Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-957/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi mümkün olan qərardadlar, kasasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğv edilməsi və əmlakın qaytarılması barədə ilkin, Cavabdeh qarşılıqlı tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6928/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:
1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-525/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuş, Cavabdeh qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
2. Birinci instansiya məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır.
3. Cavabdehin həmin qərardaddan verdiyi şikayət Məhkəmənin 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bun dan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6928/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdehin qeyd olunan qərardaddan verdiyi kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402-ci maddəsinə əsasən bu qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
6. Cavabdehin sonuncu qərardaddan verdiyi kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.
7. Hazırda cavabdeh sonuncu qərardaddan kassasiya şikayəti vermiş və şikayət 24 yanvar 2023-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.
8. Belə ki, MPM-in 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi; kassasiya şikayətinin qaytarılması; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunma sı əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
9. Göründüyü kimi, MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmişdir.
10. Nəzərə alınmalıdır ki, kassasiya şikayətlərinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir.
11. Lakin prosessual qanunvericilikdə m əhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402.2-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir.
12. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, MPM-də həmin məhkəmənin 14 oktyabr 2022-ci il tarixli qərardadından (qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina barədə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmas ı barədə) kasasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, həmin şikayətin bu əsasla qaytarılması barədə 04 noyabr 2022-ci il tarixli qərardaddan verilmiş kassasiya şikayətinin qaytarılması barədə 23 dekabr 2022-ci il tarixli qərardaddan da kasasiya şikayəti verilə bilməz.
13. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).
14. Beləliklə, hazırkı kassasiya icraatı üzrə cavabdehin kassasiya şikayəti MPM-in tələblərinə zidd ol araq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.
15. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 24 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6928/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.