Məhkəmə qərarları › İş №2(103)-1051/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1051/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1051/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, X3 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi, İddiaçı, Cavabdeh3 X11 X9 Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X12" MMC-yə, Cavabdeh2nə və "Cavabdeh3" BOKT ASC-yə qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2295/2019 saylı, xx xxxx 2019- cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasinda baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2295/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Sarışı X12” X2, Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh3 X11 Təşkilatı X6rşı “çıxarışın ləğv edilməsi və xidmət haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2295/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı iddia ərizəsi ilə oxşar məzmun təşkil edən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan daşınmaz əmlak barədə icra işinin başlanması, eləcə də ilkin və təkrar hərracın keçirilməsinin yeri və vaxtına dair ona heç bir məlumat və bildiriş təqdim edilməmişdir. Bu barədə cavabdeh tərəfin təqdim etdiyi sübutlar əsaslı hesab edilə bilməz. Ziddiyyətli olduğundan onların mötəbərliyi ciddi şübhələr yaradır. Hərrac iddia ərizəsində qeyd olunduğu kimi “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin kobud şəkildə pozulması yolu ilə həyata keçirilmişdir. İşə səthi yanaşıəlmış, mülki iş üzrə bütün maraqlı tərəflər, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti işə cəlb edilməmiş, məhkəmə qətnaməsinin nəticə hissəsində iddia tərəfin protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbləri barədə yekun qərar qəbul edilmədən tələskənliyə yol verilmişdir. Beləliklə də, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının tələbləri, nəticədə isə iddiaçının hüquqları və qanunla qorunan mənafeləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2295/2019 saylı, xx xxxx 2019- cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh3 X11 X9 Cəmiyyətinin nümayəndəsi X7 məkhəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etirz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2295/2019 saylı, xx xxxx 2019- cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)- 5814/2016 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, Cavabdeh3 X11 X9 Cəmiyyətinin İddiaçı qarşı kredit müqaviləsi üzrə hesablanmış borcun tutulması bə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24.692,76 (iyirmi dörd min altı yüz doxsan iki dollar yetmiş altı sent) ABŞ dolları əsas, 2.669 (iki min altı yüz altmış doqquz) ABŞ dolları faiz borcu, 4.025 (dörd min iyirmi beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 31.417,66 (otuz bir min dörd yüz on yeddi dollar altmış altı sent) ABŞ dolları, eləcə də dövlət rüsumuna görə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Cavabdeh3 X11 X9 Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli ünvanda istifadədə olan evə yönəldilməsi, həmin evin açıq hərracdan satılmasına və satışdan əldə olunan pul vəsaitinin qeyd olunan pul tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müvafiq qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh3 X11 X9 Cəmiyyətinin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24.692,76 (iyirmi dörd min altı yüz doxsan iki dollar yetmiş altı sent) ABŞ dolları əsas kredit borcu, 1.969 (bir min doqquz yüz altmış doqquz) ABŞ dolları faiz borcu, 2.000 (iki min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28.661,76 (iyirmi səkkiz min altı yüz altmış bir dollar yetmiş altı sent) ABŞ dolları məbləğində borc ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ilkin satış qiyməti 45.000 (qırx beş min) manat olan ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli ünvanında istifadədə olan evə yönəldilməsi və həmin evin açıq hərracdan satışmdan əldə olunan pul vəsaiti hesabına İddiaçı Cavabdeh3 X11 X9 Cəmiyyətinə 28.861,76 (iyirmi səkkiz min səkkiz yüz altmış bir dollar yetmiş altı sent) ABŞ dolları miqdarında borcu və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir; İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(103)- 1253/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)- 5814/2016 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)- 5814/2016 nömrəli qətnaməsinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilərək mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli evin ilkin satış qiymətinin 80.000 (səksən min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndiriiən hissədə dəyişdirilmədən saxlanılması və cavabdehdən dövlət büdcəsinə 50 (əlli) manat ekspertiza xərcinin tutulması qət edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” X1 açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli 01 nömrəli və xx xxxxxx 2018-ci il tarixli 01/2 nömrəli bildirişlərin surətlərindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli evin 80.000 (səksən min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” X1 açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli 01 nömrəli və xx xxxxxx 2018-ci il tarixli 01/2 nömrəli bildirişlərin surətlərindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli evin 80.000 (səksən min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir; İş materiallarında olan müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildirişlərin ünvana çatdırılması “qapı bağlıdır” qeydi ilə mümkün olmamışdır; İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” X1 açıq hərracın keçirilməsinə dair xx xxxxxxxx 2018-ci il tarixli 02 və xx xxxxxxxx 2018-ci il tarixli 02/2 nömrəli bildirişlərin surətlərindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli evin 68.000 (altmış səkkiz min) manat məbləğində (80.000- 15%=68.000) açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir; İş materiallarında olan müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildirişlərin ünvana çatdırılması və “qonşuların həmin şəxsi tanımaması” qeydi ilə mümkün olmamışdır; İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” X1 Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 X11 X9 Cəmiyyətinə və İddiaçı ünvanladığı xx xxxxxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, müvafiq icra şöbəsinin xx xxxx 2018-ci il tarixli 9307- 146722/17 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxxx 2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir; İş materiallarında olan Hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli 68/01 nömrəli protokolun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli fərdi yaşayış evi 80.000 (səksən min) manat məbləğində ilkin hərrac qiyməti, 68.000 (altmış səkkiz min) manat məbləğində təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 51.000 (əlli bir min) manat dəyərində tələbkar, yəni Cavabdeh3 X11 X9 Cəmiyyətinə təklif edilmişdir; İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli fərdi yaşayış evi 51.000 (əlli bir min) manat məbləğində qiymətə Cavabdeh3 X11 X9 Cəmiyyəti tərəfindən əldə edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” X1 Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh3 X11 X9 Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, müvafiq icra şöbəsinin xx xxxx 2018-ci il tarixli 9307-146722/17 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli fərdi yaşayış evini 51.000 (əlli bir min) manat dəyərində alıcı Cavabdeh3 X11 X9 Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X8 əldə etmişdir; İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh3 X11 X9 Cəmiyyəti tərəfindən Bakı şəhəri Cavabdeh2 bank hesabına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016- cı il tarixli 2(008)- 5814/2016 nömrəli qətnaməsinə əsasən satışdan əldə edilən fərq İddiaçı qaytarılmasını nəzərdə tutan ödəniş həyata keçirilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 X11 X9 Cəmiyyətinə məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır; Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli fərdi yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər iddiaçı şəxsə göndərilmiş və bunu təsdiq edən müvafiq poçt xəbərnaməsi mövcuddur. Qapının bağlı olması isə müvafiq hərrac təşkilatının iddiaçı şəxsi məlumatlandırmaması ilə bağlı məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” X4 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. İddia tələbində hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı üçün heç bir əsas olmadığından, onun nəticəsi kimi çıxarışın ləğvi də təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq aşağıdakı normaları tətbiq etmişdir: «İpoteka Haqqında» Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin qanunun 44-cü maddəsinə görə,bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfındən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu mad.). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2, 41.3,41.5-ci mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyini də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hərracların təşkili və keçirilməsi barədə bildiriş ipoteka qoyana göndərilmiş, lakin qapının bağlı olması ilə əlaqədar müvafiq qeydlər edilməklə məktub geri qaytarılmışdır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında olan mövqeyinə uyğun olaraq qeyd edilməlidir ki, hərrac təşkilatı hərracın keçirilməsi ilə bağlı bildirişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə bağlı vəzifəsi yoxdur. Məhz hərrac barədə məlumatlarin KİV vasitəsi ilə elan edilməsi eyni zamanda ipoteka qoyana hərracda iştirakla bağlı məlumatlandırılması nəticəsinə gəlməyə imkan verir. İşin halları ilə təsdiq olunur ki, iddiaçı borcun tutulması və tələbin əmlaka yönəldilməsinə dair verilmiş iddiaya məhkəmə qaydasında baxılmasında iştirak etmişdir. Hər bir halda iddiaçıya aşkar olaraq aydın olmuşdur ki, ipoteka predmetinin hərraca çıxarılması mütləqdir. Belə olan halda mülkiyyətində olan əmlakın taleyi ilə maraqlanmaq və bank qarşısında kredit öhdəliyinin icra etmək vəzifəsi olmuşdur. Lakin o, nəinki həmin vəzifələrini yerinə yetirməmiş, sonradan hazırkı iddia tələbinin irəli sürülməsi ilə bağlı özü üçün əsas yaratmağa çalışmışdır. Müəyyən edilmişdir ki, yalnız ipoteka saxlayana edilmiş təklifin qəbul edilməsi ilə bağlı ümumi hərracın yekunlarına görə protokolun tərtib olunması üçün hərracdan kənar müqavilənin bağlanması təşkil edilmişdir. Mülki qanunvericilikdə edilmiş təklifin qəbulu ilə bağlı qaydalar müəyyən edilməmişdir. Çünkü qanunvericilikdə ipoteka saxlayanın əmlakın qəbul etməsinə dair müqavilənin bağlanması üçün təyin olunmuş gündə ipoteka qoyanın həmin hərəkətlərin icra edilməsində iştirakının təmin olunması vacibliyi nəzərdə tutulmamışdır. Qanunla müəyyən edilməyən əsaslara istinad edərək bağlanmış müqavilənin (protokolun) etibarsız hesab edilməsi nəticəsinə gəlinməsi yolverilməzdir. İddiaçı ipoteka predmetinin onun tərəfindən əldə edilməsinə imkan yaradılmadığını göstərir, lakin qeyd edilməlidir ki, qətnamənin qanuni qüvvədə olması və icraya yönəldilməsi, bank qarşısında iddaçının öhdəliklərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə olan halda hərracın keçirilməsindən və edilmiş sifarişdən əvvəl, qətnamə qəbul olunduğu zaman iddiaçının hərracdan kənarda ipoteka predmetinin əldə edilməsi üçün kifayət qədər imkanı olmuşdur. Bunun üçün hərracın keçirilməsinin və ona hərrac vasitəsi ilə təklif göndərilməsinin gözləməyin heç bir əhəmiyyəti olmamışdır. Onun istinad olunan dəlili isə ona görə əsassız hesab edilir ki, maddi vəsaitinin olduğu təqdirdə bank qarşısında öhdəliyin icrasını təmin etmək vəzifəsi vardır, lakin o belə vəzifəsini icra etməməklə mülkiyyətində olan əmlaka tələbin yönəldilməsinə razı olmuşdur. “İpoteka haqqında” Qanunun 43.7-43.9-cu maddəsinə əsasən Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hərrac mərkəzi haqlı olaraq Qanunun 43.7-ci maddəsinin tələbi baxımından ipotoeka predmetinin təkrar hərrac üçün müəyyən olunmuş məbləğdən 25% endirim etməklə əmlakın ipoteka saxlayana təklif etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2295/2019 saylı, xx xxxx 2019- cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar