Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1011/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X7 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-287/2021 saylı işi üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "Rabitəbank” ASC cavabdehlər X8, Cavabdeh2, X9, Cavabdeh5 və X7 qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 24.08.2018-ci il tarixli, MFNPT-0033 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 33 946,58 manat, faiz borcuna görə 7273,50 manat, cərimə borcuna görə 8400 manat olmaqla borcun cəmi məbləğində 49 620,08 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,03 kv.m. olan 131 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 24.08.2018-ci il tarixli, MFNPT-0033 saylı Baş krelit müqaviləsi üzrə cəmi 49 620,08 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun iddiaçı "Rabitəbank” ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,03 kv.m. olan 131 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X5 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,03 kv.m. olan 131 saylı mənzilindən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2018-ci il tarixli, MFNPT-0033 saylı Baş kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istehlak məqsədi ilə 60 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 42000 manat məbləğində aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir; - 24 avqust 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh2 özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 64,03 kv.m. olan 131 saylı mənzil kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipoteka qoymuşdur; - 24 avqust 2018-ci il tarixli qəbzlə X15 16 oktyabr 2019-cu il tarixdə 42000,0 manat məbləğində pulu İddiaçı ASC-dən qəbul etmişdir; - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 64,03 kv.m. olan 131 saylı mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilərək 24.08.2018-ci tarixdə qeydiyyata alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış vrilmişdır; - "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 07 dekabr 2020-ci il tarixli rəylə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 64,03 kv.m. olan 131 saylı mənzilin hazırkı bazar qiyməti təqribən 83971 manat, likvid dəyəri 78000 manat təşkil etdiyi müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli ekspert rəyi, 24.08.2018-ci il tarixli, MFNPT-0033 saylı kredit müqaviləsi üzrə 10.06.2020-ci il tarixinə əsas borc üzrə 34600,76 manat, faiz borc üzrə isə 1282,12 manat, 16.03.2021-ci il tarixinə banka olan əsas və faiz borcu 39861, 97 manat, ekspertiza xərcinin 200 manat təşkil etdiyi müəyyən olunmuşdur (iş.səh.23, 27, 20, 38, 69, 135). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-287/2021 saylı işi üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC-nin X12 arasında bağlanmış 24.08.2018-ci il tarixli, MFNPT-0033 saylı kredit müqaviləsi üzrə 33946,58 manat əsas borc, 1282,12 manat faiz borcu, 100 manat dəbbə borcu, ümumilikdə 35328,7 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, həmçinin 31 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi X3 "xxxx" ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,03 kv.m. olan 131 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti 83971 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına borcun çıxılmasını, İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına X6 24.08.2018-ci il tarixli, MFNPT-0033 saylı kredit müqaviləsi üzrə 35.328,7 manat və dövlət rüsumuna görə ödənilmiş 60 manat vəsaitin əvəzi "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutma yönəldilərək və satıldıqdan ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, X13 və X14 ünvan 2 ünvanında yerləşən 131 saylı mənzildən çıxarılmas və onlar tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pul X4 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin qismən ləğv edilərək, ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi və faiz borcu hissəsində 7273,50 manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.01.2022-ci il tarixli qərardadı ilə, məhkəməmühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilməsi qərara alınmışdır. 15.04.2022ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 24.08.2018-ci il tarixli MFNPT-0033 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 04.08.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 41851,51 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 34600,76 manat, faiz borcu üzrə 7250,75 manat. Cavabdeh1 ilə Rabitəbank ASC arasında bağlanılmış 24.08.2018-ci il tarixli MFNPT-0033 saylı kredit müqaviləsinin 2.13.3cü bəndində kredit ödənişlərinin gecikdirilməsi tətbiq edilməli cərimə, faiz dərəcəsi 1 faizədək göstərilmişdir. Ekspertiza tədqiqqatına təqdim edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 64,03 kv.m olan 131 saylı mınzilin likvid orta bazar qiyməti nəzəri qaydada təxminən 105000 manat müəyyən edilir. Ekspertiza xərci olaraq 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X10 ərizə ilə müraciət edərək apellyasiya şikayətini faiz borcu hissəsində müdafiə etdiklərini ərz etmiş, ifadəsində isə mühasibatlıq hissədə ekspert rəyi ilə razı olduqlarını, əəmtəəşünaslıq hissədə isə ekspertiza rəyində mənzilin likvid orta bazar dəyərinin müəyyən edildiyindən razı olmadıqlarını, qətnamədə qeyd edilən əmlakın ilkin satış qiyməti olan 83971 manatla razılaşdıqlarını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X5 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 269 -270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 439-449, 467, 470-471, 550-554, 556, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Apellyasiya şikayətinin digər hissələrdə əsaslar müəyyən etməsədə, verilən dəqiqləşmə və maliyyə arayışı üzrə düzgün müəyyən edilməyən faiz borcu hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilir. Qətnamənin hissəvi dəyişdirilməsi cəmi tutulan məbləğə də təsir etdiyindən, habelə birinci instansiya məhkəməsindən əlavədə apellyasiya instansiya məhkəməsində ekspertiza xərci hissələrdə də qətnamədə əlavələr edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-287/2021 saylı işi üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ("xxxx" ASC-nin X12 arasında bağlanmış 24.08.2018-ci il tarixli, MFNPT-0033 saylı kredit müqaviləsi üzrə faiz borcu hissəsində) dəyişdirilsin. "xxxx" ASC-nin X12 arasında bağlanmış 24.08.2018-ci il tarixli, MFNPT-0033 saylı kredit müqaviləsi faiz borcu 7250,75 manat, ümumilikdə borc 41297, 33 manat müəyyən edilsin. Ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1011/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1011/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver