Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1034/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçıın nümayəndəsi X1, Cavabdeh iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(005)-91/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin artırılması və iddianın dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh 103.629,16 manat (bundan 62.000 manat əsas borc və 41.629,16 manat faiz borcu təşkil edən) müqavilə bitdiyi tarixə (yəni 27 yanvar 2017-ci il tarixə olan qalığı, qalan 12120,96 AZN isə 04.12.2017-ci il tarixədək hesablanmış faiz borcu) müqavilə müddəti bitən tarixə 3409,99 manat illik 5% olmaqla cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulmasına və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönəldililərək, evin açıq hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra “X9” Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 24 yanvar 2014-cü il tarixli 2 №-li Kredit müqaviləsi və həmin müqaviləyə 28 yanvar 2014-cü il tarixli Əlavə № 1-ə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 18% ödəmək şərti ilə 36 ay müddətinə 90.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı Bakı filialı ilə Cavabdeh arasında 24 yanvar 2014-cü il tarixli 2 saylı «İpoteka» müqaviləsi imzalanmışdır. Kredit müqavilələrinin 4.1-ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündan 1 ay sonradan başlayaraq hər ayın həmin günü ssuda borcu və ssuda borcuna hesablanmış faizlər də daxil olmaqla 3.253,72 manat kredit ödəməli idi. 28 yanvar 2014-cü il tarixli Kredit müqaviləsinə Əlavə № 1-ə əsasən isə “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündan 1 ay sonradan başlayaraq hər ayın həmin günü ssuda borcuna hesablanmış faizləri və 7-ci aydan etibarən 3.000 manat ssuda və ssuda hesabının qalığına hesablanmış faizləri ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən faizlər ssuda hesabında borc əmələ gələn gündən hesablanır və faizlərin ödənilməsi üçün əsas “Borcalanın” ssuda vəvaxtı keçmiş ssuda hesabından çıxarışlar təşkil edir. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “Kredit müqaviləsi” nin hər-hansı birşərti pozulduqda “Bank” verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilələrin şərtlərinə uyğun olaraq, “Borcalan” 03 mart 2017-ci il tarixədək “Bank”a kredit borcu üzrə cəmi ödəniş olaraq - 140.015,54 manat ödəniş etməli idi. Lakin bu günə kimi “Borcalan” tərəfindən “Bank”a olan borcundan 35.000 manat ödəniş həyata keçirilmişdir. Tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, “Borcalan” “Bank”a illik 23 % ödəməlidir. 03.03.2017-ci il tarixə cavabdehin “Bank”a olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 111.234,46 manat borcu vardır, (bundan 62.000 manat əsas borc və 49.234,46 manat faiz borcu təşkil edir) Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh ilə bağlanmış 24.01.2014-cü il tarixli, 2 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə öz öhdəliklərinin icra olunmasının təmiatı kimi Cavabdeh “İpoteka qoyan”a ona məxsus olan İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evi ipoteka olaraq təqdim etmişdir. İpoteka müqavilələri dövlət qeydiyyatına alınaraq, bu barədə reyestrdə müvafiq qeydlər edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(005)-91/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 62000 (altmış iki min) manat əsas borc, 41629,16 (qırx bir min altı yüz iyirmi doqquz manat on altı qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5%, yəni 3409,99 (üç min dörd yüz doqquz manat doxsan doqquz qəpik) manat, cəmi 107039,15 (yüz yeddi min otuz doqquz manat on beş qəpik) manat məbləğində kredit borcunun İddiaçı Bakı filialının xeyrinə tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərraca çıxarılması, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 293850 (iki yüz doxsan üç min səkkiz yüz əlli) manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və qeyd edilən fərdi yaşayış evi satıldıqdan sonra İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, həmçinin,əmlakın satışından əldə edilən məbləğ hesabına borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(005)-91/2018 saylı qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində qismən ləğv edilib, İddiaçıın cavabdehə qarşı iddia tələbinin tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, onun iştirakı olmadan keçirilmiş məhkəmə baxışında məhkəmə tərəfindən kredit borcunun məbləğini müəyyənləşdirmək üçün ekspertiza təyin olunmuş, ekspert rəyi isə iddia tələbində göstərilən məbləğlər eyni olmadığı halda məhkəmə yenə də iddia tələbində göstərilən məbləği təmin etməklə xüsusi bilik tələb edilən suala özü cavab vermişdir. Bununla da məhkəmə keçirilmiş ekspertizanı əhəmiyyətsiz etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)- 152/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(005)-91/2018 saylı qətnaməsi mübahisələndiriləncavabdehdən 41629,16 manat faiz borcunun və müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5%, yəni 3409,99 manat pulun tutulması hissələrində dəyişdirilərək, Cavabdeh tutulmalı olan faiz borcu 13600 manat, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5% məbləği isə 2583 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən-cavabdehdən 62000 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(102)-3856/2020 saylı qərarı ilə iddiaçı “Bank Milli İran” Bakı Filialının və Cavabdeh kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)-152/2020 saylı qətnaməsi tutulan borc məbləği hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini, faiz borcunun azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçıın nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tutulan borc məbləği hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş materiallarında olan İddiaçı Bakı filialı ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli 2 №-li Kredit müqaviləsi və həmin müqaviləyə 28 yanvar 2014-cü il tarixli Əlavə № 1-ə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 18% ödəmək şərti ilə 36 ay müddətinə 90.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 90000 AZN məbləğində krediti illik 18%-lə, 36 ay müddətinə 7-ci aydan başlayaraq aylıq 3000 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.01.2014-cü il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, 90000 manat kredit məbləği Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında olan İddiaçı Bakı filialı tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, borc məbləğinin qısa müddətdə Banka ödənilməsini tələb olunmuş, əks halda qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 03.03.2017-ci il tarixli arayışdan görünür ki, borcalan Cavabdeh 24.01.2014-cü tarixli kredit müqaviləsi üzrə 03.03.2017-ci il tarixə əsas borcu 90000 manat, faiz borcu 50.015,54 manat, cəmi kredit üzrə borcu 140.015,54 manat təşkil edir. İş materiallarında olan 10.08.2017-ci il tarixli arayışdan görünür ki, borcalan Cavabdeh 24.01.2014-cü tarixli kredit müqaviləsi üzrə 10.08.2017-ci il tarixə əsas borcu 90000 manat, faiz borcu 56.234,46 manat, cəmi kredit üzrə borcu 146.234,46 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən özünün təyin etdiyi mühasibatlıq ekspertizasının rəyinə əsasən 24.01.2017-ci il tarixinə cavabdehin əsas borcunun 90000 manat, faiz borcunun 13600 manat olmasını, bu səbəbdən əsas borc üzrə məbləğin iddia tələbi həcmində tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmiş, eyni zamanda faiz borcunu ekspert rəyində göstərilən məbləğə dəyişdirmişdir. Həmçinin apellyasiya məhkəməsi müqavilə müddəti bitdikdən sonra, yəni 17.01.2017-ci il tarixdən 04.12.2017-ci il tarixədək tələb olunan illik 5% məbləğin miqdarının 2583 manat (62000 manat x 5%=31000:12 x 10 ay=2583 manat) müəyyən edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə də dəyişdirmişdir. Borcun məbləği hissədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Müqavilə müddəti bitdikdən sonra tələb olunan 5% məbləğin miqdarının müəyyən edilməsi xüsusi bilik tələb edən sahəyə aiddir. İş üzrə təyin edilmiş ekspertiza qarşısında isə həmin hissədə borcun nə qədər olması barədə sual qoyulmadığı üçün, həmin tələb üzrə borcun nə qədər olması da ekspertiza tədqiqatından kənarda qalmışdır. Göstərilən nöqsanlar aradan qaldırılmalı, zərurət olarsa, əlavə və ya təkrar ekspertiza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan olan cavabdeh kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlıvaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh X2 borcunun yoxlanılması ilə bağlı apellyasiya mərhələsində məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, rəy alınmışdır. Ekspert qarşısında qoyulmuş suallar maliyyə arayışında qeyd olunmuş əsas və faiz borcunun yoxlanılması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının 24.02.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/2259 saylı rəyinə əsasən Cavabdeh 27.01.2017-ci il tarixə əsas borcu 90000 manat, faiz borcu 13600 manat (illik 18%-lə), 05.03.2018-ci il tarixə əsas borcu 90000 manat, faiz borcu 13600 manat (illik 18%-lə), faiz borcu 4975,0 (illik 5%-lə) təşkil edir. 05.03.2018-ci il tarixdən sonra 54000,0 manat ödəməsi nəzərə alınmaqla, 27.01.2017-ci il tarixə əsas borcu 49600,0 manat, faiz borcu 0,0 manat, 05.03.2018-ci il tarixə əsas borcu 54575,0 manat, faiz borcu 0,0 manat (illik 18%-lə), faiz borcu 0,0 manat (illik 5%-lə) təşkil edir. Kollegiya hesab etmişdir ki, cavabdehin vəsatətdə qeyd etdiyi hallar, yəni iddiaçı tərəfindən sonuncu artırmada əsas borc 62000 manat qeyd olunduğu halda, ekspert tərəfindən 90000 manat qeyd olunmasına aydınlıq gətirilməsi üçün, tərəflərin iştirakları təmin olunmaqla, təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə kollegiyasının 01.09.2021-ci il tarixli qərardadı ilə tərəflərin iştiraklarının təmin olunduğu təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 9/6652 saylı rəyinə əsasən Cavabdeh 27.01.2017-ci il tarixə əsas borcu 62000 manat, faiz borcu 37342 manat, 05.03.2018-ci il tarixə əsas borcu 62000 manat, faiz borcu 37342 manat, faiz borcu 3427,2 (illik 5%-lə) təşkil edir. 05.03.2018-ci il tarixdən sonra 26.09.2018-ci ildə 51000 manat, 14.12.2018-ci ildə 3000 manat olmaqla, cəmi 54000,0 manat ödəməsi nəzərə alınmaqla, banka olan əsas borcu 19000 manat (62000-43000), faiz borcu 26342 manat (37342- 11000), 27.01.2017-ci il tarixdən 05.03.2018-ci il tarixə əsas borcu 3427,2 manat (illik 5%-lə) təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə borcun müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, ekspert rəyi nəzərə alınmaqla, Cavabdeh 19000 manat əsas borc, 26342 manat məbləğində faiz borcu tutulmalıdır. Ekspert rəyində 27.01.2017-ci il tarixdən 05.03.2018-ci il tarixə əsas borc 3427,2 manat (illik 5%-lə) təşkil etdiyi halda, iddia tələbində həmin məbləğ 3409,99 manat qeyd olunduğundan, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb daxilində işə baxdığından, 27.01.2017-ci il tarixdən 05.03.2018-ci il tarixə olan illik 5%-lə olan faiz 3409,99 manat götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddia mübahisələndirilən hissədə qismən təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə iddianın təmin edilmiş hissəsinə münasib 13,8 manat dövlət rüsumu tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatı dəyəri olan 480 manatın 220 manatı Cavabdeh, 260 manatı İddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(005)-91/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilsin. Cavabdeh 19000 (on doqquz min) manat əsas borc, 26342 (iyirmi altı min üç yüz qırx iki) manat məbləğində faiz borcu, 27.01.2017-ci il tarixdən 05.03.2018-ci il tarixə faiz borcu 3409,99 (üç min dörd yüz doqquz manat doxsan doqquz qəpik) manat (illik 5%-lə), cəmi 48751,99 (qırx səkkiz min yeddi yüz əlli bir manat doxsan doqquz qəpik) manat məbləğində kredit borcu və 13,8 (on üç manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı Bakı filialının xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 480 (dörd yüz səksən) manatın 220 (iki yüz iyirmi) manatı Cavabdeh, 260 (iki yüz altmış) manatı İddiaçı-dan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1034/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1034/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver