Məhkəmə qərarları › İş №2(102)-95/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-95/2023

24.01.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-95/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 X hüquqi varisi Nümayəndə və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2(105)-64/2022 saylı qətnaməsindən İddiaçı1 X hüquqi varisi Nümayəndə verdiyi kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi: İşin halları İşin hallarına görə, “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, İddiaçı1 16 aprel 2020-ci il tarixdə ölüb və Nümayəndə onun hüquqi varisi kimi tanınıb. “Torpağa mülkiyyət hüququna dair” JN-144 saylı Dövlət Aktına əsasən, Şamaxı rayon AİK-nın 29 may 1998-ci il tarixli qərarına əsasən 7.75 hektar torpaq sahəsi İddiaçı1, Xzı, X11, X16 və Nümayəndə mülkiyyətinə verilib və bu barədə 04 iyul 1999-cu il tarixdə Dövlət Aktı qeydiyyat kitabında 4477 sayla qeydiyyata alınıb. 30 noyabr 2004-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, İddiaçı1 JN-144 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə mülkiyyətində olan Şamaxı rayonu ərazisində yerləşən 7.75 ha torpaq sahəsindən 2,0 hektarını 11.000.000 manata X1. 20 dekabr 2004-cü il tarixli no tarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 JN-144 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 4.84 ha olan torpaq sahəsini 150.000.000 manata X3. 20 dekabr 2004-cü il və 27 dekabr 2004-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən 8.0372 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X13 adına qeydə alınıb və bu barədə 11 mart 2005-ci il tarixdə Dövlət Aktı qeydiyyat kitabında 420 sayla qeydiyyata alınıb. 27 iyul 2013-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,73 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı1 və ailə üzvlərinin adlarına qeydə alınıb. 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı1, X1 8, X6, İddiaçı4 Qoçəli qızı və Nümayəndə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 3.73 ha torpaq sahəsindən, 0,10 ha hissəsini Cavabdeh6, 0,10 ha hissəsini Cavabdeh7, 0,10 ha hissəsini Cavabdeh10, 0,24 ha hissəsini Cavabdeh15, 0,10 ha hissəsini Cavabdeh5, 0,10 ha hissəsini Cavabdeh4, 0,10 ha hissəsini Cavabdeh3, 0,11 ha hissəsini X19, 0,10 ha hissəsini Cavabdeh13, 0,10 ha hissəsini Cavabdeh2, 0,10 ha hissəsini Cavabdeh8, 0,12 ha hissəsini X4, 0,12 ha hissəsini Cavabdeh14, 0,12 ha hissəsini Cavabdeh12, 0,12 ha hissəsini Cavabdeh21, 1,70 ha hissəsini Cavabdeh16 satmışlar. 05 fevral 2014-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh14 adına qeydə alınıb. 05 fevral 2014-cü il tarixl i Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh12 adına qeydə alınıb. 05 fevral 2014-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh10 adına qeydə alınıb. 05 fevral 2014-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh13 adına qeydə alınıb. 05 fevral 2014-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına qeydə alınıb. 05 fevral 2014-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağa raxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,24 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh15 adına qeydə alınıb. 05 fevral 2014-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X2 adına qeydə alınıb. 05 fevral 2014-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh21 adına qeydə alınıb. 14 may 2014-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,505 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı1 X, X18, X11, X16 və Nümayəndə Qoçəli oğlunun adlarına qeydə alınıb. 18 may 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabde h15 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 0,24 ha torpaq sahəsini 5.000 manata Cavabdeh17 satıb və 23 may 2015-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi sonuncunun adına qeydə alınıb. 18 may 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh21 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini 3.000 manata Cavabdeh17 satıb və 23 may 2015-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 03 iyul 2015-ci il tarixli Çıxarışa əsasən Cavabdeh18 0,0275 ha, X28 0,0275 ha, X20 0,0275 ha, X14 0,0275 ha olmaqla Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adına daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 37 saylı vərəqində qeydiyyata alınıb. 09 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsindən Cavabdeh18 0,0275 ha, X20 0,0275 ha, X14 0,0275 ha və X28 0,0275 ha torpaq sahəsini Cavabdeh9 bağışlamışlar. 09 aprel 2018-ci il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh9 adına qeydə alınıb. Şamaxı Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən X18, X6, İddiaçı4 Qoçəli qızı, İddiaçı1 və Nümayəndə məxsus 3,73 ha torpaq sahəsinin Cavabdeh1 ilə notarial qaydada bağlanmış 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh17 apellyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilərək, X, X6, İddiaçı4 x və Nümayəndə Cavabdeh1 və Qobsutan rayon dövlət notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2017-ci il tarixli qərarı ilə Nümayəndə kassasiya şikayəti təmin edilməyib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 16 may 2015-ci il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kə ndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,18 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X18, X11, X21, Nümayəndə və İddiaçı1 adlarına qeydə alınıb. Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə bağlı Cavabdeh8 X, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5 x, Cavabdeh4, Cavabdeh3, X15, X7, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh16, Cavabdeh14, Cavabdeh10, X29 və Cavabdeh21 adına rəsmiləşdirilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar ləğv edilmiş, İddiaçı1, X18, İddiaçı2, İddiaçı4 X və Nümayəndə 3.73 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilib. 27 aprel 2016-cı il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Nümayəndə, İddiaçı1, X18, X6 və İddiaçı4 adlarına qeydə alınıb. Şamaxı Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Seyfəddin oğlunun Cavabdeh16, Cavabdeh8 X, Cavabdeh7, Cavabdeh4, X15, Cavabdeh15, Cavabdeh10, Cavabdeh5 x, X29, Cavabdeh13, Cavabdeh6, Cavabdeh3, X7, Cavabdeh12, Cavabdeh14, Cavabdeh21, Cavabdeh1 və üçüncü şəxslər Qızmeydan kənd icra Nümayəndəsi və Cavabdeh19na qarşı “22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməsinə əsas olmuş Şamaxı rayon İHB-nın Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 08 yanvar 2014-cü il tarixli etibarnamənin etibarsız sayılması barədə” iddiası rədd edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiy a şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilərək, iddia təmin edilib və Şamaxı rayon İHB-nın Qızmeydan kəndi üzrə icra Nümayəndəliyində təsdiq edilmiş 08 yanvar 2014-cü il tarixli, 02 nömrəli reyestrlə qeydə alınmış etibarnamə etibarsız sayılıb. Şamaxı Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə X8 və Cavabdeh7 Cavabdeh1 və Şamaxı rayon Qızmeydan kəndi üzrə icra nümayəndəliyinə qarşı “razılıq ərizələrinin etibarsız sayılması barədə” iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 06 iyul 2017- ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilə rək, iddia təmin edilib və Şamaxı rayon İHB-nın Qızmeydan kəndi üzrə icra nümayəndəliyində X8 və Cavabdeh7 adlarından 06 mart 2013-cü il tarixdə təsdiq edilmiş razılıq ərizələri etibarsız hesab edilib. Torpaq islahatı zamanı Şamaxı rayon AİK-sı tərəfindən İddiaçı1 5 nəfərdən ibarət ailə üzvlərindən hər birinə 1.5 ha olmaqla cəmi 7.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib və DTXK tərəfindən onların adlarına həmin torpaqların mülkiyyətə verilməsinə dair JN-144 saylı Dövlət Aktı verilib. Torpaq sahələrinin bir hissəsi Kürdəmir rayonu, “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, Nağaraxana kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılıb və alqı-satqı müqaviləsi Abşeron rayon dövlət notariat kontorunda təsdiq olunub. İddiaçı1 ailəsi də Kürdəmir rayon u, “Karlar” adlanan ərazidə yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda təsdiq edilib. İddiaçı1 Seyfəddin oğlu torpaq sahəsinin Kürdəmir rayonu, “Karlar” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra DTXK tərəfindən yerdə qalan 5.75 ha torpaq sahəsinə 27 dekabr 2004-cü ildə JN-608 saylı Dövlət Aktı tərtib edilib. Lakin, DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin Dövlət Aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində İddiaçı1 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalıb. 2013-cü ilin iyul ayında İddiaçı1 14 saylı Ərazi idarəsinə müraciət edərək JN-608 saylı Dövlət Aktını itirdiy ini bildirib və dublikatının hazırlanmasını xahiş edib. Ərazi İdarəsinə verdiyi ərizəsinə o, JN-608 saylı Dövlət Aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə edib. Həmin sənədlər əsasında JN-608 saylı Dövlət Aktında göstərilən torpaq sahələrinə X ailəsinin adlarına reyestrdən çıxarışlar verilib. Qeyd olunan torpaq sahəsinə reyestrdən Çıxarışlar verildikdən sonra həmin torpaq sahəsinin 0.61 ha hissəsini İddiaçı1 notarial qaydada 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh10 satıb. Lakin, sonradan Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə sözügedən alqı-satqı müqaviləsi ləğv edilib və torpaq sahəsi yenid ən İddiaçı1 mülkiyyətinə qaytarılıb. Torpaq sahəsinin 3.73 ha hissəsindən 3.42 hektarı notarial qaydada təsdiq edilmiş bölgü sxemi üzrə 12 nəfərə satılıb. Yerdə qalan 0.18 ha torpaq sahəsi İddiaçı1 ailəsinin adlarına qeydiyyata alınıb. 22 yanvar 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin alıcısı X30 vəfat etdiyinə görə, onun adına olan 0.11 ha torpaq sahəsi 28 iyun 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən onun arvadı Cavabdeh18 və üç övladlarının adlarına 05 fevral 2014-cü il tarixdə qeydə alınıb. Sonradan Cavabdeh18 həmin torpaq sahəsini 09 avqust 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh9 bağışlamışdır. 22 yanvar 201 4-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsində iştirak edən digər alıcılar Cavabdeh15 və Cavabdeh21 özlərinə məxsus olan 0.24 ha və 0.12 ha torpaq sahələrini 08 may 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən Cavabdeh17 satıblar. 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən ləğv edildiyinə görə qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilib və torpaq sahəsi 3.08 ha hissədə yenidən İddiaçı1 x və ailə üzvlərinin adlarına 27 aprel 2016-cı il tarixdə qeydiyyata alınıb. Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsində Cavabdeh17 və Cavabdeh9 məxsus torpaq sahələrinin mülkiyyət sənədlərinin ləğvinə dair münasibət bi ldirilmədiyinə görə onların mülkiyyyət hüquqları ləğv edilməyib. Şamaxı Rayon Məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb etməyib. Buna görə də Cavabdeh17 Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verib və hazırda da məhkəmə mübahisəsi davam edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh17 apellyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla, İddiaçı1 Cavabdeh1 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlarının ləğv edilməsi barədə iddiası rədd edilib. Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 22 yan var 2014-cü il tarixdə İddiaçı1 ilə Cavabdeh10 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn 25 yanvar 2014-cü il tarixli Çıxarışın ləğv edilməsi qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıların nümayəndəsi X9 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsi iddianın təmin edilməməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. 01 fevral 2018-ci il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,6117 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Nümayəndə, X, İddiaçı2, İddiaçı4 və İddiaçı1 adlarına qeydə alınıb. Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, “Torpağa mülkiyyət hüququna dair” JN-0632 saylı Dövlət Aktına əsasən X13 mülkiyyətində olan 8,0372 ha torpaq sahəsinin 3,72 hektar, 0,61 ha və 0,505 ha torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, 28 iyun 2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, hağelə həmin şəhadətnamə əsasında arvadı Cavabdeh18 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqların, Cavabdeh18 həmin torpaq sahəsinin Cavabdeh9 bağışlamasına dair 09 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsinin İddiaçı1 ilə Cavabdeh15 və Cavabdeh21 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-s atqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 və 0.12 ha torpaq sahəsinin Cavabdeh17 satılmasına dair 08 may 2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş 4ə-314 və 4ə-315 saylı alqı-satqı müqavilələrinin və Cavabdeh17 adına qeydiyyata alınmış hüquqların ləğv edilməsi və iddianın JN-0632 saylı Dövlət Aktı əsasında mülkiyyətdə olan 8,0372 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsinə aid hissədə rədd olunması qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiasının 04 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib və iddia ərizəsi baxılmamış saxlanılıb. İş üzrə qəbul edilmiş məh kəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 X, Cavabdeh6, Cavabdeh7, Cavabdeh21, Cavabdeh8 X, Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsindən irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların və həmin çıxarışlardan doğan çıxarışların ləğv edilməsi” tələbinə dair iddia qaldıraraq, 22 yanvar 2014-cü il tarixdə qeydə alınmış İddiaçı1 X, X22, X6, İddiaçı4 və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh21, Cavabdeh8 X, X30, Cavabdeh10, X7, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 alqı-satqı müqaviləsində təmsil edən Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi və Cavabdeh18 adından bağlanmış 09 avqust 2015- ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və həmin bağışlama müqaviləsinin əsasında Cavabdeh9 adına rəsmiləşdirilmiş 09 aprel 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi, onlara məxsus olan 3.73 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini, habelə Cavabdeh20 barədə xüsusi qərardad çıxarılması, məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş ediblər. Şamaxı Rayon Məhkəməsinin 01 aprel 201 9-cu il tarixli qətnaməsi ilə (E.Z.Hümbətov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçıların Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən Şamaxı rayonu AİK-nın 29 may 1998-ci il tarixli qərarına əsasən mülkiyyətlərinə verilmiş və 30 noyabr 2004-cü il tarixli müqaviləyə əsasən 2,0 ha hissəsinə, 20 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən 4.84 ha hissəsinə mülkiyyətçi hüquqlarına xitam verilməsinə əsas yaranmış 7.75 hektar torpaq sahəsinə dair yenidən çıxarış almaları və üzərində sərəncam vermələri qanunsuz olmuş, 22 yanvar 2014-cü il tarixdə qeydə alınmış mübahisəli müqavilə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olaraq etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmamış, bağ landığı andan etibarsız olmuşdur. Odur ki, hüquqi nəticələrə səbəb olmayan alqı-satqı müqaviləsi, ondan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar və digər cavabdehlər tərəfindən bağlanmış alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsindən irəli gələn çıxarışlar ləğv edilə, 3.73 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları bərpa edilə və əvvəlki vəziyyətinə qaytarıla bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146.1, 152.1, 337.1, 337.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul ed ilməsini xahiş edib. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova sədrlik edən, məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hazırki mübahisəyə məhz sübutetmə aspektindən yanaşaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlər də yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146.1, 337.1, 337.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Nümayəndə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası mə hkəməsi tərəfindən Mülki Məcəllənin 136-1.1.3, 146.1, 146.2-ci maddəsinin tələbləri pozulub. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə 3.73 ha mülkiyyətimizdə olan torpaq sahəsinə dair qanunsuz üsulla bağlanmış müqavilələri və saxtalaşdırılmış razılıq ərizələrini (mülkiyyətçilərin razılıq ərizələri) ləğv etsə də, həmin əsaslara söykənərək verilmiş çıxarışları ləğv etməkdən imtina etmişdir. Bu qanunsuz verilmiş Çıxarışların cavabdehlərin əlində qalması, onların həmin torpaqlara sərəncam hüququnun olmasına əsas verir. Odur ki, DƏDRX-dən verilmiş çıxarışlar üçün əsasların ləğv edilərək, çıxarışların özlərinin qüvvədə saxlanılması göstərilən maddələrin pozulması hesab olunur. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, 3.73 ha torpaq sahəsinə dair 19 nəfərlə alqı-satqı müqavi ləsi qanunsuz bağlanıb. Belə ki, müqavilələrin bağlanması üçün mülkiyyətçilərin adından verilmiş etibarnamələr və razılıq ərizələri saxtalaşdırılıb. Həmin etibarnamələr, müqavilələr və razılıq ərizələri məhkəmə tərəfindən etibarsız hesab edilib. Lakin, qətnamə müəyyən edilmiş sənədlər əsasında DƏDRX-dən verilmiş çıxarışlar ləğv edilməmiş qalıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı Nümayəndə tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiyainstansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilib. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıların Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən Şamaxı rayonu AİK-nın 29 may 1998-ci il tarixli qərarına əsasən mülkiyyətlərinə verilmişdir. İddiaçıların 30 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 2,0 ha hissəsinə, 20 dekabr 2004cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 4.84 ha hissəsinə mülkiyyətçi hüquqlarına xitam verilib. Bundan sonra iddiaçılar 7.75 ha torpaq sahəsinə dair yenidən Çıxarış alıblar. Göründüyü kimi, iddiaçıların sözügedən torpaq sahəsi üzərində sərəncam vermələri qanunsuz olub və 22 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olaraq etibarsı zlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmamış, bağlandığı andan etibarsız olub. Odur ki, hüquqi nəticələrə səbəb olmayan alqı-satqı müqaviləsi, ondan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar və digər cavabdehlər tərəfindən bağlanmış alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsindən irəli gələn çıxarışlar ləğv edilə, 3.73 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları bərpa edilə və əvvəlki vəziyyətinə qaytarıla bilməz. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəll ənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsində göstərilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 x hüquqi varisi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2(105)-64/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar