Məhkəmə qərarları › İş №2(102)-963/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-963/2025

07.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-963/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" X2 MMC, Bakı şəhəri X1 Xidməti və Socarın “Qaz İxrac” İdarəsi Astara Magistral Qaz Kəmərləri sahəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılmasına dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" X2 MMC, Bakı şəhəri X1 Xidməti və Socarın “Qaz İxrac” İdarəsi Astara Magistral Qaz Kəmərləri sahəsinə qarşı “işə bərpa” tələbinə dair mül ki işüzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4596/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər "xxxx" X2 MMC, Bakı şəhəri X1 Xidməti və Socarın “Qaz İxrac” İdarəsi Astara Magistral Qaz Kəmərləri sahəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X2nin onu işdən azad edilməsi qanunsuz və əsassız olduğundan əmək müqaviləsinin xitamın ləğv olunmasını, işə bərpa olunmağını və məcburi iş buraxmaya görə əmək haqqının verilməsini təmin edilməsi və mediyasiya təşkilatına ödənilmiş 55 manat rusumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-458/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" X2 MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4596/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir.

4. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayəti MPM-ə əlavə 2-də göstərilən formaya uyğu n tərtib edilməmişdir. MPM-ə əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür.

5. Kollegiya həmçinin qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2nin 6-cı bəndinə əsasən, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göst ərilməlidir.

6. Göründüyü kimi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmişdir.

7. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

8. Qeyd olunan qərardad məlumat üçün 17 iyul 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4596/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiya sı məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş kassasiya şikayətinin bir hissəsinin məzmununda hazırda mübahisələndirilən qərardad deyil, əvvəlki məhkəmə aktlarından və məhkəmənin hərəkətlərindən edilən şikayətlər qarışıq formada təsvir edilmiş, mətnin ikinci yarısı isə “qərardaddan şikayət” qeydi aparılmaqla MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya və prosessual qanunvericilikdə nəzərdə tutulmuş məzmuna malik olmayan mətnlə, aydın olmayan ifadələrlə tamamlanmışdır.

12. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Hazırkı halda isə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 67.1, 108.1.4, 407.3, 407.4, 408.1.3 -cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Qeyd olunan qərardad məlumat üçün 16 oktyabr 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. 15. 24 oktyabr 2024-cü il tarixdə İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək maddi vəziyyəti pis olduğuna görə vəkillə müqavilə bağlamaq iqtidarında olmadığını qeyd edərək, həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

16. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4596/2024 saylı işi üzrə 6 noyabr 2024-cü il tarixli qərard adı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4596/2024 saylı işi üzrə 24 sentyabr 2024-cü il tarixli qərardadından veriləcək kassasiya şikayətinin tərtib edilməsi, kassasiya instansiyası məhkəməsində işə baxılması ilə əlaqədar prosesdə iştirak edilməsi, kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə edilməsi və ona hüquqi yardımın göstərilməsi üçün İddiaçı vəkillə təmin olunması və vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. 17. 19 dekabr 2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmənin 24 sentyabr 2024-cü il tarixli qərardadından kassasiya şikayəti, həmçinin şikayətə əlavə olaraq kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

18. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4596/2024 saylı işi üzrə 22 yanvar 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 4596/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

19. İddiaçı (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən qəbul edilmiş 2(103)-4596/2024 saylı işi üzrə 24 sentyab r 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxardılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə formal yanaşaraq, Konstitusion hüquqları pozmuşdur. Belə ki, Apellyasiya Məhkəməsi iddiaçının hüquqi savadının olmamasını nəzərə almamış və hesab etmişdir ki, “kassasiya şikayəti vəkil tərəfindən hazırlanmadığına görə geri qaytarılmalıdır.”

21. Apellyasiya məhkəməsi hüquq normalarının tələblərini pozmaqla işi hərtərəfli araşdırmadan, yoxlamadan işə formal baxmış, nəticədə hüquqların pozulmasına səbəb olan qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı etira z təqdim olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:

24. Maddə 407.1.4. Şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;

25. Maddə 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini t əsdiq edən sənəd əlavə edilməlidir.

26. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:

27. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxış ının hədlərini apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

33. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, kassasiya şikayəti qanunla müəyyən edilmiş formada və məzmunda vəkil tərəfindən tərtib edilməli və imzalanmalıdır.

34. İddiaçının kassasiya şikayəti göstərilən tələblərə cavab vermədiyindən düzgün olaraq qeri qaytarılmışdır.

35. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli 2(103)-4596/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar