Məhkəmə qərarları › İş №2(103)-10237/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10237/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10237/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı İddiaçı oğlunun, Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla rəyasət heyətinin qərarının ləğv edilərək etbarsız sayılması, vurulan maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Vəkillər Kolegiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 (iki yüz) manat pul məbləğinin tutulmuş olması üçün 17 mart 2018-ci il tarixində çıxarılmış qərarının ləğv edilərək etibarsız sayılmasına, ondan alınmış maddi ziyan kimi vurulmuş 850 (səkkiz yüz əlli) manat və mənəvi ziyan kimi vurulmuş 10.000 (on min) manat pul məbləğinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh Vəkillər Kolegiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 (iki yüz) manat pul məbləğinin tutulması üçün 17 mart 2018-ci il tarixində çıxarılmış qərarının ləğv edilərək etibarsız sayılmasına, ondan alınmış maddi ziyan kimi vurulmuş 200 (iki yüz) manat pul məbləğinə görə iltizam qəbzin-əqdin etibarsız sayılması, ona vurulmuş 850 (səkkiz yüz əlli) manat və mənəvi ziyan kimi vurulmuş 25.000 (iyirmi min) manat, cəmi 25850 (iyirmi beş min səkkiz yüz əlli) manat pul məbləğinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-il tarixli, 2(005)-3170/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)-3170/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, o, əvvəllər vəkilliyə namizəd olmaqla bir neçə dəfə test imtahanlarında və müsahibədə iştirak etmişdir.Hər imtahanda iştirak etmək üçün Vəkillər Kolegiyasına 200 manat məbləğində pul ödəmişdir. Ümumilikdə ondan alınmış 850 manat pul məbləğinin cavabdehlərdən tutularaq ona qaytarılmasını tələb edir.Odur ki, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir və bildirmişdir ki, Azərbaycan Respublikası Vəkillər X4 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulmuş ödəniş 200 manat məbləğində müəyyən edilmişdir. İddiaçı da vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak etmək üçün nəzərdə tutulmuş məbləği ödəmişdir. Məhkəmə kollegiyası tərəfələrin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)-10237/2021 saylı qətnaməsi mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan ləğv edilməli və mülki işin ictaatına xitam verilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı iddia tələbi cavabdeh Vəkillər Kolegiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 (iki yüz) manat pul məbləğinin tutulması üçün 17 mart 2018-ci il tarixində çıxarılmış qərarının ləğv edilərək etibarsız sayılmasına, ondan alınmış maddi ziyan kimi vurulmuş 200 (iki yüz) manat pul məbləğinə görə iltizam qəbzinəqdin etibarsız sayılmasına, ona vurulmuş 850 (səkkiz yüz əlli) manat və mənəvi ziyan kimi vurulmuş 25.000 (iyirmi min) manat, cəmi 25850 (iyirmi beş min səkkiz yüz əlli) manat pul məbləğinin ona qaytarılmasına dair tələbdir. Kollegiya mübahisənin xarakterini, subyektiv tərkibini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı tələbinə mülki icraat qaydasında baxıla bilməz.Belə ki, müəyyən olunmuşdur ki, iddiaçı, əvvəllər vəkilliyə namizəd olmaqla bir neçə dəfə test imtahanlarında və müsahibədə iştirak etmişdir. Hər imtahanda iştirak etmək üçün Vəkillər Kolegiyasına 200 manat məbləğində pul ödəmişdir.Ümumilikdə ondan alınmış 850 manat pul məbləğinin cavabdehlərdən tutularaq ona qaytarılmasını tələb edir.Həmçinin, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Vəkillər X4 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulmuş ödəniş 200 manat məbləğində müəyyən edilmişdir.İddiaçı da vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak etmək üçün nəzərdə tutulmuş məbləği ödəmişdir. Kollegiya mübahisənin xarakteri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “VƏKİLLƏR KOLLEGİYASİ ÜZVLÜYÜNƏ QƏBULLA BAĞLİ İXTİSAS İMTAHANLARİNİN KEÇİRİLMƏSİ QAYDALARİ” Azərbaycan Respublikası Vəkillər X4 7 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir.Həmin Qərarın 1.1.bəndinə görə Bu Qaydalar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır. 1.2. Qaydalar, qanunvericiliyin tələblərinə cavab verən namizədlərin vəkilliyə qəbulu qaydalarını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası Vəkillər X4 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulmuş ödəniş 200 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasında yeganə qurum olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası “VƏKİLLƏR KOLLEGİYASİ ÜZVLÜYÜNƏ QƏBULLA BAĞLİ İXTİSAS İMTAHANLARİNİN KEÇİRİLMƏSİ QAYDALARİ” nı qəbul etmiş, həmin Qaydalar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır, müəyyən edilmiş həmin Qaydalara və Azərbaycan Respublikası Vəkillər X4 17 mart 2018-ci il tarixli Qərarındakı tələblərə əməl etmədən vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak mümkün deyildir, beləliklə, bu Qaydalar və 17 mart 2018-ci il tarixli Qərar Azərbaycan Respublikasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak etmək istəyən hər kəs üçün məcburidir. Kollegiya qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir.Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinin tələblərinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir; İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin mübahisənin tərəfləri və mahiyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, bu tələblər üzrə cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilən və yuxarıda qeyd olunan inzibati orqanlara, iddiaçının tələbləri isə İnzibati Prosessual Məcəllənin .2.2-ci maddəsində göstərilmiş iddialara aiddir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah edilməlidir ki, cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafıq qaydada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. MPM-in 384.0.5.-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin aktının ləğv edilməsi üçün əsasdır. Eyni zamanda Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, hazırkı tələbi ilə bağlı əvvəllər verdiyi iddia ərizəsinin inzibati məhkəmə icraatı çərçivəsində qəbul edilmiş qərardadla qeyrimümkün sayılması iddiaçının inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yeni iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 385 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)-3170/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla cavabdeh Vəkillər Kolegiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 (iki yüz) manat pul məbləğinin tutulması üçün 17 mart 2018-ci il tarixində çıxarılmış qərarının ləğv edilərək etibarsız sayılmasına, ondan alınmış maddi ziyan kimi vurulmuş 200 (iki yüz) manat pul məbləğinə görə iltizam qəbzin-əqdin etibarsız sayılması, ona vurulmuş 850 (səkkiz yüz əlli) manat və mənəvi ziyan kimi vurulmuş 25.000 (iyirmi min) manat, cəmi 25850 (iyirmi beş min səkkiz yüz əlli) manat pul məbləğinin ona qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafıq qaydada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar