Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-980/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi – işə bərpa (əmək müqaviləsinin müddətinin qurtarması – Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin b bəndi) məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarş ı əmrin ləğv edilməsi, əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında coğrafiya müəllimi vəzifəsinə dair xx.xx.2019cu ildən xx.xx.2020-ci ilədək müddətli əmək müqaviləsi bağlanmışdır.
2. Cavabdeh MMC adları qeyd edilən bir sıra müəllimlərin barəsində əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır.
3. Cavabdeh MMC ilə coğrafiya m üəllimi İddiaçı arasında bağlanmış əmək müqaviləsi itdiyi üçün etibarsız sayıldığı barədə “Şərq” qəzetində elan verilmişdir.
4. Cavabdeh MMC İddiaçı ilə aralarında bağlanmış 19 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinin və 5 iyul 2021-ci il tarixli razılaşmanın (əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında) naməlum şəraitdə itməsi barədə xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət etmiş, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür.
5. Cavabdeh MMC-nin 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və Cavabdehnin Nizamnaməsi rəhbər tutularaq liseyin coğrafiya müəlli mi İddiaçı xx.xx.2022-ci il tarixdən müqavilə müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməsi, 50 manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi işinə qəbul edilmişdir. Əmək müqaviləsinin m üddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə işəgötürən heç bir səbəb olmadan onu müəssisənin inzibati binasına buraxmamış və əsassız yerə işdən kənarlaşdırmışdır. Məsələyə aydınlıq gətirməyə cəhd etsə də, işəgötürən danışıqlardan imtina etmişdir. Buna görə də, əsassız və qanunsuz olaraq işdən kənarlaşdırılmağı barədə X3 Xidmətinə müraciət etmişdir. Bu müraciətindən sonra xx.xx.2022-ci il tarixdə ona işdən çıxarılmağı ilə bağlı xx.xx.2022-ci il ta rixli əmr təqdim olunmuşdur. “Zirvə Liseyi MMC-nin xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad edilərək göstərilmişdir ki, “... Liseyin coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixindən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilsin...”. Halbuki, işəgötürənlə bağladığı əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə kimi, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış müqavilə müddəti başa çatmadığı halda, Cavabdeh MMC onunla bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verməklə qanunvericiliyin tələblərini və onun əmək hüquqlarını pozmuşdur. Həmçinin, xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrdə bu əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi guya Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədəki xx.xx.2021-ci il tarixli razılaşma göstərilsə də, işəgötürənlə belə bir razılaşma bağlamamış və bu barədə hər hansı sənəd imzalamamışdır. Belə bir razılaşmadan xəbəri yoxdur.
8. İddiaçı sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin hə cminin artırılması barədə ərizə verərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi zərərə görə 10000 manat məbləğində pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, qanunsuz olaraq işdən çıxarılması və və X3 Xidmətinə etdiyi müraciətindən sonra guya əmək müqaviləsinin onun tərəfindən oğurlanılması barədə işəgötürən tərəfindən Abşeron Rayon Polis İdarəsinə şikayət edilməsi onun çox ağır sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur ki, bu mənəvi sarsıntı və iztirablar ölçüyə gəlməzdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, MMC ilə İddiaçı arasında 2019-ci ilin sentyabr ayında müddətli əmək müqaviləsi bağlanmış, daha sonra həmin müddətli əmək m üqaviləsinə əlavələr edilmişdir. 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. Bununla bağlı İddiaçı dəfələrlə xəbərdarlıqlar edilərək müddətli əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bitəcəyi və onunla xx.xx.2021-ci il tarixdən sonra əmək müqaviləsinin uzadılmayacağı bildirilmişdir. Bundan sonra, sözügedən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək qanunverciliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Daha sonra, MMC tərəfindən qeyd edilən əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədləşmə işlərinin aparılması ilə bağlı İddiaçı şəxsi işi axtarılan zaman onun əmək müqaviləsinin və əmrlərin mövcud olduğu şəxsi işin yerində olmadığı müəyyən edilmişdir. İddiaçı şəxsi işi axtarılsa da, tapılması mümkün olmamışdır. İlk olaraq sənədlərin itirildiyini zənn edərək “Şərq" qəzetinə elan veriİmiş və Abşeron rayon Polis idarəsindən sənədlərin tapılıbtapılmamasına dair arayış alınmışdır. Lakin, sonradan məlum olmuşdur ki, sözügedən sənədlər liseyin koordinasiya şöbəsindən oğurlanmışdır. Bundan sonra, cinayət hadisəsinin baş verməsinə dair ərizə ilə Abşeron rayon Polis idarəsinə müraciət etmişlər. Müraciətləri əsasında xx.xx.2022-ci il tarixdə faktla bağlı Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Hal-hazırda adıçəkilən cinayət işi üzrə araşdırmalar davam etdirilir. Bundan başqa, digər ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 müraciət edərək İddiaçı şikayəti əsasında başladılmış inzibati icraatın Abşeron ray on Polis idarəsinin icraatında olan cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılması xahiş edilmişdir.
10. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 2(012)- 2339/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMCnin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 10 yanvar 2022-ci il tarixli, 200/2203 nömrəli əmri ləğv edilmiş, Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və sonuncunun Cavabdeh MMC-də coğrafiya müəllimi vəzifəsinə işə bərpa olunması qət edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ilk dəfə bir illik müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, əmək münasibətləri faktiki davam etdirilməklə sonrakı müddət üçün yeni müqavilə bağlan mamışdır. Cavabdehin 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmri ilə Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və Zirvə liseyinin Nizamnaməsi rəhbər tutularaq liseyin coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçıla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədəki xx.xx.2021-ci il tarixli razılaşma göstərilmişdir. Cavabdeh MMC İddiaçı barəsində əmək müqaviləsinin müddətinin tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmasına dair əmr imzalasa da, iddiaçı tərəf müqavilənin müddətinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli əlavə müqavilənin mövcud olmadığını, ümumiyyətlə, bu barədə müqavilənin bağlanmadığını, cavabdeh tərəf isə iddiaçıya aid şəxsi sənədlərin naməlum şəraitdə yoxa çıxdığını bildirir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilənin bağlanması təsdiq olunmur.
12. İddiaçıya məxsus sənədlərin naməlum şəraitdə yoxa çıxması ilə bağlı cavabdehin mövqeyi barədə məhkəmə qeyd etmişdir ki, liseyin qəbul qeydiyyat üzrə otağında işçilərin şəxsi sənədlərinin mühafizəsinin iddiaçıya aidiyyatı yoxdur, iddiaçı tərəfindən həmin sənədlərin yoxa çıxarılması ilə bağlı isə işdə hər hansı sübut yoxdur.
13. İddiaçı barəsində əmək müqaviləsi bildirişinin (son müddət xx.xx.2021-ci il) xx.xx.2021-ci il tarixdə sistemə daxil etməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məlum olduğu kimi həmin bildirişlər tərəf lər arasında müqavilənin şərtlərinin dəyişdirilməsinə dair əlavə razılaşma barədə müqavilə bağlandığını təsdiq edən mötəbər sübut hesab edilmir. Beləliklə, iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar və yalnız formal mülahizələr üzrə iddiaçı barəsində müqavilə müddəti başa çatmadığı halda işdən azad olma barədə əmr verilmişdir.
14. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan hər hansı hərəkətə yol verilməsi iş materialları ilə təsdiq olunmamışdır. İddiaçıya məxsus şəxsi sənədlərin itməsi ilə bağlı cavabdehin polis idarəsinə müraciəti qanuna müvafiq subyektiv hüququn müdafiəsi tədbiridir.
15. Məhkəmə öz mövqeyini əsasland ırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 (1,2,3,4 və 5-ci hisslər), 47 (f bəndi), 68 (2-ci hissə), 73 (1-ci hissə), 84 (1 və 2-ci hissələr) və 300-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsindəki icraatda iddiaya etirazına uyğun əsaslandırılmışdır.
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edilən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qis mən əsassızdır. Belə ki, cavabdeh iddiaçını qərəzli və qanunsuz şəkildə dərsə buraxmamış və müqavilə müddəti başa çatmadan təhsil ilinin yarısında əmək müqaviləsinə xitam vermişdir. Həmçinin, bununla kifayətlənməyərək həm əmək müqaviləsinin, həm də həqiqətdə mövcud olmayan sənədin (əmək müqaviləsinə əlavənin) guya iddiaçı tərəfindən oğurlanması barədə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Göründüyü kimi işəgötürən 20 ildən artıq müəllim işləyən iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymışdır. Qeyd olunan xüsusatlar iş materialları ilə sübuta yetirildiyi halda, məhkəmə bununla bağlı işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qərar qəbul etməmişdir. Bundan başqa, əmək mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərcləri işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğundan, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan və Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsi məhkəməyə müqavilə şərtlərinin pozulmasından irəli gələn mübahisələr üzrə məhkəmə xərclərini işin nəticəsindən asılı olmayaraq müəyyən etmək və cavabdehdən tutmaq hüququ verdiyindən mediasiya xərci ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən həmin hissədə qətnamə ləğv edilərək, iddia həmin hissədə də təmin edilməlidir.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) 2(105)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaranmış mübahisənin obyektiv həlli baxımından ilk öncə tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma protokolunun mövcudluğu məsələsinə qiymət verilməlidir. İddiaçı tələbində sözügedən razılaşmanın mövcud olmadığını qeyd etmişdir. Cavabdeh isə şikayətinin əsas dəlili kimi, sözügedən müqaviləyə dəyişikliklə bağlı razılaşma protokolunun xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmrə uyğun olaraq, əmrdə adları qeyd olunan hər bir şəxslə (43 nəfər, o cümlədən İddiaçı ilə) ayrı-ayrılıqda bağlandığını, lakin naməlum səbəblərdən iddiaçıya məxsus şəxsi işin itməsi səbəbindən həmin sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin dəlillərini daha ağlabatan hesab edərək onunla razılaşmışdır. Belə ki, əvvəla, iş materiallarına əlavə edilmiş mövcud əmək müqavilələrinin müddətinin uzadılması barədə xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmr qüvvədədir. Həmin əmrdə adları qeyd olunan şəxslərin, o cümlədən iddiaçı ilə əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Əmək müqavilələrinə edilən bu dəyişikliklərə dair bildirişlər xx.xx.2021-ci ildə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə dəy işiklik də elektron informasiya sisteminə daxil edilmişdir. Ən vacibi iş materiallarında həmin əmrdə adları qeyd olunan şəxslərdən iddiaçını çıxmaqla digərlərinə aid əmək müqavilələrinə dəyişiklik edilməsi barədə razılaşma protokolları mövcuddur ki, iddiaçıya aid sənədlərin məhkəməyə təqdim edilməməsinə səbəb kimi cavabdeh iddiaçının şəxsi işinin naməlum şəkildə itməsini qeyd etmişdir. İşin faktiki halları, yəni xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmrdə adları qeyd olunan şəxslərin hər birinin əmək müqaviləsinin əmrdə qeyd olunan müddətə uzadılması barədə əmək müaviləsinə dəyişiklik edilməsinə dair bildirişin və razılaşma protokolunun mövcudluğu, yalnız iddiaçıya məxsus sənədlərin olmaması və cavabdehin bunu aşkar etdiyi vaxtdan yuxarıda qeyd olunan qaydada polis idarəsinə müraciət etməsi, fakt üzrə cinayət işinin başlanılması və bütün bu hallar ona dəlalət edir ki, həqiqətən də tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma protokolu məhz iddiaçı barəsində də mövcud olmuş, lakin daha öncə də qeyd olunduğu kimi, həmin sənədlər naməlum səbəbdən itmişdir.
22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də o faktı nəzərə almışdır ki, iddiaçı ilə əmək müqaviləsinə xitam vermək istədiyi təqdirdə cavabdeh müqaviləyə dəyişiklik edib onun müddətini uzatmayaraq, cəmi iki ay iki həftə sonra müqavilənin müddətinin bitməsi səbəbilə ona xitam verə bilərdi. Bunun üçün heç bir hüquqi maneə də olmamışdı. Başqa sözlə, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli dəyişiklikdən xəbərsiz olmas ı barədə dəlilləri ağlabatan və inandırıcı görünmür. Belə olan halda, iddiaçının iddia etdiyi kimi onun barəsində işdən azad edilmə barədə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmrin qanunsuz olması öz təsdiqini tapmır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır, hazırkı halda sözügedən əmrin ləğv edilməsi üçün qanunla müəyyən edilmiş heç bir əsas mövcud deyildir. Əsas tələb təmin edilmədiyindən, məhkəmə kollegiyası iddiaçının digər tələbləri üzrə araşdırma aparmağa zərurət görməmişdir.
24. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (1 və 2-ci hissələr), 76, 83, 84 (1-ci hissə) və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır. İşdən də göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə 1 illik müddətə bağlanmış və həmin müqaviləyə hər hansı dəyişiklik edilməmiş, yəni müqavilənin müddəti dəyişdirilməmişdir. Əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilir və bu, yazılı qaydada bağlanaraq tərəflərin imzaladığı saziş formasında həyata keçirilir. Ona görə də, işəgötürənin özünün birtərəfli qaydada işçinin xəbəri olmadan elektron informasiya siste mində etdiyi dəyişiklik heç bir əhəmiyyət daşımır və hazırkı işə də təsiri yoxdur. Çünki, əmək müqaviləsinə dəyişiklik o halda hüquqi qüvvəyə minir ki, tərəflər arasında yazılı qaydada tərtib edilərək təsdiqlənir və daha sonra işəgötürən tərəfindən elektron imza ilə elektron informasiya sisteminə daxil edilir. Mövcud olmayan sazişin isə qeydiyyata alınması əhəmiyyətsizdir. Bir sözlə, yazılı saziş olmadan sadəcə işəgötürən tərəfindən dəyişiklik barədə bildirişin mərkəzi informasiya sistemində qeydiyyata alınması əmək müqaviləsinin şərtlərinin dəyişməsinə səbəb ola bilməz. Lakin apellyasiya məhkəməsi işəgötürən tərəfindən əmək müqaviləsinə dəyişikliklə bağlı elektron informasiya istemində aparılan qeydiyyatı əmək müqaviləsinin mühüm şərti olan müddətin dəyişidirilməsi üçün əsas hesab etmiş v ə Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan işəgötürən tərəfindən mərkəzi informasiya sisteminə məlumatların daxil edilməsi öz-özlüyündə işçi ilə işəgötürən arasındakı hüquq münasibətinin yaranması, dəyişməsi və xitamının əsası kimi çıxış etmir. Bu normada sadəcə tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsinin və ya ona əlavənin hüquqi qüvvəyə minməsi üçün zəruri şərt olaraq müəyyən edilmişdir. Ona görə də, apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinin tələbini nəzərə almadan sadəcə işəgötürən tərəfindən dəyişikliyin mərkəzi informasiya sisteminə daxil edilməsini tərəflər arasında bağlanmış əmək müqaviləsinin mühüm şərti olan müddətin dəyişməs inə əsas kimi qəbul etməklə səhvə yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Göründüyü kimi, cavabdeh tərəfindən mərkəzi informasiya sistemində birtərəfli qaydada müddətlə bağlı dəyişiklik edilməsi əmək müqaviləsi müddətinin dəyişməsinə səbəb olmadığı üçün əmək müqaviləsinin bitmə tarixi xx.xx.2022ci il olduğu halda, cavabdehin müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verməsi qanuni olmamışdır. Apellyasiya məhkəməsi isə cavabdehin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsaslanaraq verdiyi əmrin qanunsuz olmasına düzgün hüquqi qiymət verməmiş və bununla da maddi hüquq normasının tələbləri pozulmuşdur. Bundan əlavə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən isə əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Hətta əmək müqaviləsinə dəyişikliyin edilməsi fərz olunsa belə (halbuki elə deyildir), yenə də əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilə bilməzdi. Belə ki, qanunvericiliyə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək mün asibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu o deməkdir ki, xx.xx.2021-ci il tarixdə müddəti bitən əmək müqaviləsinə ən geci 7 yanvar 2022-ci il tarixdə (iş günüdür) xitam verilə bilərdi. xx.xx.2022-ci il tarixədək əmək müqaviləsinə xitam verilmədiyi halda, həmin müqavilə prolonqasiya qaydasında avtomatik olaraq eyni müddətə uzadılmışdır. Göründüyü kimi, bu halda da cavabdeh əmək müqaviləsinə vaxtından əvvəl xitam vermişdir. Apellyasiya məhkəməsi isə əmrin qanuniliyinə hüquqi qiymət verərkən bu barədə heç bir araşdırma aparmamış və müddətli əmək müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərini mübahisəyə düzgün tətb iq etməmişdir. Halbuki, bu xüsusat ayrıca dəlil kimi iddia ərizəsinə əlavə olaraq birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddianın bu dəlilinə heç bir hüquqi qiymət verməmiş və həmin dəlili cavablandırmamışdır (1-ci cild, iş v.72-73). Apellyasiya məhkəməsi qəbul etdiyi yeni sübutları da MPM-in 80 və 88-ci maddələrinin tələblərinə uyğun gəlməyən şəkildə qiymətləndirmiş və həmin sübutların hazırki işdəki mövcud hüquq mübahisəsinə nə dərəcədə əlaqəsi olduğunu qətnamədə göstərməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, bu isə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)217/2023 nömrəli, xx.xx.2023-cü il tar ixli qərarı ilə (hakimlər - Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
28. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessaul hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixədək müəyyən edilməsinə dair cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə təqdim edlməmişdir. Əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilir və bu yazılı qaydada bağlanaraq tərəflərin imzaladığı saziş formasında həyata k eçirilir. Belə bir saziş mövcud olmadığı halda, apellyasiya məhkəməsinin cavabdeh tərəfindən elektron informasiya sisteminə müqavilə müddətinə edilmiş dəyişikliyə istinad etməsi əsassızdır. Belə ki, əmək müqaviləsinə dəyişiklik o halda hüquqi qüvvəyə minir ki, tərəflər arasında yazılı qaydada tərtib edilərək təsdiqlənir və daha sonra işəgötürən tərəfindən elektron imza ilə elektron informasiya sisteminə daxil edilir. Mövcud olmayan sazişin isə qeydiyyata alınmasına istinad edilməsi əhəmiyyətsizdir. Buna görə də, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə istinad edilməsi əsassızdır. Çünki, Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan işəgötürən tərəfindən mərkəzi informasiya sisteminə məlumatların daxil edilməsi özözlüyündə işçi ilə işəgötürən arasındakı hüq uq münasibətinin yaranması, dəyişməsi və xitamının əsası kimi çıxış etmir. Bu norma tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsinin və ya ona əlavənin hüquqi qüvvəyə minməsi üçün zəruri şərt olaraq müəyyən edilmişdir. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin həmçinin xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” əmrə və həmin əmrdə adları göstərilən digər ş əxslərlə əmək müqaviləsinə dəyişikliklər barədə sazişlərin imzalanmasına istinadı əsassızdır. Digər şəxslərlə müqaviləyə dəyişikliklərin imzalanması iddiaçının da belə sazişi imzalmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Cavadehin iddiaçıya məxsus şəxsi işin itməsinə istinad etməsi bunda iddiaçının təqsiri müəyyən edilməyənədək cavabdehi həmin Sazişin mövcudluğunu sübut etmək yükündən azad etmir. Çünki müvafiq sənədləşmə işinin aparılması, həmin sənədlərin mühafizəsi cavabdehin vəzifəsidir. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
30. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, Cavabdeh MMC ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi və ona edilmiş dəyişiklik bağlandığı gün e lektron informasiya sisteminə yerləşdirilmişdir. Liseyin direktoru X4 2023-cü ilin mart ayında ağır xəstələndiyi üçün işə gəlmədiyindən təsisçi onun əvəzinə başqa direktorun təyin edilməsi üçün otağının boşaldılmasına və təmizlənməsinə başlanılmasına göstəriş vermiş və bu təmizləmə işləri aparılan zaman Xəzər Babayevin otağından təsadüfən A3 kağızının içərisindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi, ona edilmiş dəyişiklikliyin əsilləri, nəqliyyat xidməti xərcləri ilə bağlı qəbzlər və imzalanmamış etibarnamə aşkar olunmuşdur.
31. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahatında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə edilmiş dəyişiklikdə olan imzanın ona məxsus olmadığını bildirdiyindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
32. Azərbaycan Respublikası Ədliyyə Na zirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1222 nömrəli ekspert rəyi ilə işəgötürən Cavabdeh MMC-nin direktoru X4 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın “işçi” qrafasındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli, e- 2(012)-2339/2022 nömrəli qətnaməsi qismən – mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul məbləğinin tutulmaması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilmiş, 50 manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 126 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı liseydə coğrafiya müəllimi vəzifəs inə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuş, həmin müddətin xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Lakin cavabdehin əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi istinad etdiyi xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın “işçi” qrafasındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu ekspert rəyi ilə müəyyən edildiyindən, bununla da tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsində göstərilən müddət qurtarsa da, tərəflərdən heç biri müqaviləyə xitam verilməsin i tələb etmədiyindən və tərəflər arasında olan əmək münasibətləri davam etdirildiyindən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilməli olduğu halda Cavabdeh MMC xx.xx.2021-ci il tarixli razılaşmaya istinad edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir.
35. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğin ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
36. Məhkəmə mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 50 manat xidmət h aqqı ödənilmişdir. Bu səbəbdən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın “işçi” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunubolunmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə həmin imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və idd ia tələbinin həmin hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti iddiaçının iddia tələbinin mənəvi ziyana dair hissəsinin arqumentlərinə uyğun əsaslandırılmışdır.
40. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)
42. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
43. Maddə 8 (1 və 4-cü hissələr). Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
44. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
45. Maddə 45 (2-ci hissə). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
46. Maddə 45 (3-cü hissə). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
47. Maddə 45 (4-cü hissə). Əmək funk siyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
48. Maddə 45 (5-ci hissə) Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
49. Maddə 47 (f bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
50. Maddə 68 (2-ci hissəsinin b bəndi). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
51. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam veril ir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
52. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
53. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
54. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilm əmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
55. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sər əncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
56. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
57. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 saylı Qərarı
58. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarını n, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəs arət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
71. İddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, habelə apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən, iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
72. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
73. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-979/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.