Məhkəmə qərarları › İş №2(103)-10741/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10741/2021

24.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10741/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı2, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(006)- 4787/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan işəgötürən "xxxx" QSC-də Aviasiya Təhlükəsizlik Baş İdarəsi Aviasiya Təhlükəsizliyinə baxışın təşkili xidmətinin terminal üzrə aviasiya təhlükəsizliyə baxış və nəzarət üzrə mütəxəssisqrup rəhbəri vəzifəsinə bərpa edilməsi; İddiaçı2 işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan işəgötürən "xxxx" QSC-də Aviasiya Təhlükəsizlik Baş İdarəsi Aviasiya Təhlükəsizliyinə Baxışın Təşkili İdarəsi X12 X1 baxışın təşkili xidmətinin aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbəri vəzifəsinə bərpa edilməsi; onları qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün, 17 fevral 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduqları günə qədər olan orta əmək haqlarının cavabdehdən alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 1999-cu ildən cavabdeh təşkilatda Aviasiya Təhlükəsizlik Xidmətində Baxış və Nəzarət üzrə mütəxəssis kimi işləmişlər. 09 fevral 2020-ci il tarixdə saat 21600 radələrində iddiaçı. A.X14 Terminal 1-in 3-cü mərtəbəsində mütəxəssis-qrup rəhbəri kimi gecə növbəsində olmuş və həmin gün yoxlama manitoruna təhkim olunmuşdur. İddiaçı1 manitorun arxasında oturan zaman ətrafa baxdıqda iş yoldaşı digər iddiaçı olan İddiaçı2 bir nəfər sərnişinin pasportunu alaraq kənara apardığını görmüşdür. Manitorda şəxsə diqqət yetirdikdə görmüşdür ki, İddiaçı2 apardığı şəxs İddiaçı1 çoxdan tanıdığı və dostluq münasibətində olduğu X2r. Belə ki, həmin şəxsi 20 ildir ki tanıyır və o, mütəmadi olaraq xəstəliyi ilə əlaqədar İstanbul şəhərinə uçurdu. Bu səbəbdən İddiaçı1 yerindən durub Məhəddinin istiqamətində getmiş və ona yaxınlaşıb öpüşüb görüşmüşdür. Məhəddindən nə baş verdiyini soruşduqda o bildirmişdir ki, mikrofon vasitəsi ilə adı çəkilmədiyindən reysə gecikdiyini və bu səbəbdən sərhəd əməkdaşı tərəfindən steril zonadan çıxarılaraq iş yoldaşı İddiaçı2 təhvil verilmişdir. Sonradan Məhəddin səhər saat 09:00 da İstanbul şəhərində qeydiyyata düşdüyü xəstəxanada olmalı olduğunu bildirdikdə İddiaçı1 İddiaçı2 Məhəddinin İddiaçı1 dostu olduğunu və uçub getməli olduğunu izah edərək qaydalar çərçivəsində ona əllərindən gelən köməyi etməyi xahiş etmişdir. İddiaçı2 heç bir etiraz etmədiyindən Məhəddin səhər vaxtında İstanbula çatıb xəstəxanaya gedə bilməsi üçün İddiaçı1 kömək etməsini xahiş etdi. Həmin zaman Məhəddinin yanında sonradan adını bildiyi bir nəfər cavan qız var idi, lakin həmin qızın kim olduğunu Məhəddindən soruşmamış və güman etmişdir ki, qohumu yaxud tanışıdır. A.X15 Hava Yolları aviaşirkətinin kassasından biletlərin mövcudluğu barədə soruşub ona məlumat verəcəyi bildirmişdir. Məhəddin etiraz etmədi və 3-cü mərtəbədə yerləşən “Ləzzət” kafesinə gedərək əyləşmiş və ondan cavab gözləmişdir. İddiaçı1 dərhal 2-ci mərtəbəyə düşmüş və X16 kassasına yaxınlaşaraq İstanbul şəhərinə biletin olub-olmadığını soruşmuşdur. Operator İddiaçı1 bilet olduğunu, lakin 10 deqiqədən sonra iş vaxtı bitdiyinə görə dərhal alınmalı olduğunu bildirmişdir. Bundan sonra Rzayev yenidən 3-cü mərtəbəyə Məhəddinin yanına qalxmış və bu barədə ona məlumat vermişdir. Məhəddin İddiaçı1 həm özü, həm də yanındakı qız üçün biletlərin alınması üçün 700 manat pul vermişdir. Məhəddin ürək xəstəsi və ürəyindən 6 stend olduğuna görə özü bu gediş-gəlişi edə bilmədiyindən bilet almağı məhz ondan xahiş etmişdir. İddiaçı1 tanışlığı və ümumiyyətlə insanlıq xatirinə dərhal 2 bilet alaraq Məhəddinə bu barədə məlumat vermişdir. Bundan sonra Məhəddin uçus vaxtı yaxınlaşanda yenidən yoxlamadan keçərək uçuşa yollandı. Lakin bundan sonra cavabdeh təşkilatın rəhbərliyi İddiaçı2la İddiaçı1 həmin şəxsdən guya pul alaraq pul müqabilində ona köməklik göstərmələrini əsas gətirib heç bir qanuni sas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” yarımbəndinə istinad etməklə 111/ş saylı 17 fevral 2020-ci il tarixli əmrlə işdən azad etmişdir. Bu səbəbdən onlarməhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(006)- 4787/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4787/2020 saylı iş üzrə 16.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırırlar ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsi qeyri-qanuni və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi işin obyektiv hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işə baxılarkən iddia tələbinə münasibətdə düzgün nəticəyə gəlməyərək qeyriobyektiv qətnamə qəbul etmişdir. Belə ki, iddiaçılar 1999-cu ildən cavabdeh təşkilatda Aviasiya Təhlükəsizlik Xidmətində Baxış və Nəzarət üzrə mütəxəssis kimi işləmişlər. 09.02.2020-ci il tarixdə saat 21 radələrində iddiaçı Azad X14 Terminal-1-in 3-cü mərtəbəsində mütəxəssis qrup rəhbəri kimi gecə növbəsində olmuş və həmin gün yoxlama manitoruna təhkim olunmuşdur. İddiaçı1 manitorun arxasında oturan zaman ətrafa baxdıqda iş yoldaşı digər iddiaçı olan İddiaçı2 bir nəfər sərnişinin pasportunu alaraq kənara apardığını görmüşdür. Manitorda şəxsə diqqət yetirdikdə görmüşdür ki, İddiaçı2 apardığı şəxs onun çoxdan tanıdığı və dostluq münasibətində olduğu X2r. Belə ki, həmin şəxsi 20 ildir ki, tanıyır və o, mütəmadi olaraq xəstəliyi ilə əlaqədar İstanbul şəhərinə uçurdu. Bu səbəbdən yerindən durub Məhədinin istiqamətində getmiş və ona yaxınlaşıb öpüşüb görüşmüşlər. Məhəddindən nə baş verdiyini soruşduqda o, mikrofon vasitəsi ilə adı çəkilmədiyindən reysə gecikdiyini və bu səbəbdən sərhəd əməkdaşı tərəfindən steril zonadan çıxarılaraq iş yoldaşı İddiaçı2 təhvil verildiyini bildirmişdir. Sonradan Məhəddin səhər saat 9.00-da İstanbul şəhərində qeydiyyata düşdüyü xəstəxanada olmalı olduğunu bildirdikdə o, İddiaçı2 Məhəddinin onun dostu olduğunu və uçub getməli olduğunu izah edərək qaydalar çərçivəsində ona əllərindən gələn köməyi etməyi xahiş etmişdir. İddiaçı2 heç bir etiraz etmədiyindən Məhəddin səhər vaxtında İstanbula çatıb xəstəxanaya gedə bilməsi üçün ondan kömək etməsini xahiş etmişdir. Həmin zaman Məhəddinin yanında sonradan adını bildiyi bir nəfər cavan qız olmuş, lakin həmin qızın kim olduğunu Məhəddindən soruşmamışdır və güman etmişdir ki, qohumu yaxud da tanışıdır. O, X17 Yolları aviaşirkətinin kassasından biletlərin möcudluğu barədə soruşub ona məlumat verəcəyini bildirmiş, Məhəddin etiraz etməmiş və 3-cü mərtəbədə yerləşən «Ləzzət» kafesinə gedərək əyləşmiş və ondan cavab gözləmişdir. O, dərhal 2-ci mərtəbəyə düşmüş və X16 kassasına yaxınlaşaraq İstanbul şəhərinə biletin olub-olmadığını soruşmuşdur. Operator ona biletin olmasını, lakin 10 dəqiqədən sonra iş vaxtı bitdiyinə görə dərhal alınmalı olduğunu bildirmiş, bundan sonra o, yenidən 3-cü mərtəbəyə Məhəddinin yanma qalxmış və bu barədə ona məlumat vermişdir. Məhəddin ona həm özü, həm də yanındakı qız üçün biletlərin alınması üçün 700 manat pul vermiş, özünün ürək xəstəsi və ürəyində 6 stend olduğuna görə bu gediş-gəlişi edə bilmədiyindən bilet almağı məhz ondan xahiş etmişdir. O, tanışlıqları və ümumiyyətlə insanlıq xatirinə dərhal 2 bilet alaraq Məhəddinə bu barədə məlumat vermişdir. Bundan sonra Məhəddin uçuş vaxtı yaxınlaşanda yenidən yoxlamadan keçərək uçuşa yollanmış, lakin bundan sonra cavabdeh təşkilatın rəhbərliyi İddiaçı2la onun həmin şəxsdən guya pul alaraq pul müqabilində ona köməklik göstərdiklərini əsas gətirib heç bir qanuni əsas olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək) istinad etməklə 111/ş saylı 17 fevral 2020-ci il tarixli əmrlə işdən azad etmişdir. Hətta cavabdeh onların guya qanunsuz hərəkətləri barədə toplanmış materialları araşdırılması üçün Bakı şəhəri Xəzər rayon Prokuroluğuna göndərmiş və araşdırma nəticəsində onların əməllərində hər hansı qanunsuz hərəkət müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən qətnaməni yalnız ilddia müddətinin ötməsi ilə əsaslandırmış, lakin iddiaçıların vaxtında müraciət etməmələrinin məhz obyektiv səbəbdən baş verdiyini nəzərə almamışdır. Belə ki, həmin dövrdə bəşəri problemə çevirilmiş «Covid 19» pandemiyası ilə əlaqədar Dövlət tərəfindən təyin edilmiş karantin rejimi ilə bağlı dövlət orqanlarının, o cümlədən məhkəmələrin məhdud qaydada işləməsi, məhkəmə dəftərxanalarının bağlı olması, habelə vətəndaşlara mümkün qədər bayıra çıxmaq qadağalarının mövcudluğu iddiaçıları qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhəkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. Lakin birinci instansiya məhkəməsi fövqəladə hal olaraq baş vermiş karantin rejiminin mövcudluğunu obyektiv səbəb kimi nəzərə almamış və iddia müddətinin tətbiqi əsası ilə iddiam rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 iddiaçılar tərəfindən verilmiş iddia tələbinə və apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını, əlavə olaraq birinci instansiya məhkəməsində 1 aylıq müddətin ötürülməsi ilə bağlı müddətin tətbiqinə dair verdiyi ərizənin də nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcı "xxxx" QSC-nin 111/ş saylı 17 fevral 2020-ci il tarixli əmrlərdən görünür ki, Rzayev X10 Təhlükəsizlik Baş İdarəsi Aviasiya Təhlükəsizliyinə baxışın təşkili İdarəsi Heydər Əliyev X5 təhlükəsizliynə baxışın təşkili xidmətinin Terminal 1 üzrə aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbərinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 2020-ci il fevral ayının 17-dən xitam verilmişdir; İddiaçı2 Aviasiya Təhlükəsizlik Baş İdarəsi Aviasiya Təhlükəsizliyinə baxışın təşkili İdarəsi Heydər Əliyev X5 təhlükəsizliynə baxışın təşkili xidmətinin aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbərinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 2020-ci il fevral ayının 17-dən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, iddiaçılar Rzayev X10 Təhlükəsizlik Baş İdarəsi Aviasiya Təhlükəsizliyinə baxışın təşkili İdarəsi Heydər Əliyev X5 təhlükəsizliynə baxışın təşkili xidmətinin Terminal 1 üzrə aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbəri kimi və İddiaçı2Aviasiya Təhlükəsizlik Baş İdarəsi Aviasiya Təhlükəsizliyinə baxışın təşkili İdarəsi Heydər Əliyev X5 təhlükəsizliynə baxışın təşkili xidmətinin aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbəri vəzifəsində işləmişlər və 17.02.2020-ci il tarixdə vəzifə təlimatlarının tələblərini kobud şəkildə pozarkən uçuş təhlükəsizliyən təhdid üçün ilkin şəraitin yaranmasına səbəb olmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunmuşdurlar. İşin sadalanan hallarından göründüyü kimi işəgötürən – Azərbaycan Respublikasının Millik Aviadaşıyıcı "xxxx" QSC tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən vəzifələrindən azad olunmaları qanunamüvafiqdir. Bundan əlavə araşdırmalar zamanı müəyyən olunmuşdur ki, iddiaçılar 17.02.2020-ci il tarixli əmrə əsasən işdən azad olunmuşlar, əmrin surəti iddiaçılara işdən çıxarıldığı gün verilmiş, iddiaçıların əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, onlar, hazırki iddia ərizəsi ilə məhkəməyə 10.09.2020-ci il tarixdə müraciət etmişlər və nəticədə iddia müddətini ötürmüşdürlər.Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində 1 aylıq müddətin ötürülməsi ilə bağlı müddətin tətbiqinə dair ərizə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrə əsaslanmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(006)-4787/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar