Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-99/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələblərə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğvi, avtomobilin qaytarılma sı və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3067/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə əsasən mülki işə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" CS35 markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmış, Bakı şəhəri 18 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2020-ci il tarixli etibarnamə ilə o, həmin avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı və s. səlahiyyətləri xx.xx.2021-ci il tarixədək Cavabdeh3 e tibar etmişdir.
2. Avtomobil həmin etibarnamə əsasında Cavabdeh3 tərəfindən xx.xx.3020-ci il tarixdə 12.000 manata Cavabdeh4 İsrafıloviçə satılaraq, onun mülkiyyətinə keçirilmiş, avtomobilə **-VL-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. 3. 21.02.3020-ci il tarixdə avtomobil Cavabdeh4 tərəfindən (onun xx.xx.2020-ci il tarixdə verdiyi etibarnamə əsasında Cavabdeh5 tərəfindən) 15.400 manata -X1.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-286/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli hökmünə görə: Cavabdeh1 təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, rəhbərlik etdiyi "xxxx" MMC-də operator vəzifəsində işləmiş İddiaçı mə xsus "xxxx" CS35 markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-nin işlərini idarə etmək məqsədilə sadə etibarnamə (avtomobili yalnız idarə etmək hüququ verən) verməsi adı ilə aldadaraq, 2020ci ilin fevral ayının 10-da saat 14:00 radələrində ünvan 1 ünvanda yerləşən 18 saylı notarius ofisində MMC-də mühafizəçi işləyən və onun cinayətkar niyyətindən xəbəri olmayan Cavabdeh3 adına avtomobilə sərəncam vermək hüququ verən baş etibarnamə almış, həmin gün avtomobili digər şəxsə sataraq ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə İddiaçı məxsus əmlakı ələ keçirib ona 18.000 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bu və digər şəxslərə qarşı törətdikləri bənzər əməllərə görə Cavabdeh1 AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cin ayət əməlini törətməkdə təqsirli bilinərək, 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olarar çəkilməmiş qalan 3.000 manat cərimə cəzası təyin edilən cəzaya birləşdirilməklə ona qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzası təyin olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmış; Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmış, zərərçəkmiş şəxslər X2, X7 və X3 mülki iddiaları tam təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 34.000 manatın alınaraq XXXya, 28.300 manatın alınaraq XXXya, 55.000 manatın alınaraq XXXya verilməsi qərara alınmış, zərərçəkmiş şəxslər İddiaçı və XXXya vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-598/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən məhkumlar Cavabdeh1 və Cavabdeh2 və zərərçəkmiş şəxs XXX tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 cinayət əməli nəticəsində "xxxx" CS35 markalı **-MZ-*** (hazırda **-VL-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsində onun adından Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh4 verdiyi etibarnamə əsasında Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsiz hesab olunması, həmin avtomobillə bağlı Cavabdeh4 və Cavabdeh6 adlarına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilin ona qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq müştərək qaydada 10.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, "xxxx" CS35 markalı 99-MZ- 222 dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qarşı törədilmiş cinayət əməli nəticəsində avtomobili əlindən çıxmış, digər cavabdehlərin mülkiyyətinə keçmişdir. Belə ki, "xxxx" MMC-də qeydiyyat operatoru kimi işləmiş, sahibi və rəhbəri Cavabdeh1 olan MMC avtomobillərin icarəsi fəaliyyətini göstərmiş, Cavabdeh1 ona evlənmək təklifi etdiyindən ona inam və etibarı yaranmışdır. 2020-ci ilin fevral ayında Cavabdeh1 MMC-nin mühafizəçisi cavabdeha avtomobili idarə etməsi, MMC-nin işlərində istifadə etməsi üçün sadə etibarnamə verməsini ondan xahiş etmiş, cavabdehyə inandığı üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh1, o və Cavabdeh3 notariat kontoruna getmiş, Cavabdeh1 t ərəfindən aldadıldaraq Cavabdeh3 adına sadə etibarnamə adı ilə baş etibarnaməyə imza atmış, avtomobili MMC-nin işləri üçün Cavabdeh3 idarəetməyə vermiş, özü isə evə getmişdir. 3 gün işdə olmamış, işə gələndə ona məlum olmuşdur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci il tarixdə onun avtomobilini Cavabdeh4 İsrafıloviçə 12.000 manata satmışlar. Daha doğrusu Cavabdeh1 Cavabdeh4 olan borcunun əvəzində avtomobili onun adına keçirmişlər. Cavabdeh4 isə avtomobili xx.xx.2020-ci il tarixdə 14.500 manata Cavabdeh5 satmış və avtomobil alqı-satqı əsasında sonuncunun həyat yoldaşı Cavabdeh6 adına rəsmiləşmiş, avtomobilə yeni **-VL-*** dövlət qeydiyyat nişanı verilmişdir. Şikayəti əsasında Xətai RPİ İŞ-də cinayət işi başlanmış, müəyyən olunmuşdur ki, avtomobil cinayət nəticəsində mülkiyyətind ən çıxarılmış, Cavabdeh1 və Cavabdeh2 ona və digər qadınlara qarşı törətdikləri cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə ittiham verilmiş, özü zərərçəkmiş şəxs kimi tanınmış, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşin hallarından görünür ki, alqı-satqı ilə bağlı iradə ifadəsi olmadan avtomobili Cavabdeh1 və Cavabdeh2 cinayət əməli nəticəsində Cavabdeh3 tərəfindən Cavabdeh4, Cavabdeh4 tərəfindən isə Cavabdeh5 vasitəsilə onun həyat yoldaşı Cavabdeh6 satılmışdır. Cavabdeh3 Cavabdeh4la onun adından bağladığı əqd cinayət hadisəsi nəticəsində bağlandığından etibarsız əqddir, heç bir hüquqi nəticələrə səbəb olmur, həmin əqd etibarsız olduğundan Cavabdeh4 Cavabdeh5 vasitəsilə Cavabdeh6 ilə bağladığı əqd də etiba rsız əqddir, heç bir hüquqi qüvvə kəsb etmir. Belə olan halda həmin əqdlər etibarsız hesab edilməklə atomobili özünə qaytarılmalıdır. Ona qarşı törədilmiş cinayət əməli nəticəsində stress keçirmiş, psixoloji sarsıntıya məruz qalmış, mənəvi əzab çəkmiş və hazırda da çəkməkdədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş mənəvi zərəri ümumilkdə 10.000 manat qiymətləndirir və hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 mənəvi zərər olaraq hər biri 5.000 manat olmaqla, ona ümumilikdə 10.000 manat kompensasiya ödəməlidirlər.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1295/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia rədd edilmişdir.
9. Qətnamənin əsaslarına görə, “... məhkəmə işin faktiki hallarına əsasən cavabdehlər Cavabdeh4 və Cav abdeh6 tərəfindən İddiaçı məxsus olan mübahisəli avtomobili alqı-satqı müqavilələri əsasında əldə etmələrini, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cinayətkar niyyətləri barədə məlumatlarının olmamasını və bununla da, vicdanlı alıcı olmalarını, işin bu hallarının müvafiq məhkəmə aktları ilə müəyyən edilməsini nəzərə alaraq, qanunvericiliyin sadalanan normalarının tələblərinə və müvafiq məsələ üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, hazırki iddia ərizəsi təmin edilməməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.”
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 157.2, 324.1, 3 24.5, 337.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qanunverciliyi yanlış tətbiq etmiş, açıq-aşkar etibarsız olan alqı-satqı müqavilələrini etibarlı hesab etməklə qanunsuz qərar çıxarmış, cinayət nəticəsində iddiaçının əmlakının əldən-ələ keçməsinə haqq qazandırmış, mənəvi ziyan tələbinə ümumiyyətlə qiymət verməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3067/22 nömrəli iş üzrə x x.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, mənəvi ziyanın kompensasiyası qismində 2.000 manat, dövlət rüsumlarının əvəzi qismində 46 manat olmaqla cəmi 2.046 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd olunmuşdur.
14. Qətnamənin əsaslarına görə, “İşin həm iddiaçının özünün bildirdikləri, həm də qanuni qüvvədə olan hökmlə müəyyən edilən hallarına görə, iddiaçı Cavabdeh3 avtomobilə dair etibarnaməni könüllü iradə ifadəsi əsasında vermiş, lakin etibarna mənin məzmununda yanılmış, bu yanılma Cavabdeh1 olan inamı (etibarı) nəticəsində baş vermiş, Cavabdeh3 bu yanılmadan xəbərdar olmamışdır.... Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent, tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının iddiasına görə aldadılma ondan ibarət olmuşdur ki, o, avtomobili Cavabdeh1 tapşırığı (xahişi) ilə Cavabdeh3 başqa məqsədlə vermiş, lakin Cavabdeh1 müvafiq etibarnamədən istifadə edərək ondan xəbərsiz avtomobili Cavabdeh4, sonuncu isə cavabdehya satmışdır. Kollegiya hesab edir ki, hətta Cavabdeh1 avtomobilə dair Cavabdeh3 verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal Cavabdeh3 Cavabdeh4la bağladığı müqavilənin etibarsız hesab olunması na səbəb ola bilməz. Çünkü işin hallarından görünür ki, Cavabdeh4 müqaviləni bağladığı zaman etibarnamənin Cavabdeh3 hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, avtomobil sonradan alqı- satqı müqaviləsi əsasında Cavabdeh6 mülkiyyətinə keçirilmişdir və adı çəkilən şəxsin avtomobili vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır.... Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bi lməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan cavabdehya münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçı, avtomobilin aldatma yolu ilə mülkiyyətindən çıxarılması nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir.... Gəldiyi qənaətə uyğun olar aq kollegiya, iddiaçının “avtomobillə bağlı Cavabdeh4 və Cavabdeh6 adlarına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilin ona qaytarılması” tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.”
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 337.1, 339.2, MPM-in 77.1, 82.4, 372.6, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, iddia rədd olunan hissədə ləğv edilib, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamə çıxararkən əmlakından məhrum edilmiş mülkiyyətçinin mülkiyyət hüququnun vicdanlı əldə edənə münasibətdə daha az hüquqi qoruma altında olduğunu, nə üçün iddiaçının mülkiyyət hüququnun bərpasının deyil, məhz ona qarşı cinayət törədən şəxslərdən pul tələbi irəli sürməli olduğunu hüquq normaları baxımından şərh etməmişdir. Cinayət deliktdir, hazırkı işdə bağlanmış bütün əqdlər cinayət hadisəsi nəticəsində bağlandığından həmin əqdlər bağlandığı andan etibarsız əqddir, heç bir hüquqi nəticələrə səbəb olmur. Belə olan halda həmin əqdlər etibarsız hesab edilməklə iddiaçının avtomobili özünə qaytarılmalıdır. Avtomobil məhv edilməyib, mövcuddur, cavabdeh tərəfindən idarə edilir, pul tələb etmək hüququna Cavabdeh4 və cavabdeh malikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsi nin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zam an ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
20. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiy i halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfində n bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamənin iddia rədd olunan hissədə ləğv edilməsi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız həmin hissədə və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hes ab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları şikayətin həddinə görə yoxlanılan hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmi şdir.
26. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, həmin dəlillər apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
27. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3067/2022 nömrəli iş üz rə 05 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.