Məhkəmə qərarları › İş №2(103)-1013/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1013/2023

09.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1013/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı X2 nümayəndəsi X3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzi tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04№-li hərracın yekun nəticələri barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 2957/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 16 yavar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020- ci il tarixli sifarişi ilə “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04 №-li hərracın yekun nəticələri barədə protokol və ona əsasən bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Üçüncü şəxs "xxxx" BOKT ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5229/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2957/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəminə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil vəsatət verərək bildirdi ki, birinci instansiya məhkəməsinə protokola qeyd verilməsinə dair ərizə ilə müraciət etmişdir, odur ki, ərizəyə baxılması üçün mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə vəsatətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı X2 protokola qeyd verilməsinə dair ərizəsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qəraraaldı: İddiaçı X2 protokola qeyd verilməsinə dair ərizəsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar