Məhkəmə qərarları › İş №2(102)-951/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-951/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-951/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi, yüklülükdən azad etmə, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı «evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6066/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. «Kərimli» KFT ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank və ya cavabdeh, ləğv prosesindədir, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur) arasında 17 noyabr 2008-ci il tarixdə bağlanılmış kredit müqaviləsinin təminatı kimi X1, İddiaçı, X5, X2, X3 birgə mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 173,34 kv.metr yaşayış, 132 kv.metr köməkçi sahədən ibarət 3054 saylı bağ evi (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011 -ci il tarixli qətnaməsi ilə cavabdeh «Kərimli» KFT-dən 100000 ABŞ dolları kredit borcunun və 33400 ABŞ dolları faiz borcunun Bankın xeyrinə tutulması, tutmanın xx.xx.2008-ci il tarixli, 178/İ saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsi, tutma yönəldilmiş yaşayış evinin hərracda ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satıldığı gündən sonra bir ay müddətində X4, İddiaçı, X11, X7, X9 tərəfindən boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) tərəfindən 29 yanvar 2013-cü il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən ipoteka predmeti Bank tərəfindən əldə edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3409/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı, X1, X2, X5 və X3 cavabdehlər "xxxx" MMC-yə və Sumqayıt şəhər icra şöbəsinə qarşı (Bank iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) iddiaları qismən təmin edilmiş, ipoteka predmetinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, hərracın keçirilməsinə əsas olmuş qətnamə qanuni qüvvəyə minmədiyi halda hərrac keçirilmiş, hərrac barədə ipoteka qoyanlara məlumat verilməmişdir. Qətnamə ilə, həmçinin müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC tərəfindən 3 dəfə hərrac keç irilmişdir. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

5. Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisi Fuad Nəbiyev tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsi əsasında ipoteka predmetinə dair hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Banka qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bankla «Kərimli» X10 arasında 17 noyabr 2008- ci il tarixdə bağlanılmış kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş iddiaçının mülkiyyətində olan ipoteka predmetinin girovluqdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən hallarına istinadən tələbini onunla əsaslandırmışdır ki, yaxın dost münasibətində olduğu X8 təxminən 2008-ci ilin oktyabr ayında ona müraciət edərək, 3-4 aylıq müddətə mübahisəli evin sənədini istəmiş, iddiaçı isə Hümbətlə dost olduğuna görə sənədləri vermişdir. Daha sonra Hümbət ona zəng edərək, fevralda sənədləri qaytaracağını bildirmiş, onu notariat idarəsinə çağırmışdır. 2011-ci ilin yay ayında ona məlum olmuşdur ki, evi girov qoyulub və bankdan Beyləqan rayonundan «Kərimli» fermer təsərrüfatının təsisçisi X6 adına 80.000 manat kredit götürülüb. X17 tapm ış və ondan 1 ay müddətində evin pulunu Banka ödəyib sənədlərini özünə qaytaracağına dair yazılı iltizam almışdır. Lakin krediti qaytarılmamış, nəticədə Bank pulun geri alınması üçün məhkəməyə iddia vermişdir. Bank tərəfindən manat əvəzinə dollarla kredit ayrılmış, onun mülkiyyətində olan bağ evi də dələduzlar Əlövsət Paşayev, Hümbət Muradov tərəfindən banka girov qoyulmuş və onlar bu cinayəti bank əməkdaşları ilə birlikdə həyata keçirməklə onun evinin əldən çıxmasına səbəb olmuşdur. Polisə müraciət etdikdən sonra tam ətraflı şəkildə öyrənmişdir ki, Əlövsət Paşayev və onun oğlu Beyləqanda fermer təsərrüfatı ilə məşğul olmamış, onun nə ferması, nə heyvan qarası olmamışdır. Kredit verəndə Bank da bunu yoxlamamış və 100.000 ABŞ dolları kredit vermişdir. Şikayət ərizəsi əsasında Abşeron rayon Polis idarəsinin İstintaq bölməsində aparılan araşdırma zamanı X13 kredit aldığını və iddiaçının bundan xəbərsiz olmasını təsdiq etmişdir. Sonradan Bankın pulun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə iddiası təmin edilmişdir. Həmin qətnamə əsasında 2013-cü ildə keçirilmiş hərrac Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-476/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsindən göründüyü kimi əmlakın ipoteka ilə yüklü edilm əsinə əsas olmuş kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun olması, tutmanın iddiaçının mülkiyyətində olan sözügedən bağ evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin müəyyən edilməsi və sair faktlar tərəflərin iştirak etdikləri sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, həmin faktlar hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyır və yenidən mübahisələndirilə bilməz.

10. Məhkəmə qeyd etmişdir ki, işdə, ümumiyyətlə «Kərimli» KFT-nin Banka ödənilməmiş kredit borcunun olmamasına dair heç bir mötəbər yazılı sübut yoxdur və onun iddia etdiyi məsələlərə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün məhkəmə tədqiqatı zamanı isə hər hansı əsas müəyyən edilmə miş, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1, 527.1, 527.2, 528-ci, “İpoteka haqqında” Qanununun 43.8, 48.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6066/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, başqa mülki iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan göründüyü kimi “Kərimli” KFT təminat vasitəsi ipoteka olan əsas öhdəliyi Bank qarşısında lazımi qaydada icra etmədiyi üçün Bankın ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsini tələb etmək üzrə hüququ yaranmış, bank da ipoteka saxlayan kimi həmin hüquqdan istifadə etmiş, mübahisəli əmlak açıq hərracdan satışa çıxarılmışdır.

16. İddiaçının istinad etdiyi hal ipoteka müqaviləsinə əsasən yaranmış öhdəliyə xitam verilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(06 0)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsi əsasında yenidən hərrac keçirilməməsi üçün hüquqi əsas təşkil etmir.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 140, 148.2, 157.8, 269.4, 269.5, 425.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.1, 10.1, 10.4, 11, 14.1, 48.1.1 və 48.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəmə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə çəki şmə prinsipini təmin etmədən, iddiaçı tərəfin özünün və müdafiəçisinin iştirakı olmadan baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. «İpoteka haqqında» Qanun (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)

22. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

23. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

24. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

25. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildi kdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

26. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı 27.... “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 38. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə... Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsas ında bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Baxılan iş üzrə iddiaçı özünün də birgə mülkiyyətçilərindən biri olduğu ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə iddia ərizəsini, həmçinin onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi əsasında 29 yanvar 2013-cü il tarixdə keçirilmiş hərracın nəticəsində ipoteka predmeti Bank tərəfindən əldə edilsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə həmin hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmişdir.

42. İddiaçı sübut qismində məhkəməyə Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsinin surətini də təqdim etmişdir.

43. Birinci və apellyasiya instansiyası məhkəmələri iddianın rədd olunması barədə mövqelərini onunla əsaslandırmışlar ki, ipoteka ilə təmin edilmiş öhdəliyin mövcudluğu hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsi ilə müəyyən edilib və iddiaçı həmin öhdəliyin yerinə yetirildiyi barədə sübutlar təqdim etməyib.

44. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən hazırkı iş üzrə preyudisial məhkəmə aktı kimi qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2011-ci il tarixli qətnaməsində ipoteka predmetinin iddiaçı ilə yanaşı, X1, X5, X2 və X3 birgə mülkiyyətində olduğu müəyyən edilmişdir.

45. Lakin nə birinci, nə də apell yasiya instansiyası məhkəməsi bununla bağlı işdə iştirak edən şəxslərlə heç bir müzakirə aparmamış, iddiaçı ilə yanaşı, digər şəxslərin də birgə mülkiyyətində olan daşınmaz əmlakın yüklülükdən azad edilməsi barədə tələbə bütün mülkiyyətçiləri işə cəlb etmədən baxmışdır.

46. MPM-in 418.4.6-cı maddəsi bu halı kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv əsası kimi nəzərdə tutur.

47. Bununla yanaşı, məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsinə hüquqi qiymət verməmişdir.

48. Hazırkı iş üzrə iddiaçının iddiaçılardan biri, cavabdehin isə üçüncü şəxs qismində iştirak etdiyi həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkə mə qətnaməsi ilə ipoteka predmetinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmişdir. Qətnamə ilə digər hallarla yanaşı, həmçinin müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC tərəfindən 3 dəfə hərrac keçirilmişdir.

49. MPM-in 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

50. Nəzərə alınmalıdır ki, ipotekaya xitam verilməsi əsasları “İpoteka haqqında” Qanunun 48-ci maddəsi ilə yanaşı, həm də 43.8-ci maddəsində müəyyən edilmişdir. Sonuncu normaya müvafiq o laraq ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

51. İstinad olunan normanın rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

52. Lakin işə baxmış məhkəmələr surəti iş materiallarına əlavə edilmiş məhkəmə aktına (həmin məhkəmə aktı ilə müəyyən edilmiş hallara) yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edil sin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6066/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar