Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10030/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Ayşən Vəliyevanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində əsas borc kimi 4.467 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 4.467 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 4.497 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili Ayşən Vəliyeva isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdehin xalasının nəvəsidir. Tərəflərin arasında borc münasibəti olub, 2016-ci ildə cavabdeh iddiaçıdan 3.800 ABŞ dolları (6.460 manat) məbləğində borc pul alıb. Cavabdeh bu bərədə qəbz imzalayıb (iş v. 27). Cavabdeh qəbzdə qeyd edib ki, 2018-ci ilin dekabr ayına qədər həmin pulu qaytaracaq. İddiaçı iddia edir ki, cavabdeh pulun bir hisssini - 4.467 manatı indiyə kimi qaytarmayıb. Pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 442, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanarq hesab edir ki, birinci instansiya məhkəməsi 4.467 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəicəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10030/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10030/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver