Məhkəmə qərarları › İş №2(102)-999/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-999/2023

10.04.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-999/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, 4 saylı Bakı Cavabdeh1 notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı; Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər X10 və X8 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı; QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, X5 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X13 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1316 ha torpaq sahəsinin mülkiyyətçisi olmuşdur.

3. X1 Balacaxanım Abzər qızı ilə xx.xx.1949-cu il tarixdə ailə qurmuş, Hüseynov Həsən (bundan sonra–miras qoyan) xx.xx.1999-cu il tarixdə, X6 (miras qoyanın arvadı) xx.xx.1992-ci il tarixdə ölmüşdür.

4. Miras qoyanın övladı Abdullayeva (Hüseynova) Zenfira Həsən qızı xx.xx.1951-ci il tarixdə doğulmuş, xx. xx.1971-ci il tarixdə evlənmiş, xx.xx.2018-ci ildə ölmüşdür.

5. Miras qoyanın övladı Əhmədova (Hüseynova) Esmira Həsən qızı xx.xx.1955-ci ildə doğulmuş, xx.xx.1978-ci ildə ailə qurmuşdur.

6. Miras qoyanın övladı X19 xx.xx.1953-cü il tarixdə doğulmuş, xx.xx.1991-ci il tarixdə ölmüşdür. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 miras qoyanın oğlu Gülağa Hüseynovun övladlarıdırlar.

7. Üçüncü şəxslər X20 və X2 Abdullayevanın övladları, yəni miras qoyanın nəvələridirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Cavabdeh1 notariat ofisi tərəfindən cavabd ehlərə verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, atası X4 miras qalmış ünvan 1 (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, atası X13 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev16 (yeni qaydalarla: AZ1039 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan fərdi yaşayış ev i və 0.1316 ha torpaq sahəsi olmuşdur. Atasının 3 övladı olmuşdur – xx.xx.1953-cü il təvəllüdlü X19, xx.xx.1951-ci il təvəllüdlü X14 və iddiaçı, xx.xx.1955-ci il təvəllüdlü X16. X3 xx.xx.1991-ci il tarixdə, daha sonra isə bacısı X14 rəhmətə getmişdilər. X11 övladları Hicran, Sevda, Elnarə və Könülə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu haldan iddiaçının xəbəri olmamışdır. Xəbəri olan kimi 2021-ci ilin avqust ayında 4 Saylı Bakı Cavabdeh1 Notariat ofisinə müraciət etmiş, lakin imtina almışdır. Atasından miras qalan fərdi yaşayış evindən o, vəfat etdikdən sonrada daimi istifadə etmiş, evin açarı onda olmuşdur, evdə iddiaçıya məxsus əmlak və şəxsi istifadəsinə aid əşyaları vardır və halhazırda da orda qalmaqdadır. Atası rəhmətə getdikdən son ra rəsmi olaraq vərəsəlik üçün müraciət etməsə də faktiki olaraq mirası qəbul edib ondan indiyə kimi istifadə etmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 3026 saylı arayışda qeyd edilir ki, mərhumun qızı İddiaçı yaşayış evinə faktiki sahiblik edir. Cavabdehlər isə həmin ünvanda qeydiyyatdadırlar.

10. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 iddia ərizəsinə etiraz verərək bildirmişlər ki, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin miras əmlaka iddiaçının sahiblik edib-etməməsi ilə bağlı arayış vermək səlahiyyəti yoxdur. Belə ki, inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə Yerli İcra Hakimiyyəti Başçısı Nümayəndələrinin və zifə və səlahiyyətləri xx.xx.2012-ci il tarixli Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə ilə təsdiq olunmuşdur. Sözügedən Əsasnamənin 5-ci maddəsinə əsasən, ərazidə olan yaşayış evləri, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin səlahiyyətlərindən biri kimi nəzərdən keçirilmişdir. Göründüyü kimi sözügedən nümayəndəliklər yalnız şəxslərin yaşayış evlərində yaşayıb-yaşamaması ilə bağlı arayışlar verə bilərlər və onların şəxsin miras əmlaka faktiki sahiblik et məsini təsdiq edən arayışların verilməsi səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Çünki qeyd olunan məsələ məhkəmə mübahisəsinin predmeti olmaqla ətraflı araşdırma tələb edir. İddiaçı ailə qurduqdan sonra - xx.xx.1979-cu ildən həmin evdən çıxmış və Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev 32A ünvanında yaşamışdır. Vərəsəlik işi açılan zaman miras evində İddiaçı qeydiyyatda olmadığı və mirası faktiki olaraq qəbul etmədiyi üçün notarius tərəfindən dəvət edilməmişdir. Göründüyü kimi notariat ofisinin cavab məktubunda da İddiaçı miras əmlakı faktiki olaraq qəbul etmədiyi və əmlaka faktiki sahiblik etmədiyi öz əksini tapmışdır. Bu halı qonşular və Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi də təsdiq etmişdilər.

11. Eyni cavabdehlərə qarşı mübahisə pred meti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər X20 və X15 eyni tələblərlə iddia irəli sürmüşlər.

12. Üçüncü şəxslər iddia tələblərini iddia ərizəsində göstərilən hallara uyğun şəkildə əsaslandırmışdılar.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7900/2021 nömrəli 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) bütün iddia tələbləri rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, bütün vərəsələr 6 aylıq müddəti xeyli ötürməklə notariat ofisinə müraciət etmişdilər. Bundan başqa iddiaçı və üçüncü şəxslər həmin evdə qeydiyyatda olmamış, evləndikləri gündən oradan çıxıb başqa ünvanlarda yaşamışdılar. Onların həmin evə vaxtaşırı gəlmələrini məhkəmə faktiki sahiblik hesab etmir, belə ki, onlar o evə qonaq kimi gəlib getmişlər.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3, 1246, 1276-1, 1262, 1263-cü və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, mülki iş materiallarına əlavə edilmiş notariat işindən də aydın olur ki, Cavabdeh4 17 fevral 2020-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək babasından miras qalmış fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Həmin ərizənin verilməsi ndən 1 il 3 ay müddət keçdikdən sonra Cavabdeh4 xx.xx.2021-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək digər cavabdehlər olan Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 da mirası qəbul etmələrinə və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yazılmasına razılıq vermişdir. Həmin tarixdə (xx.xx.2021) sözügedən 3 cavabdeh də (Könül, Elnarə, Sevda) notariat ofisinə ərizə ilə müraciət edərək babalarından miras qalmış əmlaka onlara düşən pay hissəsi üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Atasının İ növbə vərəsələri rəhmətə getmiş qardaşının 4 övladından başqa, o və bacısı X14 olmuşdur. Cavabdeh olan notariat ofisi isə miras əmlaka dair vərəsəlik işini açarkən vərəsələrin dairəsini dəqiq müəyyən etməmiş, digər vərəsələrin çağırılması üçün tədbirlər görməmişdi r.

18. Mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxslər Elmira Piriyeva və Samirə Məmmədova apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Apellyasiya şikayətlərini iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan dəlillərlə əsaslandırmışlar.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X24 (məruzəçi), X17 və X25) 2(103)-5797/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7900/2021 saylı iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri rədd edilmişdir.

21. Məhkəmə qeyd etm işdir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (MPM-nin 217.2-ci maddəsi).

22. İş materialları ilə müəyyən olunur ki, miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1316 ha torpaq sahəsinin mülkiyyətçisi olan X13 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırki mübahisə həll edilərkən ilk növbədə mirasın açıldığı vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki mübahisəyə xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552 və s. maddələrinin tələbləri ba xımından hüquqi qiymət verilməli idi.

23. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir.

24. Buna görə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

25. Məhkəmə araşdırması və işin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı miras əmlak olan evdən 1978-ci ildə evlənəndən çıxıb, başqa evdə qeydiyyatda olmaqla yaşayır. Lakin, o, vaxtaşırı həmin evə gəlib gedib, həyətdən meyvə dərib.

26. Üçüncü şəxslərin anaları X9 miras əmlak olan evdən 1971-ci ildə evlənəndən çıxıb, başqa evdə qeydiyyatda olmaqla yaşayıb, orada qızlarını evləndi rib, həmin evdə ölüb.

27. Üçüncü şəxslər başqa evlərdə qeydiyyatda olmaqla yaşayırlar. Onlar da mütəmadi olaraq baba evinə gəlib gediblər.

28. Cavabdehlərin dördü də miras əmlak olan evdə qeydiyyatdadırlar, lakin onlardan üçün evləndikləri gündən həmin evdən çıxaraq başqa evlərdə yaşamış, bir tək Cavabdeh3 2-3 il bundan öncəyə qədər miras əmlak olan evdə yaşamış, sonradan orada oğurluq halı baş vermiş və hazırda o, kirayədə yaşayır (Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 802 №-li, xx.xx.2020-ci il tarixli arayış və «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən Çıxarış).

29. İşdən görünür ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid X21 bildirmişdir ki, onun evinin pəncərələri mübahisəli evin həyətinə baxı r. Əvvəldən həmin evdə hamı birlikdə yaşayıb, lakin sonradan bütün qızlar ərə getdikcə oranı tərk ediblər, o evdə yalnız Sevda qalırdı, amma o, da son 2-3 ildir ki, orada yaşamır. Hazırda ev boşdur. İddiaçı isə yoldaşı ilə birlikdə oraya 1-2 saatlıq həyətdən əncir yığmaq üçün gəlirdi, daimi orada yaşadığını görməyib.

30. Cavabdeh4 xx.xx.2020-ci il, cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə ərizə ilə müraciət edərək, onlara düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. 31. 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin notariusu Sidqi Həbibbəyli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə xx.xx.2020-ci il tarixdə müraciət edərək miras qoyan X7 adına vərə səlik işinin hər hansı notariat ofisində açılıb-açılmaması barədə məlumatın verilməsini xahiş etmişdir.

32. Açılmış vərəsəlik işinin aşkar edilməməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2020-ci il tarixdə cavab məktubu verilmişdir. 50. 4 saylı Bakı Cavabdeh1 notariat ofisi tərəfindən hər bir cavabdehə 1/4 hissədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (reyestrdə 2V-467, 2V-468, 2V-469, 2V-470 nömrə ilə qeyd edilmişdir).

33. Cavabdehlər həmin şəhadətnamələr əsasında ¼ payla Çıxarış almışdılar (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat).

34. Sonradan İddiaçı və üçüncü şəxslər X20 və X15 4 saylı Bakı Cavabdeh1 notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin v erilməsini xahiş etmiş, notariat ofisi tərəfindən onlara verilmiş xx.xx.2021-ci il tarixli məktubda miras əmlaka dair Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 ¼ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi və onlara şəhadətnamənin verilməsinin mümkün olmaması barədə məlumat verilmişdir.

35. Miras əmlak olan evdə cavabdehlərin yaşamaları, iddiaçının və üçüncü şəxslərin uzun illər bundan əvvəl qeydiyyatdan çıxaraq başqa yerə köçmələri barədə qonşular tərəfindən ərizələr verilmişdir (imzaları notarius tərəfindən təsdiq edilmişdir).

36. İşin hallarından göründüyü kimi, bütün vərəsələr qanunvericiliklə müəyyən olunmuş müddəti xeyli ötürməklə notariat ofisinə müraciət etmişdilər.

37. İş materialları müəyyən olunur ki, cavabdehlər həmin ünvanda qeydiyyatda olduqlarından notarius tərə findən onların əmlaka faktiki sahibliyi qəbul edilmiş və onlara qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir.

38. Kollegiya qeyd edir ki, iddiaçı və üçüncü şəxslər həmin evdə qeydiyyatda olmamış, evləndikləri gündən oradan çıxıb başqa ünvanlarda yaşamışdılar. Onların həmin evə vaxtaşırı gəlmələri, müəyyən sənədlərin onlarda olmaları onların miras əmlakına faktiki sahiblik etmələri anlamına gəlmir.

39. Belə ki, xx.xx.2014-cü il tarixli, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin plenum qərarında faktiki sahiblik aşağıdakı kimi əsaslandırılmışdır: Miras əmlakın faktiki qəbulu vərəsən in konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

40. İddiaçı və üçüncü şəxslər miras əmlaka faktiki sahiblik və ya faktiki idarə etməklərini sü but edə bilməmişlər.

41. Məhkəmə kollegiyası Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş İddiaçı miras əmlak olan evə faktik sahiblik etməsi barədə xx.xx.2016-cı il tarixli, 3026 №-li arayışa münasibətdə qeyd edir ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının miras əmlak olan evə faktik sahiblik etməsi barədə arayış verməkdə səlahiyyətli olmamış, arayışda 1999-cu ildə açılmış miras üzrə hansı halların əsasında qəsəbə nümayəndəliyinin bu qənaətə gəlməsi müəyyən olunmur.

42. Beləliklə, kollegiyanın qənaətinə görə, iddiaçı və üçüncü şəxslərin irəli sürdükləri faktiki hallar onların tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.

43. Apellyasiya kollegiyası öz mövqeyini əsaslandırarkən xx.xx.2000-ci il ə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 533, 552, 561.1, Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(103)-5797/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

45. Kassator şikayətini əsaslandıraraq qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş notariat işindən də aydın olur ki, Cavabdeh4 17 fevral 2020-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciə t edərək babasından miras qalmış fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Həmin ərizənin verilməsindən 1 il 3 ay müddət keçdikdən sonra Cavabdeh4 xx.xx.2021-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək digər cavabdehlər olan Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 da mirası qəbul etmələrinə və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yazılmasına razılıq vermişdir. Həmin tarixdə (xx.xx.2021) sözügedən 3 cavabdeh də (Könül, Elnarə, Sevda) notariat ofisinə ərizə ilə müraciət edərək babalarından miras qalmış əmlaka onlara düşən pay hissəsi üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Atasının İ növbə vərəsələri rəhmətə getmiş qardaşımın 4 övladından başqa, mən və bacım X14 olmuşdur. Cavabdeh olan n otariat ofisi isə miras əmlaka dair vərəsəlik işini açarkən vərəsələrin dairəsini dəqiq müəyyən etməmiş, digər vərəsələrin çağırılması üçün tədbirlər görməmişdir.

46. Kassator bildirmişdir ki, notariat ofisi tərəfindən müvafiq notariat hərəkətləri aparılarkən və cavabdehlərə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən digər vərəsələr nəzərə alınmamışdır, Cavabdeh 4 saylı Bakı Cavabdeh1 notariat ofisinin “Pro Bono” Vəkil Bürosouna ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda (həmin məktub cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmişdir) vərəsələr tərəfindən ona məlumat verilməsi, ona vərəsəlik işi ilə bağlı notariat ofisinə müraciət etmək istədiklərini, onun isə müraciət etmək fikrinin olmadığını bildirməyi qeyd edilmişdir. Lakin notari at işində vərəsə kimi mənə məlumat verilməsi öz əksini tapmır. Apellyasiya instansiya məhkəməsində məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ona vərəsəlik işi ilə bağlı məlumat vermədiklərini etiraf etmişlər. Notariat ofisi isə daha çox əmlak əldə etmək istəyən cavabdehlərin sözlərinə əsasən onun miras qəbul etmək istəməməyi qənaətinə gəlmişdir. Halbuki, o cavabdehlərin xeyrinə mirasdan imtina etməyi ilə bağlı ərizə verməmişdir. Belə olan halda məlum olur ki, digər vərəsə olan bacısının, o cümlədən onun hüquqları pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(103)-5797/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabd eh6, Cavabdeh3 etiraz edərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi

48. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

49. Maddə 561.1 Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təs diq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

50. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

51. Maddə

533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

52. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

53. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

54. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

55. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

56. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Məhkəmə kollegiyası, qətnaməni İddiaçı mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

65. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə işdəki məlumat və sənədlər əsasında bu qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli evdə qeydiyyatda olmamış, ailə qurduğu vaxtdan oradan çıxıb başqa ünvanda yaşamışdır. Onun həmin evə vaxtaşırı gəlməsi, müəyyən sənədlərin onda olması miras əmlaka faktiki sahiblik etmə anlamına gəlmir. Məhkəmə eyni zamanda İddiaçı istinad etdiyi sübutlara müvafiq qiymət vermişdir.

66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəl diyi nəticə və əsaslandırma ilə razılaşır.

67. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Mə hkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar