Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10783/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi X4 və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-160/2021 saylı işi üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehborcalan Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə K-148/2014 saylı, 08.10.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197 (bir yüz iyirmi doqquz min yüz doxsan yeddi manat) manat əsas borcun, 10 oktyabr 2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 10 oktyabr 2019- cu il tarixinə kimi hesablanmış 12211 manat faiz borcunun, 256373 manat dəbbə borcunun, cəmi 397781 manat məbləğində borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 10 oktyabr 2019-cu il tarixindən 11 avqust 2021-ci il tarixinədək dövrü üzrə 129197 manat əsas borc məbləğinə hesablanmış 16605 manat faiz borcunun, 304924 manat dəbbə pulu borcunun, cəmi 317484 manat borcun, hər iki dövr üzrə ümumilikdə: 719310 manat məbləğində borcun və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№-li Əlavə əsasında 8576 ABŞ dolları əsas borcun, 15 aprel 2015-ci il tarixdən kredit müqaviləsinin müddəti başa çatana 15 aprel 2018-ci il tarixinə kimi hesablanmış 8528 ABŞ dolları faiz borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 16 aprel 2018-ci il tarixindən 11 avqust 2021-ci il tarixinə kimi qalıq 10199 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 46636 ABŞ dolları dəbbə pulu borcunun, hər iki dövr üzrə ümumilikdə 65411 ABŞ dolları borcun tutulması, hüquqi yardım üzrə vəkilə ödənilmiş 210 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin, K- 148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin i-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 saylı 08.10.2014-cü il tarixli ipoteka müqaviləsi və 15.04.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 482000 AZN satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-160/2021 saylı işi üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 K- 148/2014 saylı 08.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 108746,72 manat məbləğində kredit borcu, 2688,3 manat məbləğində müqavilə müddəti bitdikdən sonra hər gecikdirilmiş günə görə hesablanmış faiz borcu və 1500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 112935,02 manat, K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8576 ABŞ Dolları məbləğində kredit borcu, 85,51 ABŞ Dolları məbləğində faiz borcu və 846 ABŞ Dolları məbləğində müqavilə müddəti bitdikdən sonra hər gecikdirilmiş günə görə hesablanmış faiz borcu olmaqla, cəmi 9507,5 ABŞ Dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 Sadiq qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin ipoteka predmeti açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan Cavabdeh2 Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 289000 manat məbləğində müəyyən olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməsi, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Royon Məhkəməsinin 2(005)-160/2021 saylı işi üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin borc tələbi üzrə hissəsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 29.10.2021-ci il tarixli məktubla müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-160/2021 saylı işi üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sadiq qızının apellyasiya şikayətinin məhkəməyə daxil olması qeyd edilmiş və şikayət mülki işə əlavə olunması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi X4 iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 mülki işin apellyasiya baxışından çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Kollegiya hesab edir ki, cavabdehlərin şikayətinin məzmun tələblərinə riayyət edilməsinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 384.0.6-ci maddəsinə əsaasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-366-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10783/2021 saylı işi üzrə 15.10.2021-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin, cavavdebdehlərin apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş, apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(103)-10783/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10783/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver