Məhkəmə qərarları › İş №2(103)-10120/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10120/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10120/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin nümayəndəsi X3, İlkin iddia üzrə Cavabdeh2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, onların nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-46/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı-nin cavabdehlər Cavabdeh1-nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Cavabdeh8 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməs və s. ” ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1-dən və Cavabdeh3 müştərək qaydada cəmi 739.670,61 manat (əsas borc 548.115,00 manat; faiz borcu 191.555.61 manat) məbləğində kredit borcunun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması; Borc tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu. Fatmayı kəndində yerləşən 1,0 ha torpaq sahəsinə. Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 95,2 kv.m, yaşayış sahəsi 56,1 kv.m olan 2 otaqlı 1 saylı mənzilə, Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104,55 kv.m, yaşayış sahəsi 75,55 kv.m olan 5 otaqlı 34 saylı mənzilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında istifadədə olan 0.00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143,1 kv.m. yaşayış sahəsi 67.6 kv.m olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı 1 saylı mənzilə və Cavabdeh8 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 126.2 kv.m. yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzilə yönəldilməsi, həmir əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi: Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət olmadıqda qalan məbləğin “Kapital Tikinti" MMC-yə və Cavabdeh3 məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehlər “Kapital Tikinti" MMC-nin və Cavabdeh3 mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “Aqrarkredit’ QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Cavabdeh2 193.773,33 manat (əsas borc 150.000,00 manat: faiz borcu 43.773,33 manat) məbləğində kredit borcunun “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması; Borc tələbinin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında istifadədə olan 0,00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143.1 kv.m, yaşayış sahəsi 67.6 kv.m olan 4 otaqlı. 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi: Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət olmadıqda qalan məbləğin Cavabdeh2 məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə ‘'Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər "Kapital Tikinti” MMC-dən, Cavabdeh2 və X1 müştərək qaydada tutularaq "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər “Kapital Tikinti"' MMC-dən və Cavabdeh3 müştərək qaydada cəmi 493.870,61 manat (əsas borc 302.315,00 manat; faiz borcu 191.555,61 manat) məbləğində kredit borcunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması; Borc tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 95,2 kv.m, yaşayış sahəsi 56,1 kv.m olan 2 otaqlı İ saylı mənzilə, Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı 1 saylı mənzilə və Cavabdeh8 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m, yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun Ödənilməsinə yönəldilməsi; Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh1-yə və Cavabdeh3 məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehlər Cavabdeh1-nin və X4 mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, miivafıq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Cavabdeh2 74.596,23 manat (əsas borc 30.822,90 manat; faiz borcu 43.773,33 manat) məbləğində kredit borcunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüqaqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı-a qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə aralarında 25.06.2014-cü ildə bağlanmış 097/14 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kapital Tikinti MMC ilə Azərbaycan Beynəlxalq Bankı arasında 04.09.2012-ci ildə 3981 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh4 2014-cü ildə Cavabdeh3 təsisçisi olduğu Kapital Tikinti MMC-nin götürəcəyi kreditə görə iddiaçı Cavabdeh4 ona məxsus Nərimanov rayonu, Həsənqulu küçəsi, 2 nömrəli evin, l saylı mənzilini Azərbaycan Beynəlxalq Bankına ipoteka ilə yüklü edilməsinə razılaşdıraraq 25.06.2014-cü ildə 097/14 saylı ipoteka müqaviləsini bağlamışdır. Cavabdehlə aralarında bağlanmış 25.06.2014-cü ildə 097/14 saylı ipoteka müqaviləsi ilə o mənzilini 1 il müddətinə bankın xeyrinə ipoteka ilə yüklü elan etmişdir. 05.03.2019-cu ildə Azərbaycan Beynəlxalq Bankına müraciət edərək bir ilin tamamlanmasını və müqavilənin bitməsinin də üzərindən xeyli müddət keçməsini nəzərə alaraq 25.06.2014-cü ildə 097/14 saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş ona məxsus Nərimanov rayonu, Həsənqulu küçəsi, 2 nömrəli evin, 1 saylı mənzilinin yüklülüyünün aradan qaldırılmasını və müqavilənin ləğv edilməsini 3 gün ərzində təmin edilməsini xahiş etmişdir. Həmin məktubuna Bank tərəfindən cavab verilsə də məsələnin mahiyyəti barədə bir kəlmə belə qeyd edilməmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə aralarında bağlanmış 25.06.2014-cü ildə 097/14 saylı ipoteka müqaviləsinin bağlanmasının üzərindən 5 ilə, həmin müqavilənin müddətinin bitməsinin üzərindən isə 4 il keçməsinə baxmayaraq cavabdehin müqaviləni ləğv etməməsi səbəbindən o, mənzili üzərində sərəncam hüququmu həyata keçirdə bilmir. Həmçinin həmin ipoteka müqaviləsi üzrə əsas kredit müqaviləsi də məhz 1 il müddətinə bağlanmışdı və həmin müqavilənin də müddətinin bitdiyi tarixdən 6 il müddət keçmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-46/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1-dən və Cavabdeh3 müştərək qaydada 302315 (üç yüz iki min üç yüz on beş) manat əsas borca görə, 114495,63 (bir yüz on dörd min dörd yüz doxsan beş manat, 63 qəpik) manat faiz borcuna görə olmaqla, ümumilikdə 416810,63 (dörd yüz on altı min səkkiz yüz on manat, 63 qəpik) manat məbləğində pul və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı-nin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçıa qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, apelyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək, borcun məbləğinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən həcmdə tam təmin olunması və borc məbləğinin tutulmasının təmin olunması üçün tutmanın iki ipoteka predmetinə yönəldilməsi hissəsində təmin olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirərək, həmin hissədə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnaməni məhkəmə xərcləri hissəsində mübahisələndirərək, məhkəmə xərclərinin ondan tutulması hissəsində ləğv edilərək, ona münasibətdə məhkəmə xərclərinin tutulmasının rədd edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsinin iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin nümayəndəsi X8 öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini, ilkin iddia üzrə cavabdehlərin apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında ikin iddia üzrə Cavabdeh3 izahat verərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən ilkin iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, hazırki halda qətnamə qismən mübahisələndirilən hissələrdə, yəni, ilkin iddia tələbinin kredit borcunun təmin edilməməsi hissələrində və ipoteka predmetinə tutmanın yönəldilməsinin təmin edilməyən hissələrində, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsi və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində yoxlanılır. Kollegiya işin materiallarını apelyasiya şikayətinin dəlilləri və tərəflərin apelyasiya icraatında verdikləri izahatlarla əlaqəli yoxlayıb, qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə (bundan sonra – “Tələbin güzəşti müqaviləsi”) əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ 19 iyun 2017-ci il tarixli, S-29 saylı təhvil-təslim aktı əsasında, Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ isə 18 avqust 2017-ci il tarixli, S-FK-186 saylı təhvil-təslim aktı əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. 19 iyun 2017-ci il tarixli, S-29 saylı təhvil-təslim aktına əsasən Cavabdeh1-nin təhvil-təslim olunan tarixə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə cəmi 739.670,61 manat (əsas borc 548.115.00 manat; faiz borcu 191.555,61 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "xxxx" ASC arasında bağlanmış 04.09.2012-ci il tarixli, 3981 saylı kredit müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən yaranmışdır. 26 dekabr 2018-ci il tarixə Cavabdeh1-nin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 739.670,61 manat (əsas borc 548.115,00 manat; faiz borcu 191.555.61 manat) məbləğində təşkil edir. Bu borcun təminatı olaraq, borcverən "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borcalan "Kapital Tikinti” MMC və zamin Cavabdeh3 arasında bağlanmış 05.10.2012-ci il tarixli. 031-12 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 "Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə boreverən qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, bu borcun təminatı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 06 noyabr 2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1,0 ha torpaq sahəsi onun vermiş olduğu etibarnamə (07 iyul 2012-ci il tarixdə reyestrdə 7-H-29/21069 nömrəsi ilə qeyd edilmiş AR-i 195638 N-li etibarnamə) əsasında Cavabdeh3 ilə "xxxx" ASC və "Kapital Tikinti” MMC arasında bağlanmış 10.10.2012-ci il tarixli. 225/12 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Omlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 18.10.2012) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 yanvar 2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 1810 nömrəli reyestr kitabının 166605 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh7 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 95,2 kv.m. yaşayış sahəsi 56.1 kv.m olan 2 otaqlı 1 saylı mənzil Cavabdeh7 ilə "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 11.02.2013-cü il tarixli, 055/13 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli (qeydiyyat tarixi: 14.02.2013) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 23 oktyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 2214 nömrəli reyestr kitabının 205954 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104,55 kv.m. yaşayış sahəsi 75,55 kv.m olan 5 otaqlı 34 saylı mənzil Cavabdeh6 ilə "xxxx" ASC və “Kapital 'Tikinti" MMC arasında bağlanmış 04.06.2015-ci il tarixli, 063/15 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit Öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14 fevral 2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 27383 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 7 ünvanında istifadədə olan 0.00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143.1 kv.m, yaşayış sahəsi 67.6 kv.ın olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh3 ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC və Kapital Tikinti MMC arasında bağlanmış 04.06.2015-ci il tarixli. 064/15 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01 fevral 2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 1077 nömrəli reyestr kitabının 97227 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 52.4 kv.m. yaşayış sahəsi 30.7 kv.m olan 2 otaqlı 1 saylı mənzil "Kapital Tikinti” MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 25.04.2015) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Omlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 yanvar 2008- ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 634 nömrəli reyestr kitabının 58186 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh8 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m. yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzil "Kapital Tikinti“ MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 20.11.2014) dövlət reyestrindən çıxarış verilmişdir. 18 avqust 2017-ci il tarixli. S-FK-186 saylı təhvil-təslim aktına əsasən Cavabdeh2 təhvil-təslim olunan tarixə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə cəmi 193.773.33 manat (əsas borc 150.000.00 manat: faiz borcu 43.773.33 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 03.03.2015-ci il tarixli, 7662 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. 26 dekabr 2018-ei il tarixə Cavabdeh2 qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 193.773,33 manat (əsas borc 150.000.00 manat; faiz borcu 43.773.33 manat) məbləğində təşkil edir. Bu borcun təminatı olaraq. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14 fevral 2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 27383 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 7 ünvanında istifadədə olan 0,00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143,1 kv.m. yaşayış sahəsi 67.6 kv.m olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh3 vermiş olduğu etibarnamə (03 dekabr 2014-cü il tarixdə reyestrdə 7F-35277 nömrəsi ilə qeyd edilmiş (ƏN-№ 482723) etibarnamə) əsasında Cavabdeh7 ilə "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 03 mart 2015-ei il tarixli. 032/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 03 mart 2015-ci il tarixli 7662 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün ‘'Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Orazi İdarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 07.03.2015) dövlət reyestrindən çıxarış verilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlər qeydiyyata alınmışdır. Tərəflər rasında razılaşma olduğundan hazırda iddia tələbində ipotekanın yönəldilməsi ilə bağlı əmlakların həcmi azaldılaraq Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı 1 saylı mənzilə və Cavabdeh8 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m, yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzilə yönəldilməsini xahiş etmişdir. Bununla belə bank tərəfindən bu əmlakların ipotekaya qoyulmasına əsas olmuş 25 iyun 2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsi İddiaçıQSC BOKT-dan ekspertizanın keçirilməsi zamanı ekspert vəsatətinə əsasən iddiaçı tərəfindən təqdim edilməsinin zəruriliyi ilə əlaqədar məhkəmə tərəfindən 29 oktyabr 2020-ci il tarixli 2-(005)-123/2020 saylı rəsmi məktubla iddiaçıdan tələb edilməsinə və məhkəmə iclasında iddiaçının nümayəndəsi vasitəsilə tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Bunun səbəbini İddiaçı həmin müqaviləni əldə edə bilməməsi ilə izah etmişdir. Bundan başqa o da müəyyən edilmişdir ki, ipotekaya qoyulmuş Cavabdeh7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanda yerləşən mənzil 07.05.2015-ci il tarixli Satıcı Cavabdeh7 ilə alıcı X6 arasında bağlanmış 07 may 2015-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinin 5-ci bəndinə görə satıcı Cavabdeh7 ünvan 10 ünvanında yerləşən mənzili (tam hissə, 95.2 kv.m, 2 otaq) alıcı X2 mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci bəndinə əsasən həmin mənzil Azərbaycan Beynəlxalq Bankda girovdadır. Əməliyyat alıcının razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 135000 manat Bankın nümayəndəsi X5, 5000 manat isə satıcı Cavabdeh7 ödəniləcəkdir. Azərbaycan Beynəlxalq Bank 130.000 manat məbləği aldıqdan sonra əmlak ipotekadan azad olunmuşdur. Bu hal məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən ilkin iddia tələbinə münasibətdə belə nəticəyə gəlmişdir ki, iddiaçının son iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəsindən də göründüyü kimi əsas borca görə 302.315 manat, faiz borcuna görə 191555,61 manat cavabdehlər “KAPİTAL TİKİNTİ" MMC və Cavabdeh3 tələb edilməkdədir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.02.2021-ci il tarixli, 9/4226 saylı eksperti rəyindən və iş materiallarında olan kredit müqavilələrindən göründüyü kimi "xxxx" ASC ilə borclu qismində “KAPİTAL TİKİNTİ" MMC və Cavabdeh2 arasında bağlanmış müqavilələrdir. Bununla belə iddiaçının Cavabdeh3 cavabdeh MMC-nin direktoru və təsisçisidir. Odur ki, “KAPİTAL TİKİNTİ" MMC və Cavabdeh3 pul məbləğini tələb etməkdə iddiaçı haqlıdır. Cavabdeh tərəfin pul məbləğinin bir hisəsinin ödənildiyindən borc məbləğinin daha az hesablanmalı olmasına dair məhkəmə iclasında etirazına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.02.2021-ci il tarixli, 9/4226 saylı eksperti rəyi əsas borc üzrə 698.115,00 manat, faiz borcu üzrə 114.495,63 manat müəyyən edilməsinə baxmayaraq iddiaçı tərəfin son tələbindən göründüyü kimi iddia tələbinin həcmini azaltmışdır. İpotekaya qoyulmuş Cavabdeh7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanda yerləşən mənzil 07.05.2015-ci il tarixli Satıcı Cavabdeh7 ilə alıcı X6 arasında bağlanmış 07 may 2015-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin 5-ci bəndinə görə satıcı Cavabdeh7 ünvan 10 ünvanında yerləşən mənzili (tam hissə, 95.2 kv.m, 2 otaq) alıcı X2 mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci bəndinə əsasən həmin mənzil Azərbaycan Beynəlxalq Bankda girovdadır. Əməliyyat alıcının razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 135000 manat Bankın nümayəndəsi X5, 5000 manat isə satıcı Cavabdeh7 ödəniləcəkdir. Azərbaycan Beynəlxalq Bank 130.000 manat məbləği aldıqdan sonra əmlak ipotekadan azad olunmuşdur. Bu hal məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh İddiaçı adından X7 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli, hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan İddiaçı adından X7 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, hədiyyə verən Cavabdeh6 ilə hədiyyə alan İddiaçı adından X7 arasında bağlanmış 03 fevral 2021- ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə istinad edərək borc məbləğinin bir hissəsinin ödənildiyini məhkəmə iclasında bildirsə də bu müqavilələrin hansı məbləğdə borcun ödənilməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1-nin və Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqavilələri ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehlər risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 302.315 manat əsas borca görə, faiz borcuna görə 191555,61 manat pulu iddiaçıya ödəməlidir. İddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında razılaşma olduğundan hazırda iddia tələbində ipotekanın yönəldilməsi ilə bağlı əmlakların həcmi azaldılaraq Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı 1 saylı mənzilə və Cavabdeh8 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m, yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzilə yönəldilməsini xahiş etmişdir. Bununla belə bank tərəfindən bu əmlakların ipotekaya qoyulmasına əsas olmuş 25 iyun 2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsi İddiaçıQSC BOKT-dan ekspertizanın keçirilməsi zamanı ekspert vəsatətinə əsasən iddiaçı tərəfindən təqdim edilməsinin zəruriliyi ilə əlaqədar məhkəmə tərəfindən 29 oktyabr 2020-ci il tarixli 2-(005)-123/2020 saylı rəsmi məktubla iddiaçıdan tələb edilməsinə və məhkəmə iclasında iddiaçının nümayəndəsi vasitəsilə tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Bunun səbəbini İddiaçı həmin müqaviləni əldə edə bilməməsi ilə izah etmişdir.«İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 421, 442, 445, 448.1, 739, 741, 269.5, 317.1, 460.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. İddiaçı apelyasiya şikayətinin "xxxx" MMC-nin borcunun 77.059,98 manat azaldılmasının və Cavabdeh2 74.596,23 manat borcun tutulmasının təmin edilməməsinin səbəbinin qətnamədə açıqlanmaması barədə dəlillərini kollegiya formal mülahizə kimi qiymətləndirərək, həmin dəlilləri qətnamənin ləğv üçün əsaslı hesab etmir. Belə ki, işin materialları ilə müəyyən edilir ki, iddiaçı özü iddia tələbinin dəyiqiləşdirilməsi barədə verdiyi ərizədə ekspertiza rəyi ilə müəyyən edilmiş borc məbləğinin hansı səbəblərə görə azaltmasını açıqlamamışdır. Lakin müəyyən edilir ki, iddiaçının borcun məbləğini azaltmasının səbəbi ipoteka predmetlərindən 3 ədədinin iddiaçıya bağışlanması olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə alaraq iddiaçı tərəfindən tələb edilən borc məbləğini azaltmaqda haqlı olmuşdur. İddiaçının apelyasiya şikayətinin Cavabdeh2 borc tələbinin təmin edilməməsi barədə qətnamənin əsassız olması barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlil də əsaslı deyil. Belə ki, işin materialları ilə müəyyən edilir ki, iddiaçı 03.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 193.773,33 manat borc tələb etmişdir. İşdən müəyyən olunur ki, həmin kredit müqaviləsinin təminatı olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi 13a saylı fərdi yaşayış evi 03 fevral 2021-ci il tarixli bağışlama müqaviləsi əsasında iddiaçəıya bağışlanmışdır. Həmin əmlakın bağışlanmasından öncə qiymətləndirici tərəfindən 300.000 manat qiymətləndirilmişdir. Göründüyü kimi, iddia tələbi 193.773,33 manat olduğu halda, həmin borcun təminatı kimi iddiaçıya bağışlanmış ipoteka predmetinin qiyməti 300.000 manatdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 borcun tutulmasına dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuş, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İddiaçının borcun təminatı kimi tələb etdiyi iki ədəd ipoteka predmetinə tutulmanın yönəldilməsinin təmin edilməməsinə dair qətnamənin əsassız olması barədə apelyasiya şikayətinin dəlillərini də kollegiya əsassız hesab edir. Belə ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı əsas öhdəliyin mövcudluğunu sübuta yetirə bilmədiyindən, həmin kredit müqaviləsi ilə yüklü edilmiş ipoteka predmetlərinə də tutma yönəldilə bilməz. Qeyd edilənlərə əsasən kollegiya ilk iddia üzrə iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddia tələbinə münasibətdə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, həmin nəticəyə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 25.06.2014-cü il tarixli ipoteka müqaviləsinin ləğvi barədə iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən hesab etmişdir ki, müqavilənin ləğvi barədə tələbin əsaslığı bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində əmələ gəlmiş olur. İşin hallarından da görünür ki, öhdəlik müqavilə tərəfi olan Bank tərəfindən yerinə yetirilməməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də qarşılıqlı iddia rədd edilməlidir. Kollegiya qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirib, qətnamənin həmin hissədə ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslı hesab etmir. Belə ki, apelyator şikayətində işin hallarını sadalasa da, məhkəmənin qətnaməsindəki qanunsuzluğun nədən ibarət olmasını əsaslandırmamış, şikayətdə prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Bu səbəbdən də kollegiya qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apelyasiya şikayəti ilə razılaşmır və hesab edir ki, həmin hissədə qətnamə qanuni və əsaslı olmışdır. Kollegiya ilkin iddia üzrə Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apelyator qətnaməni məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində mübahisələndirir və hesab edir ki, ondan hər hansı bir məbləğdə pul tutulmadığı üçün məhkəmə xərcləri də ona münasibətdə təmin edilə bilməz. Kollegiya apelyatorun dəlilləri ilə razılaşmır. Belə ki, işin materialları ilə müəyyən edilir ki, apelyator kredit müqaviləsi ilə borclu olmuş və həmin kredit müqaviləsi iddiaçı bankın iddiası üzrə hazırki icraat çərçivəsində araşdırmalar aparılmış, ekspertizalar keçirilmiş, qiymətləndirici rəyləri alınmışdır. Apelyatorun kredit borcunun ipoteka predmetinin bağışlanılmasından sonra yekun məhkəmə aktının çıxarılması müəyyən olunduğu üçün, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərini ilkin iddia üzrə Cavabdeh2 da aid etməkdə haqlı olmuşdur. Bu səbəbdən də kollegiya ilkin iddia üzrə Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-46/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar