Məhkəmə qərarları › İş №2(102)-974/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-974/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-974/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin vəkili Seyidzadə Vüqar Fazil oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadından kass asiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin tam və ətraflı araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva, iş № 2(012)-103/2019) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 04 mart 2015-ci il tarixli, 100.L.N.1604.040315.00002 saylı kredit müqaviləsi üzrə 13112,02 ABŞ dolları əsas borc, 4054,99 ABŞ dolları faiz borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatın ın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla cəmi 17.167,95 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumuna görə pulun iddiaçı “xxxx” ASC-nin xeyrinə pul tutulması, ekspertiza tədqiqatının dəyəri 345 manatın Cavabdeh1 alınaraq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Abşeron rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərardadı ilə (hakim C.Səfiyeva, iş № 2(012)-103/2019) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində baxılmamış saxlanılması, Cavabdeh2 münasibətdə isə işin icraatına xitam verilməsi qərara alınmışdır. İddia çı ASC qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov, iş № 2(105)-4324/2019) Abşeron rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayət üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişd ir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin tam və ətraflı araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı ASC-nin vəkili Seyidzadə Vüqar Fazil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin tam və ətraflı araşdırılması üçün Sumqayıt Ape lyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Abşeron rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutul ması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində baxılmamış saxlanılması, Cavabdeh2 münasibətdə isə işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı ASC qətnamədən apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Abşeron rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərardadından İddiaçı ASC-nin şikayəti üzrə işə apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət üzrə işə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. İşdən görünür ki, iddiaçı tərəf mübahisələndirilən məhkəmə aktının surəti iddiaçı tərəfindən 14.08.2019-cu il tarixdə qəbzə imza edilməklə qəbul edilmiş, iddiaçı tərəfindən şikayət isə 27.08.2009-cu il tarixdə Abşeron rayon məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1. maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 268.2. maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı 14.08.2019-cu il tarixdə qə bzə imza edilməklə qəbul edilmişdir. Həmin qərardaddan, şikayət verilməsi üçün prosessual müddətin axımı başlanılmaqla 24.08.2019-cu il tarixdə başa çatmışdır. Həmin günü həftənin qeyri-iş günü olan şənbə gününə düşdüyündən prosessual müddətin axımı növbəti iş günü 26.08.2019cu il tarixdə başa çatsa da, iddiaçı tərəfindən apelyasiya şikayəti bir gün sonra, yəni 27.08.2019-cu il tarixdə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarını tətbiq edərkən aşağıdakılara istinad etmişdir: “Abşeron rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən şikayət verilməsi üçün prosessual müddət ötürülmüş, lakin iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair vəsatət ve rilməmişdir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (Mülki Prosessual Məcəllənin 130.3. maddəsi). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayət prosessual müddət ötürülməklə verildiyindən, şikayət apelyasiya icraatına qəbul edilməməli və qeyrimümkün hesab edlməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.” İddiaçı ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Abşeron rayon məhkəməsinin 2(012) - 103/2019 saylı iş üzrə çıxarılmış 22 iyul 2019-cu il tarixli qərardadı İddiaçı ASC-yə poçt vasitəsilə 09 avqust 2019-cu il tarixdə göndərilmiş və 14 avqust 2019cu il tarixdə rəsmi qaydada çatdırılmışdır. İddiaçı ASC tərəfindən verilmiş şikayət poçt vasitəsilə 22.08.2019-cu il tarixdə göndərilmiş, - 23.08.2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin dəftərxanasında X1 tərəfindən imza edilməklə qəbul edilmişdir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçıın Abşeron rayon məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərardadından verdiyi şikayətin məhkəməyə daxil olması barədə ştampda 27.08.2019-cu il tarixi göstərilsə də şikayətin yuxarı hissəsində xxxxın şikay əti 22.08.2019cu il tarixdə tərtib etdiyi, 26.08.2019-cu il tarixdə isə məhkəmənin sədri tərəfindən ona dərkənar qoyulduğu qeyd olunub. (bax iş vərəq 153) Belə olan halda apelyasiya instansiyası məhkəməsi şikayətin verilməsi müddətinin ötürülməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. Mülki iş apelyasiya qaydasında yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar