Məhkəmə qərarları › İş №2(102)-973/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-973/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-973/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənildikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vüsalə Ələkbər qızı Baxışova (məruzəçi), Zəki Baba oğlu Babayev və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və müqavilələr ə xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçıya qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 26 sentyabr tarixli, 2(105)-161/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat pulun onun xeyrinə tutulması, tutulmanın ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən 402,9 kv.m olan fərdi yaşayış evinə, həmin ünvanda yerləşən 0.0788 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehin borcu həcmində yəni, 255.000 manat məbləğində pulun ona ödənilməsi və bağlanmış müqavilələrə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M/505 reyestr nömrəli kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDiLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) ilk iddia nın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə Cavabdeh İddiaçının xeyrinə 150.000 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutularaq ödənilməsi, borc ödənilmədikdə tutmanın Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətin in 225.000 manat məbləğində, Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 108.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(027)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd və qarşılıqlı iddanın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Maraqlarına toxunan şəxs X2 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarix li, 2(027)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd olunmasını xahiş etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2(105)-161/2024 nömrəli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Mirbahəddin Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın təmin edilən xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddia İddiaçı Cavabdeh qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” hissəsində təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

9. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

11. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

13. Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1.4 iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat təd birlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Belə ki, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən Cavabdeh tərəfindən məhkəmə aktı həm ilk iddia, həm də qarşılıqlı iddia ilə bağlı hissələrdə mübahisələndirildiyi halda dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir.

14. İşdən görünür ki, ilk iddia tələblərindən biri qiymətləndirilən iddia-pul tələbi olmuş, Cavabdeh 255.000 manat pulun tutulması xahiş olunmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8.1.4-cü maddəsinin tələbinə əsasən ilk iddia verilərkən ödənilməli olan dövlət rüsumu 545 manat təşkil etmişdir. Qarşılıqlı iddia tələbi isə qiymətləndirilməyən tələb olduğundan 100 manat dövlət rüsumu ödənilməli idi.

15. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə həm ilk, həm qarşılıqlı iddia hissələrində mübahisələndirildiyi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinin verilməsinə görə 322,5 manat (545 manatın 50%-i + 100 manatın 50%-i) dövlət rüsumu ödənilməli idi.

16. Lak in cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 49.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.

17. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Ali Məhkəməyə göndərmişdir.

18. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2(105)-161/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar