Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-948/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətçinin mülkiyyətində olan daşınmaz əmlakdan istifadəsi, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2(103)6215/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsini n inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.metr olan mənzil paylı mülkiyyət hüququ ilə Cavabdeh ½ hissədə və İddiaçı ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 8-ci mkr, 28 saylı mənzilin 111 saylı mənzilinə köçürülməsi və iddia qaldırmaq üçün məhkəmənin hesabına ödədiyi 100 manatın və vəkilə hüquqi xidmətlər göstərməsi üçün ödədiyi 400 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, mənzil tərəflərin paylı mülkiyyətindədir. Lakin cavabdeh iddiaçıya mülkiyyətindən istifadə etməsinə imkan vermir.
4. Cavabdehin nümayəndəsi, vəkil Nümayəndə iddiaya etiraz verərək göstərmişdir ki, mənzilin fiziki bölgüsü olmadığından mübahisə yaranmış və bu səbəbdən iddiaçı mənzilə köçürülə bilməz.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(001)-4396/2024 nömrəli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışa əsasən ½ hissədə paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.metr olan mənzilinə köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğ ində dövlət rüsumunun və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin ½ hissə Cavabdeh, ½ hissə isə İddiaçı bərabər paylı mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı öz payına uyğun hissədə mülkiyyətində olan mənzilə köçürülməsini tələb edir, cavabdeh isə yuxarıda göstərilənlərə istinad edərək onun köçürülməsinə etiraz edir.
7. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsinə yaradılan istənilən qanunsuz maneə onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin mübahisəli mənzildə faktiki yaşaması iddiaç ıya münasibətdə heç bir üstünlük kimi qiymətləndirilə bilməz.
8. Bununla yanaşı, cavabdeh tərəfin mənzilə dair fiziki bölgü olmadığından mübahisənin yaranacağını və bu səbəbdən də iddiaçının həmin mənzilə köçürülə bilinmədiyi ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilinməsi və ya mülkiyyətçinin öz payının ayrılmasını tələb edə bilməsi mülkiyyətçilərə verilmiş bir hüquqdur, vəzifə deyil. Hazırkı halda da bu hüquqdan istifadə etmək imkanları hər iki tərəfdə mövcuddur, lakin bu əsasla bərabər paylara malik bir mülkiyyətçinin digər mülkiyyətçiyə münasibətdə hüquqlarının məhdudlaşdırılması qanuni və ədalətli sayıla b ilməz.
9. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisəli mənzili ümumi paylı mülkiyyət hüququ üzrə iş üzrə iddiaçının adına dövlət reyestr xidmətində qeydə alındığından o, mülkiyyətçi kimi qanunla müəyyən edilmiş qaydada həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və öz payına münasibətdə ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə də qanunidir. Odur ki, onun ümumi paylı mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz.
10. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasın ın 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 6.2, 14.2.1, 18, 152.1, 152.2, 152.3, 157.2, 178.1, 213.1, 213.2, 213.3, 213.8, 215.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 34a, mənzil 14-də yaşayır. Cavabdeh iddiaçının mübahisəli mənzilə köçürülməsinin əleyhinədir. Ona görə ki, iddiaçı qadındır, çox narah at insandır. İddiaçı mənzilə köçürülərsə, cavabdehin orada yaşamasına imkan verməyəcəkdir. Aralarında dayanmadan dava-dalaş yaranacaq və iddiaçı çalışacaq ki, onu mənzilə buraxmasın, birdəfəlik kənarlaşdırsın və həmin yaşayış sahəsinin tək və yeganə sahibi olsun. Cavabdehin başqa yerdə yaşamaq üçün mənzili yoxdur. Əgər iddiaçı mənzilə köçürülərsə, bu cavabdehin yaşayış sahəsindən məhrum edilməsi deməkdir. Mənzilin fiziki bölgüsü olmadığından, mübahisə yaranır və bu səbəbdən də iddiaçı həmin mənzilə köçürülə bilməz. Məhkəmə tərəflərin bir-birinə olan münasibətlərinin gərgin olmasını, iddiaçının başqa ünvanda qeydiyyatda olmasını, mənzilə iddiaçının qəsdən zülm vermək, onun mənzildə yaşamasını məhdudlaşdırmaq üçün köçmək istədiyini nəzərə almamışdır. İddiaçı hansı otağa köçürüləcək və kommun al xidmətlərdən istifadə qaydaları necə müəyyən olunacaqdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2(103)-6215/2024 nömrəli qətnaməsi ilə (hakim S.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərov və M.Rüstəmli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh tərəflərin bərabər hissələrdə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 8 mkr, 28 saylı evin 111 saylı mənzilində iddiaçı ilə birgə yaşamasının mümkün olmaması səbəbindən iddiaçının mənzilə köçürülməsi nə etiraz edir.
16. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh, mənzilə dair özü ilə bərabər hüquqlara malik olan iddiaçının mülkiyyət hüququna qanunsuz və əsasız müdaxilə etməklə, sonuncunun mənzildən istifadə hüququnu məhdudlaşdırır.
17. Baxmayaraq ki, paylı mülkiyyətin mülkiyyətçisi kimi cavabdeh ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında iddiaçı ilə razılığa gələ bilmədiyi halda, öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, bu mümkün olmadıqda öz payının dəyərini iddiaçıdan tələb etmək, bu da mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və satış pulunun bölünməsini tələb etmək hüququna malikdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab e tmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq mənzilin paylı mülkiyyətçisi olan iddiaçının cavabdeh tərəfindən pozulan hüququnu, iddia tələbini təmin etməklə bərpa edərkən düzgün hüquqi nəticəyə gəlmiş və hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1, 2-ci, 25-ci maddənin 1, 2, 3, 4, 5-ci, 29-cu maddənin 1, 2, 3, 4-cü, 60-cı maddənin 1, 2, 3, 4-cü hissələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 153.4, 154.1, 154.2, 157.1, 157.2, 157.4, 213.1, 213.2, 220.1, 220.2, 220.3, 220.4, 2 20.5, 220.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2(103)-6215/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 220.3, 220.4, 220.5, 220.6, 221, 222.4-cü, Mülki Prosessual Məcəllənin 13.1, 77.1, 88-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
22. Belə ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturad a ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 18 may 2023-cü il tarixində Cavabdeh iddiaçı Marina Sergeyevna tərəfindən göndərilmiş məktubda o, Mülki Məcəllənin 215.6 və 218.2-ci maddələrinə istinad edərək qanunla müəyyən edilmiş müddətdə tələblərini qeyd etmiş və cavabdehə onun payını almağı təklif etmişdir. Lakin, bir neçə gündən sonra iddiaçı tərəfindən öz əli ilə yazılmış və mənzilin qapısına qoyulmuş təhdid xarakterli qeydlə dəyişkən tələblər irəli sürülmüşdür. Cavabdeh Mülki Məcəllənin 215.6 və 218.2-ci maddələrinə istinad edərə k eyni tələbləri irəli sürmək hüququna malikdir. İddiaçının yaşadığı, adına qeydiyyatda olan yaşayış sahəsi olduğu halda, cavabdehin tək yaşayış yeri mərhum atasından miras qalan bu mənzildir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı otağa köçürüləcəyini, kommunal xidmətlərdən istifadə qaydalarının necə müəyyən olunacağı barədə fikirlərinə heç bir münasibət bildirməmiş, heç bir araşdırma aparmadan, iş üzrə sübutları düzgün araşdırmadan, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunve riciliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Cavabdeh apellyasiya instansiyası məhk əməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ib arətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə v ə istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci mad dəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəl illərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, mübahisəli mənzil iddiaçı və cavabdehin paylı mülkiyyətindədi r. Belə olan halda, Mülki Məcəllənin 215.2 və 215.4-cü maddələrinə əsasən iddiaçı da cavabdehlə yanaşı mənzildən istifadə etmək hüququna malikdir. Bu zaman iddiaçının mülkiyyətində və istifadəsində başqa yaşayış sahəsinin olması əhəmiyyət kəsb etmir.
32. Kassasiya şikayətində həmçinin iddiaçının əmlakdakı payının ayrılması, əmlakın bölünməsi ilə bağlı maddi hüquq normaların pozulmasına istinad olunmuşdur.
33. Lakin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməs ələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
34. Göründüyü kimi, əşyanın payçılar tərəfindən bölünməsi iştirakçıların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə mümkündür. Hazırkı halda isə iddiaçı əmlakın bölünməsini deyil, ondan cavabdehlə bərabər istifadə etməsini tələb edir. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq hazırkı mübahisəyə Mülki Məcəllənin 221-ci maddəsini tətbiq etməmişdir.
35. Bununla belə, məhkəmə kollegiyası izah edir ki, mübahisəli əmlakın paylı mülkiyyətçisi kimi cavabdehin mənzilin fiziki bölgüsünün aparılması, bunun mümkün olm adığı halda hərracdan satılması tələbi ilə aidiyyəti məhkəməyə iddia vermək hüququ vardır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2(103)-6215/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.