Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10752/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, eyni zamanda vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "zərərin ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-590/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh "xxxx" MMC məhkəməyə vəsatət göndərərək, işin aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-590/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və mülki işin aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Xətai rayonu olsa da, əsl olan cavabdeh "xxxx" MMC-nin rəsmi ünvanı üzrə ərazi aidiyyatının dəyişdirilməsi barədə vəsatət təmin edilməmişdir. Qeyd edilməlidir ki, aidiyyat məsələsi məhkəmənin istəyi və ya təşəbbüsü ilə deyil, qüvvədə olan mülki-prosessual qanunvericiliyin imperativ norması ilə tənzimlənir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-590/2021 nömrəli, 27 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən сavabdeh "xxxx" MMC-nin nümayəndəsi eyni zamanda vəkili X2 şikayəti müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi, izahatında əlavə olaraq bildirdi ki, iş üzrə əsl olan cavabdeh dəyişdirilmişdir və mülki iş əsl olan cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsin qanunvericiliyin tələblərini pozaraq əsassız olaraq aidiyyatla bağlı vəsatətlərini rədd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. İş materiallarından görünür ki, iş məhkəməyə daxil olduğu zaman cavabdeh kimi göstərilən "xxxx" MMC-nin qeydiyyat ünvanı ünvan 2diaçının ərizəsinə əsasən cavabdeh "xxxx" MMC əsl cavabdeh olan "xxxx" MMC ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi hazırki iş birinci instansiya məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət edilməklə icraata götürülmüşdür. Sonradan cavabdehin əsl cavabdehlə əvəz olunması zamanı yeni cəlb olunmuş cavabdehin hüquqi ünvanı başqa rayonun ərazisinə düşsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi haqlı olar hesab etmişdir ki, həmin hal ərazi aidiyyətinin dəyişməsinə səbəb ola bilməz. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur ki, belə ki, şikayətdə qeyd edildiyi kimi aidiyyat məsələsi qüvvədə olan mülki-prosessual qanunvericiliyin imperativ norması ilə tənzimlənir, bu baxımdan da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırki işdə də ilk olaraq cavabdeh kimi cəlb edilmiş hüquqi şəxsin ünvanı Nəsimi rayonu olmuş və iddia ərizəsi aidiyyat qaydalarına uyğun olaraq Nəsimi rayon Məhkəməsində baxılmasına başlanılmışdır, sonradan əsl cavabdeh dəyişilsə də yəni iş, sonradan başqa məhkəməyə aid olsa da mahiyyəti üzrə məhz iddia ərizəsi məhz Nəsimi rayon Məhkəməsində həll edilməlidir. Göründüyü kimi şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Qeyd olunanlara əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-590/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10752/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10752/2021
27.10.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver