Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10564/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2619/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 avqust 2021-ci il tarixdə iddiaçı iddia əriəzsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2020-ci il tarixli, MK-00119-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 13.04.2021- ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 9532 manat 98 qəpik, faiz borcu 2572 manat 06 qəpik, dəbbə pulu 4263 manat 64 qəpik, cəmi 16368 manat 68 qəpik və 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-584/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir və mülki iş materialları şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, cavabdeh qətnamədən apellyasiya şikayəti versə də, şikayətdə qətnamənin hansı hissələrini mübahisələndirdiyini qeyd etməmiş, sadəcə olaraq qətnamə ilə razı olmadığını göstərmişdir. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə cavabdehin nümayəndəsinin apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin, konkret olaraq isə 361.1.4-cü maddəsinin (şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar) tələblərinə uyğun deyildir. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2619/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10564/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10564/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver