Məhkəmə qərarları › İş №2(103)-1057/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1057/2023

31.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1057/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(005)- 190/2022 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əmrəli oğlu cavabdehlər Cavabdeh4 MMC, LPO Cavabdeh1 ASC, Cavabdeh2nə qarşı “hərracın nəticələrinin və qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci və ikinci hərracların yekunları barədə Protokollar və xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın və ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracların və “X3” MMC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun etibarsız hesab edilməsi, habelə ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və həmin ev üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(005)- 190/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “X3” MMC (yeni adı ilə Cavabdeh4 MMC) tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilən baş tutmamış birinci xx.xx.2018-ci il və ikinci xx.xx.2018-ci il tarixli hərracları və “X3” MMC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 106/2 nömrəli Protokolun etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 ASCnin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 245.8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Həbib Həsənov 11 yanvar 2023cü il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(005)-190/2022 saylı qətnaməsinə texniki düzəliş edilməsi barədə ərizə daxil olduğundan, ərizəyə baxılması üçün həmin mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(005)- 190/2022 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qətnaməyə texniki düzəliş edilməsi barədə ərizəyə baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar