Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-108/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun iştirakı ilə, İddiaçı “X8 Azərbaycan” QSC-nin cavabdehlər “xxxxxxxxxxxxx” MMC, Cavabdeh4, Cavabdeh5 Fərhad oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 Firmasına qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-154/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı “X8 Azərbaycan” QSC, cavabdehlər “xxxxxxxxxxxxx” MMC, Cavabdeh4, Cavabdeh5 Fərhad oğlu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxx” MMC-dən, Cavabdeh4, Cavabdeh5 Fərhad oğlundan və Cavabdeh1 müştərək (birgə) qaydada 661,181.21 AZN (altı yüz altmış bir min yüz səksən bir manat 21 qəpik) əsas kredit borcunun, 57.809.28 AZN (əlli yeddi min səkkiz yüz doqquz manat 28 qəpik) əsas məbləğə hesablanmış faiz borcunun, 10.082.75 AZN (on min səksən iki manat 75 qəpik) hər gecikdirilmiş günə görə cərimə borcunun, 210 AZN (iki yüz on manat) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun, cəmi 729,313.24 AZN (yeddi yüz iyirmi doqquz min üç yüz on üç manat 24 qəpik) «X8 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42.0 kv.m, yaşayış sahəsi 29.0 kv.m, yardımçı sahəsi 13.0 kv.m olan 2 (iki) otaqlı, 32 nömrəli mənzilinə, mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində 0.13736 ha torpaq sahəsində, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 28.3 kv.m, əsas sahəsi 21.7 kv.m, köməkçi sahəsi 6.6 kv.m olan, 207 nömrəli qeyri yaşayış sahəsinə, mülkiyyət hüququ ilə Cavabdeh6 Firmasına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28b ünvanında yerləşən binanın zirzəmisində yerləşən, ümumi sahəsi 168 kv.m ibarət olan qeyriyaşayış sahəsinə, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 101.48 kv.m, 74.97 kv.m yaşayış sahəsi, 26.51 kv.m yardımçı sahədən ibrarət, 4 otaqlı, 60 nömrəli mənzilinə və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 34.68 kv.m olan 1 (bir) otaqlı, 7 nömrəli mənzilinə, mülkiyyət hüququ ilə Cavabdeh5 Fərhad oğluna məxsus olan ünvan 5 ünvanında yerləşən, 162.9 kv.m ümumi sahəsi, 95.76 kv.m yaşayış sahəsi, 4 (dörd) otqlı, 40 nömrəli mənzilinə, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 6 ünvanında 0.15688 ha torpaq sahəsində yerləşən, 46.05 kv.m yaşayış sahəsi, 3 (üç) otaqlı, 77 nömrəli mənzilinə yönəldilməsi, ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42.0 kv.m, yaşayış sahəsi 29.0 kv.m, yardımçı sahəsi 13.0 kv.m olan 2 (iki) otaqlı 32 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 80 000 AZN (səksən min manat) və Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində 0.13736 ha torpaq sahəsində, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 28.3 kv.m, əsas sahəsi 21.7 kv.m, köməkçi sahəsi 6.6 kv.m olan, 207 nömrəli qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 75 000 AZN (yetmiş beş min manat), Cavabdeh6 Firmasına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28b ünvanında yerləşən binanın zirzəmisində yerləşən, ümumi sahəsi 168 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 160 000 AZN (bir yüz altmış min manat), Cavabdeh2 məxsus olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 101.48 kv.m, 74.97 kv.m yaşayış sahəsi, 26.51 kv.m yardımçı sahədən ibrarət, 4 otaqlı, 60 nömrəli mənzili ilkin satış qiymətinin 85 000 AZN (səksən beş min manat), Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 34.68 kv.m olan 1 (bir) otaqlı, 7 nömrəli mənzilin ilkin satış qiymətinin 60 000 AZN (altmış min manat), Cavabdeh5 Fərhad oğluna məxsus olan ünvan 5 ünvanında yerləşən 12 mərtəbəli, 162.9 kv.m ümumi sahəsi, 95.76 kv.m yaşayış sahəsi, 4 (dörd) otaqlı, 40 nömrəli mənzilin ilkin satış qiymətinin 270 000 AZN (iki yüz yetmiş min manat) və Cavabdeh3 məxsus olan ünvan 6 ünvanında 0.15688 ha torpaq sahəsində yerləşən, 5 mərtəbəli, 46.05 kv.m yaşayış sahəsi, 3 (üç) otaqlı, 77 nömrəli mənzilin ilkin satış qiymətinin 75 000 AZN (yetmiş beş min manat) məbləğlərində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi borcalan və zaminlərdən təkrar olaraq tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və qeyri yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-154/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər «xxxxxxxxxxxxx» MMC-dən, Cavabdeh4, Cavabdeh5 Fərhad oğlundan və Cavabdeh1 müştərək qaydada 661,181.21 (altı yüz altmış bir min yüz səksən bir manat 21 qəpik) manat əsas kredit borcu, 57.809.28 (əlli yeddi min səkkiz yüz doqquz manat 28 qəpik) manat əsas məbləğə hesablanmış faiz borcu, 5.000 (beş min) manat cərimə borcu, cəmi 723,990.49 (yeddi yüz iyirmi üç min doqquz yüz doxsan manat qırx doqquz qəpik) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 210 (iki yüz on) manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun «X8 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 22/24 saylı evin, 77 saylı mənzilə (mənzilin ilkin satış qiymətinin 80.000 (səksən min) manat məbləğində müəyyən edilməsi) yönəldilməsi, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 22/24 saylı evin, 60 saylı mənzilə (mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, Zahid Xəlilov küçəsi, 64 saylı evin, 7 saylı mənzilə (mənzilin ilkin satış qiymətinin 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 36 saylı evin, 32 saylı mənzilə (mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən, 207 saylı qeyriyaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 80.000 (səksən min) manat müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh5 Fərhad oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 14 saylı evin, 40 saylı mənzilə (mənzilin ilkin satış qiymətinin 320.000 (üç yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh6 firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28b ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 184.000 (yüz səksən dörd min) manat məbləğində müəyyən edilməsi), qeyd olunan daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “X8 Azərbaycan” QSC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, satışdan götürülən və ya əldə edilən məbləğ banka olan borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər «xxxxxxxxxxxxx» MMC-dən, Cavabdeh4, Cavabdeh5 Fərhad oğlundan və Cavabdeh1 müştərək qaydada «X8 Azərbaycan» QSC-nin xeyrinə tutulması, yuxarıda qeyd olunan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər mənzillərdən və qeyriyaşayış sahəsindən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri, cəmi 2.100 (iki min yüz) manatın iddiaçı «X8 Azərbaycan» QSC-dən tutularaq “X5” MMC-nin (VÖEN: ********** HESAB-FAKTURA № 02 xx.xx.2018; Ünvan: Bakı şəhəri, Nərimanov ray, Yəhya Bakuvi küçəsi 12B.; Bank: “xxxxxxxxxxx” ASC Nərimanov filialı; VÖEN **********; Valyuta: AZN; Filialın kodu: 200093; VÖEN: **********; SWİFT kod:AİİBAZ2X; Mühbir hesab: AZ37NABZ********************; Benefisiarın adı: “X5” MMC; Benefisiarın hesabı: AZ75AİİB********************) hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı “X8 Azərbaycan” QSC və cavabdehlər “xxxxxxxxxxxxx” MMC, Cavabdeh4, Cavabdeh5 Fərhad oğlu və Cavabdeh1apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-154/2018 saylı qətnaməsi ipoteka predmetinin, Cavabdeh5 Fərhad oğluna məxsus ünvan 5 ünvanında yerləşən 12 mərtəbəli, 162,9 kv.m ümumi sahəsi, 95,76 kv.m yaşayış sahəsi, 4 otaqlı, 40 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsassız və qanuna zidd qəbul edilməsi, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, qanuni tələblərini nəzərə almayaraq, qəbul edilməməsi hissəsində əsassız və qanunazidd qəbul edilmişdir. Bundan başqa hesab edir ki, cərimə borcu düzgün hesablanmamışdır. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Daşınmaz əmlakların ilkin satış qiyməti bazar dəyərindən çox aşağı qiymətləndirilmişdir. Bu reallıqdır ki, əmlakların bazar dəyəri müəyyən edilmiş qiymətdən ən azı 30-40% bahadır. Bu səbəbdən də əmlakların yenidən qiymətləndirilərək real bazar dəyərinin müəyyən edilməsi zərurəti yaranmışdır. Hətta ipoteka predmetlərinin qiymətlərinə nəzər yetirsələr əmlakların aşağı qiymətləndildiyinin şahidi olarlar. Tələb edilən əsas, faiz və cərimə borc məbləği ilə də razı deyillər. Belə ki, iddia ərizəsinin məzmununda göründüyü kimi əsas borca görə tələb edilən faiz borc məbləği 57809, 28 manat cərimə məbləği isə 10082,75 manat tələb edilir. Müvafiq ekspert rəyinə əsasən faiz məbləği olduğu kimi, cərimə məbləği isə azaldılaraq 5000 manat müəyyən edilmişdir. Belə olan halda tam əsaslı və cavabı hazırkı qətnamədə olmayan bir sual yaranır ki, cərimə borcu azaldılırsa faiz borcu hansı səbəbdən azaldılmamışdır. Hesab edir ki, bu halı müəyyən etmək üçün iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmamışlar. İş materiallarından göründüyü kimi çağırış vərəqələri vaxtında göndərilməmişdir. Bunun sübutu kimi qətnamədən apellyasiya şikayəti vermək üçün prossesual müddətin olmasına baxmayaraq onlardan xəbərsiz icraya yönəlməsidir. Halbuki qətnamədən apellyasiya şikayəti vermələri üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Bununla da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prossesual hüquqları pozulmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Bayramov Pərviz Mövlud oğlu iddiaçının apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatorlara münasibətdə borcun tutulması və ipoteka predmetlərinin dəyərinin müəyyən edilməsinə dair hissədə yoxlanılması təşkil edir. Digər tərəflər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməlidir, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. İddiaçının apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, bankla cavabdeh “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 166919-2016 saylı kredit xəttinin açılması barədə kredit müqaviləsi ilə bank tərəfindən sonuncuya 60 ay müddətinə 700.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 Fərhad oğlu ilə zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa həmin kredit xətti üzrə öhdəliklərin icrasının təminatı məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində yerləşən 22/24 saylı evin 77 saylı mənzili; “xxxxxxxxxx” Firmasının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti 28b ünvanında yerləşən binanın zirzəmisində ümumi sahəsi 168 kv.m qeyri-yaşayış sahəsi; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi ev 22/24, 60 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, Zahid Xəlilov küçəsi ev 64, 7 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, Zahid Xəlilov küçəsi ev 64, 7 saylı mənzil; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 36, 32 saylı mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Sevtlana Məmmədova küçəsi 207 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi; Cavabdeh5 Fərhad oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ev 14, 40 saylı mənzil sonrakı ipoteka müqavilələri ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bankla “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 1 saylı kredit səazişinə əsasən, bank tərəfindən “xxxxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə, illik 15% hesablanmaqla 668.000 manat məbləğində kredit pul vəsaiti verilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, borclu isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borc 661.181,21 manat, faiz borcu 57.809,28 manat, cərimə borcu isə 10.082,75 manat təşkil etmişdir. Buna baxmayaraq, iş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-11746/2018 saylı qərardadı ilə məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 34206 saylı ekspert rəyinə əsasən, xx.xx.2017-ci il tarixə, yəni iddia ərizəsi verilən tarixə olan əsas borcu 664.779,78 manat, faiz borcu isə 54.844,33 manat hesablanmışdır. Keçirilmiş ekspertiza tədqiqatı ilə bank tərəfindən ödənilməsi tələb olunan əsas borc məbləğinin çox, faiz borcunun isə az hesablandığı müəyyən olunmuşdur. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Buna baxmayaraq, kollegiya qeyd edir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından əsas borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən Banka ödənilməmiş faiz borcu 54.844,33 manat məbləğində müəyyən edilməlidir. Kollegiya cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası dəbbə pulunun tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsassızdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza zamanı dəbbə pulu məbləğinin hesablanması mümkün olmasa da, tərəflər arasında öz iradə ifadələrinə uyğun şəkildə bağlanmış müqavilədə dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Odur ki, birinci instansiya məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq mövcud müqavilə üzrə dəbbə pulunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində də əsaslıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Belə ki, birinci instansiya məhkəməsinə “X6” MMC tərəfindən təqdim edilmiş ekspert rəylərinə əsasən, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 36, 32 saylı mənzilin bazar dəyəri 90.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Sevtlana Məmmədova küçəsi 207 saylı binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin bazar dəyəri 80.000 manat və Cavabdeh5 Fərhad oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ev 14, 40 saylı mənzilin bazar dəyəri 320.000 manat məbləğində qiymətləndirilmişdir. Kollegiyanın xx xxxxxx 2018-ci il tarixli 2(103)-11746/2018 saylı qərardadı ilə məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Kollegiyaya “xxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş ekspert rəylərinə əsasən, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 36, 32 saylı mənzilin bazar dəyəri 77.250 manat, Bakı şəhəri, Binəqədi rayonu, Sevtlana Məmmədova küçəsi 207 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 77.250 manat və Cavabdeh5 Fərhad oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ev 14, 40 saylı mənzilin bazar dəyəri 278.000 manat məbləğində qiymətləndirilmişdir. Kollegiya qeyd edir ki, 2018-2020-ci illər ərzində ölkənin daşınmaz əmlak bazarında sabitlik hökm sürdüyündən mübahisəli ipoteka predmetlərinin dəyərində ucuzlaşmanın qeydə alınması ağlabatan hesab edilmir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirlən ipoteka predmetlərinin bazar dəyəri düzgün olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat təşkil etdiyindən, həmin məbləğ cavabdeh “xxxxxxxxxxxxx” MMC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etməsinə istinad etsə də, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi elan edildikdən sonra, məhkəməyə iddiçının iddia tələbinin dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət daxil olmuşdur. Lakin, iddia tələbinin dəqiqləşdirilməsinə dair hər-hansı ərizə daxil olmamışdır. Bundan başqa cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir və apellyatorların mobil nömrələrinə SMS göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “X8 Azərbaycan” QSCnin apellyasiya şikayəti rədd edilməli, cavabdehlər “xxxxxxxxxxxxx” MMC, Cavabdeh4, Cavabdeh5 Fərhad oğlu və Cavabdeh1apellyasiya şikayətləri qismən təmin edilməli, “X8 Azərbaycan” QSC-nin xeyrinə tutulmalı olan faiz borcu 54.844,33 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat təşkil etdiyindən, həmin məbləğ cavabdeh “xxxxxxxxxxxxx” MMC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X8 Azərbaycan” QSC-nin apellyasiya şikayəti rədd edilsin. Cavabdehlər “xxxxxxxxxxxxx” MMC, Cavabdeh4, Cavabdeh5 Fərhad oğlu və Cavabdeh1apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-154/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. İddiaçı “X8 Azərbaycan” QSC-nin xeyrinə tutulmalı olan faiz borcu 54.844,33 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat təşkil etdiyindən, həmin məbləğ cavabdeh “xxxxxxxxxxxxx” MMC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-108/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-108/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver