Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10382/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Cəfərov İlqar Ağaqulu oğlunun, Cavabdeh3 nümayəndəsi Bəşirov Rauf Səfər oğlunun iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3515/2021 saylı 11 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “MEQA SİTİ HOLDİNQ MMC”-nin ünvan 1 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 114,4 kv.m qeyriyaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış 2014-cü il tarixli alqısatqı müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Yeni Yasamal yaşayış massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının birinci mərtəbəsində sahibliyində olan, təmir etdiyi mübahisələndirilən sahənin özgəninkiləşdirilməsi, istifadəyə maneələr yaradılması, qapının özbaşına açar gözlüyünün dəyişdirilməsi, alqı-satqı edilməsi, müdaxilə edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli 2(003)-3515/2021 saylı qərardadı ilə İddiaçı Yeni Yasamal yaşayış massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının birinci mərtəbəsində sahibliyində olan, təmir etdiyi mübahisələndirilən sahənin özgəninkiləşdirilməsi, istifadəyə maneələr yaradılması, qapının özbaşına açar gözlüyünün dəyişdirilməsi, alqı-satqı edilməsi, müdaxilə edilməsinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh3 şikayətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilərək vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilməsi və ya şikayətin işlə birlikdə baxılması üçün Apelyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli 2(003)-3515/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi Bəşirov Rauf Səfər oğlu şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini, İddiaçı nümayəndəsi və vəkili Cəfərov İlqar Ağaqulu oğlu isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3515/2021 saylı 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. İş materiallarından görünür ki, məhz iddiaçının iddia tələbi məhz “MEQA SİTİ HOLDİNQ MMC”-nin ünvan 1 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 114,4 kv.m qeyriyaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış 2014-cü il tarixli alqısatqı müqavilənin etibarsız sayılmasından ibarətdir; bu səbəblə də, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə nail olmaq, habelə qanunsuz olaraq digər şəxslərə özgənkiləşdirilməsinin qarşısının alınması üçün iddianı təmin tədbirinin görülməsi zəruri olmuş və bu, iddianı təmin etmə tədbiri institutunun yuxarıda qeyd olunan məqsədinə xidmət etmişdir. Buna görə də kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı Yeni Yasamal yaşayış massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının birinci mərtəbəsində sahibliyində olan, təmir etdiyi mübahisələndirilən sahənin özgəninkiləşdirilməsi, istifadəyə maneələr yaradılması, qapının özbaşına açar gözlüyünün dəyişdirilməsi, alqı-satqı edilməsi, müdaxilə edilməsinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərə qadağan edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3515/2021 saylı 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3515/2021 saylı 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10382/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10382/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver