Məhkəmə qərarları › İş №2(103)-10632/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10632/2021

24.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10632/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi və vəkili X1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi ev 251 ünvanda yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyriqanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinin qeyri-qanuni hesab edilməsi, tikilmiş qeyriqanuni pilləkənin sökülməsi və binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin X2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Sonradan, X6 əsl Cavabdeh ilə əvəz olunmuş, X6 isə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Nəsimi Rayon Məhkəməsindən sorğu daxil omuş, həmin sorğuda qətnamədən cavabdeh R.Rəhimov tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin nümayəndə və vəkilləri ayrılıqda hazırkı məsələnin həlinə etiraz etmədiklərini bildirdilər. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onların iştirakı olmadan olmadan baxılması mümkündür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən 2(006)-230/2021 saylı, 20 oktyabr 2021ci il tarixli sorğu daxil olmuş, sorğuda Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh R.Rəhimov tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdeh R.Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10632/2021 saylı, 19.10.2021-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh R.Rəhimov tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar