Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10423/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2021 saylı 10 sentyabr 2021-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh1 oğlu ilkin iddia üzrə Cavabdeh2 qarşı maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən bakı şəhəri, Mirzə Cabbar Məmmədzadə küçəsi 22 nömrəli ünvanda olan evin 2 yaşayış otaına giriş çıxışına mane olan beton və digər maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsi və bunla əlaqədar olaraq cavabdeh tərəfindən onlara vurulmuş 8000 manat məbləğində maddi və mənəvi zərərin və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 oğluna qarşı maneənin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cəfərov Ağadai Feyzulla oğlundan və Quliyeva Muzərrəf Feyzulla qızından müştərək qaydada 18.01.2018-ci il tarixdən başlayaraq hal-hazırki dövrə qədər, yəni 23.07.2021-ci il tarixinədək aylıq 350 manat olmaqla, 42 ay müddətində tərəfindən ödənilmiş 14800 manat kirəyə pulunun, ailə üzvləri, onun, qoca anası, 4 azyaşlı uşağı, həyat yoldaşından ibarət 7 nəfərlik ailə üzvlərinin keçirdiyi mənəvi əzablara və sarsıntılara görə 5000 manat mənəvi zərərin və 31 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2021 saylı 10 sentyabr 2021ci il tarixli qərardadına əsasən məhkəmə ekspertizası rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Qərardaddan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 şikayət verərək qərardadının dayandırılması hissəsində ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2021 saylı 23 sentyabr 2021ci il tarixli qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 şikayət etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2021 saylı 10 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. İş üzrə icraatın dayandırlması hissəsi ilə bağlı şikayətinin dəlilinə gəldikdə kollegiya hesab edir ki, iş üzrə ekspertin iş üzrə rəy verməsi müəyyən vaxt tələb etdiyindən, həmçinin qanunvericilikdə mülki işlərə baxılma müddəti 3 ay həddində müəyyən edildiyindən, hazırki mülki işin icraatı rəy alınanadək dayandırılması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. İş üzrə icraatın dayandırlması hissəsi ilə bağlı şikayətinin dəlilinə gəldikdə kollegiya hesab edir ki, həmin hissədə də şikayətini dəlili əsaslı olmamaqla təmin edilə bilməz. Belə ki, hazırki iş üzrə xüsusi bilik tələb olunan suallara iş üzrə təyin edilmiş müvafiq ekspertiza nəticəsində aydınlıq gətirilməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün qanunla müəyyən edilmiş vasitələrdən biridir. Belə olan halda ekspertizanın keçirilməsi yuxarıda qeyd edildiyi kimi, qeyri-müəyyən vaxt civarında ola biləcəyindən hazırki iş üzrə icraatın dayandırılması qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2021 saylı 10 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4487/2021 saylı 10 sentyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10423/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10423/2021
20.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver