Məhkəmə qərarları › İş №2(103)-10115/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10115/2019

04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10115/2019 04.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 və X1, Cavabdeh1 vəkili və nümayəndəsi Əliyeva Könül Nəriman qızının iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə və iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh1 ilə “xxxxxxxx” ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22314,42 ABŞ dolları əsas, 11060,12 ABŞ faiz, cəmi 33374,54 ABŞ dolları məbləğində kredit borcunun, 30,40 manat məbləğində məhkəmə xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus tam payla mülkiyyətdə olan, ünvan 1 qapı 3 ünvanında yerləşən, ümumi sahəsi 88,1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “xxxxxxxx” ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə qeyri-yaşayış sahəsinin boşaldılması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı “xxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 11/0004/OBK saylı “Kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə, illik 23% olmaqla 30000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Cavabdehlə bank arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli “Kredit müqaviləsi”nin təminatı qismində, Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 qapı 3 ünvanında yerləşən, ümumi sahəsi 88,1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx xxxxxx 2015-ci il tarixli, 11/0004/OBK saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və buna əsasən Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən həmin «İpoteka müqaviləsi» qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən RX seriyalı, ******* №-li, xx xxxxxx 2015-ci il qeydiyyat tarixli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Həmçinin kreditin təminatı olaraq “xxxxxxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixli üçtərəfli zaminlik müqaviləsi bağlanılmışdır. Lakin cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək kreditin müəyyənləşdirililən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənişləri müqavilələrin bağlandığı tarixdən xx xxxxxx 2018-ci il tarixinə qədər həyata keçirməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəlikləri (qrafik üzrə aylıq ödənişləri) lazımınca və vaxtında yerinə yetirmir. Kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdchlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, sonuncu dəfə isə xx.xx.2017-ci il tarixdə yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizləri qaytarılmamışdır. Tərəflərindən pretenziya qaydasına riayət edilərək, xx.xx.2017-ci il tarixdə xx xxxxxx 2015-ci il tarixli İpoteka müqaviləsi üzrə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş" ipoteka qoyan Cavabdeh2 və digər Cavabdeh1 poçt vasitəsi ilə xəbərdarlıqlar göndərilmişdir. Bundan əlavə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestcri Xidmətinin Bakı X7 “ipoteka predemtinə tutmanının yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair” ərizə ilə müraciət edilmişdir və həmin ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin “İddiaçı" ASC- yə ünvanlanan xx xxxxxx 2018-ci il tarixli **********67 nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21783,79 ABŞ dolları əsas, 14886,29 ABŞ faiz, cəmi 36670,08 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 114500 manat müəyyən edilməklə açıq hərracdan satılması, borc məbləğinin satışdan əldə olunmuş vəsaitə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə qeyri-yaşayış sahəsinin boşaldılması qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Ekspertiza rəyi natamam, ziddiyyətli tərtib edilmiş, təkrar mühasibatlıq ekspertizası təyin edilməsi zərurəti yaransa da, məhkəmə bunu etməmişdir. Rəydən də görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixədək 11 828.78 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 8098,21 ABŞ dolları əsas borcdan, 3730,57 ABŞ dolları isə faiz borcundan silinmişdir. Halbuki ekspertiza rəyi xx.xx.2019-cu il tarixdə tərtib edilsə də, bu zamana kimi hansı məbləğlər ödənilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Ekspert rəyi ilə xx.xx.2019-cu il tarixə əsas borc 21 901,79 ABŞ dolları, faiz borcu 14 398,27 Abş dolları qeyd edilsə də, məhkəmə rəyi deyil, iddia tələbindəki məbləği əsas götürərək 21783,79 ABŞ dolları əsas, 14886,29 Abş dolları faiz, cəmi 36670,08 ABŞ dolları məbləğində kredit borcunun olmasını təsdiq etmişdir. Həmçinin ipoteka predmetinin qiyməti müəyyənləşdirilən zaman əmlaka baxış keçirilməmişdir. Həmin qiymətə Nərimanov rayonunda heç yaşayış evi belə yoxdur, nəinki qeyri-yaşayış sahəsi olsun. Bankın öz qiymətləndirməsinə görə həmin qeyri-yaşayış sahəsi 170 000 manat məbləğindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Əliyeva Könül Nəriman qızı apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, əmlakın qiyməti ilə razılaşmırlar. Həmin ərazidə qiymətlər yüksəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, qeyri-yaşayış sahəsinin sökülmə ehtimalı var. Ona görə də obyektin qiyməti aşağı müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, ekspert rəyi ilə razıdırlar və əmlakın ilkin satış qiymətinin dəyişdirilməsinə etiraz etmirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iştirakçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 23% olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 30000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmişdir. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 48 ay ərzində hər ay 961,54 manat (sonuncu ay 961,85 manat) məbləğində pul ödəməli idi. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, dəyəri 170.000 manat olan ünvan 1 qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 yaranmış borcun göstərilən müddətdə banka ödənilməsi tələb olunmuşdur. xxxxx Prime MMC-nin xx.xx.2018-ci il tarixli, LP160/18 saylı rəyinə əsasən ünvan 1 qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 114500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 29097 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş iş materiallarında olan cari hesabdan çıxarış materialları və tərəflər arasında bağlanmış kredit müqaviləsində qeyd olunan şərtləri əsas götürməklə Cavabdeh1 “xxxxxxxx” ASC-nə olan borcu əsas borc üzrə 21901,79 ABŞ dolları, faiz borcu üzrə 14398,27 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: İşə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə qiymətləndirmə ekspertizası təyin etmiş, “xxxxx” Prime MMC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli rəylə ünvan 1 qapı 3 ünvanında yerləşən, ümumi sahəsi 88,1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin həmin tarixə bazar qiymətinin 114 500 manat olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsi alış-satış mağazası kimi fəaliyyət göstərir, həmin əmlakın real bazar dəyərinin 114.500 manat olması şübhə doğurduğu üçün məhkəmə kollegiyası qiymətləndirmə ekspertizasının keçirilməsini təyin etmiş və “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli rəydən görünür ki, ünvan 1 qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin həmin tarixə bazar dəyəri 134 000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti sonuncu rəydə nəzərdə tutulan məbləğdə müəyyən edilməlidir. Çünki həmin rəyi şübhə altına alan hallar aşkar edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də bundan ibarətdir ki, işə baxan məhkəmə borcun məbləğinin müəyyənləşdirilməsi ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməsini təyin etsə də yekun borcun məbləğinin müəyyən edilməsi zamanı ekspert rəyinə əsaslanmamış, iddia tələbindəki məbləği əsas götürmüşdür. Belə ki, ekspert rəyi ilə müəyyən olunan məbləğ tələb olunana nisbətən azdır. Məhkəmə kollegiyası qeyd olunan dəlillə bağlı cavabdehin etirazlarını qəbul etmir və qeyd edir ki, həmin ekspert rəyi ilə cavabdehin xx xxxxxx 2019-cu il tarixə (ekspertiza tədqiqatı keçirilən tarixə) olan borcu hesablanaraq, 21901,79 ABŞ dolları əsas, 14398,27 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Lakin bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı müraciət etmiş, sonda cavabdehlərdən 21783,79 ABŞ dolları əsas, 14886,29 ABŞ faiz borcunu tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin qüvvəsinin xx.xx.2019-cu il tarixdə bitdiyini nəzərə alsaq cavabdehlərin iddiaçının iddia tələbinin artırılması ilə bağlı sonuncu dəfə müraciət etdiyi tarixə olan borcu hesablanmalıdır. Bu halda ekspert rəyi ilə müəyyən edilən məbləğin tələb olunan məbləğlə üst-üstə düşməməsi anlaşılandır. Həmçinin işdən də görünür ki, tələb olunan əsas borcun məbləği ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən aşağıdır (21901,79- 21783,79 = 118). Faiz borcun ekspert rəyində göstərilən məbləğdən çox olması isə faiz borcunun aylar üzrə hesablanmalı olması ilə izah olunur. Artıq olan məbləğ ekspertiza keçirildikdən sonra iddia tələbinin artırılması ilə bağlı ərizə ilə müraciət edildiyi vaxtadək aylar üzrə hesablanmış borc məbləğdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. ünvan 1 qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 134 000 (yüz otuz dörd min) manat müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar