Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-981/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mənzilə (özbaşına tikiliyə) köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əziağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6433/2024 nömrəli, 10 dekabr 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh X1 ilə xx.xx.2007-ci ildə nikaha daxil olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Hazırda iddiaçı Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında fərdi yaşayış evinə köçürülməsini tələb edir. Mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. Cavabdeh isə öz növbəsində iddiaçının həmin evə köçürülməsinə etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında inşa etdiyi fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələ bini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 ilə xx.xx.2007-ci ildə nikaha daxil olmuşdur. 14 ildən artıq evli olduqlarına baxmayaraq uşaqları olmamış, cavabdehin müalicəsi üçün külli miqdarda pul xərcləmişdir. Lakin bu müalicələr bir nəticə vermədiyi üçün cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Cavabdeh onunla ayrılmağa, nikahın pozulması üçün qeydiyyat orqanına gedib müvafiq ərizə verməyə razılaşmışdı. Lakin cavabdehin atası onların bu fikrinə razı olmamış, üstəlik qızının da nikahın pozulmasından imtina etməsini tələb etmişdir. Buna görə də, o, məcbur olaraq nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən işi uzatmaq məqsədilə apellyasiya şikayəti verilm iş və apellyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra cavabdeh könüllü olaraq yaşadığı evi tərk edib getmişdir. Lakin atasının təkidi ilə yenidən evə qayıtmış və evdən çıxmayacağını bildirmişdir. Ramana qəsəbəsində 2007-ci ildə 4 sot torpaq sahəsi almışdır. Elə həmin ildə də fərdi yaşayış evinin tikintisinə başlamışdır. 2009-cu ildə evin birinci mərtəbəsinin inşasını başa çatdırdıqdan sonra həmin hissədən mebel sexi kimi istifadə etmişdır. Evin 1ci mərtəbəsinin tikintisi başa çatdıqdan sonra müraciəti əsasında "xxxx" MMC tərəfindən vergi ödənilməsi məqsədilə xx.xx.2009-cu il tarixli "Qiymətləndirmə rəyi" tərtib olunmuşdur. Həmin evə elektrik, su və qaz sayğacları quraşdırılmış və abonent kimi müqavilələr onunla bağlanmışdır. 2012-ci ildə isə evin ikinci mərtəbəsinin inşasını başa çat dıraraq həmin evə köçmüşdür. Nikahları pozulduqdan sonra cavabdeh onu yaşadığı evdən çıxarmaq üçün müxtəlif vasitələrə əl ataraq barəsində hüquq mühafizə orqanlarına şər-böhtan xarakterli əsassız müraciətlər etmişdir. Məqsəd isə onu sözügedən fərdi yaşayış evindən, istehsalat sexindən məhrum etmək olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, yaşadığı evə köçüb yaşaya bilmir. Ona görə də, uşaqları ilə birlikdə məhkəmə qaydasında yaşadığı evə köçməsini xahiş etmişdir.
4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (atası) iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, o torpaq sahəsini özü alıb və evi özü tikib. Qızının döyülməsi ilə bağlı İddiaçı barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(008)2186/2024 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Bakı şəhəri Ramana qəsəbəsi 2-ci sahə ünvanında olan yaşayış evi özbaşına tikilidir. İddiaçı mübahisəli evdə xx.xx.2023-cü ildən müvəqqəti qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında nikah 2022-ci ildə pozulmuşdur. Bundan sonra aralarında olan gərgin münasibətə görə iddiaçı həmin evdə yaşamamışdır. Cavabdehin atası müstəqil tələb irəli sürən üçüncü şəxs kimi Yasamal Rayon Məhkəməsinə “Bakı şəhəri Ramana qəsəbəsi 2-ci sahə ünvanında olan fərdi yaşayış evindən İddiaçı və Cavabdeh çıxarılması” tələbinə dair iddia ilə müraciət etsə də, iddia təmin olunmamış və qey d olunan qətnamə qanuni qüvvəsini almamışdır.
7. Məhkəmə hesab etmişdir ki, cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur və iddiaçı mübahisəli evə köçürülməlidir.
8. Məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. İddiaçı həmin evdə yaşamaq hüququ olduğu üçün o, mübahisəli evə köçürülməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin sözügedən özbaşına tik iliyə hansı hüququ varsa, iddiaçının da eyni əsaslarla orada yaşamaq hüququ vardır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 180.1 və 11.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv olunmalıdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6433/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər:İkram Şirinov-sə drlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, tərəflər xx.xx.2007-ci ildə nikah bağlamış, tərəflər arasındakı nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Mübahisəli ev isə tərəflərin birgə nikah dövründə inşa edilmişdir.
15. Özbaşına tikililərin (ev və ya mənzil) inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi ilə bağlı oturuşmuş məhkəmə təcrübəsi mövcuddur.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qar şısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan əsassız məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər.
17. Belə ki, bu halın mövcudluğu, yəni özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarılması və digər bu kimi hərəkətlər hər bir halda mübahisə edən tərəflərin maraqlarının mütənasibliyi baxımından qiymətləndirilməlidir.
18. Məhkəmə hesab etmişdir ki, bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalıdır, yəni əgər məhrumedənin mənzilə digərinə münasibətdə üstün hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, mə hrumedilən mənzilə köçürülməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 5.3, 11.1, 27.3 və 180.2-ci, Mənzil Məcəlləsinin 2.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın tam rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apelyasiya şikay əti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərinə istinad etməklə cavabdehin irəli sürdüyü dəlilləri nəzərə alınmadan iddia tələbi təmin edilmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
22. Belə ki, iddiaçının cavabdehi döyməsi faktı ilə bağlı İddiaçı barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının verilməsi və həmin qərarın qanuni qüvvəsini almasını, iddiaçı və cavabdehin münaqişəli ailə kimi Polis orqanlarında qeydiyyatda olmalarını, daha sonra İddiaçı ailə həyatı quraraq öz arvadı və uşaqıları ilə birgə özünə məxsus digər evdə qaldıqlarını və birgə təsərrüfat aparması hallarını nəzərə almayıb, məhkəmə iclasını ötəri keçirərək tələsik qərar verilmişdir. Bu halları təsdiq edəcək Bakı Apellyasiya Məhkəməsi zamanı məhkəmə zalında olan audiovideo yazı sübut kimi qəbul edilə bilər.
23. İişə baxan zaman cavabdeh tərəfin dəlillərini məhkəmə ümumiyyətlə araşdırmamışdır.
24. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə istinadla əsaslandırılmışdır. b)
25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 43 (hissə 1) Heç kəs yaşadığı mənzildən qanunsu z məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
29. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə ve rmək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
31. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarı
32. Daşınm az əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 15 7.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillər iddiaya etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi v ə ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6433/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir