Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1035/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsi X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı “ipoteka borcunun ödənilməsini əmlaka yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli, AK-302 saylı kredit müqaviləsinə əsasən 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 7.059,47 manat faiz, 4.407,28 manat cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 632.80 manat borc, ümumilikdə isə 44.615,31 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və “X15” ASC-dən tutulmasına; tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələblərinin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli, AK-302 saylı kredit müqaviləsinə əsasən 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5552.75 manat faiz, 8352.92 manat cərimə, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikcirilmiş vaxt üçün illik beş faiz olmaqla 1658.84 manat borc, ümumilikdə isə 48080.27 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və “X15" ASC-dən tutulmasına; tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi 03.11.2020-ci il tarixdə iddia tələblərinin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli, AK-302 saylı kredit müqaviləsinə əsasən 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5552.75 manat faiz, 8352.92 manat cərimə, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikcirilmiş vaxt üçün illik beş faiz olmaqla 1658.84 manat borc, ümumilikdə isə 48080.27 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və “X15" ASC-dən tutulmasına; tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı 06.08.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cəmi 52.319,54 (əlli iki min üç yüz on doqquz manat, 54 qəpik) manat – bundan 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat əsas, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat faiz, 11.344,67 (on bir min üç yüz qırx dörd manat, 67 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər X8 və “X15” ASC-dən müştərək qaydada tutulması;X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilə yönəldilməsi; Həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması; Satışdan əldə olunmuş vəsaitin 14 noyabr 2011-ci il tarixli, AK-302 nömrəl kredit müqaviləsi üzrə borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər X8 və "X15” ASC-dən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında arasında 14 noyabr 2011-ci il tarixində kredit verilməsi haqqında AK302 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 qızma ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzili 14.11.2011-ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X15” ASC ilə ‘Texnikabank" ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında" müqaviləyə əsasən “X15" ASC Cavabdeh1 Bank qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 04.03.2020-ci il tarixinə Banka 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 7.059,47 manat faiz, 4.407,28 manat cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 632,80 manat borc, ümumilikdə isə 44.615,31 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cəmiyyətə dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə Borclu arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X15” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 2.12-ci bəndində qeyd edilmişdir ki: “Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti” məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank" ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətir” bankda olan hesabından, ona xəbərdalıq etməklə silir. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. "Şirkəfin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir".Göründüyü kimi 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqavilə üzrə “X15” ASC və Cavabdeh1 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 7.059,47 manat faiz, 4.407,28 manat cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 632,80 manat borc, ümumilikdə isə 44.615,31 manat üzrə birgə məsuliyyət daşıyırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu manat olmaqla, cəmi 17827,38 (on yeddi min səkkiz yüz iyirmi yeddi manat 38 qəpik) manat və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan “Texnikabank" ASC-dən tutularaq, "X14" MMC-nin hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan “Texnikabank" ASC-dən tutularaq, "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 saylı iş üzrə 10 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsinə düzəliş edilmiş, qətnamənin nəticəvi hissəsinin ikinci abzası aşağıdakı kimi oxunması: Cavabdeh1 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu manat olmaqla, cəmi 42.974,87 (qırx iki min doqquz yüz yetmiş dörd manat 87 qəpik) manat və 30 manat dövlət rüsumu Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Qətnamədən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, sözügedən qətnamə “tutmanın ipoteka predmetinə yönəldilməməsi”, “borc məbləğinin cavabdeh "xxxx" ASC-dən tutulmaması”, “cərimə borcu” tələbinin azaldılması və qiymətləndirmə ekspertizalarının xərclərinin iddiaçıdan tutulması hissələrində qanunsuz, əsassız, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması nəticəsində qəbul edildiyindən aşağıdakı əsaslarla qeyd edilən hissələrdə ləğv edilməli və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamədə səhvə yol verilmişdir. Belə ki, qətnamə qismən təmin olunarkən borc məbləği səhv hesablanmış, ümumi borc məbləği “42.974,87 manat” əvəzinə “17.827,38 manat” qeyd edilmişdir. Bununla bağlı 28.10.2021-ci il tarixində tərəflərindən Nərimanov Rayon Məhkəməsinə qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsinə dair ərizə göndərilmişdir. İpoteka qeydiyyata alınmadıqda iddia ərizəsi həmin hissədə rədd edilməli deyil, baxılmamış saxlanılmalı idi. Göründüyü kimi, tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, lakin qeydiyyata alınmamışdır. Bu halda həmin müqavilə qeydiyyata alındıqdan sonra iddiaçımüvafiq qaydalara əməl etdikdən sonra tutmanın yönəldilməsi üçün müraciət edə bilər. Halbuki, iş materiallarında olan Texnikabank" ASC ilə Cavabdeh1 arasında arasında 14 noyabr 2011ci il tarixində kredit verilməsi haqqında AK-302 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 qızma ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlımənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “X15"xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən “X15" ASC X6 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Belə ki, iş materiallarında olan İddiaçı ASC (indi ləğv prosesində olan İddiaçı ASC) ilə "xxxx" ASC arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. “Birgə fəaliyyət haqqında” Müqavilənin 1.1-ci bəndinə əsasən, onun predmetini müqaviləyə görə tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakımənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdikləri mənzillərin satışının “Bank” tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. “Birgə fəaliyyət haqqında” Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə mənzil satışının həyata keçirilməsi üzrə tərəflərin birgə fəaliyyətinin əsaslarını, onların hüquq və vəzifələrini, habelə mülki-hüquqi məsuliyyətini müəyyən edir. İşin sənədlərlə müəyyən edilən hallarından göründüyü kimi "xxxx" ASC özünəməxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqdan ibarət çoxmərtəbəli yaşayış kompleksində yerləşən evin Cavabdeh1 satılması ilə bağlımənzilin dəyərinin kreditləşdirilməsi ilə əlaqədar tərəflər arasında qarşılıqlı öhdəliklər təşkil edir. “Birgə fəaliyyət haqqında” Müqavilənin 2.4-cü maddəsinə əsasən, mənzilin satışının kreditləşdirilməsinin şərtləri “Bank”ın yalnız öz mülahizəsinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur. Bundan başqa, “Birgə fəaliyyət haqqında” Müqavilənin 2.5-ci maddəsində, kredit müqaviləsində mənzilin kreditləşdirilməsinin şərtləri müəyyən olunarkən “Bank” krediti ən çoxu 20 (iyirmi) il müddətinə qədər və kredit faizi illik 12 (on iki) faizdən çox olmamaqla verilməsi nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən "xxxx" ASC qabaqcadan razılaşmışdır ki, onlardan alınan mənzillər kreditləşdirilərkən müddət 20 ilə qədər, faiz həcmi isə 12 faizdən çox olmamalıdır (mübahihəsələndirilən kredit müqaviləsində olduğu kimi). Kreditin məbləği isə "xxxx" ASCdən alınan evin dəyəri olduğundan və "xxxx" ASC qiymətləri özü müəyyən etdiyindən kredit məbləği barədə qabaqcadan məlumatlı olmuşdur. Bütün kredit müqavilələrində isə valyuta Azərbaycan manatımüəyyən edilmişdir. “Birgə fəaliyyət haqqında” Müqavilənin şərtlərindən də görünür ki, "xxxx" ASC gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilə mövcud qanunvericilikdə zaminliklə bağlı olan normaların mahiyyətini özündə tam ehtiva etdiyinə görə zaminlik müqaviləsi kimi qiymətləndirilməlidir. Mülki Məcəlləsinin 470.2ci bəndinə əsasən Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. “Birgə fəaliyyət haqqında” Müqavilənin 2.12-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda “Bank”ın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onu imzalaması, lakın məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq "xxxx" ASC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir. “Birgə fəaliyyət haqqında” Müqavilənin 2.14-cü bəndinə əsasən, “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar və “Bank”a girov saxlayan kimi mənsub olmuş hüquqlar “Şirkət”ə keçir. “Birgə fəaliyyət haqqında” Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdə qüvvəyə minir və 20 (iyirmi) il müddətində qüvvədədir. “Birgə fəaliyyət haqqında” Müqavilənin 5.3-cü bəndinə əsasən, tərəflərdən heç biri bu müqaviləni birtərəfli qaydada ləğv edə və müqavilə üzrə öhdəliklərin icrasından birtərəfli qaydada imtina edə bilməz. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliyini lazımı şəkildə yerinə yetirə bilməyəcəyi təqdirdə, "xxxx" ASC kredit məbləğinin qaytarılması üçün öhdəlik götürmüşdür. Bundan əlavə, məlum olduğu kimi Bank peşəkar maliyyə təşkilatıdır və məqsədi minimum risklə maksimum gəlir əldə etməkdir. Bu səbəbdən Bank tərəfindən, o halda kredit ayrılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən yerinə yetirə bilmədiyi təqdirdə həmin öhdəlik böyük maliyyə dövriyyəsinə sahib olan şirkət-"xxxx" ASC tərəfindən yerinə yetirilsin. Həmçinin, qanunvericiilik zaminliyin xitamı əsasları kimi yalnız aşağıdaki müddəaları müəyyən etmişdir. Lakin bu əsaslardan da heç biri hazırki işdə tətbiq edilə bilməz. Hazırkı iş üzrə cavabdehin kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozması, onları lazımınca icra etməməsi və aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində Banka qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cərimə məbləğinin tənəsübü müəyyənləşdirilirkən kreditorun mənafeləri və bütün əsaslı mənafelərin nəzərə alınması tələb olunur. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan normanın tələbinə riayət etməmişdir. Belə ki, tərəflərin sərbəst iradə ifadələri ilə cərimə məbləğinin müəyyən edilməsi, müqavilə üzrə borcluya kredit verilməsi və borclunun öhdəliklərini vaxtında üzrlü səbəb göstərmədən icra etməməsi, Bank təşkilatı olan kreditora həmin borcun qaytarılmamasına görə dəymiş ziyan nəzərə alınmamışdır. Məhkəmələrin qeyd olunan halları nəzərə alınmadan cərimə borcunun tənəsübsüz sürətdə yüksək oluğu qənaətinə gəlməsi əsassızdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylıƏlavəyə uyğun olaraq (cədvələ əsasən) həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu Müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Həmin Müqavilənin müddəalarına əsasən, bu Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və ya lazımınca icra etmədikdə müəyyən edilmiş dəbbə pulu və zərərin əvəzini “Kreditor”a ödəmək “Borc alan”ın vəzifəsidir. Göründüyü kimi, iddiaçı Bankın cavabdehdən cərimə üzrə 11.344,67 manat (on bir min üç yüz qırx dörd manat, altmış yeddi qəpik) pulun tutulmasına dair iddia tələbi Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır və iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Lakin, birinci instansiya məhkəməsi bütün bunları və kreditorun həm əmlak həmdə əsaslımənafelərini nəzərə almayaraq maddi hüquq normasının tələblərini pozmuşdur. Bundan əlavə, “Aztelekom” İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, “Mülki hüquq mübahisəsinin qanuni və əsaslı həlli üçün həm tətbiq olunmalı olan hüquq normaları, həm də öhdəliklərin götürülməsi və icrası ilə bağlı hüquqi nəticələr yaradan, tərəflər arasında bağlanmış müvafiq müqavilələrin müddəaları diqqətəlayiqdir. Tərəflərin öhdəliklərinə dair müqavilələrin müddəalarını təhlil etmək, sonra isə onları nəzərə alaraq qanunvericiliyin normalarını düzgün tətbiq etmək ümumi məhkəmələr üçün olduqca vacibdir”. Ümumiyyətlə, müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə mənfəət vergisi, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı cərimənin həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsi X3 oxşar münasibətlər üzrə kassasiya instansiya məhkəməsinin qərarını təqdim edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında münasibətlər zaminlik münasibətləri olmadığından oxşar münasibətlər üzrə kassasiya instansiya məhkəməsinin mövqeyi ilə razı deyillər. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə iddiaçı mübahisələndirməklə, həmin hissə ilə bağlı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qətnaməsi iddia tələbinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissədə qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu manat olmaqla, cəmi 42.974,87 (qırx iki min doqquz yüz altı manat 87 qəpik) manat və 30 manat dövlət rüsumu Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Texnikabank” ASC ilə Cavabdeh1 arasında arasında 14 noyabr 2011-ci il tarixində kredit verilməsi haqqında AK-302 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 qızma ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. İş materiallarında 14 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzili 14.11.2011 -ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “X15” ASC ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən “X15” ASC X6 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 30.07.2021-ci il tarixli İddiaçı ASC-ni maliyyə arayışından görünür ki, 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 27 iyul 2021-ci il tarixə yaranmış tələb; cəmi 52.319,54 (əlli iki min üç yüz on doqquz manat, 54 qəpik) manat – bundan 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat əsas, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat faiz, 11.344,67 (on bir min üç yüz qırx dörd manat, 67 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadından görünür ki, ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı bildiriş pretenziyadan görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli 9/5354 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 42.997,32 manat məbləğində müqavilə müddətindən sonra illik 5 faiz hesablanmaqla 04.03.2020-ci il tarixə banka olan borcu 43.653,87 manat təşkil edir. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli “X16”inin SEM/Y 07-007/21 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilin likvid qiyməti 42000 (qırx iki min) manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli “Əmlak Ekspert Mərkəz”inin ƏEM/A 97- 653/21 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilin likvid qiyməti 29 iyun 2021-ci il tarixə bazar dəyəri 55 000 (əlli beş min) manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli 9/3415 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011 -ci il tarixli AK-302 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X5 14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 42.997,32 manat məbləğində və müqavilə müddətindən sonra illik 5% hesablanmaqla 21.10.2020-ci il tarixə (sualda göstərilən tarixədək) banka olan borcu 44718,42 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC Cavabdeh1 arasında 14 noyabr 2011-ci il tarixində kredit verilməsi haqqında AK-302 saylı kredit müqaviləsi bağlanmışdır Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 qızma ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzili 14.11.2011 -ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X15” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən “X15” ASC Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı ASC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası dəbbə borcu ilə əlaqədar qeyd edir ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhədliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəcəkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir edəcəkdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən istənilən penya hissəsində birinci instasniya məhkəməsi tərəfindən işin faktiki halları, götürülmüş kreditin və hesablanmış faiz borcunun məbləğini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, 11.344,67 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 2000 manata endirilməlidir. Məhkəmə kollegiyası tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilə yönəldilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzili 14.11.2011-ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilsə də, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1- ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında 29 mart 2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü-özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Ona görə də iddianın “tələbin Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilinə yönəldilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia üzrə tələb olunan məbləğin “X15" ASC-dən tutulmasının rədd edilməsi hissəsi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, bankla tikinti şirkəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2-ci maddəsinə görə şirkət kreditin verilməsi üçün zəruri olan sənədlərin “banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2- ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsinin olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır. Həmin müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir. Həmin müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. Həmin müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “şirkət” öz üzərinə götürür. Bu halda “şirkət” borcalanın “bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “bank”a ödənilənə qədər qüvvədədir. Müqavilənin 2.14-cü maddəsinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını müəyyən edən 390-cı maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. (390.4) Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5) Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. (390.6) Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. (390.7) Kollegiya hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1) Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. (470.2) Şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında qanunun tələblərinə uyğun zaminlik müqaviləsinin bağlanmaması əsası ilə şirkətə münasibətdə iddianın rədd olunmasını qanuni hesab edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından ona münasibətdə iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu manat olmaqla, cəmi 42.974,87 (qırx iki min doqquz yüz altı manat 87 qəpik) manat Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı ilkin olaraq qeyd edir ki, qanunda zaminlik müqaviləsi üçün göstərilən müddət kəsici müddət olduğundan onun tətbiqi üçün ərizə verilməsinə lüzum olmasa belə, kolegiya hesab edir ki, ərizə əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 95 ay müddətinə 14 noyabr 2011-ci il tarixdə bağlanmışdır. Belə olan halda iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə məhkəməyə 14 oktyabr 2020-ci il tarixədək müraciət etmək hüququ var. İddiaçı da öz hüququndan istifadə edərək məhkəməyə 10.06.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanunla müyyən edilmiş iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulmalıdır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qətnaməsi iddia tələbinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu manat olmaqla, cəmi 42.974,87 (qırx iki min doqquz yüz altı manat 87 qəpik) manat və 30 manat dövlət rüsumu Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə mübahisələn qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qətnaməsi iddia tələbinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid rədd edilməsi hissəaində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu manat olmaqla, cəmi 42.974,87 (qırx iki min doqquz yüz altı manat 87 qəpik) manat və 30 manat dövlət rüsumu Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qətnamə mübahisələn qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1035/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1035/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver