Məhkəmə qərarları › İş №2(103)-10677/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10677/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10677/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X1, vəkili Nümayəndə, Cavabdehlər-birləşdirilmiş iddia üzrə iddiaçılar X5 və X6 vəkili Vəkil iştirakları ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər X8, Cavabdeh və X7 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçılar X8, Cavabdeh və X5 cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh BOKT "xxxx" MMC və ilkin iddia üzrə cavabdehlər-birləşdirilmiş iddia üzrə iddiaçı X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər X8, Cavabdeh və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh borcalan X3 BOKT "xxxx" MMC-nin xeyrinə 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 54185,11 (əlli dörd min yüz səksən beş manat on bir qəpik) manat əsas borcun, 4031,14 (dörd min otuz bir manat on dörd qəpik) faiz borcu, 133288,42 manat dəbbə pulunun, cəmi 191504,67 (bir yüz doxsan bir min beş yüz dörd manat altmış yeddi qəpik) manat borcun və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 2295,99 manat (iki min iki yüz doxsan beş manat doxsan doqquz qəpik) manat əsas borcun, 531,87 (beş yüz otuz bir manat səksən yeddi qəpik) manat faiz borcunun, 64773,31 (altmış dörd min yeddi yüz yetmiş üç manat otuz bir qəpik) dəbbə pulu olmaqla, cəmi 67601,17 (altmış yeddi min altı yüz bir manat on yeddi qəpik) manat borcun, hər iki müqavilə üzrə 259105,84 (iki yüz əlli doqquz min yüz beş manat səksən dörd qəpik) manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 27 oktyabr 2014-cü il tarixli İ-027/2014 saylı sonrakı ipoteka müqaviləsi və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01 may 2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş cavabdeh X7 məxsus ünvan 3 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 199,5 yaşayış sahəsi 143,2 kv.m, 56,4 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evinin 482000 (dörd yüz səksən iki min) manat likvid dəyərlə və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 168000 (bir yüz altmış səkkiz min) manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar X8, Cavabdeh və X9 cavabdeh BOKT "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə mürcaiət edərək, BOKT "xxxx" MMC ilə cavabdeh X8 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi və 01.05.2015-ci il tarixli K025/2015 saylı kredit müqaviləsi üzrə cəmi borc məbləğini təşkil edən (45444,53+3120,52- 973,11) 47.591,94 manat kredit öhdəliyinə onun X3 BOKT "xxxx" MMC-nin xeyrinə tutulmaqla xitam verilməsi, BOKT "xxxx" MMC ilə cavabdeh X8 arasında bağlanmış 27.10.2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 27.10.2014-cü il tarixli İ027/2014 saylı sonrakı ipoteka müqaviləsi və 01.05.2015-ci il tarixli K- 025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01.05.2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş X7 məxsus Bakəı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ünvanında ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Cavabdeh məxsus ünvan 1 ünvanənda yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar ipotekalara xitama verilməsi və həmin əmlakların ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3938/2021 saylı 20.05.2021-ci il tarixli qərardadına əsasən, 2(006)-3938/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər X8, Cavabdeh və X7 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(005)- 164/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı ilk iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh borcalan X3 BOKT "xxxx" MMC-nin xeyrinə 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 54185 manat əsas borcun, 27.10.2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatma 27 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış 3247 manat faiz borcunun, 100506 manat dəbbə pulu, cəmi 157939 manat borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 27 oktyabr 2019-cu il tarixindən 01 aprel 2021-ci il tarixinədək dövrü üzrə 54185 manat əsas borc məbləğinə hesablanmış 5364 manat faiz borcunun, 130041 manat dəbbə pulu borcunun, cəmi 135405 manat borcun, hər iki dövr üzrə ümumilikdə 293363 manat məbləğində borcun və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 2295 manat əsas borcun, 01 may 2015-ci il tarixdən bu kredit müqaviləsinin müddəti başa çatma tarixi 01 may 2020-ci il tarixinə kimi hesablanmış 486 manat faiz borcunun, 64773 manat dəbbə pulu borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 01 may 2020-ci il tarixindən 01 aprel 2021-ci il tarixinə kimi qalıq 147 manat faiz borcunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 3788 manat dəbbə pulu borcunun, hər iki dövr üzrə ümumilikdə 71491 manat borcun, 210 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 27 oktyabr 2014-cü il tarixli İ-027/2014 saylı sonrakı ipoteka müqaviləsi və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01 may 2015ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş cavabdeh X7 məxsus ünvan 3 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 199,5 yaşayış sahəsi 143,2 kv.m, 56,4 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evinin 298000 (iki yüz doxsan səkkiz min) manat likvid dəyərlə və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 168000 (bir yüz altmış səkkiz min) manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh X3 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kreidt müqaviləsi üzrə 44471,42 (qırx dörd min dörd yüz yetmiş bir manat qırx iki qəpik) manat əsas, 1113,39 (bir min yüz on üç manat otuz doqquz qəpik) manat faiz borcu, 2000 (iki min) manat dəbbə pulu, 27.10.2019-cu il tarixdən 01.04.2021-ci il tarixədək müddət üzrə hesablanmış 4430,4 (dörd min dörd yüz otuz manat qırx qəpik) manat əlavə faiz (bank uçot dərəcəsi nəzərə alınmaqla) olmaqla, cəmi 52015,21 (əlli iki min on beş manat, iyirmi bir qəpik) manat pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi BOKT "xxxx" MMCnin xeyrinə tutulması, tutmanın 27 oktyabr 2014-cü il tarixli İ-027/2014 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X7 məxsus ünvan 3 ünvanında 0,01929 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 199,5 kv.m, o cümlədən yaşayış sahəsi 143,1 k.m, yardımçı sahə 56,4 kv.m olan 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın hərracdan ilkin satış qiyməti 365000 (üç yüz altmış beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləəck vəsait hesabına iddiaçı “BOKT "xxxx" MMC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh X7 qaytarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddianın qismən təmin edilməsi, 01.05.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi 01.05.2015-ci il tarixli İ-006/2015 saylı ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, ev 7E ünvanında yerləşən qeyriyaşayış sahəsinin ipotekasına xitam verilməsi və yüklülükdən azad edilməsi, birləşdirilmiş iş üzrə iddianın qalan hissədə təmin edilməməsi, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi birləşdirilmiş iş üzrə iddiaçı X6 xeyrinə BOKT "xxxx" MMC-dən tutulması, aparılmış qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri tərəflərdən müştərək qaydada tutularaq 350 (üç yüz əlli) manat məbləğində pulun "xxxx" MMC-nin hesabına keçirilməsi və aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdeh X3 tutularaq, 200 (iki yüz) manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh BOKT "xxxx" MMC və ilkin iddia üzrə cavabdehlər-birləşdirilmiş iddia üzrə iddiaçı X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh BOKT "xxxx" MMC-nin vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı vəsatət təqdim edərək, izahatında bildirdi ki, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmaqla kommersiya mübahisəsidir. Bu barədə hakimə bildirsələr də bu hala hüquqi qiymət verilməmişdir. Digər tərəfdən hazırki iş kommersiya mübahisəsi üzrə yaranan borc tələbinin təminat üsulu fiziki şəxsə məxsus əmlaka yönəldilməsinə dair iddia tələbindən ibarətdir. İddiaçı isə sonuncu halın (fiziki şəxsə məxsus əmlaka yönəldilməsinə dair iddia tələbinin) olmasına əsaslanaraq iddia ərizəsini ümumi məhkəməyə vermək seçimini etmişdir. Ona görə də qeyd olunan normativ tələblərə əsaslanaraq hazırki mülki iş üzrə mübahisənin məhkəmə aidiyyətinin düzgün olub-olmamasına dair əsaslandırılmış qərardad çıxarmasına zərurət vardır. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilib, işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı-birləşdirilmiş iddia üzrə cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X4 oğlu tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər-birləşdirilmiş iddia üzrə iddiaçılar X5 və X6 vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qarşı tərəfin mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin olunub-olunmamasını məhkəmə kolelgiyasının mülahizəsinə həvalə etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, BOKT "xxxx" MMC ilə X8 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 100.000 (bir yüz min) manat məbləğində və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 60000 (altmış min) manat məbləğində kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün güzəştli şərtlərlə əsas borcun ödənişinə 2 il möhlətlə 60 ay müddətinə illik 7 faiz ödənişi gecikdirilən məbləğin hər bir gecikdirilən gününə görə 0,5 faiz hesabı ilə dəbbə pulu tətbiq edilmək hüququ şərtləri ilə kredit verilmişdir. Göründüyü kimi X2 təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün güzəştli şərtlərlə BOKT "xxxx" MMC-dən kredit götürmüşdür. Həmçinin iş materiallarından borcalan X8 VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki şəxsdir. (VÖEN **********). Hazırda iddiaçı BOKT "xxxx" MMC cavabdehlər X8, Cavabdeh və X7 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, bundan əlavə iddiaçılar X8, Cavabdeh və X5 cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3938/2021 saylı 20.05.2021-ci il tarixli qərardadına əsasən, 2(006)-3938/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər X8, Cavabdeh və X7 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(005)- 164/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarıın 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC cavabdehlər X8, Cavabdeh və X7 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhz kommersiya mübahisəsi olmuşdur, belə ki, X2 təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün güzəştli şərtlərlə BOKT "xxxx" MMCdən kredit götürmüşdür. Həmçinin iş materiallarından borcalan X8 VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki şəxsdir. (VÖEN **********) Göründüyü kimi iddiaçı BOKT "xxxx" MMC cavabdehlər X8, Cavabdeh və X7 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş kommersiya mübahisəsi olsa da, Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmış, eləcə də Nəsimi Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq mülki işləri bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Belə olan halda Kollegiya hesab edir ki, iddia tələbi üzrə mübahisə hüquqi şəxslə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında yaranmaqla və cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; Nərimanov Rayon Məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, ilkin iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30, 32, 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər X8, Cavabdeh və X7 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçılar X8, Cavabdeh və X5 cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: İlham Kərimli Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar