Məhkəmə qərarları › İş №2(103)-10319/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10319/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10319/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Ərizəçi Avdin oğlunun iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(002)- 2861/2021 saylı qərardadından Ərizəçi Avdin oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Avdin oğlu Maraqlı şəxs qismində qeyd etməklə doğum akt qeydində düzəliş edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci ildə Azərbaycan Respublikası Zəngilan rayonu Məmmədbəyli kənd icra nümayəndəliyində tərtib edilmiş doğum akt qeydində “Avdin” ata adı adında “Avdil” kimi düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(002)- 2861/2021 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Ərizəçi Avdin oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(002)-2861/2021 saylı qərardadından şikayət verərək, Qaradağ rayon məhkəməsinin 2(002)-2861/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərardadını ləğv edib,işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Qaradağ Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə əsasən həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Ərizəçi Avdin oğlunun ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə ərizəçinin iddia tələbi doğum akt qeydində ata adına düzəliş edilməsi tələbindən ibarətdir. Mülki prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, məhkəmə xüsusi icraat qaydasında məhz vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitablarında qeydin düzgün olammasının müəyyən edilməsi haqqında işlərə baxır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi doğum akt qeydinin düzgün olmamamsının müəyyən edilməsi ilə deyil, məhz onun doğum şəhadətnaməsində ata adına düzəliş edilməsi ilə bağlıdır. Qeyd edilən qanunvericiliyin təhlilindən aydın olur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə ata adının dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə ərizə məhz akt qeydində ata adına düzəliş edilməsindən ibarət olduğundan, ərizə icraata qəbul edilə bilməz və ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qayatrılmasını qərara almaqla birinci instansiya məhkəməsi haqlı olmuşdur. Göründüyü kimi ərizəçiyə məhkəmə tərəfindən ki, onun doğum akt qeydinə ata adına düzəliş edilməsinə müvafiq qeydiyyat şöbəsi tərəfindən imtina olunduğu halda, yaranmış mübahisənin həlli məqsədilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquq izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(006)- 2861/2021 saylı, 07.09.2021-ci tarixli qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Ərizəçi Avdin oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(006)-2861/2021 saylı, 07.09.2021-ci tarixli il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar