq sahəsinin hüquq müəyyənedici sənədlərinə uyğun olmamasını göstərməklə, zəbtin mövcud olmadığını bildirmişdir.

26. Birinci instansiya məhkəməsi iş üzrə alınan ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının müəyyən edilməsinə istinad etməklə iddianı təmin etmiş, apellyasiya məhkəməsi isə bu mövqe ilə razılaşmışdır.

27. Lakin, apellyasiya məhkəməsi iddiaçının mülkiyyət sənədi üzrə torpaq sahəsinin faktiki yerləşdiyi ərazidən kənarda olması, yəni ərazidə torpaq sahələrinin yerləşməsində sürüşmənin mövcudlu ğuna dair cavabdehin dəlili üzrə araşdırma aparmamışdır.

28. Halbuki, bu halın mövcudluğunu iddiaçı özü də iddia ərizəsində göstərmişdir. Belə ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçı X2 0,025 ha torpaq sahəsini almış, sonuncunun göstərdiyi sahədə özünə fərdi yaşayış evi tikmiş və sonradan məlum olmuşdur ki, istifadəsində olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən yerə deyil, həmin ərazi ilə həmsərhəd hissəyə aiddir.

29. Bu zaman apellyasiya məhkəməsi tərəfindən iş üzrə alınan mütəxəssis və ekspert rəyləri Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilməmişdir.

30. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli mütəxəssis rəyində (Ədliyyə Nazir liyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilməklə, ərazinin 0,025 ha deyil, 0,031 ha olması nəticəsinə gəlinmişdir. Həmçinin rəydə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunun müəyyən edilməsi qeyd edilsə də, bu hal vahid elektron kadastr baza məlumatlarına əsasən müəyyən olunmuşdur.

31. Lakin iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair JN-10723H, KOD 00500016 nömrəli şəhadətnamənin tərkib hissəsi olan 17 fevral 2004-cü il tarixli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sənədində iddiaçının mülkiyyətində olan torpağın hüdudları koordinatlarla deyil, qonşu sahələri ilə müəyyən edilmişdir. 3

2. Cavabdeh iddiaçının torpaq sahəsinin sənədinin faktiki yerləşdiyi əraziyə uyğun olaraq tərtib olunmadığını iddia etdiyi halda, apellyasiya məhkəməsi mübahisəli sahənin onun sənədinə uyğun, yəni qonşu sahələrinə münasibətdə yerləşməsini yoxlamamışdır.

33. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsi əvvəllər 0,06 ha torpağın tərkib hissəsi olmuş və 24 yanvar 2004-cü il tarixdə əvvəlki mülkiyyətçi X7 tərəfindən bölünərək, 0,025 ha hissəsi iddiaçıya, 0,035 ha hissəsi ilə X8 adlı şəxsə satılmışdır. Cavabdeh apellyasiya şikayətində Azər Əliyevin mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə uyğun yerləşməsini, iddiaçının sənədlərinə uyğunsuzluq olmasını bildirdiyi halda, apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlili üzrə də hər hansı dəyərləndirmə aparmamışd ır.

34. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi hazırki iddianın qaldırılması ilə iddiaçı tərəfindən hüquqdan sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir.

35. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şə xslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

37. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdir ərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

38. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

39. Hazırki iddiadan və mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçı 2004-cü ildə əldə etdiyi torpaq sahəsində ev inşa etmiş və ondan təyinatı üzrə istifadə edir. Cavabdeh də mübahisəli torpaq sahəsində tikililər inşa edib və onlardan istifadə edir. İddiaçı mübahisəli torpaq sahəsindən başqa şəxslərin istifadə etmələri halından məlumatlı olmuş və ötən 20 ilə yaxın müddətdə etiraz etməmişdir.

40. Hazırda iddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin ona satılan torpaq sahəsi olmasını iddia etməklə, cavabdehin həmin sahədən çıxarılmasını, sonuncunun inşa etdiyi tikililərin isə öz hesabına sökülməsini tələb edir.

41. İddianı əsaslı hesab edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddianın bu qaydada təmin olunması nəticəsində iddiaçının istifadəsində olan torpaq sahəsi əsassız olaraq artacaq (faktiki istifadəsində olan torpaq sahəsi sahibliyində qalmaqla və cavabdehin istifadəsində olan torpaq sahəsi on a verilməklə), cavabdeh isə ümumiyyətlə torpaqdan və üzərində olan tikililərdən mərhum olunacaqdır.

42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin tikililərinin hüquq müəyyənedici sənədlərinin olmaması Mülki Məcəllənin qeyd olunan normasının tətbiqini istisna etmir.

43. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndiriləcəkdir (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, § 36, AİHM 2004).

44. Misal üçün, Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər.

45. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, iddianın əsaslılığını müəyyən etmək məqsədi ilə zəbtdən azad olunması tələb olunan torpaq sahəsinin cavabdehin istifadəsində nə vaxtdan olması, həmin torpaqda olan tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavab deh tərəfindən faktiki istifadə və sahibliyinə səlahiyyətli dövlət orqanları və maraqlarına toxunan digər şəxslər, o cümlədən iddiaçı tərəfindən etiraz edilib-edilməməsi, belə etirazlar olduğu halda bunun nəticəsi və s. məsələlər araşdırılmaqla, verilən iddia ilə iddiaçının hüquqdan suiistifadəyə yol verməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır.

46. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılma lıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın d eyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

48. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

50. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxı şına göndərilməlidir.

51. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5966/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar