Məhkəmə qərarları › İş №2(102)-983/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-983/2025

04.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-983/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpası, vicdanlı əldə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), X6 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahbaz qızına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüq uqlarının bərpası, çıxarışın verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4526/2024 nömrəli, 29 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilən kassasiya şikayətlərinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binası xx.xx.2003-cü il tarixindən X3 adına olmuş, X7 Rüstəmov arasında bağlanmış xx.xx.2004-cü il tarixli və Arif X1 arasında bağlanmış xx.xx.2004-cü il tarixli alğı-satqı müq avilələrinə əsasən həmin əmlak kompleksinin 1/2 hissəsi İddiaçıoviçin, 1/2 hissəsi isə X5 adına xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə, ilk iddia tələbi təmin edilərək İddiaçı və X8 arasında bağlanmış xx.xx.2024cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin qismən - tikilinin 1/2 hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissədə ləğv edilərək mübahisəli əmlakın tam mülkiyyət hüququ əsasında Afət Əliyevanın adına qeydə alınmasının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, həmçinin Afət Əliyevadan dəymiş 450.000 manat məbləğində real zərərin və 50.000 manat məbləğində mənəv i zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

4. Afət Əliyeva xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.

5. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-268/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən – Afət Əliyevanın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının tə min edilməsinə dair hissədə ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 6. xx.xx.2011-ci il tarixdə Afət Əliyevanın vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında “Barışıq razılaşması” bağlanması ilə əlaqədar vərəsələr yeni apellyasiya baxışında iddiadan imtina etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2144/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadı ilə iş üzrə xitam verilərək həmin iş üzrə qəbul edilmiş qətnamə ləğv edilmişdir. Lakin qətnamənin icrasında dönüş edilməmişdir. 7. xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarını n kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binası Afət Əliyevadan miras qalmış əmlak kimi vərəsəsi Cavabdeh1 mülkiiyyətinə keçmiş və xx.xx.2011-ci il tarixdə mübahisəli əmlak üzərində sonuncunun mülkiyyət hüququ qeydə alınmışdır. 8. xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasında qeyd edilən əmlak Cavabdeh3 satılmış, xx.xx.2013-cü il tarixdə Cavabdeh3 həmin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda mübahisəli əmlak Cavabdeh3 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1. Cavabdeh2, Cavabdeh3, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq mübahisəli əmlakın tam mül kiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin; mübahisəli əmlaka dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin ona aid hissədə etibarsız hesab edilməsi; həmin əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 %-i üzrə mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdeh DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması; dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 anası Afət Əliyeva ilə şərikli münasibətlərdə biznes fəaliyyətləri olmuş və bu münasibətlərdən birgə əmlakları mövcud olmuşdur. 2006-cı ildən başlayaraq aralarında mübahisələr yarandığından məhkəmələrə müraciətlər olunmuşdur. Afət Əliyeva ilə arasında yaranmış mübahisələr üzrə davam edən növbəti məhkəmə prosesindən sonra, Afət Əliyeva ona zəng edərək, ona qarşı etdiklərinin düzgün olmadığından bağışlanmasını istəmiş və əlindən alınmış əmlaklarını geri qaytaracağını bildirmişdir. Bu zəngdən bir neçə gün sonra Afət Əliyeva vəfat etmiş və şəxsən onun vəsiyyəti əsasında, vəfatından sonra, vərəsələri Cavabdeh1 və Cavabdeh2 ilə araları nda müvafiq müqavilələr də bağlanmışdır. Qeyd olunan iş üzrə icraata xitam verildikdən sonra, həmin əmlakın 50 faizinin onun adına keçirilməklə mülkiyyət hüququnun yenidən qeydiyyata alınmasına edilən çoxsaylı cəhdləri heç bir nəticə verməmiş, hətta məhkəmə qaydasında da bu məsələ öz həllini tapmamışdır. 28 iyun 2014-cü il tarixdə həbs olunmuş, xx.xx.2019-cu il tarixdə həbsdən çıxmışdır. Uzun müddət müalicə və ağır əməliyyatdan sonra Cavabdeh1 və Cavabdeh2 ilə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bilmiş, dərhal da iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmış və həmin məhkəmədə ona məlum olmuşdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus mübahisəli əmlak Cavabdeh1 tərəfindən Cavabdeh3 xx.xx.2012-ci il tarixdə satılmışdır. Beləliklə, Cavabdeh1 t ərəfindən 50 % mülkiyyət hüququ ona məxsus olan mübahisəli əmlak qanunsuz olaraq Cavabdeh3 adına özgəninkiləşdirilmişdir.

11. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaya etiraz etmiş, iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişlər.

12. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim: Günel Abbasova).

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alğı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə əhəmiyyətsiz əqd hesab edilməməlidir. İddiaçının əmlaka dair hər hansı hüquqları olmadığından, daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik d eyildir.

14. Əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı alğı-satqı müqaviləsindən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının daşınmaz əmlaka dair hər hansı bir qanuni hüquqları olmadığından, onların məhkəmə müdafiəsi də mümkün deyildir. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi q əbul edilməli və təmin edilməməlidir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta Cavabdeh3 adına aparılmış qeydiyyat əsassız qeydiyyat olsa belə, iddiaçının pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz.

16. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirməmiş, qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

17. Məhkəməsi mövqeyini Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 139, 140, 146.2, 149.2, 329.1, 337.1, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 354.1-ci və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsasl andırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5984/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Elşən Kazımov sədrlik edən və məruzəçi, Kamran Əkbərov və İkram Şirinov).

20. Məhkəmə kollegiyası bildirmişdir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəti cə düzgün olmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının tələbinin birinci və ikinci hissəsində nəzərdə tutulan hissələri ilə tam olaraq eyni olan Poladxan Məmmədkərimovun qarşılıqlı iddia tələbinə dair başqa məhkəmənin icraatında iş olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər Poladxan Məmmədkərimova və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsinə dair ilkin iddiası və X2 Fətullayevaya, Cavabdeh1 və qeyrilərinə qarşı daşınmaz əmlakla əlaqədar bağlanmış əqdlərin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bu əmlaka mülkiyyət hüququnun tanınması haqqında qarşılıqlı iddiasının rədd edilməsi qət olunmuşdur. Apellyasiya məhkəməsi və Ali Məhkəmə tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktlarında, o cümlədən kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən hazırki mübahisənin də predmetini təşkil edən qeyri-yaşayış sahəsinin Afət Abdullayevaya məxsusluğu təsdiq olunmuş, qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2010-cu il tarixində təkrarən Afət Abdullayevanın adına qeydiyyat aparılmış və müvafiq çıxarış verilmişdir. Afət Abdullayevanın ölümü ona məxsus əmlak hüquqlarının xitamına deyil, həmin əmlakın miras aktivi kimi onun vərəsələrinə keçməsinə səbəb olmuşdur. Miras aktivi ilə bağlı Afət Abdullayevaya qarşı mübahisələndirilə bilməyən faktlar onun vərəsələrinə qarşı da mübahisələndirilə bilməz. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etm işdir ki, mübahisəli əmlaka dair mərhum Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixdə aparılmış qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna etməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Qeyd olunan məhkəmə aktlarında Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi rədd edilərkən Cavabdeh3 mübahisə predmeti olan əmlakı vicdanlı əldə etməsi təsdiq olunmuş, hətta Afət Abdullayevanın adına aparılmış qeydiyyat və çıxarış, onun əsasında Cavabdeh1 verilmiş vərəsəlik haqqında şəhadətnamə və onun əsasında aparılmış qeydiyyat və çıxarış əsassız olsa idi belə, bu hallar əmlakı vic danlı əldə edən şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi. Düzdü, hazırkı iş üzrə iddiaçı həmin işdə iştirak edən şəxs olmadığından qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş faktlar bu iş üzrə MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından preyudisial əhəmiyyət kəsb edə bilməz. Lakin nə qədər ki, hazırki iddianın birinci və ikinci hissələri ilə qeyd olunan işdə olan tələbin eyni hissələri ilə tam olaraq eynidir, yəni eyni predmet və eyni əsas sayılır, demək ki, müəyyən edilmiş bu faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə də lüzum yoxdur.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, təqdim edilmiş məhkəmə aktlarından və digər sənədlərdən bəlli olur ki, iddiaçı hələ xx.xx.2011-ci ildə cavabdehlər Ceyhun və Cavabdeh2lərlə, həmçinin P oladxan Məmmədkərimovla barışıq razılaşması haqqında müqavilə bağlamış və həmin müqavilənin predmetində hazırkı mübahisənin predmeti olan daşınmaz əmlakın mərhum Afət Abdullayevanın tam mülkiyyətində olmasını və miras əmlak kimi cavabdehlər Ceyhun və Cavabdeh2lərə keçəcəyini bilib bununla razılaşmışdır. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından da görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin vərəsəlik qaydasında Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydə alınmasından məlumatlı olub və məhz buna görə daşınmaz əmlaka dair dövlət reyestrindən verilmiş çıxarışın dəyişdirilməsi və bu hüquqların 50 faizinin onun adına, 50 faizinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmaqla, hər birinə ayrı-ayrılıqda reyestrdən çıxarışın ver ilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin iddiası təmin edilməmişdir. Hətta, bundan sonra da, Cavabdeh1 və Cavabdeh2 qarşı 500.000 ABŞ dollarının günə olan manata məzənnəsi ilə 850.000 manat maddi zərərin və 150.000 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) xeyrinə tutulması tələbi ilə də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olmuş əmlakın Cavabdeh1 adına keçəcəyindən və ya keçməsindən 2011-ci ilin fevral və aprel aylarında tam məlumatlı olmuşdur. Bütün bunlardan sonra, yəni 11 il keçdikdən sonra 2022-ci ilin may ayında hazırki iddia ilə məhkəməyə müraciət etməsi də anlaşılan olmamışdır.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən müqavilə müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Göründüyü ki, hətta qəbul edilsə belə ki, iddiaçı mübahisə predmeti olmuş əmlakın mərhum Afət Əliyevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasından, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsindən, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsindən xəbərsiz olmuş, yuxarıda qeyd olunan məhkəmə aktlarından və digər sənədlərdən bəlli olur ki, məlumatlı o lduğu halda 11 il ərzində etibarsızlığını tələb etdiyi qeydiyyatı, vərəsəlik şəhadətnaməsini və alğı-satqı müqaviləsini mübahisələndirməmiş, bu da faktiki olaraq mübahisə predmeti olmuş əmlakın mərhum Afət Əliyevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasını, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsini, daha sonra isə alğısatqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılığını ifadə etməsinə və bəyənməsinə dəlalət edir. Çünki, razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır. Qeyd olunduğu kimi, tələbin üçüncü və dördüncü hissələri bilavasitə birinci və ikinci hissədən asılı və törəmə tələb olduğundan onların d a avtomatik təmin edilməməsini labüd edir. Çünki, təmin edilib-edilməmələri sırf birinci və ikinci hissələrdən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görməmişdir.

24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh3 və Cavabdeh1 mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqları ləğv edilsə sonradan həmin qətnamə ləğv edildiyindən qiyabi qətnamənin icrasında dönüş məsələsi öz həllini tapmamışdır. Lakin həmin məsələ hazırki icraatın predmetinə aid olmadığından bu icraat çərçivəsində icrada dönüş məsələsinə baxıla bilməz. Bununla əlaqədar, maraqlı şəxslərin qeyd olunan qətnamənin icrasında dönüşlə bağlı birinci instansiya məhkəməsin ə müraciət etmək hüquqları mövcuddur.

25. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 140, 148.2, 149.2, 337, 340.2, 351, 355, 357, 358.1, 385.1, 390.1, 399.1, 452.2-ci və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82.3, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

26. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1455/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilmədiyi “Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” hissəsində rayon məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qət naməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

28. Kassasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, işə baxmış apellyasiya kollegiyası mövqeyini, iddiaçının adına reyestrdə aparılmış qeydiyyatın şübhə altına alınması ilə əsaslandırılmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olmasını diqqətdən qaçırmışdır. Belə ki, işdən göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən əmlak kompleksinin Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən (qeyridəqiq) aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, bununla da əmlak kompleksinin 1/2 hissəsinin hazırkı iş üzrə iddiaçıya, 1/2 hissəsinin isə Afət Abdullayevanın adına qeydə alınması barədə xx.xx.2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi işin həmin halına Mülki Məcəllənin 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsi baxımından düzgün hüquqi qiymət verməmişdir. Ha zırkı işdə mübahisə predmeti olan əmlak kompleksinin 1/2 hissəsinə münasibətdə iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyatın ləğv edilməsi, həmçinin iddiaçının əmlak kompleksinin Cavabdeh1 mülkiyyətinə keçməsinə, daha sonra isə “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılıq ifadə etməsi və bəyənməsi məhkəmələr tərəfindən aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Cavabdeh3 qeydiyyatla əlaqədar əldə etdiyi hüquqları saxlanıldığı halda, Cavabdeh1 daşınmaz əmlaka hüquqlarının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2 və 452.2-ci maddələrinin tələbi baxımından düzgün hüquqi qiymət ver məmişdir.

29. Apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi həlli baxımından Mülki Məcəllənin əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı (140, 148.2 və 149.2-ci maddələr), əqdin etibarsızlığı bağlı (337, 340.2 və 351-ci maddələr), əqddə razılıqla bağlı (355, 357 və 358.1-ci maddələr) və öhdəlik və müqavilə ilə bağlı ümumi normalarına (385.1, 390.1, 399.1 və 452.2-ci maddələr) istinad edilməklə kifayətlənilsə də, həmin normalar işin hallarına uyğun olaraq düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin 157.4-cü maddəsi ümumiyyətlə nəzərdən keçirilməmiş, işin müəyyən edilmiş faktiki hallarının qeyd olunan normanın dispozisiya şərtlərinə uyğunluğu istiqamətində hüquqi dəyərləndirmə aparılmamışdır.

30. Yuxarıda qeyd edilən hissədə apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında müəyyən etdiyi hüquqi mövqeyə cavab vermir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4526/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilərək, həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək mübahisəli əmlakın Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, 01 iyul 2010-cu il tarixdə tam mülkiyyət hüquqi üzrə Afət Abdul layevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən 30 aprel 2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlər İddiaçı aid 37,5 faiz hissəsində etibarsız hesab edilərək bu tələbin qalan hissəsi təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 24 yanvar 2023-ci il tarixli qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni iddianın “dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Ceyhun və Cavabdeh2lərdən müştərək qaydada pulun iddiaçının xeyrinə tutulması barədə” hissəsinin təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə qeyd etmişdir ki, işə ba xmış rayon məhkəməsi iş üzrə tərəflərin təqdim etdikləri sübutlara, xüsusilə iş üzrə tərəflərin istinad etdikləri qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iddia tələbinin “Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi” hissəsində yanlış nəticəyə gəlmişdir.

33. Rayon Məhkəməsi iddianın “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010- cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və 7 saylı Notariat Kontorunun xx.xx.2011-ci il tarixli, 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi” hissəsində rədd edərkən gəldiyi mövqeyi, iddiaçının adına reyestrdə aparılmış qeydiyyatın şübhə altına alınması ilə əsaslandırılmışdır. Halbuki, Rayon Məhkəməsi həmin nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olması nı diqqətdən qaçırmışdır.

34. İşdən göründüyü kimi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən əmlak kompleksinin Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən (qeyri-dəqiq) aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, bununla da Əmlak Kompleksinin 1/2 hissəsinin iddiaçıya, 1/2 hissəsinin isə Afət Abdullayevanın adına qeydə alınması barədə 10 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur. Buna baxmayaraq Rayon Məhkəməsi işin həmin halına Mülki Məcəlləni n 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsi baxımından düzgün hüquqi qiymət verməmişdir.

35. Hazırkı işdə mübahisə predmeti olan əmlak kompleksinin 1/2 hissəsinə münasibətdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmçinin iddiaçının əmlak kompleksinin Cavabdeh1 mülkiyyətinə keçməsinə, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılıq ifadə etməsi və bəyənməsi məhkəmələr tərəfindən aşkar edilməmişdir.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, Afət Əliyevanın (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Barışıq razılaşması haqqında” müqavilənin şərtləri nəz ərə alınaraq, rayon məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilərək, qeyd edilən hüquqverici sənədlər iddiaçıya aid 37,5% hissədə etibarsız hesab edilməli, həmin tələb qalan hissədə rədd edilməlidir.

37. Məhkəmə iddianın “iddiaçıya dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə pulun tutulması barədə” hissəsi ilə bağlı qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

38. Hazırkı mübahisədə ona maddi və mənəvi ziyanın dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir (məsələn: mübahisəli əmlakın onun tərəfindən əvvəllər hər hansı şəxsə kirayə verilməsini təsdiq edə biləcək müqavilə və ya bu kimi müqavilənin bağlanması ilə bağlı onun tərəfindən real hərəkətlərin həyata keçirilməsini təsdiq edə biləcək digər sənədlər və sair). Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməklə ləğv edilməklə iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, onun mü bahisəli əmlak üzərində 50 % nisbətində mülkiyyət hüququ hüquqmüəyyənedici sənədlərlə və barışıq sazişi ilə müəyyən olunduğu halda, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq bu hüququn 37.5 % hissədə olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının qeyd olunan mövqeyi ilə onun Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 152-ci maddələrində təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur. İddiaçı yuxarıda qeyd olunan dəlilinə dair onu da əlavə etmişdir ki, sözügedən əmlak üzərində 50% payının olması qüvvədə olan məhkəmə aktları ilə də müəyyən edilmişdir. İşə baxan aşağı instansiya məhkəməsi qeyd edilən məsələ ilə bağlı Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin göstərişini nəzərə almamışdır. Həmin normaya əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

42. Cavabdehlərin şikayətinin ilkin dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən Mülki Məcəllənin 140-cı maddəsini iddiaçının xeyrinə tətbiq etməklə pozuntuya yol vermişdir. Sözügedən əmlak hazırda Cavabdeh3 mülkiyyətindədir. Cavabdeh3 ilə Cavabdeh1 arasındakı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair iddia tələbi isə təmin olunmamışdır. Eləcə də, Bakı İnzibati-İqtisad Məhkəməsinin 2in(82)-298/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qüvvədə olan qərarı ilə mübahisəli əmlak üzərində iddiaçının 50 % hissədə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə iddia tələbi təmin olunmamışdır. İddiaçı həmin qərarı mübahisələndirməmiş, əmlak isə bundan 10 ay sonra Cavabdeh3 satılmışdır. Hazırkı vəziyyətdə, iddiaçı əsassız gəlir əldə etmək istəyir. Cavabdehlər həmin dəlilə dair onu da qeyd etmişlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən aparılır. Əsmər Abdullayevanın adına isə həmin əmlaka dair dövlət reyestrində qeydiyyat aparılmışdır. Bir halda ki, həmin qeyd mübahisələndirilməyib, həmçinin iddiaçın ın adına dövlət reyestrində hər hansı qeyd yoxdur, belə olduğu təqdirdə məhkəmə kollegiyası Mülki Məcəllənin 140-cı maddəsini düzgün tətbiq etməmişdir. Cavabdehlərin şikayətinin digər dəlilinə görə, apellyasiya məhkəməsi Mülki Məcəllənin 157.4-cü maddəsini hazırkı mübahisəyə tətbiq etməklə pozuntuya yol vermişdir. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün iddiaçının mülkiyyətçi olması gərəkli idi ki, hazırkı vəziyyətdə iddiaçı mülkiyyətçi olmadığı aşkardır. Şikayətin ayrı bir dəli linə görə, cavabdehlərin təşəbbüsü ilə birinci instansiya məhkəməsində izahatı alınmış şahid bildirmişdir ki, xx.xx.2012-ci ildə Cavabdeh3 ilə Cavabdeh1 arasında müqavilə bağlanarkən iddiaçı da orada olmuş, hətta pul sayılmasında iştirak etmişdir. İddiaçı isə şahidin qeyd etdiyi bu məsələyə etiraz etməmişdir. İşə baxan apellyasiya məhkəməsi işin bu halına sübut kimi düzgün qiymət verməmişdir.

43. Cavabdehlər şikayətin sonuncu dəlilində qeyd etmişlər ki, iddiaçının 37.5 % hissəyə dair iddia tələbi olmasa da, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozaraq iddia tələbindən kənara çıxmış və mübahisələndirilən qətnaməni qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

45. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

46. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

47. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, b unun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzg ün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi baxış predmeti olan hissədə hər iki tərəfin kassasiya şikayətinin dəlilləri əsasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehlərin kassasiya şikayəti təmin edilməməlidir.

58. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, ikinci apellyasiya baxışının predmeti olan tələblər Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddimənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması”na dair hissə olmuş, iddiaçının rədd edilmiş digər iddia tələbləri baxış predmeti olmamışdır.

59. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə madd i və mənəvi zərərə görə 100.000 manat pulun tutulmasını xahiş etmiş, bu məbləğin hansı hissəsinin maddi, hansı hissəsinin mənəvi ziyana görə tələb edildiyi qeyd edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu tələbi rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı bu tələbin əsaslı olmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin bu tələbin rədd edilməsi barədə nəticəyə gələrkən hansı pozuntuya yol verdiyi qeyd edilməmişdir. Buna görə də, qətnamənin bu hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

60. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bu dəlili ilə razılaşır ki, apellyasiya instansiya məhkəməsinin tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli barışıq sazişin ə istinad edərək Cavabdeh1 mübahisəli əmlak kompleksi ilə bağlı bütün hüquqverici sənədlərinin İddiaçı aid 37,5 faiz hissəsində etibarsız hesab edilməsinə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

61. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının ½ hissəsi iddiaçının mülkiyyətində olmuş, əmlak üzərində Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında cavabdehlər Ceyhun və Cavabdeh2lərin anası mərhum X10 tam mülkiyyətinə keçsə də, həmin qətnamə ləğv edildiyindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılaraq İddiaçı mü lkiyyət hüququ bərpa edilməli idi. MM-nin 149.2-ci maddəsinə əsasən iddiaçının tələbi bu hissədə əsaslı olduğundan məhkəmə tərəfindən təmin edilməli idi.

62. İddiaçı iddia ərizəsində xx.xx.2011-ci il tarixdə tərəflər arasında bağlanmış razılaşmasına əsaslanaraq hər hansı tələb irəli sürmədiyindən və həmin razılaşmadan irəli gələn öhdəliklərlə bağlı cavabdehlərin qarşılıqlı iddia tələbi olmadığından apellyasiya instansiyası məhkəməsi iddia tələbini həmin razılaşmanın şərtlərinə istinad edərək qismən təmin etməklə həm maddi, həm prosessual normaların tələbini pozmuşdur. Belə ki, MPMnin 80-ci maddəsinin tələbinə əsasən məhkəmənin qəbul etməli və nəzərə almalı olduğu sübutlar tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmalıdır. Sözügedən barışıq sazişinin məhkəmə tərəf indən sübut kimi nəzərə alınmasının və bu sazişə istinad edilərək qətnamə qəbul edilməsinin prosessual pozuntu olduğu eyni zamanda cavabdehlərin kassasiya şikayətində qeyd edilmişdir.

63. MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilərək Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasına dair Cavabdeh1 Bakı Şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqı nda şəhadətnamə”, həmin şəhadətnamə əsasında 30 aprel 2011-ci il tarixdə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və Cavabdeh1 verilmiş çıxarış İddiaçı aid hissədə (1/2 hissə) etibarsız hesab edilməlidir.

64. Kollegiya iddianın tam rədd edilməli olduğuna dair cavabdehlərin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin mübahisəli əmlaka dair Cavabdeh1 hüquqmüəyyənedici sənədlərinin qismən etibarsız hesab olması barədə iş üzrə gəldiyi nəticə kassasiya instansiyası məhkəməsinin bu iş üzrə birinci qərarındakı hüquqi mövqeyə uyğun olmuşdur.

65. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlərin kassasiya şikayəti təmin edilməməli, iddiaçıların kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

66. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-4526/2024 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilsin. İddiaçı iddiası qismən təmin edilərək Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasına dair Cavabdeh1 Bakı Şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, həmin şəhadətnamə əsasında 30 aprel 2011-ci il tarixdə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və Cavabdeh1 verilmiş çıxarış İddiaçı aid hissədə (1/2 hissə) etibarsız hesab edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar