Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-991/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-991/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X10, X2 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və onun vəkili ***nun, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və onun vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli, 2(103)2752/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Sirac oğlu, Cavabdeh2, Cavabdeh 4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ** SJ *** dövlət nömrə nişanlı “Kia Optima” markalı avtomaşının cavabdehlərdən alınaraq ona qaytarılması, bu mümkün olmadığı təqdirdə maşının əvəzi kimi 16278,67 ABŞ dolları və 66 manat, mənəvi zərər kimi 2000 manat, nümayəndəyə ödənilən 200 manat və 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi (hakim F.Ə.Məmmədov) 23 noyabr 2017-ci il tarixli, 2(011)-9239/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən edilərək “Kia Optima” markalı ** SJ *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh5 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsə nov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) 24.04.2018-ci il tarixli, 2(103)-2752/2018 nömrəli qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 23 noyabr 2017-ci il tarixli qətnaməsi qismən, “Kia Optima” markalı ** SJ *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh5 alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, «Kia Optima» markalı ** SJ *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 və onun vəkili X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il ta rixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən araşdırılmayan hal ondan ibarətdir ki, məhkəmə mülkiyyətin hazırda kimdə olması ilə bağlı məsələni araşdırmamış və avtomaşının yerini və mövcud vəziyyətini müəyyən etməmişdir. Qanunun tələblərinə görə özgənin qanunsuz sahibliyi ona aid deyil. Belə ki, iddiaçı şüurlu şəkildə ona etibar etmişdir. Burada hər hansı bir qanunsuzluqdan söhbət gedə bilməz. Avtomaşın ona etibar edilərkən etibar edən (iddiaçı) tam anlaqlı olmuş və verilmiş etibarnamədən əmələ gələn hüquq münasibətlərin və öhdəliklərin nəticəsini şüurlu şəkildə anlamış və arzulamışdır. Bakı Apellyasiya Məhkəm əsi iş üzrə araşdırma apararkən və sonrakı prossesual hərəkətlərdə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq tərəf olaraq onların iştirakını təmin etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən işin məhkəməyə qədər həlli (pretenziya) məsələsini məhkəmə araşdırmamışdır. Halbuki, iddiaçı tərəfindən ilkin olaraq müraciət edilsə idi müvafiq orqanlara müraciət və onların köməklikləri ilə (DİN orqanına) avtomaşının məhkəməyə qədər mövcud vəziyyəti və faktiki sahibliyini müəyyən etmiş olardı. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 vəkili ***kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 24.04.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qətnaməsini qismən ləğv edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, şahid X6 ifadəsində göstərmişdir ki, Cavabdeh5 onun xalası oğludur. 14 aprel 2016-cı il tarixdə ona zəng edib dedi ki, bir nəfər maşın gətirəcək ona 300 manat beh ver. “Monte Karlo” şadlıq evinin yanında onun həyətinə “Kia Optima” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 3 nəfər kişi və 1 qadın gəldilər. Onlar maşını verib, behi alıb və açarı ciblərinə qoyub getdilər. Sonra maşını onun həyətindən apardılar. Texniki pasport da həyətdə onlara verildi. Kredit borcu olduğuna görə qaytarıldı avtomobil. X1 izahat verərək göstərmişdir ki, Cavabdeh5 onun böyük qardaşının kirvəsidir. Mübahisəli avtomobili və onu satanı görməmişdir. Özü uzun müddətdir ki, avtomobil biznesi ilə məşğul olur. Bir gün Qafar ona zəng vurub başına gələnləri danışdı. Dedi ki, gəlib maşını aparmırlar və telefona cavab vermirlər, avtomobil bankda girovdadı, cərimləri var və onu geri qaytarmaq istəyir. Nömrələrin ona verdi və həmin şəxslə o da telefonla danışdı. Onlara dedi ki, maşın girovdadı və cərimləri də var. Gəlin maşını aparın yoxsa banka və 102 xidmətinə zəng vurub m əlumat verəcəklər. Dedi ki, bir neçə saat vaxt verin gəlirik. Daha sonra Qafar zəng edib dedi ki, behini qaytardılar və maşını apardılar. “Kia Optima” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili 26.09.2013-cü il tarixdən İddiaçı adına qeydiyyatdan keçmiş və “xxxx” ASC-də ipoteka ilə yüklü edilmişdir. 15.03.2016-cı il tarixdə İddiaçı tərəfindən Cavabdeh1 15.05.2019-cu il tarixədək onun daşınar əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və bununla bağlı digər hərəkətlərin edilməsinə dair etibarnamə verilmişdir. 17.03.2016-cı il tarixdə isə Cavabdeh1 İddiaçı adından Cavabdeh3 15.05.2019-cu il tarixədək onun daşınar əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və bununla bağlı digər hərəkətlərin edilməsinə dair etibarnamə verilmişdir. 13.04.2016-cı il ta rixdə İddiaçı adından Cavabdeh3 Hüseynov Süleyman Mirkazım oğluna 15.05.2019-cu il tarixədək onun daşınar əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və bununla bağlı digər hərəkətlərin edilməsinə dair etibarnamə verilmişdir. Həmçinin 14.04.2016-cı il tarixli etibarnamə ilə İddiaçı adından Hüseynov Süleyman Mirkazım oğlu “Kia Optima” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair Cavabdeh5 səlahiyyət vermişdir. 18 saylı DNK-nın məktubuna əsasən, İddiaçı tərəfindən Cavabdeh1 adına rəsmiləşdirilmiş 7E-4222 reyestrli etibarnamə İddiaçı 21.04.2016-cı il tarixli ərizəsinə əsasən ləğv edilmişdir. Cavabdeh5 19.04.2016-cı il tarixli ərizəsinə əsasən, 14.04.2016-cı il tarixli 7/E16355 reyestrli etibarnamədən imtina etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkə məsinin 18 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən, “xxxx” ASC-nin iddiası təmin edilərək İddiaçı Talıb oğlu və X4 15084,32 ABŞ dolları məbləğində əsas, 1144,35 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları penya qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə hesablanmaqla və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, 36 manat notarius xərcinin “xxxx” ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi İddiaçı Talıb oğluna məxsus “Kia Optima” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qə t edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir; 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər; 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 650-ci maddəsinə görə rəsmi r eyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli fərmanı ilə «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları» təsdiq edilmişdir. Buna görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Apellyasiya instansiya sı məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi özlüyündə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasının, eləcə də mülkiyyət hüququnun həqiqətən adına etibarnamə verilmiş şəxsdə olduğunun sübutu kimi qəbul edilə bilməz. Həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir. Ona görə də, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdeh sonuncu olaraq Cavabdeh5 etibarnamə verilməsi dəlilinə istinadən avtomobilin Cavabdeh5 alınaraq İddiaçı verilməsinə dair gəldiyi nəticə düzgün olmamışdı r. Bundan başqa, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəlləin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Mülki Məcəllənin 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi avtomobilin mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı avtomobilin cavabdehlərin birgə və yaxud onlardan hansınınsa birinin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin avtomobilə sahiblik hüquqları qanunsuz olmalıdır. Hazı rki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı yuxarıda şərh olunanlara əsasən özünün “Kia Optima” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olduğunu sübut edə bilmişdir. Lakin iddiaçı həmin avtomobilin Cavabdeh5 sahibliyində olduğunu sübut edə bilməmişdir. Əksinə, iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, avtomobil iddiaçı tərə findən 15.03.2016-cı il tarixdə daşınar əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və bununla bağlı digər hərəkətlərin edilməsinə dair etibarnamə əsasında 15.05.2019-cu il tarixədək Cavabdeh1 verilmişdir. Həmçinin İddiaçı tərəfindən Cavabdeh1 adına rəsmiləşdirilmiş həmin 7E-4222 reyestrli etibarnamə 21.04.2016-cı il tarixdən ləğv edilmişdir. Kollegiya yuxarıda göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılşaraq hesab edir ki, 15.03.2016-cı il tarixdə İddiaçı tərəfindən Cavabdeh1 etibarnamə verilərək 15.05.2019-cu il tarixədək onun daşınar əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi Cavabdeh1 həvalə edildiyinə görə mübahisəli avtomobil həmin cavabdehdən tələb edilməlidir. Azərbaycan Res publikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur, o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçılar əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilərlər. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı nəqliyyat vasitəsini məhz Cavabdeh1 vermiş, yalnız onlar arasında qarşılıqlı öhdəlik yaranmışdır. Nəqliyyat vasitəsinə görə adlarına etibarnamə verilmiş digər şəxs lərlə iddiaçı qarşılıqlı öhdəlik yaranmamışdır. Həmin cavabdehlər birbaşa olaraq iddiaçı qarşısında cavabdehlik daşıya bilməzlər. İşin araşdırlmış halları ilə aşkar olaraq müəyyən olunur ki, nəqliyyat vasitəsi Cavabdeh5 sahibliyində deyilddir. Ona verildikdən qısa müddət sonra nəqliyyat vasitəsini ona təhvil vermiş şəxsə qaytarmışdır. İddiaçı da nəqliyyat vasitəsinin məhz Cavabdeh5 olmasını təsdiq edən sübutlara malik deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayə tinin dəlilləri yuxarıda qeyd edilənlər baxımndan əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli, 2(103)-2752/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər:
Məhkəmə qərarları › İş №2(102)-991/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-991/2019
11.02.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver