Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10321/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(002)-1661/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(002)- 1661/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh oğluna qarşı evə köçürülmə tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh oğlu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(103)-10321/2021 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin 13 iyul 2021-ci il tarixli qətnaməsindən iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən də apellyasiya şikayəti verilməsi bildirilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(103)-10321/2021 saylı qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(103)-10321/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(002)- 1661/2021 saylı qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(002)- 1661/2021 saylı qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10321/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10321/2021
07.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver