Məhkəmə qərarları › İş №2(102)-983/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-983/2022

22.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-983/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ № 2(102)-983/22 (Açar sözlər: əmək mübahisələri, işə bərpa) Bakı şəhəri, 22 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh XXXnə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1062/2021 nömrəli, 12.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. XXXnin sədri ilə İddiaçı arasında bağlanmış 16 mart 2017-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı bələdiyyənin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin vergi və ödənişlər üzrə sahə nəzarətçisi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 16 mart 2017-ci il tarixdən 05 yanvar 2018-ci il tarixədək müddətinə bağlanmışdır.

2. XXX ilə İddiaçı arasındakı 05 yanvar 2018-ci il tarixli razılaşmaya əsasən, əmək müqaviləsinin müddəti 05 yanvar 2018-ci il tarixdən 05 yanvar 2019-cu il tarixədək, 04 yanvar 2019-cu il tarixli razılaşmaya əsasən isə, 05 yanvar 2019-cu il tarixdən 05 yanvar 2020-ci il tarixədək uzadılmışdır.

3. XXXnin sədrinin 01/k №-li, 05 yanvar 2021-ci il tarixli əmrinə əsasən, bələdiyyənin “Vergi və ödə nişlər” şöbəsinin sahə nəzarətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti qurtardığına görə) 05 yanvar 2021-ci il tarixdən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsini əsassız hesab edərək, hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, XXXnin qərarının ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunan müddətə qədər əmək haqqının hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi müddətsiz bağlansa da, cavabdeh müqaviləyə müddətli əmək müqaviləsi kimi xitam vermişdir. Xi tam verməmişdən öncə, xəbərdarlıq etməmişdir. Əmək fəaliyyəti zamanı heç bir pozuntuya yol verməmiş, nümunəvi formada öz vəzifələrini icra etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(051)-449/2021 nömrəli qətnaməsi ilə (hakim M.Kərimova) iddia rədd edilmişdir.

7. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası təmin olunmamalıdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz tələbini onunla bağlanmış əmək müqaviləsinin müddətli deyil, müddətsiz bağlanması ilə əsaslandırsa da, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğunun onun əvvəl xəbərdar edilməməsi ilə əsaslandırmışdır. Halbuki müddətli əmək müqaviləsinə xitam verilən zaman işçinin əvvəl rəsmi xəbərdar edilməsi hüquq normasında nəzərdə tutulmamışdır.

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər V.Məlikov sədrlik edən və məruzəçi, E.Hüseynov və R.Rəfiyev) 2(107)-1062/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(051)-449/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi nin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

12. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, işlədiyi dövrdə işi ilə bağlı heç bir intizam-inzibati və hər hansı bir tənbeh tədbiri almamışdır. Öz işinin öhdəsindən bacarıqla gəlmişdir. Öhdəsində 3 azyaşlı uşağı və işləməyən həyat yoldaşı vardır. Hesab edir ki, əmək müqaviləsinin müddəti bitmədən vaxtında əvvəl işdən azad olunmuşdu r. Əmək müqaviləsinin müddətsiz bağlanmasına dair sübutları cavabdehin qərəzli hərəkətləri nəticəsində əldə edə bilmədiyindən məhkəməyə təqdim etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı cavabdeh XXXnin etirazı daxil olmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

15. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

16. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

17. Maddə 68.2. b) Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

18. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

19. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdırar aq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

29. İşin faktiki halı bundan ibarətdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək qanunvericiliyi ilə (§16) əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsaslarından biri kimi təsbit olunmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək müqaviləsi sonuncu dəfə bir il müddə tinə uzadıldığından, Əmək Məcəlləsinə əsasən (§17), iddiaçının əmək müqaviləsinin müddəti 05 yanvar 2021-ci il tarixdə başa çatmışdır. Odur ki, iddiaçının əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə dəlili öz təsdiqini tapmır.

31. İddiaçı əmək müqaviləsinin müddətsiz bağlandığını bildirsə də, həmin hal məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Həmçinin, o da qeyd edilməlidir ki, iddiaçının cavabdeh bələdiyyədə əmək fəaliyyəti 4 il davam etmişdir ki, bu da qanunvericiliklə müəyyən edilmiş müddətdən az olduğu üçün (§15), həmin əmək müqaviləsinin müddətsiz bağlanması hesab edilə bilməz.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)

33. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, hab elə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şək i Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1062/2021 nömrəli, 12.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar