Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-969/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2 (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, X5 və X18) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı və ləğvi tələbləri, məhkəmənin prosessual vəzifələri, ölmüş şəxsə qarşı iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavab deh2 (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, X5 və X18) qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1508/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Zaqatala rayonu, Muxax kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,1785 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) İddiaçı (bundan sonra - iddiaçı) həyat yoldaşı X19 məxsus olmuş, sonuncu 02.01.1999-cu il tarixində ölmüşdür. İddiaçı 13 noyabr 2013-cü il tarixdə Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən mərhum ərindən miras qalmış evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq, sənədlər toplamaq, sənədləşmələrdə əvəzindən imza etmək, həmin evə dair bütün əməliyyatları yerinə yetirmək, evi satarkən və bağışlayarkən əvəzinə imza etmək, torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etmək səlahiyyətlərini nəzərdə tutan etibarnamə vermişdir. Həmin etibarnamə əsasında hərəkət edən Cavabdeh1 müraciəti əsasında torpaq sahəsi 11.12.2013-cü il tarixdə X17 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıya 26.01.2014-cü il tarixdə X17 vərəsəsi kimi mübahisəli torpaq sahəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Torpaq sahəsi 21.05.2018-ci i l tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 iddiaçı tərəfindən 13 noyabr 2013-cü il tarixdə verilmiş etibarnamə əsasında onun nümayəndəsi qismində çıxış edərək mübahisəli torpaq sahəsinə dair qızı Cavabdeh2 ilə 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq, həmin əmlakı 5400 manata sonuncuya satmışdır. Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ 03.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə (bu ndan sonra – Notariat Ofisi), Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 18 saylı Zaqatala Ərazi İdarəsi, X5 və X18) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" etibarsız hesab edilməsi, mübahisəli torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qə bul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin tələb hissəsinin dəyişdirilməsi barədə ərizə verərək, iddiaçı ilə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi, mübahisəli torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı nın nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, iddiaçının mərhum əri X17 02 yanvar 1999-cu il tarixdə ölümündən sonra mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi və fərdi yaşayış evindən X17 vəfatından sonra, sonuncunun bacısı oğlu - iş üzrə üçüncü şəxs X5 istifadə etmişdir. Hal-hazırda da qeyd olunan əmlaklar sonuncunun və onun ailə üzvlərinin istifadəsindədir. 2012-ci ildə Zaqatala rayonunda təbii fəlakət (zəlzələ) baş vermiş və nəticədə miras qalmış fərdi yaşayış evi yararsız hala düşmüşdür. İddiaçının razılığı əsasında fərdi yaşayış evinin yerində dövlət vəsaiti hesabına Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1758 ha mübahisəli həyətyanı torpaq sahəsi iddiaçının bağışlamaq istədiyi iş üzrə üçüncü şəxs X2 arvadı X10 adına sənədləşdirilmişdir. İddiaçı 13 noyabr 2013-cü il tarixdə Cavabdeh1 (üçüncü şəxsin qardaşı) etibarnamə verərək, mərhum əri X15 miras qalmış fərdi yaşayış evinin sənədləşdirilməsi və özgəninkiləşdirilməsi ilə bağlı səlahiyyətləri ona həvalə etmişdir ki, həmin evi iddiaçının adından üçüncü şəxs X3 bağışlasın. 2020-ci ilin təqribən oktyabrnoyabr aylarında X5 iddiaçıya bildirmişdir ki, qardaşı ilə münasibətləri yaxşı deyildir və mümkündürsə həmin evi özü ona bağışlasın. Belə ki, etibarnamənin verilməsinin üzərindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh1 hələ də fərdi yaşayış evini sənədləşdirməmiş və X3 bağışlamamışdır. İddiaçı fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək məqsədi ilə 2020-ci ilin tə qribən oktyabr-noyabr aylarında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə şifahi olaraq müraciət etmiş və məlum olmuşdur ki, torpaq sahəsinə dair sərəncam vermək hüququ olmadığı halda Cavabdeh1 ona verilmiş etibarnamədən sui-istifadə edərək mübahisəli torpaq sahəsinə vərəsəlik açmış və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra, torpaq sahəsini 16 iyul 2018-ci il tarixdə qızı Cavabdeh2 satmışdır. Cavabdeh1, torpaq sahəsi ilə bağlı ona hər hansı bir hüquq verilmədiyi halda, qanunsuz olaraq Notariat Ofisi vasitəsi ilə həmin torpaq sahəsini qızına satmışdır. Hətta etibarnamədə Cavabdeh1 torpaq sahəsinə dair sərəncam vermək hüququ verilmiş olsa idi belə, o, bu hüquqdan sui-istifadə edərək, həmin əmlakı yaxın qohumu olan qızı Cavabdeh2 sata bilməzd i. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X22 Cavabdeh1 və üçüncü şəxs X2 dayısıdır. X9 mübahisəli torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 olduğunu bildirmişdir. O, vəfat etdikdən sonra iddiaçı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh1 təhvil verərək yaşamaq üçün Balakən rayonuna köçmüşdür. Bu zaman daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi üçün ə ilk dəfə hələ 1999-cu ildə etibarnamə vermişdir. Sonuncu sonradan torpaq sahəsini üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə istifadə etməsi üçün XXX vermişdir. Sonra o, həmin əmlakı qızı - iş üzrə cavabdeh X1 və həmin evdə əmisinin yaşadığını ona bildirmişdir. Hazırda da cavabdeh əmisinin həmin evdə yaşamasına hər hansı etirazını bildirmir. Cavabdeh1 vəfat etmişdir. Əgər iddiaçı həmin evi XXXə bağışlamaq istəyirdisə, nəyə görə Cavabdeh1 iki dəfə, yəni ilk dəfə 1999-cu ildə və daha sonra 2013-cü ildə etibarnamə vermişdir. O, birbaşa etibarnaməni bağışlamaq istədiyi şəxsə verə bilərdi. Odur ki, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 izahatında göstərmişdir ki, 22 ildir mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh isə həmin evdə yaşamamışdır. Orada tikinti işləri aparmış və öz istifadəsi üçün hər bir şərait yaratmışdır. Torpaq sahəsi onun mərhum dayısı, iddiaçının mərhum əri X17 mülkiyyətində olmuş, sonradan iddiaçının mülkiyyətinə verilmiş dir. O, 1996-1998-ci illərdə dayısı - X9na baxmış, onun qulluğunda durmuşdur. Dayısı 1997-ci ildə iddiaçı ilə ailə həyatı qurmuşdur. 1998-ci ildə vəfat etdikdən sonra onun həyat yoldaşı - torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçı Balakən rayonuna köçmüş və torpaq sahəsinin, habelə üzərində yerləşən fərdi yaşayış evinin ona bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir. O, Cavabdeh1 həmin evi ona bağışlamaq istədiyini də demişdir. Cavabdeh1 etibarnamə verilməsindən məlumatlı olmuşdur. Lakin həmin müddət ərzində özü xəstə olduğundan əmlakın bağışlanması müqaviləsinin bağlanması ilə məşğul ola bilməmişdir. Lakin, sonradan Cavabdeh1 evi və torpaq sahəsini qızı Cavabdeh2 satdığını öyrənmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilmə sini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X18 X2 izahatına uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş 76 nömrəli məktubda qeyd olunmuşdur ki, Muxax kənd sakini X9ndan Balakən rayonu, Qazma kənd sakini İddiaçı miras qalmış həyətyanı torpaq sahəsində və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində 2000-ci ildən hal-hazıradək mərhumun bacısı oğlu Muxax kənd sakini X5 ailəsi ilə birlikdə yaşayır. X15 miras qalmış həmin yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Qəzalı vəziyyətə düşmüş evin yerində 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən X2 arvadı X1 0 adına iki otaqlı fərdi yaşayış evi tikilmişdir. Hal-hazıradək həmin evdə X2 ailə üzvləri yaşayır. Notariat Ofisinin 18 aprel 2021-ci il tarixli 423 nömrəli məktubunda qeyd olunmuşdur ki, Balakən rayonu Katex kəndində qeydiyyatda olan İddiaçı nümayəndəsi XXX X12 rayonu Muxax kənd ünvanında yerləşən 0.1758 ha torpaq sahəsini ünvan 1lan Cavabdeh2 5400 manata satmışdır. Göstərilən pul vəsaiti satıcı və alıcı arasında olan razılaşmaya əsasən yazılmışdır. Müqavilədə göstərilən pul vəsaiti nağd şəkildə verilmişdir. Əmlakın dəyəri 5500 manatdan yuxarı olduqda alıcı pulu notariusun Bankda açılmış depozit hesabına qoyur, satıcı isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin məbləği notarius tərəfindən yazılmış qəbz əsasında götürür. Əmlakın dəyəri aşağı olduğu üçün pul vəsaiti depozitə qoyulma mışdır. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-256/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, müqavilə bağlanan zaman Cavabdeh1 iddiaçının etibarnamə əsasında təmsilçisi olması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının etibarnamə əsasında təmsilçisi Cavabdeh1 16 iyul 2018-ci il tarixdə iddiaçının mülkiyyətində olmuş torpaq sahəsini öz qızına satmışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 13 noyabr 2013-cü il tarixli etibarnamədən istifadə etməklə iddiaçıya məxsus torpaq sahəsini qız ına satmaqla Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) tələblərini pozmuşdur. Belə ki, 13 noyabr 2013-cü il tarixli, reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş iddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamədə iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha torpaq sahəsinə dair konkret subyekt olan Cavabdeh2 ilə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamış, təmsil olunan İddiaçı iradə və maraqları müəyyən şəkildə ifadə edilməmiş və ona görə də, Cavabdeh1 iddiaçının formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edə bilməz. Bundan başqa, etibarnamə verilən zaman (13 noyabr 2013-cü il tarixdə) alqı-satqının predmeti olan daşınmaz əmlak iddiaçının mülkiyyətində olmamışdır. Mülkiyyətdə olmayan əmlak barəs ində iddiaçının sərəncam vermək hüququnun olmaması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçının əvəzinə etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanıldığından, iddiaçı həmin əqdin bağlanmasında dolayısı ilə iştirak edən şəxs, yəni müqavilənin tərəfi olduğundan, həmin əqdin ləğv edilməsini tələb edə bilər. Mübahisəli evə və torpaq sahəsinə dair etibarnamə verilərkən iddiaçı Cavabdeh1 öz maraqları daxilində deyil, iddiaçının maraqları çərçivəsində hərəkət etmək səlahiyyəti verilmişdir. Alqı-satqı müqaviləsi üzrə təmsil edilən iddiaçının alqı-satqının predmeti olan torpaq sahəsinin satışından hər-hansı gəlir əldə etdiyinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, üçüncü şəxs X5 ailəsi ilə birlikdə 2 2 ildir ki, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh2 isə həmin evdə heç vaxt yaşamamışdır. Üçüncü şəxs orada tikinti işləri aparmış və öz istifadəsi üçün hər bir şərait yaratmışdır. Beləliklə, mübahisələndirilən alqı-satqı müqaviləsi ata və qızı arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlansa da, həmin müqavilənin tərəfləri olan iddiaçı (müqavilədə təmsil olunan) və cavabdehin həmin daşınmaz əmlakın alqı-satqısına dair həqiqi niyyətləri olmamışdır. Müqavilənin bağlanması iddiaçının iradəsinə uyğun olmamış və onun həqiqi iradəsini əks etdirməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbinin alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsi təmin edilməlidir. Bundan başqa, iddia tələbi Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi hissəsində də təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2018-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Notariat Ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-1016 nömrə ilə təsdiq edilmiş 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmişdir. Etibarlı olmayan 16 iyul 2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında 03 sentyabr 2018-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanuni sənəd hesab edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Kostitusiyasını n 13, 26, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 324.1, 325.3, 354.2, 359.1, 359.3, 362.1, 421-424, 567, 646.1, 646.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 vəfatından sonra iş üzrə üçüncü şəxslər iddiaçını məhkəmədə iddia qaldırmağa, alqı satqı müqaviləsinin ləğvini tələb etməyə təhrik etmişlər. Alqı-satqı müqaviləsini ləğv edən məhkəmə mülki qanunvericiliyin müqavilənin ləğvini nəzərdə tutan maddi hüquq normalarına isti nad etmədən, özünün etibarnamə barədə fərziyyələri və mülahizələri əsasında iddianı təmin etmişdir. Məhkəmə qətnamədə iki fikir irəli sürmüşdür: bir tərəfdən Cavabdeh1 etibarnamə əsasında iddiaçının qanuni təmsilçisi olmasını, bu halın mübahisə doğurmadığını, sonradan isə həmin əmlakın alqı-satqısına niyyətin olmadığını, alqısatqının iddiaçının iradəsinə uyğun olmadığını qeyd etmişdir. Cavabdeh1 öldükdən sonra məhkəmə necə müəyyən edə bilərdi ki, əmlakın satılması niyyəti olmamışdır. Etibarnamədə satmaq səlahiyyəti verildiyi halda məhkəmə bu səlahiyyətin verilmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, mübahisəli əmlakla bağlı etibarnaməni Cavabdeh1 vermişdir və heç vaxt ona heç bir iradı olmamışdır. 2020-ci ildə XXX ona müraciət edərək Cavabdeh1 etibarnamə əsas ında satdığı həmin torpağın alqısatqı müqaviləsini ləğv edib, özünə verməyi xahiş etmişdir. O, XXXin xahişi ilə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddiaçının bu ifadəsinə qiymət verməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin XXX bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir. Məhkəmə bu nəticəyə hansı sübut əsasında gəldiyini göstərməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1508/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış və sonuncunun atası olmuş mərhum Cavabdeh1 mülkiyyətçinin, yəni satıcının etibarnamə üzrə nümayəndəsi kimi yalnız onu təmsil etmişdir. Mülki qanunvericiliyə əsasən, təmsilçinin bağladığı əqd yalnız təmsil edilən üçün hüquq və vəzifələr yaradır. Bu zaman təmsilçinin əks tərəf qarşısında hər hansı bir vəzifəsi yaranmır. Mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilədə tərəf kimi satıcı və alıcı iştirak etmiş və bununla əlaqədar müqavilədə yalnız onların öhdəlikləri yaranmışdır. Cavabdeh1 satıcının adından torpaq sahəsinin satılmasını həyata keçirsə də, onun həmin müqavilədə hər hansı bir öhdəliyi və məsuliyyəti nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçının verdiyi etibarnamədə göstərilən səlahiyyətlərindən istifadə edərək sonuncunun adından qanunla nəzərdə tutulmuş qaydada torpaq sahəsinin alqı-satqısını həyata keçirmişdir. Alqı-satqı zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı tərəfin bildirdiyinin əksinə olaraq, həmin etibarnamədə Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini iş üzrə üçüncü şəxs olan X3 bağışlanmalı olması barədə heç bir göstəriş əks olunmamışdır. Bu hal isə onu göstərir ki, sözügedən alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Alqı-satqı müqaviləsi qanuni olduğu üçün onun əsasında verilmiş çıxarışın da ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə öz möv qeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu, Mülki Məcəllənin 149.2, 359.1, 359.3, 362.1, 365.1.2, 387.3, 421.1, 421.2, 422.1, 567, 646-cı, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə Mülki Məcəllənin 215.1, 218.1ci maddələrini tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. İşdən də göründüyü kimi, qeyd olunan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi iş üzrə üçüncü şəxs X2 arvadı X16 məxsusdur. Cavabdeh1 fərdi yaşayış evini sənədləşdirəcəyi təqdirdə əmlak avtomatik olaraq ümumi paylı mülkiyyət olacağı və belə olan halda iş üzrə üçüncü şəxs olan qardaşı X6 və qardaşı arvadı X10 razılığı tələb olunacağı üçün, yalnız torpaq sahəsi üzərində vərəsəlik hüququnu rəsmiləşdirmiş və torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına aldırmışdır. Lakin işin mübahisəsiz halıdır ki, iddiaçı ərindən miras qalmış yalnız fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsini və ona dair sərəncam verilməsini X11 etibar etmişdir. Həmçinin, ev üzərində də mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olsa idi, torpaq sahəsi satılarkən iş üzrə üçüncü şəxs XXX XXX oğlunun arvadı X7 almaqda üstünlük hüququna malik olacaqdı. Bundan başqa, məhkəmə MPM-in 14.1, 88, 217.1-ci maddələrinin tələblərini pozmuş, iddiaçının dəlillərinə münasibət bildirməmiş, işdə olan sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə etibarnamənin məzmununu təhrif etmiş, etibarnamədə əmlaka dair sərəncam vermək səlahiyyətinin əks olunması təəssüratı yaratmağa çalışmışdır. Halbuki, etibarnamədə 2 məsələ etibar olunmuşdur: 1) fərdi ev üzərində vərəsəlik hüququnu rəsmiləşdirmək və həmin evə dair sərəncam verilməsi ilə bağlı əqdin imzalanması. 2) Etibarnamə verildiyi anda iddiaçının mülkiyyətində olan torpaq sahəsin ə dair sərəncam verilərkən əqdin imzalanması. Lakin apellyasiya məhkəməsi sübutlara birtərəfli qaydada qiymət verməklə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Şikayətin digər dəlilləri iddia tələbinin dəlilləri ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir (maddə 25.2). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Əhəmiy yətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qər ardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir (maddə 48). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (maddə 261.0.1). Məhkəmə (hakim) öz qət naməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarı Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğ u fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cav abdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (MPM-in 167-ci maddəsi). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı mübahisə ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını (Mülki Məcəllənin 423-cü maddəsi) müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir. Əgər müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa (Mülki Məcəllənin 424-cü maddəsi), barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur (Mülki Məcəllənin 337.4-cü maddəsi). Baxılan iş üzrə iddia tələbində iddiaçı əvvəl Cavabdeh2 ilə aralarında 16 iyul 2018-ci il tarixdə Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqısatqı müqaviləsinin" etibarsız hesab edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, iddia ərizəsinin tələb hissəsini dəyişdirmiş və sözügedən müqavilənin ləğv edilməsi tələbini irəli sürmüş, m övqeyini belə əsaslandırmışdır ki, o, müqavilə tərəfidir və müqavilənin ləğvini tələb edə bilər. İddiaçı tələbini dəyişsə də iddianın əsaslarını dəyişməmiş və iddia ərizəsini əqdlərin etibarsızlığı halları (təmsilçinin səlahiyyətli olmaması, özü üçün əqd bağlaması) ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həm əqdlərin ləğvi, həm də etibarsızlığı ilə bağlı maddi hüquq normalarına istinad etməklə, iddianı təmin etmiş və müqaviləni ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə müqavilənin ləğvi ilə bağlı maddi hüquq normalarına istinad etməklə, öz mövqeyini müqavilənin etibarsızlığı ilə bağlı dəlillərlə əsaslandıraraq müqavilənin ləğvi barədə iddianı rədd etmişdir. Yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı instit utlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən işə baxan məhkəmənin etibarsızlıq əsasları ilə müqaviləni ləğv etməsi və ya həmin əsaslar olmadığından bundan imtina etməsi maddi hüquq normalarının pozuntusunu təşkil etməklə, son nəticədə düzgün olmayan məhkəmə aktının qəbulu ilə nəticələnir. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci, 167 və 184.1-ci maddələrinin tələblərinə əsasən bu məsələni tərəflərlə müzakirə etmək məhkəmənin vəzifəsidir. Bu cür müzakirənin nəticəsindən asılı olaraq isə işə baxan birinci instansiya məhkəməsi MPM-in 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetini dəyişməyi iddiaçıya təklif edə, yaxud həm birinci, həm də apellyasiy a instansiyası məhkəməsi iddianın əsaslarına, tərəflərin bununla bağlı mövqeyinə, işin hallarına qiymət verərək iddiaçının əslində əqdin etibarsızlığını tələb etdiyi barədə qənaətə gələ və bundan irəli gələn hüquqi nəticələri tətbiq edə bilər. Qeyd olunmalıdır ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilə n tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan, müqavilənin etibarsızlığı barədə dəlillərlə əsaslandırılmış iddia tələbi əsasında müqavilə ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, həmin məhkəmənin yol verdiyi eyni prosessual pozuntuları təkrarlamış, iddiaçının istinad etdiyi etibarsızlıq hallarının sübuta yetirilməməsi əsası ilə, lakin müqavilənin ləğvinə dair hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinadla müqaviləni ləğvi tələbini rədd etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə, yəni iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən xeyli əvvəl ölmüşdür. Bu hal isə həmin şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılması üçün deyil, qeyd olunan cavabdehə aid hissədə iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur. Çünki Mülki Məcəllənin 25.2-ci və MPM-in 48, 153.2.1-ci maddələrinə əsasən ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və belə iddia icraata qəbul edilə bilməz. Əgər icraata qəbul edildikdən sonra bu hal müəyyən edilərsə MPM-i n 261.0.1-ci maddəsinə əsasən həmin şəxsə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Lakin işə baxmış məhkəmələr bütün məhkəmə prosesləri barədə digər tərəflərlə yanaşı, ölmüş şəxsə də bildirişlər göndərmiş, həmin şəxsin iştirakı olmadan iclasın keçirilməsi mümkünlüyünü müzakirə etmiş və həmin şəxsə qarşı verilmiş iddiaya da mahiyyəti üzrə baxmışlar. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelər nəzərə alınmaqla qanunvericiliyin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1508/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-969/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-969/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver