Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-982/2022 05.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Masallı Rayon Məhkəməsinin 2(050)-2150/2021 nömrəli iş üzrə 20.08.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 84,676 ABŞ dolları və 33,788 manat pulun alınıb ona verilməsi, 84,676 ABŞ dolları pulun cavabdehdən alınarkən həmin günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanması, əldən çıxmış fayda kimi 5000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Firdovsi Əliyev) 2(050)-2150/2021 nömrəli iş üzrə 20.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pulun geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarına sonradan əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı fiziki şəxs kimi ********** nömrəli VÖEN və Cavabdeh fiziki şəxs kimi ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi kimi qeydiyyatdan ke çmişlər. Həmçinin iddianın mahiyyətindən və tərəflərin izahatlarından görünür ki, mübahisənin predmetini sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər təşkil edir. Qeyd edilən qərardaddan narazı qalan İddiaçı kassasiya şikayəti ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək 2(050)-2150/2021 nömrəli iş üzrə 20.08.2021-ci il tarixli qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə həmin məhkəmədə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında heç bir sahibkarlıq münasibətləri olmamış, cavabdeh iddiaçıya müəyyən muzd müqabilində ölkə xaricindən iddiaçı tərəfindən alınmış avtomobilləri gətirib Azərbaycan Respublikasında satmaq öhdəliyi götürmüşdür. Lakin, cava bdeh tapşırığı həyata keçirərkən iddiaçıya maddi ziyan vurmuş və həmin ziyanın məbləğini təsdiq edəcək qəbz yazmışdır. Tərəflərin vergi ödəyicisi kimi qeydiyyatdan keçməyi, məhz hazırkı mübahisənin predmetini təşkil edən fəaliyyətlə məşğul olmalarına dəlalət etmir. İş üzrə tərəflərin çox əvvəldən ticarətlə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi iş materialları ilə və izahatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777, 779-cu maddələrinə əsasən tərəflər arasında mövcud olan tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmudur. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olsalar da, mübahisənin kommersiya məhkəməsində baxılması üçün lazım olan üç elementin vəhdəti mövcud deyildir. Yəni, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının, tapşırıq müqaviləsi əsasında müəyyən muzd müqabilində fəaliyyət göstərən cavabdehlə aralarında yaranan münasibətlərə ümumi deyil, kommersiya məhkəməsində baxılması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keç irilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2150/2021 nömrəli iş üzrə 20.08.2021-ci il tarixli qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaq la, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən ed ilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.(bənd 12) Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər ai ddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.(bənd 13) İddia ərizəsi və iddia ərizəsinə etirazın məzmunundan görünür ki, hər iki tərəf vergi ödəyicisi kimi qeydiyyatdan keçən fərdi sahibkardırlar. Hazırki mübahisə onların avtomobil alqı-satqısı ilə məşğul olaraq gəlir götürmək məqsədilə birgə fəaliyyətindən irəli gələn mübahisə olmaqla, bu fəaliyyət üzrə yaranmış pul tələbi barədədir. Göründüyü kimi mübahisə həm subyektiv tərkibinə, həm mübahisənin predmetinə, həm də hüquq münasibətlərinin xarakterinə görə iki fərdi sahibkarın gəlir götürmək məqsədilə birgə fəaliyyətindən yaranmışdır. İddiaçı kassasiya şikayətində tərəflər arasında tapşırıq müqaviləsində irəli gələn münasibətlər olduğunu, tərəflərin ticarətlə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydə alınmalarının bu məsələyə (avtomobil alqı-satqısı fəaliyyətinə) aidiyyəti olmadığını qeyd etsə də, məhkəmə tərkibi qeyd edir ki, sahibkarlar arasında gəlir götürmək məqsədilə birgə fəaliyyət nəticəsində yaranan istənilən müqavilə münasibətlərindən yaranan tələb, cümlədən muzd müqabilində tapşırığın yerinə yetirilməsi də daxil olmaqla, kommersiya mübahisəsi hesab olunur. Məhkəmə tərkibi hesab edir k i, hazırkı iddia ərizəsinə kommersiya məhkəməsində baxılması barədə məhkəmənin gəldiyi nəticə düzgündür, bu mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmaması barədə kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Buna görə də, Masallı Rayon Məhkəməsinin 2(050)-2150/2021 nömrəli iş üzrə 20.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2150/2021 nömrəli iş üzrə 20.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-982/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-982/2022
05.01.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver